Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:12

Siyasət

Klinton Bakıda müxalifətlə görüşmədi, Tbilisidə görüşdü

Şriftin ölçüsünü dəyiş - +
«Xanım Klinton Bakıda müxalifətçilərlə görüşmədi, ancaq Tbilisidə prezident Saakaşvili ilə görüşdən sonra birbaşa 2 müxalifət lideri ilə görüşə getdi». Bunu Amerikanın «Wall Street Journal» qəzeti yazır.

Dövlət katibinin görüşdüyü həmin iki müxalifət lideri 4 partiyanı birləşdirən «Gürcüstan Naminə Alyans»dan İrakli Alasaniya və Xristian Demokrat Partiyasından Giorgi Targamadze idi.

…ONDA DÖVLƏT KATİBİ İQTİSADİYYATDAN DANIŞMAĞA BAŞLADI


Alazaniya görüşdən sonra deyib ki, Klintonla müzakirənin mərkəzində demokratikləşmə problemi dururdu.

«Wall Street Journal» «Reuters» agentliyinə istinadla yazır: «Əsas neft və qaz istehsalçısı Azərbaycanda avtoritar hakimiyyət hökumətə gülən iki bloqçunu xuliqanlıq ittihamı ilə həbsxanaya salıb. Xanım Klinton Bakıda dedi ki, son 18 ildə Azərbaycanda insan haqları sahəsində böyük inkişaflar olub. Bir yerli reportyor Klintondan xahiş edəndə ki, o inkişaflardan bəzilərinin adını çəksin, onda Dövlət katibi iqtisadiyyatdan danışmağa başladı».

Qəzet yazır ki, Dövlət katibinin Ukrayna, Polşa, Azərbaycan, Ermənistan və Gürcüstana beş günlük səfəri ərəfəsində Dövlət Departamentinin rəsmiləri Klintonun diqqətinin iki məsələdə cəmlənəcəyini deyirdilər - demokratiya və ikitərəfli əlaqələr:

«Ancaq Klinton diqqətini ikinci məsələdə cəmlədi, ən azı ictimaiyyət qarşısında».

«GÜRCÜSTAN MANEƏ DEYİL»


Hillari Klinton Gürcüstanın müxalifət liderləri Giorgi Targamadze və İrakli Alasania ilə -Tbilisi 05 iyul 2010
«Waşinqton Post» qəzeti isə yazır:

«Buş Saakaşvili ilə 5 dəfə görüşmüşdü, ancaq Obama Saakaşvili ilə bir dəfə də görüşməyib. May ayında Rusiya ilə nüvə müqaviləsinə görə Obama Konqresə müraciət edəndə hətta demişdi ki, «Gürcüstan maneə deyil».

Klinton Tbilisi səfərində Gürcüstan rəhbərliyini sakitləşdirdi. O Cənubi Osetiya və Abxaziyaya toxunanda bunu Gürcüstana «təcavüz və işğal» adlandırdı».

Qəzet yazır: «Saakaşvili belə görünür, razı qaldı».

Ancaq Klinton Tblisinin bu iki regionu geri qaytarmasının çətinliyini başa düşdüyünü də deyib.

Onun sözlərinə görə, «ən yaxşı yol-bu regionları daha yaxşı siyasi və iqtisadi şəraitlə cəlb etməkdir».

ƏKƏ_SƏDA MOSKVADAN GƏLDİ

«New York Times» qəzeti isə eyni mövzuda Dövlət katibinin xəbərdarlığını da qeyd edir. Klinton Saakaşviliyə deyib ki, iki regionu zor gücünə geri qaytarmağı yadından çıxartsın.

Klintonun Tbilisidə Cənubi Osetiyanın və Abxaziyanın işğalından danışmasının əks-sədası Moskvadan gəlib. Rusiyanın baş naziri Putin mətbuat konfransı keçirəndə bir jurnalist sual verib ki, Rusiya Cənubi Osetiyanın işğalına nə vaxt son qoyacaq?

Putin deyib: «Bəziləri düşünür ki, ora işğal olunub, bəziləri isə hesab edir ki, azad edilib. Bu, iki xalq arasında dialoqun mövzusudur və bu dialoq üçüncü tərəfə baxmadan aparılmalıdır».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: tahir Haradan: baki
08.07.2010 19:10
Azərbaycan “müxalifəti ilə Klintonun görüşməməsinin bir səbəbi var ki, bu da müxalifətin Azərbaycan cəmiyyətində aparıcı qüvvə olmamasıdır. Çünki son hadisələr onu göstərdi ki, dövlət çinovniklərinin əlindən boğaza yığılmış xalq istər azadlıq blokunun, istərsə qeyri azadlıq blokunun ardınca getmədi. Bunun məsinin səbəblərini araşdırsaq görərik ki, demokratların catışmayan cəhəti ondan ibarətdir ki, xalqın promlemlərini unudub, ABŞ-ın və Avropa birliyi ölkələrinin maraqları ilə oynayırlar. Aydindir ki, son nəticədə Azərbaycanın zərərinə olan qəraların qəbuluna nail olmağa çalışırlar. Bu məgər erməni dəyirmanına su tökmək deyil?
Demokratik qüvvələrin çağrışına əgər xalq çavab vermirsə - günah xalqda deyil, günah xalqda inamsızlıq yaradan bu qüvvələrin liderlərindədir.
Anlamaq istəmirlər ki, apardıqları siyasi mübarizə xalqın maraq çərçivəsindən kanardır. Çünki irəli sürdükləri tələblər “azadliq”, “demokratiya” sözlərini o qədər yersiz işlədiblər ki, xalqın zəhləsini tökublər. Bu sözlərin arxasında isə demaqogiyadan başqa heç nə yoxdur. Çünki BİZ AZADLIĞA 1991-ci ildə çıxmışıq. Demokratiya anlayışı elə mücərrəd məfhumdur ki, uzaddiqca uzanır.Ortada isə heçnə yoxdur.

Kimdən: ali murtuzaev Haradan: Baki-London
07.07.2010 18:12
ay millet,

eger Klintonun biografiyasina ve ABS hokumetinin strategiyasina nezer salsaniz gorersiniz ki, bu insanlara bizim muxalifetle yeterli geder gorushubler ve fikir mubadilesi apariblar. Nezere alsag ki, ne bizim muxalifetde, ne hakimiyyetde, ne de ki, olke strategiyasinda bir shey deyishib onda hech muxalifetle de gorushe ehtiyac galmir, nece ki, H.Eliyevin gebrini ziyaret etmeyi Klinton ehtiyac bilmedi. Amma evezinde gencleri dinlemeyi lazim bildi, chunku bunlar yeni guvveler idi. Baxmayarag onlarin yarisi artig "meddahlig mektebini" bitirib gelseler de.

Ona gore de ne Klintonu ne de muxalifeti ginamaga ehtiyac galmir.

Kimdən: Sahin Tagizade Haradan: Baki seheri
07.07.2010 05:44
Klinton niye gorede bizim muxalifetle gorusmelidiki?Azerbaycanda demokratik seraitin hokm surduyu bildirilir ama bu bele deyil.Mualifet ise hec bir ise yaramir.2003cu ilde muxalifetde dircelis bas vermisdi ve muxalifet olkenin siyasi heyatida gundem yarada bilmisdi.Ayri olkelerde muxalifet cox fealdir ama bizde ele bl muxalifet yoxdur

Kimdən: Anonim
07.07.2010 03:07
BIZI TÄQQIR ETMÄYIN ! Väziyyät getdikcä pisläshir insanlar äzilir,tähqir olunur vä aldadilir. amerkanin siyasetinden onsuz bash acmaq olmur.Onlardan imdad dilämäk iqtidardan märhämät dilämäyä bänzäyir.Bunun ücün canimiza illär boyu salinmish qorxunu cixarib atmali,däniz kimi coshmali,sunami kimi axmaliyiz.(olar insallah). Xoshuma gälän sähidlärimizin äbädi ruhu qarshisinda bashin äyilmäsi oldu.Ehtiram.(pirä getmädi). kiltonun müxalifät lideriylä görüshmämäsin sayvus.novruzov lider tv-dä elä sevinä,üzündä täbbäsümlä danisirdi ki,elä bil Qarabagi ermänidän,Täbrizi isä farsdan alib.Inanin ki,män o,sevinc cizgilärin balalarima ya näysä hädiyä alanda,ya da gäzmäyä aparanda seziräm. Göründä ushaq täfäkürlülärimiz bundan istifadä etmäyä calishirlar. Ey s.n vä ona bänzärlär Xalqimiz nä kordu,nä laldi ,nä dä ki kardi.Yaxshi olar inshAllah.

Kimdən: rushvetden bezmish Haradan: xaraba bazarbaycandan
07.07.2010 01:46
"Ancaq Klinton Tblisinin bu iki regionu geri qaytarmasının çətinliyini başa düşdüyünü də deyib.

Onun sözlərinə görə, «ən yaxşı yol-bu regionları daha yaxşı siyasi və iqtisadi şəraitlə cəlb etməkdir». ---Eslinde bu sozleri bizim ucun de demeliydi xanim Klinton. Amma gorunur Azerbaycanda olan populizm ve herbe-zorba prinsipi diplomati oz fikrinden dashindirib.

Kimdən: Telebe Haradan: Baki
07.07.2010 01:16
Azerbaycanda muxalifetle gorus kilintonun neyine gerek. Niye gore elaqeleri korlasin, esas neftdir, efqanistana gonderilen esgerler, silahlardir, o daki hellini tapdi. Yeqin bizimkiler kilintona 100-150 milyon dollar cib xercliyi ve ya hansisa olkede mulk bagisdadilar. Bele qonaq perverlikden sonra, SIZ KILINTONUN YERINE OLSAYDIZ MUXALIFETLE GORUSERDINIZ??? Eyri oturub duz danismaq lazimdir!!!
Cavab

Kimdən: ziya Haradan: ABS
08.07.2010 02:48
telebeye@

agzini achan kimi hiss olunur ki, sen Baki telebesisien..
Cavab

Kimdən: tarixchi
07.07.2010 18:06
telebeye@

ay ushag, sen deyesen bizim hakimiyyeti lap "lox" bilirsen. Ele bilirsen ele gelene, gedene 100-150 milyon pul bagishlayirlar!??

Klintonun biografiyasini oxusan onda bilersen ki, onun oz fealiyyeti dovrunde gazandigi milyonlar ne geder olub. Aglin bizim dilenchiden donme memurlara getmesin ay bala!

Kimdən: Vuqar Haradan: Sumqayit
07.07.2010 01:06
Klintonun muxalifetle gorushmemeyinin bir sira sebebleri var. Amma Klinton bu jesti etmekle (yeni muxalifetle gorushmemekle) dolayisi yol ile Ilham Eliyev hokumetine etirazini bildirib. Chunki, Ilham Eliyev Azerbaycanda demokratiyanin inkishafindan hemishe gozel nagillar danishir, amma nedense bu inkishaf etmish demokratiya nagilinda muxalifetin adi hallanmir. Klinton da gorushmemekle demek isteyib ki, qardash sen ne qeder demokratiyadan danishsan da olkede muxalifetin yoxdur ve ya eger demokratiyan bele inkishaf edibse hani senin muxalifetin, hani sene beraber quvve. Sen avtoritar rejim qurmusan, hech bir gucu olmayan muxalifet ise muxalifet deyil.Bax bele...

Kimdən: Muxalifet Haradan: Baki
06.07.2010 23:43
Hillari xala muxalifetle ona gore korusmedi ki Azerbaycanda muxalifet yoxdur. O kecmisden galan, naftalin iji veren eksponatlarla gorusmeyin menasi yoxdur.
Birde bu menasiz gorus Ilham beyi gezablandire biler.
,,Demokrat Obama,, sulale siyasetini destekledyini bildirib.
Yasasin korrupsya.

Kimdən: Muxalifetci
06.07.2010 21:33
Bilirsiniz,Hillari xanimin Azerbaycan muxalifeti ile gorushmemeyi o demekdir ki,yeni sizin dovran bitib.Helelik eziyyet cekmeyin bu rejim bir muddet hakimiyyetde qalasi olacaq ve bu baximdan da gelecek muxalifet missiyasini heyata kecirden geclere ustunluk verirem.Klinton bir sheyi nezerden qacirib ki,helledici vaxtda "doyushe qocalar gedir".

Kimdən: Amin Haradan: Belasuvar
06.07.2010 21:12
Son vaxtlar biz muxalifetin iqtidarla deyil,oz aralarinda cekhishmelerinin shaidi oluruq.Klintonun muxalifetle gorushmemeyinin sebebi oz gunahlaridi,yeqin ki,bu da onlarin aralarinda birliyin olmamasinin sebebidir.
Səhifə (2)
    Növbəti