Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:36

Verilişlər / İşdən sonra

«Yol polisində rüşvət yoxdur»

Yüklə

AzadliqRadiosunda "İşdən Sonra" proqramına qonaq olan Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyevin "yol polisi niyə rüşvət alır?" məzmunda suallara cavabları.

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Yolda qalan sürücüyə kömək etmək inspektorun vəzifəsidir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kamran Əliyev deyib.

«Yolda qalan sürücüyə kömək etmək inspektorun vəzifə səlahiyyətlərinə aiddir. Birbaşa inspektorun vəzifəsidir ki, yolda qalmış nəqliyyat vasitəsinin sürücüsünə kömək etsin. Ola bilməz ki, hansısa inspektora kimsə yardımla bağlı müraciət etsin, o, köməyini əsirgəsin. Elə bir fakt varsa, onda bizə müraciət edin. Həmin inspektor mütləq intizam məsuliyyətinə cəlb olunacaq».

Dövlət Yol Polisi İdarəsinin sözçüsü deyib ki, Yol Polisində rüşvət faktoru yoxdur:

«Konkret fakt yoxdursa, demək, rüşvət də yoxdur».

Kamran Əliyev deyib ki, onlara rüşvətlə bağlı müraciətlər olmur. Olursa da, bunlar ya təsdiqini tapmır, ya da müraciət edən şəxs sonradan fikrini dəyişir:

«Bizə müraciət olunarsa, həmin müraciət araşdırılır. Təsdiqini taparsa, cinayət məsuliyyətinə cəlb olunur. Amma adətən müraciət edənlər sonradan həmin anda əsəbi halda olduqlarını, ərizələrini geri götürmək istədiklərini deyirlər».

Yol Polisinin rəsmisi «Youtube» saytında yerləşdirilmiş qalmaqallı videonu saxta oyun adlandırıb:

«Orada konkret rüşvətdən söhbət getmirdi. Orada şantaj məsələsi var idi. Amma əfsuslar olsun ki, orada nə inspektorun sifəti aydın görünür, nə də yol patrul xidməti avtomobilinin dövlət qeydiyyat nişanı. Mən o görüntülərə baxdım. Oradan ancaq bu nəticəni çıxara bildim ki, bu, sadəcə olaraq kamera üçün oynanılmış bir tamaşadır. Yəni mən inanmıram ki, o, sırf inspektor, polis əməkdaşıdır. Polis əməkdaşı kamera çəkdiyini görə-görə bilərəkdən vətəndaşa o sözləri deməz».

Bəs saxta video üçün Yol Polisi maşınını haradan alıblar? Kamran Əliyevin bu suala da cavabı var. Dinləyin, eşidin.


/ Hazırladı Kamran Mahmudov /
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (6)
    Növbəti 
Kimdən: men
16.07.2010 18:02
And, Oscar goes to Kamran Aliyev , to the best DYP actor in Azerbaijan.
:)))

Kimdən: Ziyad Haradan: Baki
09.07.2010 14:02
Yalanchiya Allah qotur versin, dirnaq vermesin.

Kimdən: Nicat Haradan: baki
09.07.2010 12:11
Gerek metbuatnan baglı meseleri qadına həvalə edəydilər. Özü özünün yalan danışdığını bilə-bilə çırpınaraq özünü müdafiə refleksini bele bir kişi xeylağına heç yaraşdırmiram.

Bu müsahibəni qulaq asanda mənim yadıma bir epizod düşdü : Belka v kolese!!! :) ele hey oz cercivesin de firranir!!! qalan sey vecine deyil...


Kamran müəllim elə aciz danışdı ki, mene ele gəldi ki, belə məsələləri araşdırmaq çətin məsələdir? Professinal polis üçün bu problemdir.


Kimdən: XETAİ Haradan: AZERBAYCAN
08.07.2010 23:33
Kamran sen yutubaa yaxşi bax !!! deyirsen DYP mashininin yanindaki ( BAKAVOY ) göy pilyonka saxtadir ve yapişdirilib. YAXŞİ bes polis maşininin ustunde dediyimiz miqalkalari niye demirsiz ,bes bu miqalkalari göresen hardan tapiblar ?
ADAMİN ALLAHİ OLA GEREK ..ruşvet almayan yol polisini reyis hec 1 hefdede saxlamaz işde !!!

Kimdən: On doqquz Haradan: Bakı
08.07.2010 09:07
Hə Kamran müəllim düz deyir ki "Yol polisində rüşvət yoxdur" Sovet dövründə də deyirdilər ki "SSRİ-də seks yoxdur." Adamlar aprelin 1-də plyonkalara icazə verdilər. İnsanlarımızın bəzisi hələ də DYP-nin yumor hissini anlaya bilmir.
Cavab

Kimdən: Qaqash Haradan: Baki
08.07.2010 15:43
Kamran Əliyevi sayan var ki.
Bir dəfə SPAGE verlişde dedi ki,magistiral yolda sürət həddi 90 olsada 110 kimi sürəti qaldırmaq olar.
Məndə birdəfə magistiral yolunda maşını 106 sürətlə sürüsdüm.DYP məni saxladı və dedi ki sürət həddini keçmisən.Dedim belə deyil.Dedi 90 sürət olan yerdə 106 sürmüsən.Dedim axı sizin baş biləniniz SPAGE verlişdə belə deyib.Dedilər o özü üçün danışır.
Mən də dedim ki yox 110 kimi olar.Gördülər mən tərslik edirəm dedilər .Sürət həddini çox keçməmisən 20 manat ver adını radardan silək.
Əgər Kamran Əliyevin dediyi düz olmasaydı DYP işçiləri 20 manata razılaşmazdılar.Sürət həddini keçməzin deyəsən cəriməsi 50 manata yaxındır.
Neysə , Kamran Əliyec SPAGE verlişdə özü üçün danışır.
Belə deyir DYP işçiləri
Cavab

Kimdən: Memmed Haradan: Baki
08.07.2010 15:28
Cox xoshuma geldi ki bele meseleleri isig uzune cixardirsiniz.
Men bu gun DYP idim.Davernosta pechat vurdururdum.Menden 20 manat aldilar.Cek hechen vermirler.Bilmirsen dovlet rusumu negedrdir.Hec divardada yazilmayib.
Olmaz ki mene chek versinler ve men dovlet rusumunun ne geder oldugunu bilim.
Kecen il 10 manat idi.Indi oldu 20 manat
Neye gore?
Cavab

Kimdən: men
15.07.2010 17:06
qardash, dovlet rusumu 10azn di
menden orda 20 azn istediler, spor eledim, axirda 20azn verdim ve o polise dedim ki, meni yaxshi yadinda saxla, senin haqqinda shikayet yazacam.
O da dedi hara ne yazirsan yaz, 20 manatimi ver
Geldim eve, girdim "din.gov.az" saytina shikayet erizesi yazdim.Anonim olmamag sherti ile. 2hefteden sora mene zeng elediler, getdim, sora o polisi de ora chagirdilar, onu menim yanimda biabir etdiler. Polis menden uzr istedi ve 10manatimi geri qaytardi. Men de gule -gule getdim eve:)

shikayet edin, shikayet!!!
Cavab

Kimdən: Yaqub Haradan: Quba
09.07.2010 10:39
Sen 20 manatla yaxshi qurtarmisan men 31 manat verdim Xaçmazda 1 manatda dovernosta plyonka çekene :)

Kimdən: From Sarah with love Haradan: From the golden beach
08.07.2010 03:21
Verlişin əvvəlində Kamran çox əsəbi idi, özünü gülərüz və zarafatçıl göstərməyə çalışırdı. Amma təbii ki biyabır elədi özünü və yol polisini. Onun fikri - verilişdən sonra gedib biraz dincəlməy, rəisinə məruzə edib həyatında növbəti parlaq intervyunu öz aləmində dialoqa çevirib növbəti günün yeni oynunu qoşmaqdır. Zavallı insan, həyatında neçə dəfə şəxsi qərarını verə bilib?

Kimdən: Rasim Haradan: Baki
07.07.2010 19:03
Kamran muellim evvelce deyir ki kadrlarda hemin polisin uzu gorunmurdu, sonra da deyir ki hemin sifeti ilk defe idi gorurdum. Yalancinin yaddasi olmaz. Amma onu da qinamali deyil. Axi o kimdir ki yol polisindeki rusvetin qarsisini alsin? Mafiyalar her il yol polisinden yuz milyonlarla pul qazanirlar, Kamran muellim artiq-eksik danisar onu yer uzunden yox ederler. Yeni cox sixisdirmayin onu, ailesi usagi var, yaziqdir.
Cavab

Kimdən: qubadan Haradan: cuxur hamamdan
07.07.2010 23:22
goresen kamran suruculuk vesiqesini neceye alib?
Cavab

Kimdən: men
16.07.2010 14:17
o anadan olanda vesiqesi uje var idi

Kimdən: Muhendis Haradan: Sumqayit
07.07.2010 14:25
Kamran Aliyevin ozunden sorushan geregdir ki,son 4-5 ilde kapitan rutbesinden polkovnik-leytenant rutbesine nece qalxib!!!

Kimdən: Emil Haradan: Almaniya
07.07.2010 13:42
deyirem belke toplashaq adama 10 manatdan atishaq kasib, mezlum ailesini dolandira bilmeyen rushvetxor zehetkesh yol polislerine yardim edekcan can adami lap ureyi aqriyir

Kimdən: Veten seven Haradan: Azerbaycan
07.07.2010 13:27
Kamran duz deyir, ozu de cox savadli adamdir ve bu gune kimi hec rushvet almayib. Bu yashda podpolkovnik rutbesi almasi onun ne qeder savadli ve bacariqli polis ishcisi olduguna delalet edir. Ondan daha yashli adamlar hec kapitandan o yana kece bilmirler, coxlari hec polis siralarina qe'bul oluna bilmirler, diplomlari evde kiflenir. Savad yoxdur, ona gore. Men bunu Kamranin menim emim oglu oldugu ucun demirem, onu gozu goturmeyenlere cavab olaraq deyirem.
Cavab

Kimdən: Balakisihi Haradan: Zaqatala
08.07.2010 15:37
Qardaslar mende SHEKI postunda bashima gelen DYP ile sohbeti yazim size.
Bir defe radara dusdum.SHEKI postunda pulla meseleni hel etdim.
DYP dedim ki, qardas sendne bir sey sorusum.Bu andira qalmis radari siz harada gizledirsiniz ki, biz suruculer onu gore bilmirik.
Bilirsiniz shekili zenede shekildirde,DYP olsada.

Menede dedi: Sənin gözuvu yiyim,radarı siz sürücülər hər yerdə görsəniz biz niyə daha burda oturmuşuq?
Cavab

Kimdən: kamil Haradan: Baki
07.07.2010 13:40
Ala adamda bu geder yalan danisar.
Eger o tamasadirsa o zaman desin gorum yol polisi masinini hardan elde edibler.
3 GUN EVVEL MENI QAI SAXLADI DEDI KI, NARUSENIYA ETMISEN.
ONA DEYIREM AY BRAT BURDA BUTUN MASINLAR YOLU KESIB.MEN DAHA HARADAN KECIM.
NEYSE BASA SALA BILMEDIM
30 MANAT ALDI VE NARUSHENIYAMI DUZELTDI.
MASINIM TEZE IDI ,5 MANAT DA SIRINLIY PULU ALDI.
Cavab

Kimdən: zohrab Haradan: Baki
08.07.2010 15:24
Dünəndə mənimdə yol polisi ilə maraqlı söhbətim olub.
AZNEFT -dən Bayıl tərəf gedəndə Əjdahanın yanında məni yol polisi saxladı.Elə zən etdi ki,texasmotrdan keçməmişəm.Çünki birkanı maşının podpresinə yapışdarmımışdım.Saxladı məni ,sənədləri yoxladı.Heçnə tpmadı.Birdən dedi ki,10 manatlıq sğortan yoxdur.Dedim hələ 10 gün vaxtım var.Çünki maşını davernostla almışam.Sonra dedi hə bilirəm.Həmdə tezə almısan.Bəs şirinliy hanı.5 dəqiqə mazgimi xarab etdi ki ona şirinliy verim.Məndə vermədim .Sonunda eeehhhh dedi və sənədləri mənə qaytardı.
Çox maraqlıdır.DYP şirinliy istəyir.

Cavab

Kimdən: men
07.07.2010 15:52
shikayet ele.

din.gov.az

anonim olmamaq sherti ile
Səhifə (6)
    Növbəti