Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:11

Bloqlar / Sevda İsmayıllı

Onlar bir-birini sevirdilər...(Cənab Mikloş Haraştinin bir sözünə ithaf)

Sevda İsmayıllı
x
Sevda İsmayıllı
Şriftin ölçüsünü dəyiş - +
Tarix sevənləri sevmir.
Sevsəydi, onları ayırmazdı.
Sevsəydi - Leyli-Məcnun yazılmazdı.
Sevsəydi - Əsli-Kərəm olmazdı.
Sevsəydi - Romeo-Cülyetta yaranmazdı.
Sevsəydi- ən sonuncu dastanlardan biri – «Əli və Nino» dünyaya səs salmazdı.

KAŞ MƏCNUN LEYLİNİ AZ SEVƏYDİ...


Yer üzü Qara keşişlərsiz olmur.
Onlar müxtəlif qiyafədə sevənlərin qarşısına çıxır.
Məcnun Leylini az sevsəydi, ona dəli kimi aşiq olmasaydı, Leylisinə qovuşardı.
Qara keşişin sehri olmasaydı, Kərəm Əslinin düymələrini açmaq üçün alovlanmazdı.
O zamanın «poçtu» - uzunqulaq bir az tez gəlsəydi, nə Romeo, nə Cülyetta ölərdi.
Azərbaycan Cümhuriyyəti yıxılmasaydı, Əlini Ninosundan heç kim ayıra bilməzdi.
Bakılı Əli Gəncəçayın qırağında son nəfəsini verməzdi...
Məcnun Leylinin qəbri başında keçinməzdi...
Kərəm...
Romeo...

TARİX SEVƏNLƏRİ SEVMİR!


Bu dəfə lap ürəklə yazdım.
Sevmir! Onları ayırır!
Aaaa...Amma onları özündə saxlamağı sevir. Yəni onları tarixdə saxlayır.
O üzdən sevənlər unudulmur. Tarixdə dastan olur.
Gələn nəsillər bu sevgi tarixçələrini oxuyur, vərəqləyir, onu özündən sonrakılara ötürür.
Yoxsa lap gerçək qəhrəmanlar - Əli və Nigar (Əliağa Şıxlinski və Nigar xanım), Həsən bəy və Hənifə, Niyazi və Həcər, Lütfəli və Sevda... tarixə düşərdilərmi?

QARA KEŞİŞ

Sevənlər unudulmur. Dillərdə dastan olur.
Odur ki, tarixdə sevənlər qalır.
Qara keşişlər - ayıranlar, parçalayanlar, sehrbazlar hər zaman tarixin girdabına yuvarlanırlar.
Adları, geyimləri, rəngləri müxtəlif olsa da, onları bircə sözlə yad edirlər.
Onlara QARA KEŞİŞ deyirlər!

P.S. Bu yazı AzadlıqRadiosu və onu sevənlər üçün yazıldı. Birnəfəsə.

Məqalədəki fikirlər müəllifin şəxsi düşüncələridir
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Siavuş Haradan: Bakı
04.07.2010 21:37

1975-ci ildə Ağcabədi rayonunun Kəhrizli kəndində, Çapayev adına kolxozda Bakı tələbələrilə pambıq yığırdıq.Bizi kənd ibtidai məktəbində yerləşdirmişdilər Böyük,birmərtəbəli,eyvanlı binanın qapısında lövhə də vurulmuşdu ki,burada C.Məmmədquluzadə işləyib və yaşamışdır. O vaxt mənim kimi çoxları bilmirdilər ki,Hənifə xanım kimdir. Orada gözətçi olan yaşlı bir kişi, məktəbin böyük həyətində gecələr qoyun otarardı.İsti sentyabr gecələrində, ağcaqanad əlindən yatmaq mümkün olmayanda, onunla oturub söhbətləşərdik.O vaxt kişinin sinni 80-ni keçmişdi,indi dünyasını dəyişmiş olar.Rəhmətlik,çox söhbətcil adam idi.Həmidə xanımdan çox danışardı.Mən Mirzə Cəlillə Hənifə xanım arasındakı qarşılıqlı böyük məhəbbət və hörməti ilk dəfə ondan eşitdim.Heç zaman unutmaram,bir dəfə ondan soruşdum ki,ay əmi,Nikolayın vaxtında (yəni ki,Sovet dövründən əvvəl) camaat ücün yaxşı idi,yoxsa indi yaxşıdır? Rəhmətlik,sövq-təbii sağına-soluna boylanaraq dedi:- ay oğul,onda da yaxşı idi,elə indi də yaxşıdır.Onda da kasıb idik, elə indi də.Bircə fərq ondadır ki,o vaxt bilirdik ki,bir bəyimiz var, o da, rus Əhməd bəyin qızı Hənifə xanımdır. Rəhmətlik,çox ədalətli,atası kimi camaat üçün ürəyi yanan,kişi hünərli bir qadın idi.Dərdi-sərimizi də ona deyərdik.İndi isə,a bala, bəyimiz çoxalıb,kolxoz sədri,8 briqadir,baş mühasib,kassir vəs.və i. Allahsaxlamışların da,hərəsinin ağzından bir avaz gəlir,sözlərilə əməlləri heç də düz gəlmir.Ay oğul,dövran belə gətirib,neyləmək olar.Hörmətli Sevda xanım! Əvvəla(baxmayaraq,indi nədənsə hamı “ilk öncə”deyir) öz təsirli yazınızda Mirzə Cəlil və Hənifə xanım məhəbbətini indiki nəslə nümunə göstərməyinizə,ikincisi,yazınızla məni cavanlığıma qaytararaq,xoş hisslər oyatdığınıza görə Sizə minnətdaram. Yazın..Tez-tez yazın..

Kimdən: Mayise Aslan Haradan: lamekan
03.07.2010 21:02
Sevgili Sevda xanım.mence,Biz yaşıdıg.Eyni ilde Siz Memmedemin Resulzade adına Bakı dövlet üniversitetinin jurnalistika,men ise filologiya fakültesinden mezun oldug. ildir Vetenime gelmeye maddi imkanım yoxdur.otaglı menzilimde gacgın kef cekir.menise gürbetde kirayelerde yaşamag mecburiyyetindeyem.Bakıdakı GARA KEŞİŞLER ise gacgınları müdafie edirler.zakir,ilham,ismayıl,kemaleddin,ramiz,vefa,mehriban,fexriyye,leyla, sevda,ebülfez,sevil,nergiz,polad,meleyke,bahar,zeyneb,gülerve başgaları düşünmürler ki,yersiz geldi,yerli gac ATALAR sözünü tetbig etmekle milletin nifretini gazanırlar.?!Müdafie nazirliyinde işleyen menim hügugumu ceyneyib,menzilime gardaşını yerleşdirirse,o xalgın hügugunu,torpagını nece midafie edecek? gara keşişlerden Allah özü azerbaycan xalgını xilas etsin.

Kimdən: Seven bende Haradan: Baki
03.07.2010 13:14
Sevda xanim maraqli yazibsiniz.Amma dogrusu 30 iyun tarixinde ve hem de bele bir meqalede, Ilham ve Ferizenin adinin chekilmemesine uzuldum.

Kimdən: Reporter106 Haradan: ofisden
01.07.2010 14:00
Sevda xanim, chox sagh olun, tesirli yazmisiz. Sevgilerle

Kimdən: Fuad Haradan: Hanoi
30.06.2010 18:53
Sevirdi yox hele de sevir.
Cavab

Kimdən: Anonim
01.07.2010 18:21
Muellif duz yazib--sevirdi. Onlari ayirdilar,axi. Azadliq Radiosunu ilyarim evvel Qara keshish dinleyicilerinden (FM-den)ayirmadimi? O bashqa mesele ki, bu radio ozunde guc tapib daha guclu oldu. Yani yazida deyilen kimi, Qara k-in elediyi ozune qaldi. "Tarixde sevenler qalir", Qara keshishler nifretle xatirlanir.
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
01.07.2010 04:20
Sag ol Sevda xanim.Cox tessuf ki,bu gun Azerbaycanimizda QARA KESHISHLERIN sayi helelik durmadan artmaqdadir.QARA KESHISH rolunu meheretle ifa eden indiki rejimin yaratdigi sixintilar icerisinde,tanidigim iki aile dagildi.Her ailede iki ogul ovladi var.Indi o ovladlar hele ki,kicikdiler.Ne qeder yalvardim,nesihet verdim,misallar cekdim,alinmadi.Cunki cemiyyetimizde yaranmish eybecerlikler bu iki genc aileyede tesir etdi.Geleceyin esgerleri olan bu dord ogul urek sixintisi ile boyuyecekler.Her defe qapi doyulende atalarinin geldiklerin hiss edecekler.Etrafindaki ushaqlar valideyinlerden danishanda,onlar hansi hissi kecirdecekler? Ayrilmush ata ve ana,ayri-ayriliqda bu ogullari sevirler.Lakin QARA KESHISH qoymadi onlar bir yerde bu ogullari seve.Lenet olsun QARA KESHISHLERE.(Goresen hele QARA KESHISHLER ne qeder ailenin dagilmasindan zovq alacaqlar? Bu ovladlarin gunahi nedir? Kim cavab verecek buna? Bu iki aile,Sevda xanim demishken, Onlar bir-birini sevirdiler...)