Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:39

Cəmiyyət

Əsgər yoldaşlarını güllələdi, sonra da intihar etdi

x
Şriftin ölçüsünü dəyiş - +
İyun ayının 29-u saat 19.30 radələrində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində əsgər Cəfər Məmmədrzayev avtomat silahdan atəş acaraq iki əsgəri – İlkin Qəhrəmanovu və Elvin Əliyevi qətlə yetirib. Əsgər Asif Musayev isə yaralanıb. Bundan sonra atəş açan əsgər Cəfər Məmmədrzayev intihar edib.

Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatında deyilir ki, müdafiə nazirinin göstərişi ilə bir qrup idarə rəisi hadisəni araşdırmaq ücün həmin hərbi hissəyə ezam edilib.

Respublika Hərbi Prokurorlugu faktla bağlı cinayət işi qaldırıb. Müdafiə Nazirliyi bildirir ki, hadisənin başvermə səbəbləri hələlik məlum deyil. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: kechmish esger Haradan: Almaniya
01.07.2010 17:46
mehmana@

"Sən cəmiyyət üçün nə isə etmisənmi ki, onu günahlandırırsan? Qaçıb gedəndən sonra *şir*ə dönürsüz.Bu cəmiyyətdə qohumların yoxdur? Darqursağ olma."

Mehman, men edeceyimi etdim o cemiyyetde, evezinde 1 gozumu itirdim, diger gozumun sinirleri, beynim de agir travma aldigi ucun 2-ci gozum de kor olmag heddinde idi. Herbi xidmet zamani Ebiyevin uzag gohumlarindan birinin "xoshuna gelmemishdim". Yetim, Fagir ve xestehal bir esger yoldashimi bir balaca mudafie etmeyim ise behane ve menim "esgeri gaydada" cezalanmagima sebeb oldu. Ayilanda ozumu hospitalda ve gozsuz gordum. Sebeb "esger yoldashlarimla" dalashmagim gosterilmishdi. Hech bir kompensasiya, elillik kagizi, herbi xidmet zamani gazanilan travma, herbi cinayet hagda danishan bele yox idi. Men ise 2-ci gozumun hayinda idim, temamile kor olmagdan berk gorxurdum...
Anam butun hokumet organlarinin, dovlet mensublarina muracietler etmishdi, gebullarina getmishdi. Guru sozlerden bashga, 5-10 shirvan yardim gostermek isteyenden bashga bir shey eden yox idi. 2 ugursuz, primitiv seviyyede emeliyyat aparilmishdi faydasi yox idi. Temamile fealiyyetini itirmish gozu ne amputasiya edib chixaran vardi ne de ki, berpa edib yerine goyan vardi. Tebii ki, pul olmadigindan bundan sonra bize tibbi xidmet gostermek isteyen de yox idi.

Bacim Almaniya sefirinin tercumechisi ishleyirdi. En axirinci anda yegane son umudimiz de ele bu idi, bacim menim ve anamin veziyyetini gordukge aglayirdi amma o umidsiz idi. Sefirin gati, etiaci ve soyug adam oldugunu bize demishdi.
Ne ise butun umidler kesilende, veziyyetim lap pisleshende "suda bogulan saman chopunden yapisar" deyen bacim "etiaci" sefire muraciet etdi, bashimiza geleni aglalay-aglaya ona danishdi ve ozunu pis hiss etdiyi ucun icaze alib eve geldi. Gozlemediyimiz halda 2 gunden sonra bize musbet cavab geldi. Almaniya hokumeti ve Almaniyanin yardim fondlarindan biri menim butun xerclerimi oz ohdesine goturmushdu. Belelikle gozumun birini Azerbaycanda temamile itirsem de, 2-cini alman hekimleri 3 emeliyyatla berpa edib, heyata gaytara bildiler.

Anam 2-ci defe infarkt kechirdi ve omrunu sizlere bagishladi.

Men gozlerimin berpa-mualicesinden sonra eliller cemiyyetinde, elil ushaglarla ishe bashladim..

Kimdən: Azer Haradan: Amsterdam
01.07.2010 16:37
Dr-Ing haqlidir. Bashqa sheyler haqda hec ne demirem, Azerbaijan ailesinde terbiyenin qusurlari coxdur. Biz azeriler terbiyeni oz bildiyimiz kimi derk edirik, meselen boyuye yer vermek, qulaq asmaq, 'edeb-erkanli' olmaq, ve s. Amma bele deyil. Avropada terbiyenin bashqa aspektleri de var. Meselen avropalilar ushagi cemiyyet ucun terbiye edirler, ozleri ucun yox. Ushaglara Azerbaycanda valideynler oz emlaki kimi baxirlar, ona gore de insanlar aileden kenarda ozlerini adekvat, serbest apara bilmirler. Cunki onlar heqiqeten de mustegil deyiller, hetta yashli adamlar bele bashlarinin ustunde hansisa bir 'boyuyun' olmasinin hiss edirler, hemin 'boyuk'le meslehetleshmeden hec ne etmirler, meselen meslehetleshmeden evlenmirler. Valideynin sozu ile evlenen kishi sizce cemiyyetde ozunu nece apara biler. Men Avropalilarin medeniyyetini qebul edib, oz azyashli ushaqlarimi 'ushaq' yox, bir shexsiyyet kimi terbiye etmeye calishiram, onlarinin ishlerine qarishmiram, imkan verirem ki, her sheyi ozleri hell etsinler, bele halda gorurem ki, onlar daha derrakeli insan kimi boyuyurler. 10 ildir Azerbaycani terk etmishem. Dunya cox deyishib. Azerbaycana kenardan baxiram, mene ele gelir ki, Azerbaycanda hansisa bir qusurlu dovran yaranib, bezi sheyler getdikce pisleshir. Teessuf ki, hokumet mesuliyyetsizdir, ya da maragli deyil.Ureyim agriyir.
Cavab

Kimdən: rushvetden bezmish
01.07.2010 19:06
ailede veziyyet de acinacaglidir ele hokumetde veziyyet de!!

Ele drr-drr-Ing-in psixoloji veziyyeti de pis gundedir.

Bir sozle sanki, butun problemler bir-birine garishib..

Kimdən: Urunqu Haradan: Bakı
01.07.2010 10:30
İlk öncə həlak olan əsgərlərin ailələlərinə və bütün AZƏRBAYCAN xalqına baş sağlığı verirəm.Mən burada verilən xəbərlər daha doğrusu ordu haqqındakı xəbərləri və bu xəbərlərə şərhləri daim oxuyuram.Bircə onu bilirəm ki nə vaxt medyada ordumuzun güclənməsi barəsində xəbərlər getsə onun ardınca belə hadisələr baş verir.Və hamı bir ağızdan(yəni burda şərh yazan bəzi insanlardan gedir) ay ordumuz belə vay ordumuz belə deyib özlərini biabır edirlər.Ordu ölkənin gücüdür.Burda şərh yazan insanlarda yaxşı bilir ki burda yazılan hər söz orduya edilmiş xəyanətdir.Mən başa düşürəm o valideyinlər üçün çox çətindir .Ama neynək ki daxilimizdə və xaricimizdə bu qədər düşmənimiz oluqca biz belə hadisələri eçidəcəyik.Sadəcə səbrə ehtiyacımız var.TÜRK ÇADIRDA DOĞAR BOZQIRDA ÖLƏR..!!!
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
01.07.2010 13:50
Kimdir gunahkar? Kim cavab verecek? Hani orduda telim-terbiye ishine cavabdeh olanlar? Ana ogul boyudub Veteni qorumaga gondererken, bir-birilrini oldurmesi xeberini alir. Kim qaytaracaq o anaya oglunu? Qanunlarin sert uzu gosterilmelidir "kontur" dilenen uzdeniraq tefekkurlerin bit basmish zabitlere.( Allahdan gunahsiz esger balalarimiza rehmet dileyirik. Kimlerin bu ishde gunahi var onlara lenet olsun.Bashin sag olsun Veten)

Kimdən: Zorqe Haradan: Baki
30.06.2010 23:50
Azerbaycan ordusun ermeni ve rus casuslari buruyub istediyi texribatlari toredirler.
Cavab

Kimdən: esger Haradan: ordudan
02.07.2010 12:27
sen de deyesen, chashmisan. Orduda rus, ermeni ne gezir?? Ermenini deye bilmerem amma rus olsaydi, belke bu bedbext ordu da bir "poryadka" filan olardi!! Yoxsa lap bazardi bu ordu!!

Kimdən: irade
30.06.2010 20:27
Olen Elvin Eliyev menim emim ogludu.Allahdan bize sebr vermesini dileyirem.Geresen bu dehsetler ne vaxt bitecek,hakimiyyet bu olanlari gormemek ucun gozunu ne vaxta kimi yumacaq.Elvin 20hefte once deyirdi ki orda veziyyet pisdi,esgerler ac qalirlar,onlara isgence verilir,hetta herbi hissede cavus da oldurmusduler.Qayitmaq istemirdi hec herbi hisseye....Ne deyim ki olan ancaq bizlere olur,hakimiyyet ise oz kefindedi.

Kimdən: Amin Haradan: Belasuvar
30.06.2010 18:22
Bu gun iyun ayinin 30 da Allahini ,dilini,torpaqini satmish yap hakimiyyetinin gunahindan , ozune intihar edenler,esgerlikde oldurenler,satilmish rushvexor yol polislerin ucbatindan,dovletden hec bir komey gozlemeyen xeste ,qoca ve ushaqlarin olenlerin sayi 30-u otub kecir.Yap hakimiyyeti Azerbaycana gelen gunden Azerbaycan xalqinin genocidi ve yaxud soyqirimi bash alib gedir.
***********************************************************************************

Haray, dünya!
Hələ durur o qansızlar.
Qəhrəmana, mərd baxışa aman verməz imansızlar.
Qırdığımız dişlərini zaman-zaman şaqqıldadan
Qan tökməyə, baş kəsməyə imkansızlar...
Elə bilmə o dəhşətli yangın bildi, batdı, getdi.
Hələ durur, davam edir
O, yaşayır, qorxularda, ürkülərdə.
Bəlkə bir də qaytarıldı... bəlkələrdə.
Vicdanları basıb yeyen
Lekelerde, kölgelerde.
Ne qədər ki, bir milləti yetmiş yerə bölənlər var.
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölənlər var.
Nə qədər ki, kabineti, vəzifəni gözlərinə təpənlər var,
Tiranların yambızını bir az altdan öpənlər var,
Nə qədər ki, iste'dadı addim-addım pusanlar var,
Xalq dərdini hayqırmağın əvəzinə əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbaş, kəmsavad var.
Düz üç yüz min didərgindən heç nə yazmaz mətbuat var,
Nə qədər ki başçı olur başsız canlar,
Bir millətin mənliyim talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir fərariler, boşqab dibi yalayanlar,
Nə qədər ki,- Demokrati! - Aşkarlama!
Deye-deye boğaz yırtır bu züyçülər, zurnacılar, şeypurçular,
Nə qədər ki, cəzasıdır Xankəndimdə evlər yıxan, ürək yaxan yırtıcılar,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi!
Nə qədər ki, xalq şairi xalqa yaddır,
Nə qədər ki, rütbəlilər mütləq dahi iste'daddır,
Nə qədər ki, yallananlar harda aşdır, orda başdır.
Nə qədər ki, ərkən duran, axşamacan getmən vuran
Anaların döşü südsüz, gözü yaşdır,
Davam edir otuz yeddi
Daha kesgin, daha ciddi.
Diqqet! Diqqet!
Qapamasın gözlərini haray-heşir, çığır-bağır.
Qəzetləri lal eləmək xalqı lal etməkdən ağır.
Ruhun hələ ölməmişsə hayqır-bağır:
Nə qer ki, sıxıb məni limon kimi sümürən var.
Sümüyümü gəmirən var,
Nə qədər ki, Bakımıza püsgürdülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kolxozu, bu sovxozu,
Nə qədər ki, cocuq qanı pestisidle mayalanır,
Aşımıza qatır alçaq yüz fitnəni, min yalanı,
Nə qədər ki Ovçarenko dəstəkləyir Balayanı,
Milli geda Boroviki, Ağambekyan min ilanı,
Ne qədər ki, canımızda qan sorucu min gənə var,
Mənim isti sözlərimə soyuq baxan bigane var
O xəyanət sanma bitdi,
Davam edir.
O cinayet davam edir
Mənim şe'rim, mənim qanım cinayətlə dava edir.
Bir halda ki, davam gedir.
Qorx ki, bir gün Vətən deye:
Xəlil balam qurban getdi.
Xəlir Rza Ulutürk-1989

Kimdən: Qızılüzən Haradan: Bakı
30.06.2010 18:13
Biz nə vaxt adam olacağıq?

Kimdən: İnsan Haradan: Yer kürəsindən
30.06.2010 17:32
Analar! Ay Analar!! O körpələri gecə-gündüz beşikdə yelləyən Analar!!

Kimdən: Abdussaməd Haradan: Bakı
30.06.2010 17:17
Burada yazırlar ki, "camaat uşaq böyüdür...", "rüşvət...", "dembel, molodoy söhbəti" və s.

Birincisi o nə deməkdir ki, "camaat uşaq böyüdür"? Bəyəm mal-qara saxlayırıq? Baxın budur bizim cəmiyyət. Valideyn fikirləşir ki, uşağı müəyyən yaşa qədər böyütməklə, onu müəyyən mənada maddi cəhətdən təmin etməklə və evləndirməklə borcunu ödəmiş olur. Bəs tərbiyəni kim verəcək? Valideynlərin çoxu heç maraqlanmır ki, övladı kiminlə oturub-durur, sinifdə hansı partada oturur, asudə vaxtlarını necə keçirir və s. Bəli bu hadisələrdə MN-nin də günahı var, amma ən böyük günah cəmiyyətin və valideynlərindir.

İkinci məsələ "rüşvət". İnanın mənə bizim cəmiyyət elə korlanıb ki, rüşvət almayana pis baxırlar: ya deyirlər dəlidir, və yaxud da deyirlər "əfəldir". Rüşvəti də bu cümlə ilə əsaslandırırlar: "Neynəyək, necəsə dolanmaq lazımdır ya yox?". Maşının, luks evin, restoranlarda yeyib-içmək yoxdursa, deməli sən dolanmırsan. Bax budur bizim cəmiyyətdə hökm sürən fikir - PUL, PUL, PUL.

Üçüncü məsələ isə "dembel, molodoy söhbəti". Bunun bir çox səbəbləri var. Ən əsas səbəb isə yenə də cəmiyyətdən qaynaqlanır. Əsgərliyə ilk dəfə gedən əsgər o qədər ədalətsizlik görür ki, sonradan özü o yerə çatanda digərlərinə qarşı o cür davranır. Əsası isə bax bu cümlədir: "Mən də molodoy olanda belə olmuşam".

Nə isə uzatmaq istəmirəm. Amma gəlin ilk öncə özümüzə "güzgü"dən baxaq və özümüzü qaydaya salaq. Sonra isə ətrafdakılara da bu sahədə əl tutaq.

P.S. Güzgü ifadəsi mücərrəd məna daşıyır. Yoxsa güzgüdən baxıb uzaqbaşı əyin başını düzəldə bilərsən.

Kimdən: gizir Haradan: yazig BAKI
30.06.2010 16:31
Bu hallarin coxlu sebebleri var.Bunu yalniz nizam intizama baglamag duzgun deyil.Sovet ordusunda dembel maladoy sohbeti bundan qat qat guclu idi,ama nedense bizimkiler hec kimi oldurmur,hec eve bu barede xeber vermirdiler.Olsada bele hadiseler cox nadir hallarda bash verirdi.Bizim umumilikde cemiyyetimiz XESTEDI.Zabitleri rushvet almagda gunahlandiranlar bilmelidirlerki,bu orduda bu cemiyyetden cixmish shexsler xidmet edir.Kiminin atasi,qardashi,qohumu ve s.Ozude ucdan tutma butun zabitleri gunahlandirmagda duzgun deyil.Siz ele bilmeyin ki,zabitlerin bu haldan xoshlari gelir.Xeyir,amma onlar buna mecburdular.Cunku hami dolanmag istiyir.Bele hadiselerde oldurenden cox olenlerin gunahi olur.Here bir evden cixib,here bir cur terbiye alib.Sovet ordusunda cox az adam bir birini taniyirdi.Amma bizde h/hissenin yarisi mulku heyatda bir birini taniyir.Kicik olkede yashayirig.Her hansi shexs barede qeyri etik melumati tez bir zamanda hemin shexsin unvanina catdirmag mumkundu.Bele sohbetlerse esasen esgerler arasinda bash verir,Bunun qarshisini en ciddi nizam qaydalari ile bele almag cox cetindi.Iki qardas evde bir biri ile yola getmir,o ki qalsin yuzlerle beyni qanli genc.Onuncunda her hansi kicik bir konflikt boyuyub bele hadiselere sebeb olur.Men hecde ordu rehberlerini temize cixarmag istemirem.Ordunu problemleri saymagla qurtarmaz.Orduda ele noqsanlar var ki ondan cemiyyetin xeberi yoxdu.Bu bash veren hadiseyse mence sirf esgerlerin davranish qaydalarini pozulmasi neticesinde bash verib.Loru dilinde desek HEC KIM QABAGINDAN YEMEK ISTEMEYIB.Yeni razborka.Mulkude bele hadiseler her gun bash verir.Hemin xeste cemiyyetin numayendeleri gedib ordudada bu TRIPASHLIGLARINI davam eletdirendede bele olur.Allah rehmet elesin.Valideyinlere sebr diliyirem.
Cavab

Kimdən: irade
30.06.2010 20:31
olenlerden biri menim emimogludu.neler yasadigimizi demek mence yersizdi.allah yardimcimiz olsun.o deyirdi ki burda esgerlerin gunu ele pis ve acinacaqlidi ki.esgerler ac qalirlar ve hetta bu vehsiliyin icinde bir birlerini oldurmekden bele cekinmirler
Cavab

Kimdən: kamal Haradan: turkiye
30.06.2010 18:21
gizir temiz sohbetdi
amma birce sehere tekce Baki yazsan yaxsi olardi
Səhifə (3)
    Növbəti