Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Niyazi Mehdi

Qloballaşmanın özü-özünə olan təhlükələrindən

Professor Niyazi Mehdi

Professor Niyazi Mehdi

06.07.2010
GÖRMƏMİŞ OLMAYAN MİLLƏTLƏRİN TƏHLÜKƏLƏRİNDƏN

Dünyada bu gün yeni durum yaranıb. Qloballaşmanın sonucunda tavarlar bolluğunda («tavar» da türkün sözüdür axı) hətta Afrikadan da görməmişlik gedir. Binə, Sədərək bazarları Azərbaycan insanını görməmişlikdən çıxarır. Ancaq bir məsələ də var. İngiltərədə böyüyüb sonra metroda bomba partlatmışlar görməmiş olmayanların dünyaya sürprizidir. Bunu da düşünməliyik, çünki Azərbaycanda da belə görməmiş olmayan nəslin gələcəyini gümanlamaq olar.

QLOBALLAŞMANIN QAÇILMAZLIĞI


Bütün canlılar yayılmağa, ekspansiya etməyə can atırlar. Beləcə, viruslar, kültürlər, dövlətlər, fərdlər bir ortaq eyləmdə açılırlar: hamısı yayılmaq, epidemiyaya çevrilmək istəyirlər. Qloballaşma Nuh əyyamındakı su daşqını kimi heç bir əngələ, dağlara, uçurumlara baxmadan hamısını aşıb keçir. Keçə-keçə yerli mədəniyyətləri, yerli dünyaları yuyub aparır. Qloballaşma Batının epidemiyası, pandemiyasıdır. Hind raqaları, türk yoqurtları da qloballaşmaq üçün öncə Qərbin «testindən» keçib «həri»sini almalı olmuşdular.
Batı qloballaşma eyləminə girişəndə quyruğundan özünü yeyən ilana oxşayır, çünki bu ilanın özünüyemə çevrəsini, dairəsini cızır

QLOBALLAŞMANIN QİYAMÇILARI

…Ancaq bütün dünyaya Batının az qala «yırtıcı» gücünü göstərən kürəsəlləşmənin bir paradoksu var. O, yerdə qalan dünya görməmiş olduqca gücünü saxlayır və artırır. Ancaq o biri yandan Qərb özünün tavarlarını, demokratiyasını, insan özgürlüklərini-azadlıqlarını, öz kültür dəyərlərini və məhsullarını yaydıqca yerdə qalan dünya görməmişlikdən görmüşlüyə doğru, tamarzılıqdan gözütoxluğa doğru dəyişir. Belə dəyişəndə isə o, artıq Batı dünyasına, Batı insanına aşağıdan yuxarı baxmır. Asiyada 1980-90-da iqtisad irəliləyiş olanda bir jurnalist demişdi: Amerika asqıranda bizə soyuq dəyən çağlar keçib getdi.

QUYRUĞUNDAN ÖZÜNÜ YEYƏN İLAN?

İnsan millət və mədəniyyət adamı kimi görməmiş olmayanda mənliyi, qüruru işləməyə başlayır. O zaman Batı kültürü, Batı insanı qarşısında şəstini duyur, dikbaş olur. Paradoksun ssenarisi odur ki, Batı o biri ölkələrinin görməmişliyindən özünə yayım gücünü qazanır, yayılanda isə yerdə qalan dünyanı özü kimi geyindirib özü kimi yaşatdığı üçün o dünyadan üstünlüyünü itirir. Üstünlüyünü itirəndə isə yayılma gücünü itirir. Beləcə, Batı qloballaşma eyləminə girişəndə quyruğundan özünü yeyən ilana oxşayır, çünki bu ilanın özünüyemə çevrəsini, dairəsini cızır.

CAVABINI BİLMƏDIYIM SUALLAR

Hələ ki görməmişliyinə görə Batı kültürünün, kürəsəl yayımının qarşısında miskin görünən, «zənci rəpçisinin» əcayib jestlərini Azərbaycan «daley-daley»ində yamsılayan Azərbaycan səhnə ulduzları, ofis telefonlarında səsinə ingilissayağı yapışıq, musiqi verib firmalarının adını çəkən azəri ofis-menecerləri, fransıza, amerikana ərə getməyi ən böyük uğur sayan milli qızlarımız və sairələrimiz özümüzü alçalmışlıqda, görməmiş yazıqlığında bilməyimizə səbəb olurlar. Ancaq elə bu gün də, artıq, sayı artan görməmiş olmayanlarımız görünür. Onlar böyük çoxluğa çevriləndə Azərbaycandan nə yapacaqlar? Bu ölkəni və bu xalqı Batıya qarşı vuruşanlara qoşmaq üçün nəsə fundamentalist təriqət yolunu tutacaqlar, yoxsa Batı qarşısında əskiklik duymamaq üçün Yapon yolunu sevəcəklər? Qloballaşmaya nifrət edib Doğu kəndçisini sevəcəklər, yoxsa kürəsəl oyunların müstəqil oyunçusu olmaq istəyəcəklər?! Bütün bunlar hamısı gələcək azərbaycanlılar üçün mümkün variantlardır.

Beləcə, ekspansiyasını, yayımını intensivlikdə saxlamaq istəyən Qərbin indi qarşısında bir ciddi problem durur, necə görməmiş olmayan Şərq insanına təsir mexanizmini formalaşdırsın, necə bu insanı özünə düşmən etməsin. Bax, bu məsələ çözümünü, bu soru cavabını hələ tapmayıb.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Elnur Sadiqov
11.07.2010 23:55
Salam Niyazi bey,boyuk ehtimalla biz gormemishlikden gormemish olmayana chevrilende bizi gormemishlikden chixaranlara qarshi chixaciq.Sual vere bilersiniz ki,Niye? Bu "Niye" ye menim sadelovh aglimin cavabi budur ki,insanlar beraberleshdikden sonra yaxin kechmishe deyil, daha uzaqlara baxmaga meylli olacaqlar.Turkler ve Ereblerde bele oldu.Gormemishlikden chixan kimi,Turkler Osmanliya qarshi Qerbin etdiklerinin,Erebler ise Felestin ve diger meselelerin hesabini sormaga bashladilar."Qurdlar Vadisi" filminde Amerikali herbchi Polad Alemdara yana-yana deyir ki,ne tez yaddan chixardiniz sizi ruslardan qorudugumuzu?! Afrikanin gormemishliyi terk edenleri ise Koloniyalizmin hesabini sormaga bashlayir.Bu gunku,Avropadaki anti-qlobalistler ise Senaye inqilabinin ve Fransa inqilabi ideyalarina qarshi chixanlarin varisleridir.

Biz de, Qarabag meselesinde Batinin (Qerb) Ermenilere qahmar chixmasini,demokratiyani nefte ve tehlukesizlik maraqlarina qurban vermesini ve s.meseleleri esas goturub Qerbe (bizi gormemishlikden chixaranlara) qarshi chixaciq.
Cavab

Kimdən: OSensei
12.07.2010 23:04
Elnur bey, biz hech vaxt gormemishlikden qurtula bilmerik, çünki Qərb hansısa texnoloji və s. uğurları, bunun üzərində qurulan ictimai münasibətlər sistemi ilə bizi "təəccübləndirəcək" və özünə cəlb edəcək. Qərb axı bir nöqtədə durub qalmır ki, biz də onunla bərabərləşək. (Əgər ümumiyyətlə, bərabərlik deyilən şey harda var?)
Ümumən qlobal sivilizasiyada sadədən mürəkkəbə doğru inkişaf var ki, sənaye inqilabı və qloballaşma da onun müasir mərhələsini təşkil edir. Tarix heç bir zaman geri dönmür, ona qarşı çıxmaq olar, amma uğur qazanmaq olmaz.
Türk deyilən sivilizasiya isə ümumiyyətlə, heç bir zaman mövcud olmayıb, o, yalnız tarixin dağıdıcı qüvvəsi olub, ərəb-müsəlman sivilizasiyası isə öz inkişaf dövrünü bir neçə əsrdir ki, başa çatdırıb. Onlar Qərbin qarşısında ciddi maneə ola bilməzlər.

Kimdən: OSensei
10.07.2010 20:30
Niyazi müəllim, həqiqətən orijinal düşünən çox az sayda olan filosoflarımızdan biridir. Amma bu yazıda irəli sürdüyü mülahizələrinin ciddi məntiqi əsaslandırmalarını görə bilmədim. Bu qloballaşma, əslində isə xeyli dərəcədə amerikanlaşma prosesi sadəcə olaraq hansısa sosial qrupun ideyası və ya "planı" deyil, əksinə, həm də təbii prosesdir. Belə ki, bütün digər cəmiyyətlər və xalqlar Qərbdən texnologiya və elm "idxal" etməyə məhkumdurlar, çünki özləri bunu edə bilmirlər. Az sayda Şərq cəmiyyətləri, məsələn, Yaponiya, Koreya yalnız indicə qeyd etdiyimizi Qərbdən əxz etdikdən sonra müasir inkişaf yoluna qədəm qoymağı bacarıblar. Amma bir məsələ var: ŞƏRQ QƏRBDƏN TEXNOLOGİYA VƏ ELM İLƏ YANAŞI ONLARIN DƏYƏRLƏR SİSTEMİNİ DƏ ƏHƏMİYYƏTLİ DƏRƏCƏDƏ "İDXAL" ETMƏYƏ MƏHKUMDUR. (Bizlərdə düşünüldüyü kimi, "gəlin Qərbdən texnologiya və s. idxal edək, amma öz dəyərlər sistemimizi qoruyub saxlayaq" fikri prinsipcə absurd fikirdir. Sanki texnologiya və s. Qərbin bazarında hazır şəkildə satışa çıxarılan "məhsullardır", biz də bizə lazım olan qədər, məsələn, 5-6 kg ondan "alıb" inkişaf edəcəyik.)
Amma qloballaşma təbii proses olduğu qədər də həm də kimlərinsə iqtisadi maraqlarına xidmət edir. Belə ki, QLOBAL SİVİLİZASİYADA KİM TEXNOLOJİYƏ VƏ S. OLAN TƏBİİ TƏLABATI TƏMİN EDİRSƏ, BU SİVİLİZASİYADA DA İLK NÖVBƏDƏ ONUN İQTİSADİ MARAQLARI TƏMİN OLUNUR. (yoxsa məsələn, internet imkanlarını yaradan və inkişaf etdirən Qərb durub bizim maraqlarımızdan çıxış etməyəcək ki!)
P.S. Niyazi müəllimin "QUYRUĞUNDAN ÖZÜNÜ YEYƏN İLAN?" , "qloballaşmaya nifrət edib Doğu kəndçisini sevəcəklər" və s. kimi ifadələri Qərbin qarşısıalınmaz qlobal maraqları qarşısında "yenik" düşən, əlindən heç bir iş gəlməyən toplumun tərəddüd edən filosofunun mülahizələri təsiri bağışladı.
Cavab

Kimdən: Niyazi Mehdi Şəhər: Bakı
11.07.2010 11:21
Uşaqlar, bu kommentariləriniz məni şaşırdır. Hələ ki tapa bilmirəm yanlış məndədir, yoxsa bir çox oxucuların oxusu adekvat deyil. Mən Modernləşmə və Qloballaşma proseslərinə çox bağlı adamam, özü də əzəldən. Sizlər isə nədənsə mənim yazımda Modernləşmə və Qloballaşma qarşısında hiddətlənmiş adamı görürsünüz. Bəlkə Modernləşmə və Qloballaşmada nəsə paradoks və ya özünətələ görməyimdən bu nəticəni çıxarırsınız ki, «aha sevmir». Mənimsə yazıda bir məqsədim var: cavab tapmaq ki nədən qloballaşmadan xeyir götürən bu qədər müsəlman, bu qədər şərqli onun düşməni olur? Səbəb çoxdur, biri də mənim «görməmişliklə» bağlı dediyimdir. Jo-ya isə məsləhətim: çalışın qloballaşma ilə bağlı söylədiyiniz çeynənmiş gerçəkləri yüksək əda ilə deməyin. Çalışın harada imkan varsa, yeni çalarlar açın, yeni baxım bucaqları göstərin.


Kimdən: Anonim
08.07.2010 12:29
super,Jo/
mumkunse,bu barede metbuatda da genish cixis et,yoxsa mollalar bizi mehv edacak

Kimdən: Jo
06.07.2010 17:01
Niyazi Mehdi, sizin "Qloballashma" haqqindaki tesbitleriniz tamamile qeyri deqiqdir, ve hiss olunur ki, meqaleni yazarken hec bir elmi veya publisistik menbeye istinad etmemisiniz ve hetta qloballasma haqqinda sizin heyatiniz boyunca bir ciddi meqale oxudugunuza da subhe edirem (menim ixtisasim Qlobal tedqiqatlardir - Avropada 2 defe magistr isi yazmisam bu haqda, ona gore bele keskin yazmagi ozume borc bilirem).
Qlobalizasiyaya ancaq menfi terefinden baxmaq sadece olaraq konservatorluq ve ya savadsizliq elametidir, qlobalizasiyanin bir proses oldugunu, bunun planlasdirilmis, ve ya evvelceden hazirlanmis bir "qerbin serqi mehv etme" plani olmadigini basa dusmek lazimdir. ele bu qlobalizasiyadir ki, elmi texniki tereqqini Azerbaycan kimi her zaman umumi muasirlikden 50 il geride qalmis bir olkeye getirib cixarib. Qlobalizasiyani milli menevi deyerlere (sonuncu ozu bele nisbi anlayisdir) zidd qoyanlar secim etsinler, insan haqqlari, insan azadligi, demokratik deyerler daha ustundur, yoxsa, basini baglayan qadinlar, 13-14 yasinda ere verilen qizlar, seksle mesgul olmaq ucun sige eliyen yaziqlar, acindan mescide gedib sonra dindar olan kecmis alkoqolikler? qlobalizasiyaya qarsi mubarize aparmagin menasi yoxdur, bu ele bir prosesdir ki, her bir kese heyatinin muxtelif anlarinda "tesir" edecek. en qati antiqlobalistler - El Qaide bele, qlobalizasiyanin behresi olan muasir qurgu ve silahlardan istifade edir. paradoks!
Cavab

Kimdən: Qızılüzən Şəhər: Bakı
08.07.2010 10:13
Jo, Niyazi müəllim bu dediklərini təkzib etmir ki, sadəcə o, qlobalizasiyanın nə olduğundan çox, doğurduğunu hesab etdiyi (və qərbin gözləmədiyi) nəticəsindən danışır. Məncə, bu barədə mübahisə etməyə dəyər. Bir də, məncə, Niyazi müəllim gördüyünü yox, görmək istədiyini yazıb.
Cavab

Kimdən: Local
08.07.2010 00:26
Haqlisan Jo !
Kaş ki "Globallaşma" haqqında məqalələri sənin kimi mütəxəssislər yazsaydı....

Kimdən: elçin Şəhər: bakı
06.07.2010 15:47
bu adam professorduuu

Kimdən: Hun Şəhər: insan xarabalığından
06.07.2010 15:26
Sovet məktəbini qırmızı qaltsuk qızıl meddalla qurtaran, Sovetdə ateist,sonra ən azından müsəlman olan,arada ayılıb Qərb elminə arada da emosianallığa qapılıb qərb fırıldağına mütailə edən,ölüb getmiş mədəniyyətini Şərq arnomenti-Füzuli ağlamaşması ilə yaşadan,oğulsuzluqdan sonsuzluq depresiyassına girən,ailə boş şeydi deyib hər bazar günləri bazara gedənlərə,təki adım müəllim olsun deyə universitetdə dərs deyənlərə, öz ağlı ilə yox bənzətmələrlə ağıl məhsulunu nümayiş etdirənlərə AZƏRBAYCAN ZİYALISI DEYİLİR.

Əmtəə qadınlar qul arvadlar və alverçi kişilər doğarlar:),:),:)

Çörək verən valideyinin üzünə ağ olmadığımız kimi, çörək+elm verən rejimlərə də ağ olmamalıyıq:),:)