Cümə, Fevral 10, 2012 Bakı vaxtı 19:56

Siyasət

Həmsədrlər iyulun əvvəlində Azərbaycana gələcək

İqor Popov
x
İqor Popov
Şriftin ölçüsünü dəyiş - +
ATƏT-in Minsk qrupunun həmsədrləri iyulun əvvəlində Azərbaycana gələcəklər. Bu barədə ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun rusiyalı həmsədri İqor Popov bildirib.

Popov Rusiya, Fransa və ABŞ prezidentlərinin Kanadada «Böyük səkkizliyin» sammitində Dağlıq Qarabağ üzrə bəyanatlarını şərh etmək istəməyib. Onun sözlərinə görə, Minsk qrupu prezidentlərin bəyanatına və danışıqlar prosesinə regiona gəldikdən sonra qiymət verəcəklər.

Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri şənbə günü Kanadada keçirilən «Böyük səkkizliyin» zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar.

/Trend/
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: gara yumor Haradan: bazarbaycandan
29.06.2010 17:47
bes sizin bu yazdiginiz sherhlerden "bir netice" elde olunub?? Ve ya Azadligin yazmagindan "ne ise" deyishib? belke ele bunlari da legv edek. chunki "selahiyyeti" yoxdur,!!

He, ne deyirsiz ay "agilli "sherhchiler??

Kimdən: milletci Haradan: hemadan
29.06.2010 00:56
Hemsedrler Azerbaycana gelir??? niye gelir??Ateshkes kesilen gunden ATET yaranib ve indiye kimi hemsedrler nece defe Azerbaycana gelib bunu deqiqleshdirsek gorerik ki bu qurumun hec bir selahiyyeti yoxdur.Bu qurum legv olunsa daha meqsede uygundur.

Kimdən: Treyder Haradan: Baki
28.06.2010 20:21
Bu həmsdrlərin gəlməyindən nə xeyir, gəlib boş-boş danışıb gedirlər. İndiyə kimi heç bir nəticə verməyən bu ATƏT in Minsk qrupu ləğv olunası bir qurumdur, bir şey ki, burada təmsil olunan hər üç dövlət açıq-aşkar Ermənistanı dəstəkələyir.