Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:30

Siyasət

ATƏT Naxçıvanda təlim keçirir

x
Şriftin ölçüsünü dəyiş - +
ATƏT-in Bakı ofisi iyunun 28-də Naxçıvanda 3 həftəlik kurslara başlayıb. Yerli və beynəlxalq ekspertlərin qatıldığı kurslar vəkil olmaq istəyən hüquqşünasları testə hazırlayacaq.

ATƏT-in Bakı ofisindən verilən məlumata görə, kurslarda İnsan Haqları üzrə Avropa Məhkəməsinin əsasnaməsi və prosedura qaydalarından tutmuş milli qanunvericiliyə dair, o cümlədən, cinayət, mülki və inzibati məcəllələrə dair mövzular barədə təlim keçiriləcək.

«Bu kurslar insan hüquqları sahəsində həm beynəlxalq, həm də yerli standartlar və daxili qanunvericiliklə bağlı vəkillik imtahanına hazırlaşanların bilik səviyyəsini artıracaq», - ATƏT-in Bakı ofisinin təlimçisi Fiorentina Azizi deyir.

Namizədlər vəkillikdən imtahan vermək üçün iki həftəlik nəzəri təlimlərdən sonra bir həftə təcrübə keçəcəklər.

Kurslara Ədliyyə Nazirliyi, Naxçıvan Vəkillər Assosiasiyası və Naxçıvan Dövlət Universiteti dəstək verib.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Məhərrəm AĞALAROĞLU Haradan: Bakı
28.06.2010 18:02
Dr.-lang mən səninlə razıyam və səni salamlayıram

Kimdən: Dr.-Ing. Haradan: Berlin
28.06.2010 14:43
Yene de bashqa hiyle. Bununla onlar Naxcivan ehelisinin dushuncelerini dovlet - xalq birliyinden yayindirmaq ve yaxshi ved vererek onlari musteqilliye cagirmaq ve ellerinde mueyyen qrupu oyuncaga cevirmek isteyirler.
Atalar sözü:
Ne isteyirler bunlar bizden? It el cekir motal el cekmir!!!
Cavab

Kimdən: SHAXTABABA Haradan: GARGIZIN YANINDAN
28.06.2010 15:50
Xlgin hansi birliyindan danishirsan canab drrr.Xalgi siz bir guna goymusunuz ki,birliyida olsun?Maskanin o biri uzuna galanda,ela bizda istayirikki,maskalilarin maskasi yirtilsin.Sani narahat edan nadirsa onu soyla.
Cavab

Kimdən: Səbrli Haradan: Bakı
28.06.2010 14:51
Bu məlumatda, mənim başa düşdüyüm qədər, imtahana hazırlaşan insanlara ekspert komeyinden danışılır. Söhbət daha peşəkar hüquqşunasların yetişdirilməsindən gedir, ay qardaş. Nə isə... Rus demişkən: "каждый думает по мере своей испорченносчти"
Cavab

Kimdən: Dr.-Ing. Haradan: Berlin
28.06.2010 15:30
Siz maskanin o biri terefini gore bilmirsiniz!!!

Goturek Seddam Huseynin Hüquqshunasini. Onu da bunlar hazirlashmishdir. Hansi peshekarliq?