Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:36

Rubrikalar / Qarabağ

Əli Həsənov: «Həmsədr ölkələrin prezidentlərinin son bəyanatı Azərbaycanı tam qane edir»

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov
x
Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov
Şriftin ölçüsünü dəyiş - +
«ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin - ABŞ, Rusiya və Fransa prezidentlərinin son bəyanatı Azərbaycanı tam qane edir».

«Media forum» saytının məlumatına görə, iyunun 30-da jurnalistlərə açıqlama verən Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov belə deyib.

Prezidentlər Barak Obama, Dmitri Medvedyev, Nikola Sarkozinin «böyük səkkizlər»in Kanada sammiti zamanı yaydığı bəyanatda Azərbaycan və Ermənistan fikir ayrılıqlarını aradan qaldırmağa, münaqişənin həllinin baza prinsiplərini razılaşdırıb sülh müqaviləsi layihəsinin müzakirəsinə keçməyə çağırılır.

Bəyanatda deyilir ki, münaqişə Dağlıq Qarabağ ətrafında olan ərazilərin geri qaytarılması, Dağlıq Qarabağa keçid statusu verilməsi, Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin yaradılması, Dağlıq Qarabağın yekun statusunun yerli əhalinin iradəsini bildirməsi yolu ilə müəyyən olunması, məcburi köçkünlərin öz torpaqlarına qayıtmaq hüququnun tanınması, sülhməramlı əməliyyatlar da daxil olmaqla təhlükəsizliyə beynəlxalq təminat verilməsi prinsipləri əsasında həllini tapmalıdır.

Əli Həsənovun fikrincə, bəyanatda hər üç həmsədr ölkə Azərbaycan ərazilərinin işğal olunması faktını qəbul edirlər:

«Sənəddə işğal olunmuş ərazilərdən Ermənistan qoşunlarının çıxarılması tələbi yer alır və həmsədr ölkələrin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı iradəsi ortaya qoyulur».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ELÇİ BEY-eskeri Haradan: AZERBAYCANın Quzeyi Bakı
30.06.2010 13:55
Eli Hesenov cenabları,Dağlıq Qarabağa keçid statusun verilmesi,yerli ehalinin iradesini bildirmesi, referendum keçirilmesi (sülhmeramlı) quvvelerin D.Q-da yerleşdirilmesi o demekdir ki,teki YAP hakimiyyeti qorunsun.Qarabağsız da keçinerik.Siz kimi aldadırsız?

Kimdən: SHAXTABABA Haradan: GARGIZIN YANINDAN
30.06.2010 13:12
Ishgal sozunu ABS-dan bashga hec kim ishladmauib ali bay.Kreml saytina gir bax Rusiya ishgal sozunu dilina bela gatirmayib.Sizin haminizin siyasati goz gabagindadir.Vafa Guluzada bir gur sharh edir,siz bir cur sharh edirsiniz digari bashga cur sharh edir.Dunana gadar bar-bar bacirirdinizki,bu bayanat Azarbaycana garshi sarfali deyil.Sizin kimilarin uzag goranliyi olkani tupika dirayib.5-6 gun kecandan sonra na yaxshiki,ozunuzda guvva tapib axirki garara galib bir ray bildirdiniz.Sizda tagsir yoxdur.Hokari gulim olanin,bashina kulum olar!