Çərşənbə axşamı, Sentyabr 02, 2014 Bakı vaxtı 06:47

Cəmiyyət

Yol polisi rəsmisi: «Youtube-da polislə bağlı video saxtadır»



Bu video-görüntüdə yol polisi sürücüyə qaydanı pozduğunu deyir, amma sürücü yol hərəkəti qaydasını pozmadığını bildirir. Və onların arasında belə bir mübahisə yaranır (bu hadisənin harada baş verdiyini hələlik dəqiqləşdirə bilməmişik).

Polislə sürücünün dialoqunun mətni:

Sürücü: Mənim ayın-oynumu götürüb qaçasan...

Polis: Sənin ayın-oynunu götürüb qaçmamışam, danışığına fikir ver.

Sürücü: Mən burda nə gəzirəm bəs?

Polis: O, sənin şəxsi problemindir...

Sürücü: Mənim problemim deyil, mən qaydanı pozmuşammı?

Polis: Bəli qanuni pozmusunuz.

Sürücü: Pozmuşamsa, İnzibati Xətalar Məcəlləsinə görə yerində....(sözü yarımçıq qalır)

Polis: Bax protokola, sənə protokol yazıram...

Sürücü: Hansı protokol, sən ora ratsiya ilə 90 yazmısan...(sürəti nəzərdə tutur)

Polis: 90 yox, 92.

Sürücü: Sən mənə göstərməlisən onu...

Polis: Yox o, heç sənə verilməməlidir...

Sürücü: Sən özbaşınalıq edirsən, qanunu pozursan, buna görə də məsuliyyət daşıyırsan...

Polis: Kim pozur qanunu, sən qaçırsan...

Sürücü: Mən qaçmıram, mənim hüququmdur...mən

Polis: Mən elə hərəkət edərəm adın yadından çıxar...

Sürücü: Nə eləyərsən?! Mən inzibati xəta eləmişəmmi?

Polis: Mən sənə deyirəm (polis birdən sürücünün üstünə qışqırmağa başlayır). Sən dövləti təhqir edirsən, mənə söyüş söyürsən...

Sürücü: Kim?

Polis: Sən, dartıb poqonumu cırdın...Sən öl sənin başına oyun açacam.

Sürücü: Bax səni çəkir, poqonun da Allaha şükür yerindədir... (mübahisəni bir nəfər kənardan lentə alır)

Polis: Qoy çəksin, elə çəkənlər çox olub...

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bu videonu izləyəndən sonra AzadlıqRadiosuna deyib ki, yol polisilə bağlı görüntü saxtadır.

BU, QURMA SƏHNƏDİR...


Şöbə rəisi hesab edir ki, ola bilsin, kimlərsə xüsusi olaraq polis paltarı geyinib və kamera qarşısında belə bir səhnə qurublar:

«Kimdirsə polis paltarı geyinib, özü də durub-durub birdən heç nə olmadan qışqıdırır. Orda heç polisin sürücüyə o sözü deməsinə səbəb də yoxdur (videogörüntüdə polis sürücünün üstünə qışqırır ki, güya sürücü onun poqonunu qoparıb). Mən o görüntüyə iki-üç dəfə baxdım və orda səbəb görmədik ki, inspektor o sözü desin. O söz üçün orda səbəb yoxdur. Sonra polis protokol göstərir, yol polisində ümumiyyətlə elə protokol yoxdur.Ona görə deyirəm ki, o, həqiqi çəkiliş deyil, elə bil qurma bir səhnədir».

Yol polisinin bu məsələ ilə bağlı araşdırma aparıb-aparmayacağına gəldikdə Kamran Əliyev deyir ki, orda araşdırılası elə bir şey yoxdur.

«Biz nəyi araşdıraq, o videoda heç polisin sifəti də heç əməli-başlı düşməyib, bundan başqa əgər həqiqi olsaydı onu çəkən adam ən azından patrul avtomobilinin nömrəsini və ya inspektorun döş nişanını çəkərdi, bunlar kifayət edərdi. Niyə bunlar yoxdur».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (14)
Kimdən: Pablo EScobar
07.07.2010 22:25
Polisin shobe mudur deyib ki bu qurma sehnedir. Bes bu sohneni quranlar yol polisinin mashinini hardan alib goresen? :)
Cavab

Kimdən: qubalıdan Haradan: cuxur hamamdan
07.07.2010 23:13
bu kamrana hecne subut etmek olmaz bu adamlar artıg qatıgın qara oldugunu subut edibler mes bunlar qurdudgu siyaset uzunden cavan nesil yol hereket qaydalarini bilmir buna gorede her gun bir nece insan yol hereketi netecesinde heyatini deyishir ve ya shikest galir amma suruculuk vesiqesini pul ile veren organ bunu bilmelidi ki o pulla vesiqeni alan adam bir gun onlarin dogmalarinin heyatina etdiyi qeza ile son qoya biler men artiq derecede xahish edirem ki hec olmasa vesiqeni pulla aldiqdan sonra qanunu oxusalar yaxshı olar axı sonda ezilen yene bizik bu hakimiyetden hecne gozlemeyek bunlarin sonu yalniz kutlevi mitinqdi

Kimdən: ekrem Haradan: baki
07.07.2010 19:24
e bunnarin 90%i peyser sheydiler

Kimdən: rais Haradan: bakidan
07.07.2010 15:00
bunun duz va ya yalan oldugunu deya bilmaram cunki orda olmamisam.Birda ay millat burda qeyri adi na varki gundalik hayatda rast galdiyimiz hadisalardi.Garak insanin ozundada biraz vicdan olsun olka bascisi hamiya nazarat eda bilmaz axi
Cavab

Kimdən: Orxan
09.07.2010 00:03
Ölke başçısı hamıya yox, Daxili İşlər Nazirinə nəzarət etsin, bizə bəs edər!

Kimdən: Adil Haradan: Turkiye
07.07.2010 05:38
Polislerin hamisi bele deil sadece bele ŞÜVƏN poilise gore hamisinin adini pis etmeyek.
- Bu video hele harasidir mende cox maraqlisi var. Orda polisin uzude dushub, mashinin nomreside dushub, pulu nece alir oda dushub.Sadece ona yazigim gelir biliremki bu video yayilsa onu ishden azad edcekler ve men gunah toretmish oluram.
Cavab

Kimdən: Mahmud Haradan: Almaniya
13.07.2010 15:54
Qardash sen eslinde savab ish gormush olarsan hem bashqalarininhaqqini yemez hem de balalarina haram tike yedirtmish olmaz ...
Cavab

Kimdən: Orxan
09.07.2010 00:04
Qardaş, o videonu youtube`a qoysan, Allah da biz - bu qədər camaat da səndən razı olarıq.
Xalqa etdiyin kömək qədər də Allah sənə kömək olsun. Amin!
Cavab

Kimdən: N>N Haradan: ...............
08.07.2010 23:43
Sen bu hereketinle savab iw gormuw olarsan
Cavab

Kimdən: xaricden
08.07.2010 03:43
Bele axmaq sharh gormemishdim. O videonu gostermek senin borcundur. Birisi bashqasina zulm edib haqqini elinden alirsa onu cezalandirmaq vacibdir. Bunu gizletmekle sen onun ishine sherik olursan va o sabah bashqasinin haqqina girecek, belke de sanin qabagina chixacaq. kim bilir

Kimdən: samir Haradan: baki
07.07.2010 01:35
Azerbaycan polisinin hamisi bu gundedi bir olkedeki prava 700 min manat arasinda satilsin , wexsiyyet vereqesi alamaqa pul veresen en dehwetlisi polise duzelmek ucun kullu miqdarda pul verib polis olasan demeli burda wubheli ve qeyri adi hec ne yoxdu imkanim olsa en esasda DYP-quldurlarininin nesimi kimi derisini soyaram. Artiq bu tenezzul demekdi bele olmaz

Kimdən: samir Haradan: baki
07.07.2010 01:32
Menim fikrimce burda hec bir qeyri adi veziyyet yoxdu bu Azerbaycan polisinin gundelik xidmet terzidi ! Sanki Azerbaycanda polis vetendawlarin ve ictimayi asayisin qorunmasina yox milletin cibine girmeye wer atmaq ucun movcutdular ! Polisi tehqir eden butun papanin dayinin gul balalarini destekleyirem cunki polisin bize gosterdiyi nalaiq hereketlerinin qarwiliqini hemin oqlanlar polisin ozune gosterir ! Bir halda ki polis neferi ozu 07 markali avtow sitilinde bezenmiw avomobille cavanlari qiziwdirib qarwida oz polis yoldawlarina xeber eliyib onlari tutduraraq bizden gucle ruwvet alirlar bu polisden ne desen gozlemek mumkundur ! bu cur pulla aile saxlayan polisden ne desen gozdemek olar (((((((

Kimdən: elkoyot Haradan: burdan
07.07.2010 00:14
chox hormetli Kamran Aliyev ele danishir ki guya biz hansisa yuksek medeni inkishaf etmish dovletde yashayiriq ve biz Azerbaycan polisini birinci defe goruruk..men shexsen shahidi olmusham ki iki polis texminen 10-11 yashli ushagi nece doyub kuchede..sadece o polislerin bexti onda getirdi ki menim kameram 2 megapixel idi yoxsa onlarin bu videosunu butun dunyaya yaymishdim..yaymamagimin sebebide melum meseledir ki zeif goruntuler ve havanin alaqaranliq olmasi idi ve esasi onlarin paltarlari uzerindeki "polis"yazisinin aydin gorsenmemesi.melum meseledir ki bunada "montaj","qurma oyun"kimi adlar verecekdiler.....

Kimdən: Samir Agayev Haradan: Baki
06.07.2010 21:33
Salam. Bu hadisə internetə virilməmişdən bir neçə ay qabağ olub. Həqiqətən hadisə realdır. Həmin iki qardaşilə görüşmüşəm. Belə bir hadisəi internetə verməyə utandım ki, Azərbaycan polisi bu gündəmi olmalıdır.
Kim nə deyir desin hadisə realdır.

Kimdən: ZODIAK Haradan: Odlar Yurdundan "iSTIDI"
06.07.2010 19:53
hormetli millet tesubkeshleri yaxsiki derd demeye yerimiz var,care yoxdu burda yazilanlari bir birimize yaziriq,nece deyerler ozumuz deyib ozumuz esidirik.is de orasindadirki bize gelib catan bu kimi melumatlar hedsiz sayda azdir,divarin o birisi uzun fikirlesin gorun neleri gormur neleri esitmirik,eger Magistral yolda qanun kesikcisi qorumali oldugu vetendasi serleyirse,Magistral olmayan yerde ona neler eleye biler,ALLAH beterinden qorusun!cox heyif eslinde bizim kimi gozel millet yoxdu,her seyimiz hamidan yaxsidi,medeniyyetimizde,adetimizde enenmizde,hormetimizde,amma heyif eyri eskiklerimizi duzeltmek evezine,inkisaf evezine gor nelerecen gelib cixmisiq ODLAR YURDU-muz br hisse bir necelerinin oylagina cevrilib,istediyini ele,istediyini,serle ,doy,haqqini ye....buyuqmu biz?axi bizimde helede nefes alan olkemiz yurdumuz Azerbaycanimiz var,heyif ki "bizim" sozun tam semimiyyetle deye bilmedim,o POLIS de bizimdi axi....

Kimdən: rovshen Haradan: Baki
06.07.2010 17:43
men olum adam bunlara "polis" demeye de dili gelmir. arvad kimi sivenlik salib ser atanlardir
Səhifə (14)