Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:29

Siyasət

Hillari Klintonun səfər proqramı açıqlanıb

ABŞ-ın dövlət katibi Hillari Klinton
x
ABŞ-ın dövlət katibi Hillari Klinton
Şriftin ölçüsünü dəyiş - +
ABŞ-ın dövlət katibi Hillari Klinton iyulun 4-də Azərbaycana səfər edəcək. APA-nın məlumatına görə, dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Filipp Qordon səfər proqramının detallarını açıqlayıb.

Onun sözlərinə görə, dövlət katibi bir günlük səfər çərçivəsində Azərbaycan prezidenti və xarici işlər naziri ilə görüşəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi və ABŞ-Azərbaycan münasibətləri əsas diqqət mərkəzində olacaq.

Hillari Klintonun həmçinin qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə də görüşü nəzərdə tutulur. Bu görüşdə söz azadlığı və siyasi həyatda iştirak məsələləri ətrafında fikir mübadiləsi aparılacaq.

Həmin gün ABŞ dövlət katibi Azərbaycandan Ermənistana yola düşəcək. Hillari Klintonun Ermənistan rəhbərliyi ilə apardığı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ilə yanaşı Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesi də müzakirə ediləcək.

Filipp Qordonun sözlərinə görə, bölgəyə səfəri zamanı Hillari Klinton Azərbaycan və Ermənistanı ATƏT-in Minsk Qrupu çərçivəsində qəbul olunan qərarların həyata keçirilməsinə yönəlmiş səyləri artırmağın zəruriliyinə inandırmağa çalışacaq:

«Minsk Qrupu çərçivəsində başlanan proses həm Azərbaycanın, həm də Ermənistanın xeyrinə olacaq. Dövlət katibi hər iki ölkədə prezidentlərin bu günlərdə Torontoda açıqladığı mövqenin mahiyyətini vurğulamağa çalışacaq».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Musteqil Haradan: Baki
30.06.2010 15:02
Xosh gelirsen.Qonaq Allah qonaqidir.Lakin özunu qonaq kimi apar.Azerbaycan xalqi ve hökumeti sizin fitvaniza uymayacaq.Allah qoysa.
Iraqda ne qeder ushaqlarin,Analarin gözunu yashli qoydunuz.
Yene dunyani gezirsiniz qan cixmayan yerden qan cixardasiniz.
Menimle görushub, dunyanin siyasetini hansi semte yöneltmegini size meslehet vererdim.