Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:21

Siyasət

Müxalifət eyni gündə, amma ayrılıqda mitinq keçirəcək

Şriftin ölçüsünü dəyiş - +
Müsavat Partiyası ilə «Azadlıq» bloku eyni gündə, amma ayrı-ayrılıqda iyulun 3-də mitinq keçirmək qərarına gəliblər.

Artıq Bakı şəhər İcra Hakimiyyətinə müraciət də olunub. Aksiyanın birgə keçirilməsilə bağlı iyunun 27-də tərəflər arasında aparılan danışıqlar isə nəticəsiz başa çatıb.

AXCP sədri Əli Kərimlinin AzadlıqRadiosuna verdiyi məlumata görə, «Azadlıq» blokuna daxil olan partiyalar mitinq müzakirələrini bitirəndən sonra o, telefonla eyni günə təyin edilən aksiyanın birgə keçirilməsi təklifilə Müsavat başqanı İsa Qəmbərə müraciət edib.

Qarşı tərəf «Azadlıq» bloku ilə yox, yalnız AXCP ilə ilə birgə aksiya keçirməyin mümkünlüyünü bildirib.

Əli Kərimli deyir ki, AXCP «Azadlıq» blokundakı müttəfiqlərilə münasibətlərini davam etdirmək fikrində olduğundan bu təkliflə razılaşmayıb:

«Əgər Müsavat daima bu şərtləri irəli sürəcəksə, o zaman bizim əməkdaşlığımız çətin olacaq».

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə deyir ki, Müsavat Partiyası siyasi qüvvələrin birliyinin tərəfdarıdır, amma müttəfiq seçimində müstəqildir. Arif Hacılı «Azadlıq» bloku ilə deyil , yalnız AXCP ilə birgə aksiya keçirməyin tərəfdarı olduqlarını bildirir.

Onun sözlərinə görə, AXCP-nin «Azadlıq» blokundan kənara çıxmaması birgə aksiyanı mümkünsüz edir.

«Hər şeydən görünür ki, AXCP bu seçkilərdə Müsavat partiyası ilə əməkdaşlıq etmək istəmir».

Tərəflər birgə aksiya keçirməklə bağlı razılığa gələ bilmədiklərindən Müsavat partiyası Demokratiya Uğrunda İttifaqla, «Azadlıq» blokuna daxil olan partiyalar eyni gündə olsa da ayrlı-ayrılıqda mitinq keçirəcəklər.

İndiyə qədər demokratik seçki tələbilə Bakıda «Azadlıq» bloku dörd, Müsavat partiyası ilə Demokratiya Uğrunda İttifaqla birgə iki mitinq keçiriblər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: AKSIYA
30.06.2010 01:41
Bu parashani kim atibsa daha ona sozum yoxdur.Muxalifet ayrilmayib ayrilmayacaqda.Siz indai hakimiyyetin size etdiyi zulmleri aradan qaldirdiz ki,kechdiz muxalifet partiyalarina ki kim ayri kechirir aksiyani kim bir yerde.meyer Azerbaycanin problemi budur.Ay bedbextler bunu muzakire elemiyine.ONU MUZAKIRE ELIYIN KI GELECEYDE BALALRINIZ NECE YASHAYACAQ?ONU MUZAKIRE EDIN KI BU DOLANISHIQLA,BU YASHAYISHLA NE EDECEKSIZ?halbuki muxalifetinde esas qayesi budur.

Kimdən: AKSIYA
30.06.2010 01:33
Siz duzgun yanashma etmirsiz Yazmsisz ki muxalifet eyni gunde,Amma ayriliqda mitinq kechirecek.Bunu bele yazmaginiz qebahetdir.Muxalifet yox Muxalif xalq yazsaniz daha yerine dusher.Inanin ki beledir Inanin ki bu gun muxalifetin sesi xalqin sesidir.And olsun balalrimin canina ki menim hech muxalifet partiyasi ile nede onlarin uzvleriynen alish verishim bele yoxdur.Meni mecburen Yap partiyasina uzv etmishdiler halbuki hech menim maragim bele yox idi.Baxmayaraq ki Yap partiyasina uzv olunmushdum.Amma istiqametim tamam ayri idi bunu onlarin ozlerine bele demishdim.Hetda mudirimize bele demishdim.Onsuzda onlar istredim istemedim adimi bu siyahiya yazmishdilar.Yeni sozumun cani odu ki qoy bu yazilari muxalifetin aksiyasi yazisini oxuyan her bir kes ele zenne temsin ki bu bu yalniz muxalifet partiyalarinin aksiyalaridir.Bu butovlukde xalqin Aksiaylaridir.Oki qaldi deyerler ki bes xalq niye qoshulmur bu aksiyalara..Cavabi budur ki xalqi ele bir qorxaq veziyyete getirib ki bu Iqtidar hech kes oz sozunu bele demeye oz haqqini bele teleb etmeye cesareti chatmir.Iananin ki xalq o qeder qorxur ki her atlan fishenglere qorxusunnan bayram deyir.Bu qorxununda bashinda duran bu gun ki iqtidardir..

Kimdən: suleyman Haradan: quba
30.06.2010 01:28
ay insanlar musavat qorxur ki ali aliyev kimi siyasiler qabaqa gedir ona gore ciqaliq salir

Kimdən: milletci Haradan: hemadan
30.06.2010 01:13
Meni bir shey dushundurur,bu mitinq meselesi:Cixib mitinqde Azad secki ve istefa qishqirmaqla ne elde etmek olar?Azad seckiye iqtidar numayendeleri birmenali shekilde beyan edirler ki,seckiler sheffaf kecirilecek.Qaldi istefa meselesine,eyer muxalifet liderleri birleshe bilmirse,hansi istefadan sohbet gede biler.Alternativ bir muxalifet lideri olmayan yerde istefa bosh xulyadir.

Kimdən: Qızılüzən Haradan: Bakı
29.06.2010 18:34
Yaxşı deyiblər ki, dinsizin öhdəsindən imansız (yəni müxalifətin öhdəsindən iqtidar) gələr. Adam kimi yığışıb bir yerdə aksiya da keçirə bilmirlər.
Cavab

Kimdən: AKSIYA
30.06.2010 01:36
MUXALIFET AKSIYA KECHIRMEYI CHOX GOZEL BACARIR.SENIN HAKIMIYYET NUMAYENDELERIN ADAM KIMI YIGISHIB OZ ISHLERINI GORSELER DAHA YAXSHI OLAR.MUXALIFETNEN ISHINIZ OLMASIN. CHATIR IQTIDARA SOZ DE.

Kimdən: Arif Savalan Haradan: Bakıdan
29.06.2010 17:09
Əslində müxalifətin birliyi məsələsində əsil əngəl Musavat partiyasının əvvəl Lalə xanım, indi də Əli Əliyev kompleksindən yaxa qurtara bilməməsidir. Bunu təhrif etməyə ehtiyac da yoxdur, çünki artıq aylardır eyni şeyi deyib eyni sözü eşitməkdən biz yorulduq, Musavat yorulmadı. Mən anlamıram, müxalifətin birliyi olacaqsa burda Lalə xanımın, Əli Əliyevin olması vaxtı ilə cəbhəni parçalayan Mirmahmud Fəttayevin orda olmasından qorxuludurmu, bu Lalə xanım, Əli Əliyev xofu niyə bu qədər dərinə işləyib Musavatda anlaşılan deyil. AXCP mitinqi ayın 10-a təyin etmişdi, sonra vaxtı dəyişdi, deyilir ki, Klintonun gəlişinə görə belə ediblər, qoy olsun, nəyi pisdir ki, siyasətdə bu gedişlər uğurlu saYILA BİLƏR, AXI BU İQTİDARIN "AZƏRBAYCANDA MÜXALİFƏT YOXDUR" SİYASƏTİNİN İFLASInı yaxınlaşdıra bilər, MUSAVAT BİRGƏ MİTİNQƏ RAZILAŞSAYDI, müxalifət birgə miqinq edib diqqəti daha çox cəlb edə bilsəydi bundan daha cox kim əziyyət cəkəcəkdi, müxalifət, yoxsa iqtidar, təbii ki, ikinci... Musavat iqtidarın dəyirmanına su olmaqdan çəkinsə onda Lalə xanım, Əli Əliyev kimpleksindən qurtara bilər, bu da seckidə iştirak edən, müxalifətin birliyini isəyən kəsimi də razı salar...

Kimdən: Sakit Haradan: Bakı
29.06.2010 12:12
Müxalifətlə iqtitar yenə də "siçan-pişik" tamaşası göstərəcəksə, tədbir heç keçirilməsə yaxşıdır. Xalqın bundan ağır günü ola bilməz. Mütəşəkkil, yüksək səviyyədə etiraz aksiyası keçirib bu iqtidarı birdəfəlik tarixin arxivinə göndərmək lazımdır.

Kimdən: norge Haradan: avropa
29.06.2010 05:02
Sadece onu demek isteyiremki,bu muxalifet menasiz usaq oyunlari oynayir,Birincisi AXCP yaninada alib hec adlarinida bilmirem o partiyalari hansiki hec kim tanimir,adinida qoyublar AZADLIQ BLOKU,ve ya MYSAVAT.Eli bey inaninki o partiayalarin hec ehemiyyeti yoxdur,onsuzki yenede taninan 2 partiya var,100 dene ele partiya ile birlesmekdense 2 partiyani birlesdirse daha mentiqli alinar.Yox eger sizin niyyetiniz basqadirsa ozunuz bilersiniz,amma men bir vetendas kimi deyim bu gedisle tam demokratik secki bele kecirilse meglub cixacaqsiniz,ve ondan sonra birde muxalifetciyik diye ortaya cixmayin,bir defelik hami bilsinki muxalifet yoxdur,belke onda Qerbde basa duser neler cereyan etdiyini Azerbaycanda.Yalandan plan bitirmekle ne olurki,eksine dunyaya Azerbaycani demokratik olke kimi tanitirsiz,amma muxalifet movcud olmayanda,her sey daha aydin olacaq.
Cavab

Kimdən: Rəsul Mursaqulov Haradan: Bakı
29.06.2010 18:48
Bu partiyalar birləşməsə yaxşıdır. Çünki, biri digərindən parçalanıbdır. Doğrudan da eyni amal uğrunda mübarizə aparsaydılar eyni yerdə olardılar.
HAŞİYƏ: İsa Qəmbərin açıqlamaları bizim dəyərlərə yaddır.
Müxalifət zəif olmasının günahını hökumətin üzərinə atması yanlışdır. Təsir əks-təsir yaratmırsa VAR-lıqdan uzaqdır. Müqəddəs dəyərlər uğrunda birləşə bilməyənlər yalnız müqəddəs niyyətli olmayanlardır.
Əgər bizim müxalifət lideri Elçibəy kimi mübarizə aparırsa niyə onların GÜNEY, TURAN siyasəti görünmür.
DEMOKRATİYA ali dəyərdir. Amma iki üzlü(standartlı) olanda ikrah yaradır.
Nəhayət Tapdıq Fərhadoğludan sitat: Xalqın uğrunda mübarizə aparan siyasətçinin içində "mən" olmamalıdır! BİZ olmalıdır!
Azərbaycan müxalifətində isə birinci çox güclü görünür. Gücsüzlüyün nümunəsidir.
GÜCLÜ OLUN cənablar. Əgər AZƏRBAYCANI sevirsinizsə.

Kimdən: Nadir
28.06.2010 17:43
Bu Xalqısız heç nəyə nail ola bilməssiniz. Ona görə də öz şəxsi ambisialarınızı bir kənara qoyub, Azadlıq uğrunda vəhdət təşkil edərək Xalqın etimadını qazanmağı düşünün. Bu gün Xalq sizdən bunu gözləyir!

Kimdən: Azər Haradan: Bakı
28.06.2010 17:36
Pis mi olardı çiyin-çiyinə qardaş kimi şüarlarımızı səsləndirək.
Səhifə (3)
    Növbəti