Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:53

Siyasət

Lukaşenko Əliyevə borcunu 12 günə qaytaracaq

x
Şriftin ölçüsünü dəyiş - +
Belorus prezidenti Aleksandr Lukaşenko İlham Əliyevdən aldığı 200 milyon dollar borcu 12 günə qaytaracaq.

Bu barədə Azərbaycan prezidentinin mətbuat katibi Azər Qasımov «Trend» informasiya agentliyinə məlumat verib.

Onun sözlərinə görə, iyunun 21-də Belarusun baş naziri Sergey Sidorski azərbaycanlı həmkarı Artur Rasi-zadəyə qısamüddətli kredit barədə müraciət edib:

«Bununla bağlı Azərbaycan Respublikası prezidentinə məruzə edilib. Prezident İlham Əliyev ölkələrimiz arasında dostluq münasibətlərini nəzərə alaraq bu kreditin ayrılmasına razılıq verib. Belarusa ayrılan kreditin məbləği 200 milyon ABŞ dolları təşkil edir və bu kredit 12 təqvim günü müddətinə verilib. Kreditlə bağlı bütün lazımı sənədlər imzalanıb».

Rusiyanın «Qazprom» şirkəti iyunun 21-dən Belarusa idxal olunan qazın həcmini əvvəl 15 faiz, sonra 30 faiz azaltmış, yığılıb qalan borcun dərhal ödənməsini tələb etmişdi. Moskva Minskin iki həftə vaxt vermək xahişini qəbul etmədiyindən Belarus prezidenti azərbaycanlı həmkarına üz tutmağa məcbur olub.

Aleksandr Lukaşenko «Euronews» telekanalına müsahibəsində Azərbaycanın köməyini belə danışıb:

«Bizim müttəfiqlərimiz, ən yaxın adamlarımız dedilər, yox, bir gün də gözləməyəcəyik. Mən Azərbaycan prezidenti İlham Əliyevə müraciət etdim. O, sutka ərzində, hətta sutkadan da tez mənə 200 milyon dollar borc verdi. Biz «Qazprom»a 187 milyon ödədik və yüz faiz hesablaşdıq».
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: lamekan Haradan: baki
30.06.2010 20:22
biz azerbaycanda acindan GEPIK qusuruk, bashqalarina ise dollar paylayiriq!!!!!!
lukashenkonun sag eli bizim bashimiza belke bizlerin de bexti achildi.

Kimdən: SHAXTABABA Haradan: GARGIZIN YANINDAN
30.06.2010 17:33
Ay gaytardiyaa.Lukashenkonum umidi var idi Rusiyadan tranzit alib o pulu gaytaracag.Sagliginiza Rusiya deyir bizim Belorusiyaya borcumuz yoxdur.Rusiya lukoshenkoya atmag istayir.Arada deyasan bizim pulumuz batacag.Balkada siyasatdir,amma mani cashdiran gatigdir.

Kimdən: Ramil Haradan: Baki
30.06.2010 15:26
Diktator diktatorun sağlığın istər.

Kimdən: "Q::::: Haradan: göylərdən
30.06.2010 11:42

Mən ölümə hazıram..vətənim üçün
Cavab

Kimdən: Camal
30.06.2010 14:17
Veten yoxdur daha, hakimiyyet var. Indi ancaq ve ancaq hakimiyyet uchun bada gedirler.