Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:03

Siyasət

Hammarberqin Azərbaycan hakimiyyətinə tövsiyələri

Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq
x
Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq
Şriftin ölçüsünü dəyiş - +
«Bu gün Azərbaycanda söz azadlığı məhdudlaşdırılır, ciddi irəliləyişlər lazımdır», bunu Avropa Şurasının İnsan Haqları Komissarı Tomas Hammarberq iyunun 29-da açıqladığı hesabatında deyir.

Hammarberq bu il martın 1-dən 5-dək Azərbaycanda olub, Naxçıvan Muxtar Respublikasına da baş çəkib. Onun hesabatı söz azadlığı, sərbəst toplaşma, hüquq-mühafizə işçilərinin davranışı məsələlərini əhatə edir.

JURNALİSTLƏRƏ QARŞI ZORAKILIQ EDƏNLƏR CƏZALANDIRILSIN


Tomas Hammarberq jurnalistlərə və insan haqları müdafiəçilərinə təhdidlərdən, zorakılıqdan, bu halların tam araşdırılmamasından narahatdır:

«Hakimiyyət tənqidi fikir söyləyən jurnalistləri və başqalarını istənilən zorakılıqdan daha yaxşı qorumalıdır. Belə hərəkət edənlər lazımi cəzasını almalıdır».

Tomas Hammarberq onu da vurğulayıb ki, «Eynulla Fətullayev, Emin (Milli) Abdullayev və Adnan Hacızadə kimi baxışlarına, fikirlərinə görə həbs olunanlar
«Baxışlarına, fikirlərinə görə həbs olunanlar dərhal buraxılmalıdır»
dərhal buraxılmalıdır». Komissar bildirir ki, qanunvericiliyi Avropa standartlarına uyğunlaşdırmaq üçün diffamasiya məsələsi Cinayət Məcəlləsindən çıxarılmalıdır.

MƏTBUAT ŞURASI REKET SIYAHISI TƏCRÜBƏSİNƏ YENİDƏN BAXSIN


Tomas Hammarberq jurnalistlərin professionallığının artırılmasının vacib olduğunu deyir, həmçinin Mətbuat Şurasının dərc etdiyi reket qəzetlər siyahısından narahatdır. Bu siyahıya 90 qəzetin adı daxildir, onların jurnalistikanın etik qaydalarını pozduqları, şantajdan istifadə etdikləri bildirilir. Komissar bu təcrübəyə yenidən baxmağı təklif edir.

XARİCİ RADİOSTANSİYALAR FM-Ə QAYTARILSIN


Tomas Hammarberq tövsiyə edir ki, hakimiyyət BBC, AzadlıqRadiosu, Amerikanın Səsi və Avropa+ radio stansiyalarını FM dalğalarına qaytarsın.

Komissar hakimiyyətin QHT-lərin qeydiyyatını asanlaşdırmaq yönündə addımlarını təqdir edir, ancaq sərbəst toplaşma azadlığını məhdudlaşdıracaq son qanunvericilik dəyişikliklərindən narahatdır.

QHT-LƏRƏ NƏZARƏTDƏN ÇƏKİNMƏLİ


«Hakimiyyət QHT-lərin fəaliyyətinə ciddi nəzarətdən çəkinməlidir. Təşkilatları qeydiyyatdan çəkindirməmək üçün qeydiyyat üçün tələblər və prosedurlar, həmçinin dini icmaların yenidən qeydiyyatı sadə olmalıdır».

Komissar hüquq-mühafizə işçiləri ilə bağlı bütün işgəncə iddialarının müstəqil və səmərəli araşdırılmasına, müvafiq sanksiyaların tətbiqinə çağırır.

Komissar Hammarberq həmçinin yerli məhkəmə qərarlarının icra olunmamasından narazıdır:
Komissar deyir ki, polisin Bənənyar sakinlərilə pis rəftarına aid bağlı bütün iddialar səmərəli şəkildə, beynəlxalq standartlara uyğun araşdırılmalıdır

«Məhkəmə qərarlarının müvafiq müddətdə icrası üçün lazımi addımlar atılmalıdır. Ədalətli məhkəmə istintaqına hörmət qoyulmalıdır».

BƏNƏNYAR İNSİDENTİ ARAŞDIRILSIN


Tomas Hammarberq Naxçıvanın Bənənyar kəndinə də baş çəkib. Məqsəd kənddəki son insidentləri araşdırmaq olub. Ötən ilin dekabrında, Aşura mərasimində polislə kənd sakinləri arasında qarşıdurma yaranıb. Polis kənddə Aşuranın qeyd olunmasına imkan verməyib. Komissar bu hadisələrlə bağlı ziddiyyətli informasiyalar aldığını, və çoxsaylı cavabsız suallar yarandığını deyir. Komissar xatırladır ki, yerli sakinlərlə pis rəftarla bağlı bütün iddialar səmərəli şəkildə, beynəlxalq standartlara uyğun araşdırılmalıdır.

TİBBİ KAĞIZ OLMADAN RUHİ DİSPANSERƏ SALMAQ OLMAZ


Komissar onu da vurğulayır ki, psixiatrik müəssisələrə məcburi yerləşdirmə ancaq tibbi ekspertizaya əsaslanan məhkəmə qərarları ilə olmalıdır.

Ötən il Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova şikayət etdikdən sonra sahibkar Məhəmməd Qurbanov ruhi xəstəxanaya salınıb. 2008-ci ilin dekabrında isə şəhər mərkəzində yolka ağacını kəsən gənclərin valideynləri eyni aqibətlə üzləşib. Bundan əvvəl 70 yaşlı Ələsgər İsmayılov Muxtar Respublika rəhbərliyindən ölkə başçısına şikayət etdiyi üçün ruhi xəstəxanaya salınmışdı. Rəsmi dairələr isə həmin şəxslərin mental xəstəlikdən əziyyət çəkdiyini deyirdilər.

Hesabata hər bənd üzrə hökumətin cavabı da əlavə olunub.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: Bakı
30.06.2010 13:30
Avropa institutları bizim ilə əməlli-başlı məzələnirlər. Gəlirlər yeyirlər-içirlər, ciblərini (bank hesablarını) doldurub gedirlər, bir də gəlirlər, bir də gəlmək üçün bir də gedirlər və s. 2003, 2005, 2009-cu illərdə keçirilmiş seçki biabırçılıqlarına "irəliyə doğru atılmış bir addım" deyən bu avropalıların məqsədi aydındır.

Biz özümü dərdimizə əlac tapmalıyıq. Bunun da yeganə yolu cəmiyyəti ayağa qaldırmaqdır. Siyasi müxalifət nokdaun vəziyyətində olduğu üçün bir çarə tapmalıyıq. Başda ilham əliyev olmaqla onun dəstəsi xalqın qəzəbindən əməlli-başlı qorxurlar.
Cavab

Kimdən: herzamandogru
30.06.2010 15:04
hansi xalgin gezebinden gorxur Ilham??

Senin kimi onun-bunun, gelenin -gedenin ustune gunah yagdiran ve boyunduruga goshulmush halda bele yene de agillanmayan xalgdan??

Kimdən: Doctor Haradan: Holland
30.06.2010 00:00
Azerbaycanda hansi demokratik jurnalistik davranishdan danishmaq olar? Tarixde ne vaxt vehansi totalitar rejimde demokratik mevhümlara emel olunub?
Axi bunu indiki ABR*-den gozlemek bir qeder gülmelidir?!
Buradan televiziya kanallarina baxanda adamin eti tokülür. Insanlari ne qeder mangurd veziyyete salmaq olar? Zavalli Thomas Hammarberg Bakiya 1 defe gelmekle bu derecede narahatliq gosterubse, demeli netice çixarmaq olar ki, Azerbaycanda indiki zamanda neler torenir. Cenab Hammarberg Strasburgda otura-otura, hem de qeyri-Azeri ola-ola Azerbaycan xalqi üçün ürek yandirirsa, gor indi damarlarinda Turk qani axanlar neler çekir.
Azerbaycani bu beladan yalniz Azerbaycan xalqinin qabaqcil tereqqiperver ziyalilari ve gencleri, bir de shüurlu uzaqgoren xalqimiz qurtara biler.
Kütlevi debil dovlet-küçe konsertleri, ber-bezekli YAP-imbesil tv-programlari teshkil etmekle, fasilesiz yaltaqlanmaqla dunyada neinki Azerbaycanin nüfuzunu qaldirmaq olar, hetta bunula ozümüzü her yerde biabir edirik. Axi niye?
Gelin bir fikirleshek... Axi insan omrü çox qisadir. Onu kishi kimi layiqli ve merifetle yashamaq lazimdir. Ne vaxta qeder biz ozümüzün yaratdigimiz qirishmallara nifret edeceyik? Axi bele yashamaq olmaz?
Her defe ureyim yanib darixaraq Azerbaycana gelende yeniden urek yangisi ile geriye donmek mecburiyyetinde oluram. Axi neye gore bizim zengin tariximiz ve medeniyyetimiz ola-ola, esli-kokü melum olmayan Avropalilar bizden firavan yashasin? Içimisdeki bu manqurdluq haradandir? Irsi olduguna inana bilmerem. Belke de bu 70 il sovet müstemlekesi ve sonradan da neo-kommunist ulu-onder psixozu neticesinde yaranib ve inkishafini indi de davam etdirir...
Sayiq olun...
Qorxuram bir azdan Azadliq Radiosu da onun Heyder babanin adina olacaq.

*ABR - Azerbaycan Banan Respublikasi.

Kimdən: Akif Haradan: Bakı
29.06.2010 17:57
Hörmətli Fatimə xanım! Sizinlə tam razıyam. Azərbaycan iqtidarı despotik rejimindən əl çəkməyəcək. Bunu birmənalı hamı dərk etməlidir. Deməli bu hakimiyyətdən xalq qurtulmalıdır.

Kimdən: azeri Haradan: baki
29.06.2010 17:30
Azərbaycan höküməti zərrə qədər səhv etmir. Çünki hökümət özü səhvən bunlara verilib.

Kimdən: fatime Haradan: baki
29.06.2010 15:29
Avropa Shurasi oz hesabatinda butun agrili problemlerimize toxunub ve tovsiyyelerini bir daha geyd edib. Goresen Azerbaycan hokumeti bu defe hansi hoggabazliglara el atacagdir?? Movzudan yayinmag ucun hansi meseleleri ortaya atacaglar? Yene Garabag meselesi ve ay "Geyri adi igtisadi inkishafi olan Azerbaycana" yonlenen paxillig sindromunu one chekecekler?? Ve ya AS-ni ikili standartda ittiham edecekler?

Ne ise, novbeti shounu gozleyek..