Cümə, Fevral 10, 2012 Bakı vaxtı 19:55

Cəmiyyət

Emin Millinin atası vəfat edib

Emin Millinin valideynləri Natella Abdullayeva və Paşa Abdullayev
Şriftin ölçüsünü dəyiş - +
EMİN MİLLİ 3 GÜNLÜK AZADLIQDADIR

Emin Milliyə atasının hüzn mərasimində iştirak etmək üçün 3 günlük icazə verilib.

Bu baradə AzadlıqRadiosuna Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mehman Sadıqov deyib.

Emin Milliyə iyunun 29-dan etibarən 3 gün ərzində Neftçalada atasının yas mərasimində borcunu yerinə yetirmək üçün məzuniyyət verilir.

PƏNAH HÜSEYN PREZİDENT ADMİNİSTRASİYASINA MÜRACİƏT EDİB


Millət vəkili Pənah Hüseyn Emin Millinin atasının dəfninə buraxılmasına icazə almaq üçün Prezident Administrasiyasına müraciət edib.

Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqə şöbəsinin müdiri Mehman Sadıqov «Media forum»a bildirib ki, deputatın dövlət başçısına müraciəti Millinin atasının hüzr mərasiminə buraxılma icazəsi proseduruna müsbət təsir edə bilər.

Mehman Sadıqov Penitensiar Xidmətin hazırda məhbusun vəkilləri ilə birgə məsələ ilə məşğul olduğunu bildirib:

«Deputatın ölkə başçısına bu və ya digər məsələlərlə bağlı müraciət etmək hüququdur. Eyni zamanda bu prosesin həyata keçirilməsi üçün qanunvericilikdə müəyyən prosedur var. Deputatın prezidentə müraciəti işin xeyrinə ola bilər. Hazırda məsələyə Penitensiar Xidmətdə baxılır, müvafiq şəxslər və vəkillər bu işlə məşğuldurlar».

«MÜRACİƏT OLUBSA, BU MƏSƏLƏYƏ QISA MÜDDƏTDƏ BAXILACAQ»

Həbsdə olan gənc bloqçu Emin Millinin atası Paşa Abdullayev vəfat edib. Emin Millinin vəkili Elton Quliyev «Media forum» saytına bildirib ki, bir sıra xəstəlikdən əziyyət çəkən 75 yaşlı Paşa Abdullayevin vəziyyəti iyunun 29-u gecə pisləşib və bir neçə saat sonra o, vəfat edib.

Elton Quliyevin sözlərinə görə, Emin Millinin atasının dəfninə buraxılmasına icazə almaq üçün hüquqi işlər aparılır.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna deyib ki, bu cür müraciətlərə fərdi qaydada baxılır:

«Müraciət olubsa, bu məsələyə qısa müddətdə baxılacaq».

Emin Milli (Abdullayev Emin Paşa oğlu) 1979-cu ildə Bakıda doğulub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1999-2000-ci illərdə Beynəlxalq Respublikaçılar İnstitutunda koordinator işləyib. 2001-2002-ci illərdə Almaniyada oxuyub. 2002-ci ildən 2004-cü ilə qədər Fridrix Ebert Fondunun Azərbaycanda rəhbəri olub. 2005-ci ildən ictimai fəaliyyətlə məşğul olan Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında davadan sonra digər gənc fəal Adnan Hacızadə ilə birgə tutulub.

Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (xuliqanlıq) maddələri ilə təqsirli bilinən Emin Milli Səbail Rayon Məhkəməsinin 11 noyabr 2009-cu il tarixli hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Salyanda yerləşən 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

Əsəb xəstəliyi, yüksək qan təzyiqi və böyrək çatışmazlığından əziyyət çəkən Paşa Abdullayev oğlunun həbsindən bir müddət sonra Sabunçu rayonundakı 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş və müalicəsini paytaxtdakı 1 saylı Klinik Xəstəxanada davam etdirmişdi.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Javid H Haradan: California
21.07.2010 19:57
Allah Rəhmət Eləsin.

Kimdən: casur Haradan: Sumqayit
04.07.2010 23:00
Allah rehmet elesin...

Kimdən: Emil Memmedov Haradan: Hambur Almaniya
29.06.2010 20:22
Emin biz sizinle fexr edirik qurur duyuruq xeberi eshitdim chox kederlendim sizin azad olacaqiniz gunde chox uzaqda deyil sizi hebsxanaya gonderen cahillerin yeri olacaq hebsxanalar sizin kimi seveni seven merd oqullara qalacaq bu veten

Kimdən: Agil
29.06.2010 17:25
Allahdan rəhmət diləyirəm sizin atanıza Emil sizinlə fəxr edirik . Zalım rejimin ömürünə az galıb.

Kimdən: Sahib Haradan: Bakidan
29.06.2010 16:49
Muselmanlar demiwken, allahlar(her dinin bir allahi var)(cunki,Qurani-Kerimde Allah bu cur deyir,Tovrat-da bawqa cur,Incilde de bir bawqa cur..) Emin millinin Atasina rehmet elesin....Allahlar sene sebr versin,Emin! Siz inanirsiz ki,bizi idare edenler,sizlerin yazdiginiz werhleri oxuyub,hirildaya-hirildaya gulurler???!!! "Allah bunu yerde qoymayacaq","Allah sizin belanizi versin".Etc...besdir cahilliyinizden el cekin...!!!! Eger Allah onlarin cezasini vereceyine inanirsinizsa,onda inanin...Agalar muellimin yazilarindan birinde,yaxwi bir kelime iwledilmiwdir---"Bu millet emeye yox,mocuzeye inanir"....Ar olsun bu milletin bawinda duranlara ki,feal gencelri bu veziyyete salirlar...onlar duwunurlerki bu yolla onlar radikal duwunenlerin qarwisini alirlar...lakin bu bele deyil...insanlar her bele faktlari gorende daha da feallawir,qelblerinde bu hakimiyyete qarwi nifret her kecen gun artir...Emin milliye demek isterdim ki,ureyivi sixma...senin kimi duwunen,gencelr Az-da var..biri ele menem...facebook-da her gun muasir duwunceli yazilarla fealiyyet gosterirem....ar olsun bizi idare edenlere..men hec neden qorxmuram....ozumde genclik metrosunda cixiwdaki,binada qaliram....adim sahibdir....21 yawim var...Iqtisadda oxuyuram...tapin meni,salin meni dustaqxanaya...mende sizlere qarwi cemlewen nifret,sizlere qarwi mubarizeye bes etmir...salin meni dustaqxanaya,qoy nifretim artsin.....artsin ki,daha samballi iwler gorum...deyin meni universitetden cixarsinlar..onsuzda butun imtahanlar pull iledir...sahih werifov....tapin meni....hec kim,bizleri duwunub hebsxanada ceza cekib,atasinin tabutunun bir ucuna dayaq olmayanlardan artiq deyil...Az-da o insanlar xowbext ve bedbextdirler ki,kimlerki cahildirler..bele weyleri qulaq ardina vururlar..."eger xalq koledirse,onda onun basinda duran sexs bir nomreli koledir"
Cavab

Kimdən: Müəllim Haradan: Bakı
30.06.2010 16:40
Sahib, eşq olsun səndəki bu azadlıq yanğısına! Təmkininizi pozmayın. Gələcək doğurdan da sizindir. Mən sevinirəm ki, etirazçı gənclər yetişir. Deməli, biz ümidsiz olmamalıyıq. Sadəcə, çalışın alovunuzdan özünüzə ziyan vurmayın, əksinə, düşmənlərimizi yaxın, yandırın - istər daxili, xarici düşmənləri. Yaxşı təhsil alın, sağlamlıınıza fikir verin. İnşaallah, bu ruh ilə sizlər bizim cəmiyyəti düşdüyü böhrandan çıxaracaq. Orta və yaşlı nəslin arasındakı təcrübəli namuslu insanlar da sizinlədir.
Cavab

Kimdən: shipel Haradan: shabran
29.06.2010 19:50
Sahib sebirli ol,inan haqq ne qeder nazilsede hec vaxt uzulmur,bu rejim ozu oz bogazini uzecek,eksine sen tehsiline fikir ver.Gelecek senin Adnan, Emin kimi dushunenlerindi.................................
Cavab

Kimdən: mezun2010 Haradan: tinden
30.06.2010 13:04
mene de soz verirsen??mende bele dushunurem amma ki umid elemirem-ona gore de hami nece mende ele-amma mene soz verirsense o ayri tabii :)

Kimdən: Bakili qiz Haradan: Baku
29.06.2010 16:32
Allah Rehmet etsin! Igid ogul boyutmusuz, Pasha bey! Bu zulm yerde qalmaz! Eminin ve hamimizin azadligi ugrunda!

Kimdən: Yurdsevər
29.06.2010 16:32
Allah Paşa dayıya rəhmət eləsin!
Rahat yat, sənin Emin kimi oğlun var!

Məncə Emin kimi övlad böyütdüyünə görə ona təşəkkür etmək lazımdır.

Kimdən: azer baba Haradan: baki
29.06.2010 15:48
Allah rehmet elesin, Allah shercilerin cezasini versin
Cavab

Kimdən: Ali Haradan: Hollandiya
29.06.2010 16:41
Ne geder ki,bu igtidat hakimiyetdedir,bele gefil olumler cox olacagdir

Kimdən: ses
29.06.2010 15:06

yene de, Penah bey giryetli chixdi bu deputatlarin ichinden. 125 yatagan deputat ancag merdimazar ishlerde "pirtlayib" chixirlar. Bir lazimi ish olanda hech birinin sesi gelmir..

Ne ise, allah prezidente "insaf" versin, Penah beyin emeyini ve siravi insanlarin isteklerini nezere alsin..Kash..
Gozleyek, gorek bashimiza ne ishler gelir..

Kimdən: Yusif Haradan: Almaniya
29.06.2010 14:51
Dr.-Inge
Duzelish:

Fersiz ogulu ata neyler, ferli ogulu ata neyler!!!
Cavab

Kimdən: Anar Haradan: Baki
29.06.2010 15:07
Mence bu bele olmalidir:

Fersiz ogul neyler ata malini, ferli ogul neyler ata malini!!!
Səhifə (3)
    Növbəti