Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:05

Siyasət

Azərbaycan niyə hələ də Avropa Şurasının üzvüdür?

Azərbaycan indi 47 üzvü olan Avropa Şurasına 2001-ci ildə qoşulub
x
Azərbaycan indi 47 üzvü olan Avropa Şurasına 2001-ci ildə qoşulub
Şriftin ölçüsünü dəyiş - +
Jurnalistin sadəcə öz işini gördüyünə görə həbsxanaya salınması və orada ölməsini eşitmək həmişə insanda dəhşət doğurur.

ÜÇÜ BİRİNDƏ...

Avropa Şurasının insan haqları üzrə komissarı Tomas Hammarberqin bu həftə yayılmış hesabatında məhz belə bir hadisəyə görə dövlət tənqid olunur. 60 yaşlı bir redaktor qapalı keçirilmiş məhkəmə prosesinin ardınca 10 azadlıqdan məhrum edilib. Ona qarşı irəli sürülmüş ittihamları Jurnalistləri Müdafiə Komitəsi saxta adlandırıb. Həmin jurnalist keçən il həbsxanada ölüb. Onun ölümü ilə bağlı müstəqil araşdırma aparılmayıb.

Mart ayında isə elə həmin ölkədə məhkəmə iki gənc bloqqeri hökuməti məsxərəyə qoyan videogörüntü hazırladığına görə həbs elədi. Onlar hərəsi 2 il yarım və 2 il azadlıqdan məhrum edildi.

Yenə həmin ölkədə jurnalist həbs olunub cəza aldı, sonradan ona heroinə görə başqa bir ittiham da irəli sürüldü.

AVROPA ÖLKƏSİ OLASAN, MEDİANI BELƏ QORXUDASAN?

Müstəqil medianı qorxutmaq üçün bu cür üsullardan istifadə etmək qəbul edilməzdir. Özü də belə üsullara Avropa ölkəsinin əl atması başa düşülən deyil. Çünki Avropa Şurasının bütün regional əməkdaşlığın kökündə məhz insan hüquqlarının müdafiəsinin minimum standartlarını təmin etmək, qanunun aliliyini, demokratiyanı təmin etmək dayanır.

Azərbaycan indi 47 üzvü olan Avropa Şurasına 2001-ci ildə qoşulub.

Hökumət adətən bildirir ki, medianın iqtisadi vəziyyəti kifayət qədər yaxşı deyil. Ona görə də jurnalistlərin peşəkarlığı da aşağıdır
Avropa Şurasının insan haqları üzrə komissarının bu hesabatı iki mühüm sual doğur.

AZƏRBAYCAN NİYƏ DƏYİŞMƏYİB? DƏYİŞMƏYİBSƏ, NİYƏ HƏLƏ DƏ AVROPA ŞURASININ ÜZVÜDÜR?


Nə üçün Azərbaycanın bu Avropa klubuna qəbul olunması onun jurnalistlərlə rəftarına ciddi təsir göstərə bilməyib?

Yaxud Azərbaycan jurnalistlərlə hələ də bu cür rəftar edirsə, niyə o hələ də bu Avropa qurumunun üzvüdür?

Birinci suala cavab vermək asandır. Hökumət adətən bildirir ki, medianın iqtisadi vəziyyəti kifayət qədər yaxşı deyil. Ona görə də jurnalistlərin peşəkarlığı da aşağıdır. Diffamasiyanın cinayət hesab edilməməsi bu sahədə mövcud problemləri aradan qaldırmayıb, əksinə, vəziyyəti daha da pisləşdirəcək. Bu cavab «həmişə dissidentlərə qarşı dözümlü olmaq lazımdır» tələbinə diktatorların ənənəvi cavabıdır.

İndi nəyisə dəyişdirməyə istək bu ölkədə çox azdır. Bu da ikinci suala aparıb çıxarır. Əgər hökumət nəyisə dəyişməkdən imtina edirsə, nəyə görə o hələ də Avropa Şurasının üzvü olmaqda qalır? O təşkilatın ki, onun yeganə məqsədi insan hüquqlarının qorunmasını təmin etmək və insan hüquqları pozulduqda hökumətləri buna görə cavabdeh kimi tanımaqdır...

«MƏN BİLMİRƏM ÜZVLƏRİ TƏŞKİLATDAN ÇIXARMA PROSESİNƏ NECƏ BAŞLAYAQ...»


Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland
Müəllif yazır ki, mən bu barədə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlanddan soruşdum. O dedi: «Bu faktdır ki, Azərbaycan Avropa Şurasının üzvüdür. Mən bilmirəm, üzvləri təşkilatdan çıxarmaq prosesinə biz necə başlaya bilərik. Məsələ ondadır ki, biz Azərbaycandakı hadisələrə təsir edə bilərik, ya yox. Əgər edə biləriksə, onda Azərbaycanın Avropa Şurasında yeri var».

Müəllif yazır ki, müəyyən mənada baş katib haqlıdır. Əgər Azərbaycan Avropa Şurasının üzvü olmasaydı, indi insan haqları üzrə komissar da Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı belə hesabatla çıxış edə bilməzdi. Ancaq jurnalistlər həbsxanada çürüyür. Həmin jurnalistlər üçün Avropa Şurasının narahatlıq ifadə etmək qabiliyyəti çox az təsəllidir.

TƏZYİQ TƏSİR EDƏNDƏ FAYDALIDIR


Ölkəyə xarici təzyiq yalnız müəyyən təsirə malik olduqda faydalıdır. Yaxud beynəlxalq məhkəmələrin, məsələn, Avropa İnsan Hüquqları Məhkəməsinin Eynulla Fətullayev haqqında qərarı həqiqətən yerinə yetirilsə.

Ancaq bunun baş verəcəyi görünmür.

Tərcümə etdi: Kəbiran Dilavərli
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Akif Haradan: Bakı
01.07.2010 10:32
Azərbaycan hakimiyyətinin antidemokratik siyasəti çox yaxın vaxtlarda onun mötəbər beynəlxalq, o cümlədən Avropa Çurasından çıxarılması ilə nəticələnək.
Sonda isə BMT Azərbaycana qarşı iqtisadi və siyasi sanksiya tətbiq edəcək.

Kimdən: Ibo
30.06.2010 20:07
Mence Azerbaycanin qalmasinin yegane meqsedi Shah Deniz qazi ve neft resusrlaridir.Yoxsa Belarusiya kimi choxdan ordan govulmushduq.

Kimdən: Azer Haradan: Norvech
30.06.2010 19:48
Azerbaycanin Avropa Shurasinin uzvu olaraq qalmasi insan haqqlarina istehzadir.Di gek ki,Azerbaycani bu shuradan uzaqlashdirsalar,onda Eliyev rejimi achiq-ashkar heyasizcasina ve Avropa qarshisinda hech bir mesuliyyet dashimadan xalqin bashina min bir oyun achacaq.Ona gore de,hesab edirem,olkemizin Avropa Shurasindan chixarilmasinin fesadlari ilk novbede sade xalqa zerbe vura biler.Rejime ele bu lazimdir.Butun Avropa institutlarindan uzaqlashib Rusiyaya yaxinlashmaqla xalq uzerinde ebedi istismari temin etsin.Ilhamla Ramize bu shansi tanimaq olmaz.Avropa Shurasi eksine chalishib Azerbaycanda fealiyyetini guclendirmelidir.Muxaliefetle,ictimai sektorla temaslar artirilmalidir.Yalniz bu yolla belke neyese nail olmaq olar.
Forumda axmaq texribat ve urek bulandirmaqla meshqul olanlarin nezerine: niye olub-itib yere girmirsiz?! Ozunuzu kishi sayirsiz siz de? Ilhama yarinandan,umumiyyetle yaltaqliqla meshqul olandan kishi olmaz,sirqa edin,asin qulaqinizdan.

Kimdən: Dr.-Ing. Haradan: Berlin
30.06.2010 18:27
Bilirsen ne ucun. Cunki 1 milliondan cox qacqinin huquqlarini pozan ermenistanda o teshkilatin uzvudur. Ona gore de bu cur saxta teshkilat dagilmaga laiqdir. Ya da oz ishlerini layiqince yerine eyetirmelidir!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: Perviz Haradan: Ezimov
30.06.2010 18:26
Mence Avropa ozu bizi bu shyradan uzaqlasdirmalidir.