Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:24

Dünya

İnternet düşməni Türkiyə

x
Şriftin ölçüsünü dəyiş - +
Türkiyədə 5000 vebsayt bağlıdır. Bu internet səhifələri hakim AK partiyanın 3 il əvvəl tətbiq etdiyi qanunla bağlanıb. Bunu ATƏT-in hesabatı deyir.

Türkiyədə 2008-ci ildən YouTube da qadağandır. Bütün bu problemlər isə Google ilə bağlı saytlara məhdudiyyətlərin genişlənməsi ilə gündəliyə gəlib.

Türkiyə Avropa Birliyinə üzv olma danışıqlarına başlayandan 5 il sonra Türkiyəni Avropada internetin düşməni, internet senzoru kimi qavramağa başlayıblar.

Türkiyəni artıq Çin və İran kimi ölkələrlə müqayisə edirlər. Bunları isə Avropa parlamentinin deputatı, britaniyalı Riçard Houit deyir.

TÜRKİYƏNİN ARQUMENTLƏRİ

Türkiyə hakimiyyəti bildirir ki, bir qrup yunan millətçisi Atatürklə bağlı təhqiredici videonu YouTube-a yerləşdirəndən sonra YouTube qadağan olunub.

Türkiyədə İnternet işlərinə nəqliyyat naziri Binaili Yıldırım baxır. O deyir:

«Google-un Türkiyə hökumətinə 20 milyon dollar vergi borcu var. Google-un olan YouTube isə Türkiyə Respublikası ilə davaya çıxıb».

Ancaq təhlilçilər pulun bəhanə olduğunu deyirlər. İstanbulun Bilgi Universitetinin media araşdırmaları professoru Haluk Şahin hesab edir ki, «senzuranın bir əsas səbəbi mentalitetdir. Bu ölkədə uzun illər informasiyanın sərbəst axmasından, əks-informasiyaya imkan verilməsindən çox, informasiyanın dayandırılması hakim yer tutub».

Türkiyədə İnternet qadağası 2007-ci ildə qəbul olunan qanundan gəlir
QANUNLAR...


Türkiyədə İnternet qadağası 2007-ci ildə qəbul olunan qanundan gəlir. Qanun intihar, qumar, pornoqrafiya kimi işlərin təbliği ilə mübarizə üçündür. Bu qanun həmçinin anti-terror qanunlarını pozanları və Atatürkü təhqir edənləri cəzalandırır.
Qanun Telekommunikasiya Şurasına imkan verir ki, məhkəməyə getmədən bu növ saytları bağlasın.

Türkiyənin Mülki Məcəlləsinin bir maddəsi də var. O maddə ilə haqlarının pozulduğunu deyən vətəndaşın tələbi ilə sayt bağlana bilər.

2008-ci ildə İstanbul məhkəməsi məhz bu maddəni əsas gətirib, bioloq və ateist Riçard Doukinsin saytını bağladı.

Dünyanın yaradıldığına inanan islam alimi Adnan Oktar məhkəməyə müraciət etmişdi ki, Doukinsin saytı dini təhqir edir.

Avropa Parlamentinin britaniyalı üzvü Riçard Houit Türkiyədə internet senzurası ilə bağlı vəziyyəti təcili düzəltməyə çağırır:

«Bütün bu baş verənlərdə ədalət prinsipi pozulur. Türkiyəni sevənlər və onu Avropa Birliyinin üzvü görmək istəyənlər başa düşməlidirlər ki, internetə belə münasibət Türkiyəni ğözdən salır. Avropa Birliyinin YouTube qadağanı ilə bağlı səbri tükənməkdədir».

Professor Şahin isə hesab edir ki, Türkiyənin özündə ictimaiyyət və siyasi müxalifət tələb etməlidir ki, İnternetə azadlıq versinlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: biteref Haradan: uae
10.07.2010 02:45
yaxshi eleyib baqlayib.o ki,qaldi Erdoqana o.Turkiyeni qabaqa aparir dala yox.o,milletini sevir,bizimkiler ne edir?

Kimdən: Rail Haradan: Halle
02.07.2010 01:44
Eceb eleyib baghlayiblar, porno saytlardir, baghlayiblar.
Cavab

Kimdən: Yurdsever
02.07.2010 23:13
Ne danishirsan?

Youtube-da porno var'?
Cavab

Kimdən: nicat Haradan: baki
04.07.2010 18:21
you tube da porno da var

Kimdən: n.c.f Haradan: ..............
01.07.2010 22:46
bu yalniz turkiyenin iwidir. TUrkiyenin baglatdirdigi o saytlarin coxu yeqinki , onlarin siyasetini engelleyen, ortaligi qariwdiran tipde bir sayt imiw.( W- herfi >>S) youtube -da bunun uzunden bagladildi. Cunki orda da ATATURKU tehqir eden videolar var idi

Kimdən: kəmsavad
01.07.2010 22:23
@Elxan bəy,
bu mövzuya gədiyiniz üçün tşk.

Əvvəla, Google və Youtube in ULU ATATÜRKƏ olan hörməti türkiyənin indiki başı çalmalı hökumətinin ULU ATATÜRKƏ olan hörmətindən dəfələrlə çoxdur.
Biz bu iki internet nəhənglərinin vasitəsi ilə kimin kim olduğunu anlaya bilirik. Başı çalmalılara qalsa onlardan ibrət götürüləsi bir şey qalmadı daha.
Riçard Dawkinsin sitesi və turandursun.com sitesi bunların (harun yəhya)fitfası ilə Türkiyədə bağlandı.
türkiyədə öyrədilən elm isə harun yəhyanın "yaradılış atlası" adlanan cızmaqaralarıdır.
bu cızmaqaraların nə olduğunu aşağıdakı link vasitəsi ilə görə bilərsiniz. çox xahiş edirəm baxın.

http://www.youtube.com/watch?v=lFn09gHd1W0&feature=related



Kimdən: insan Haradan: ordan
01.07.2010 21:43
o qanun AKP den de evvel var idi ve AKP sadece o ganunu yeniledi ve icindeki Ataturku tehgir etmenin cezalandiriildigi maddeleri deyishdirmedi. Bash nazir ERdogan ozu deyir ki youtuba girin. yeni bu gadagalari AKP istemir. tam tersi bu gadagalara garshidi amma hakimlerle bacara bilmir
Cavab

Kimdən: azad Haradan: azadolkeden
02.07.2010 09:35
Erdogan artiq endazeden cixib,hec ozude bilmir ne edir, yalandan hay kuy qaldirmaqnan bizim mugenniler kimi gundemde qalmaq isteyir.Bu adam Turkiyeni mehve aparir.

Kimdən: Vusal Haradan: Almaniya
01.07.2010 20:51
orada hec olmasa baglayanda mueyyen qanuna uygun olaraq baglanir ve beyan edilir. Biz de ise heckime demeden, butun proveyderlere baglanmasi emr verilmis saytlarin serverlerine filter qoyulur, azerbaycandakilar hemin saytlara gire bilmirler. Bu esasen siyasi bloglar ve yazi yazan adamlarin saytlaridi. Indiye qeder menim tanidigim en az 50-60 dene sayt Azerbaycanda qadagan olunub. Bir cox xristian olkesinde ise qadagan olan porno saytlara rahatca girmek olur.
Cavab

Kimdən: Zara
02.07.2010 23:45
Vusal, maraqlidir, hansi saytlara bizde block qoyulub?

biri tinsohbetidir, sonra hansi?
Cavab

Kimdən: norge Haradan: avropa
01.07.2010 23:54
Ne yaxsi bele seyler olanda avropa birliyinin yadina Turkiye dusur,be Qezzaya yardim aparan turklerin yahudiler terefinden oldurulmesi barede niye goren hecne demir?Birdeki Turkiye onsuzki artiq avropa birliyinden uz dondermis haldadir,tovsiye vermeyin menasi nedirki?Illernen Turkiyeni doladilar her dediklerini etdirdiler,birliye qebul etmediler,indi Turkiye bunlarin dediklerini eder guya?
Cavab

Kimdən: Xudayar bey Haradan: To: Norge
02.07.2010 23:43
Mali mala qatdin.

hec dexli va?