Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Hüseynbala Səlimov

Məhkəmələr gülüşə çevriləndə

08.07.2010
«Həmrəylik» təşkilatının liderlərindən biri, polşalı hüquq müdafiəçisi Marek Novitski həmişə deyirdi ki, məhkəmə yeganə dövlət institutudur ki, onun gülməli obyektə çevrilməsi artıq faciədir - hətta parlamentə də gülmək, onu lağa qoymaq olar, amma insanlar məhkəməyə gülürsə, deməli bu dövlətin əsas sütunları çoxdan sarsılıb.

Bəli, təbiətən, öz qərarlarının xüsusiyyətinə görə məhkəmə əslində ağladır, amma insanlar artıq heç nəyə təsir edə bilməyəcəklərini görüb, sadəcə göz yaşlarını gülüşlə əvəz edir və gülməyə başlayırlar.

F.Dostoyevski əsərlərində həmişə bir suala cavab axtarırdı: «Əgər Allah yoxdursa, deməli hər şey icazəlidir?»
Eynulla Fətullayev ilə bağlı keçirilən növbəti məhkəmə prosesi buna canlı nümunə oldu – məhkəmənin gedişində şahidlərin, dövlət ittihamçısının çıxışına gülməkdən başqa çarə tapmayan insanlar prosesin gedişində özünü ədalətli və mütərəqqi insan kimi göstərməyə cəhd edən hakimin qərarına da gülməkdən qeyri reaksiya nümayiş etdirə bilmədilər, hətta vəkil hakimə maraqlı replika ilə müraciət etdi: «narkotiki də öz yerinə – sahibinə qaytarsaydınız...».

Beləcə, daha bir tragikomediya bitdi. Amma əslində heç nə təəccüblü deyil. Bu yaxınlarda beynəlxalq təşkilatlardan birinin hesabatında Azərbaycanın son illərdə bir neçə parametr üzrə geriləməsi göstərilmişdi – bu parametrlər arasında «müstəqil məhkəmə» xüsusi yer tuturdu. Bu vaxta qədər bircə hal belə olmayıb ki, məhkəmədə hakimiyyətlə çəkişən tərəf qalib gəlmiş olsun, hər halda biz belə prosesi xatırlamırıq.

HƏR ŞEY İCAZƏLİDİRMİ?


İ. Əliyev bir dəfə gileylənmişdi ki, ölkədə hüquqi dövlət quruculuğu ləngiyir. Maraqlıdır, bunu deyəndə prezident nəyi nəzərdə tuturdu? Əgər söhbət məhkəmələrin müstəqilləşməsindən, insan haqlarının üstünlüyünün hüquq sisteminin ali meyarına çevrilməsindən gedirdisə, bu istiqamətdə tamamilə əks proses müşahidə olunur – məhkəmələr icra hakimiyyətinin filiallarına, hakimlər isə onun iradəsinin ifaçılarına çevrilirlər.

Özü də qəribə məntiq hökm sürür – hakimlər qanundan daha çox «yuxarılar»a istinad edirlər. Özünə haqq qazandırmaq üçün «əsas» da tapılır: «Hakim nə etsin? İşsiz qalsın?». Maraqlıdır. Bəs haqsız məhkum olunanlar nə etsin? Məgər onların ailəsi, valideynləri yoxdur? Axı «əsas»ın da bir məntiqi olmalıdır. Hər
Artıq indidən bu hakimiyyətin Avropa Məhkəməsinə nə cavab verəcəyi aydındır – deyəcəklər ki, Eynulla Fətullayev başqa bir əmələ görə məhkum olunub
şeyə bir haqq qazandırmaq adəti cəmiyyətdə dəyərsizləşməyə aparır. F.Dostoyevski əsərlərində həmişə bir suala cavab axtarırdı: «Əgər Allah yoxdursa, deməli hər şey icazəlidir?»

İndi qəribə mənzərə alınır. Əgər bu ölkədə sidqi – ürəkdən Allaha inanlar yoxdursa, deməli hər şey icazəlidir? Əgər ailə – uşaq və onların problemləri varsa, deməli bu ölkədə hər şey icazəlidir? Axı kimin ailəsi, uşağı yoxdur?!

Bəs məhkəmələrin, dustaqxanaların qarşısını kəsdirən atalar, analar, qadın və uşaqlar insan deyil? Onlara kim haqq qazandıracaq?

QANUN – MƏDƏNİYYƏTDİR

Alman hökmdarlarından birini təzəcə tikdirdiyi imarətin qarşısındakı köhnə dəyirman dilxor edirmiş, çünki sınıq – salxaq dəyirman ətrafın mənzərəsini tamam korlayırmış. Hökmdar dəyirmançını çağırtdırıb ondan dəyirmanı sökməyi tələb edir. Dəyirmançı deyir ki, bu ölkədə hökmdardan başqa məhkəmə də var. Söz hökmdarın çox xoşuna gəlir və o, dəyirmançını rahat buraxır.

Bu misalı nahaq yerə çəkmədik. Qanun, məhkəmə və hüquq mədəniyyətdir. Mən hərdən şükür edirəm ki, nə yaxşı bizdə presedent məhkəməsi deyil. Təsəvvür edin, ədalətsiz bir hökm yüzlərlə, minlərlə işə nümunə ola bilərdi və beləcə ədalətsizlik zəncirvari şəkildə artardı.

İndi biz sınaq qarşısındayıq. Hamı bir neçə günün bitməsini gözləyir. Yerli hökumətin Avropa İnsan Haqları Məhkəməsinə cavab vermək üçün malik olduğu vaxt bitmək üzrədir. Bu, təkcə siyasi-hüquqi sistemin, rejimin sınağı deyil, həm də mədəniyyətin sınağıdır.

Üzv dövlətlər istisnasız olaraq Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını yerinə yetirirlər. Mən bir dəfə bunun səbəbini soruşdum. Dedilər ki, səbəb məhkəməyə və qanuna hörmətdir. Məsələn, ingilislərin heç ağlına da gəlmir ki, məhkəmənin qərarını yerinə yetirməmək olar. Bizim üçün isə son hədd yoxdur – biz istənilən həddi aşa bilərik. Özümüzə haqq qazandımraq üçün «əsas» da həmişə tapılır – bu da təəccüblü deyil, çünki ədalətsiz məhkəmə qərarları kimi «əsas»ı da özümüz uydururuq. Artıq indidən bu hakimiyyətin Avropa Məhkəməsinə nə cavab verəcəyi aydındır – deyəcəklər ki, Eynulla Fətullayev başqa bir əmələ görə məhkum olunub. Bu da növbəti «əsas»...
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: "oxucu, ziya, ve s"
09.07.2010 15:33
antizaura@

ezizim, her hesin "ne gunde oldugu" , dushuncesi, dunyagorushu ele sherhlerinden achig-ashkar bilinir., Xususi tanishliga ehtiyac yoxdur.

Size cavab yazanlar ise gerbpereste deyil, sadece realliga soykenen ve realligi goren insanlara daha chox benzeyirler.

Hillariden ve ya Obamadan "ilahe" filan ola bilmez. Onlar diplomatlardirlar ve oz olkelerinin mensublaridirlar hansi ki, Azerbaycana da diplomatik missiyalarini gormek ucun gelirler. Onlardan ne ise ummag ve ya onlari ginamag, gunaglandirmag, teleb etmek ise sadece primitivlikdir. Bizlerin birce ginag obyektimiz, ya birce umacag yerimiz ve teleb etme obyektimiz ise ancag oz rehberliyimizdir. Cunki biz oz bashabele rehberliyimiz terefinden idare olunurug. Obama terefinden deyil.

Gadinlari ise hech kim tehgir etmir, sadece bir misal getirilib ki, o ga realliga soykenen ve her addimda garshimiza chixan bir obrazdir...
Cavab

Kimdən: antizaur Şəhər: baki
09.07.2010 16:57
yadinizdadirsa elchibeyin dovrunde marqaret tetcher texminen bele chixish elemishdi: hal-hazirda azerbaycanda olan cebhe hakimiyyeti bize imzalanacaq muqavilelerden chox cuzi pay vermeye razidir.onlar her qepiye gore mubarize aparirlar.sehv etmiremse bu chixish 1993un mayinda olub ve iyunda artiq azerbaycanda herbi chevrilish oldu ve rusiyanin general mayoru herbi xunta qurdu olkede.bundan sonra 60% pay muqavilelere gore xarici shirketlere verildi.bu xuntanin dovrunde butun kechirilmish "sechki"ler desteklendi ve hamisi "demokratiya yolunda ireliye dogru daha bir addim" oldu,chunki neft axirdi.neft indi de axir,hetta o qeder axir ki bizde demokratiyanin yaranmasini 212 il kgozlemek lazim gelir.bunlari basha dushmek uchun oz "reallig" adlandirdiginiz nesneden boylanib bir az da REALLIGA baxsaniz yaxshi olar.

meni tehqir etdiyinizi danmadiniz.bu da ki kimin ne gunde olmasina subutdur.qadinlarin tehqirine qalsa ise siz oz tanidiginiz qadinlari qiymetlendirdiniz,men de oz tanidiqlarimi.yani burda mubahise yoxdu mence
Cavab

Kimdən: oxucu
09.07.2010 18:51
antizaura@

"primitiv gadin obrazini" xahish edirem ki, tehgir kimi basha dushmeyesiz. Meselen "Soylu baji" obrazi tehgirdir beyem?? Bu da cemiyyetin bir uzvudur sadece dushuncesi ve analizi bir az besitdir. Vessalam.
Cavab

Kimdən: diplomat
09.07.2010 18:47
antizaura@

Elchibeyin vaxtinda vetenperver ve mubariz insanlar chox olsa da, rehberliyi ve idareetmeni bacaran, diplomatik, siyasi, igtisadi elageler gurmagi bacaran insanlar yox derecesinde idi. Gor ne gune galmishdig ki, bizi(butov bir kutleni) boshbogaz, folklor "ustasi" Nemet Penahli idare edirdi. Kutle Nemetin sozuyle "oturub dururdu". Bele bir sheraitde bunlarin igtisadi layiheleri ne veziyyetde ola bilerdi??

Gerbin Hansi nufuzlu Neft Shirketi Azerbaycan kimi hesensoxdu deyirmaninda cuzi payla ishlemeye gelerdi??

O Azerbaycanda ki, herenin bashinda bir deste vardi, hetta yerli camaat bele kucheye chixmaga gorxurdu.

Sen ozun cuzi paya gore kriminal Afrika olkesinde ishlemeye razi olarsan?? Tebii ki, yox.

60 faiz ise butun mesuliyyeti, kadr tehcizatini ve butun investisiyalari oz ohdesine goturmush ve nehayet Azerbaycan kimi, yeni mustegilliyini elde etmish, butun strukturlari dogru-durust oturushmamish, kriminal ve rushvet goxusu her addimda duyulan olkede ishlemek, nufuzlu ve peshekar bir gerb shirketi ucun ele de boyuk regem deyil.


Kimdən: Bakili Şəhər: Cexiya
09.07.2010 15:02
Hormetli Huseynbala bey! Her zaman olduqu kimi yaziniz insanlari riqqete getirir.30 avqust-15 sentyabr aylarinda Postyenidenqurma dunyasinda qlobal caqirishlar adi altinda turney olacaq ve bu turney ishtirakcilarinin terkibinde Qorbacov da olacaq.Turne Moskvada bashlayib Istanbulda bitecek.Ola bilsin ki,Azerbaycana da gelecekler.Qorbacovun Bakiya gelishine munasibetinizi yazilarinizda gormek isterdim.Hormetle.

Kimdən: antizaur Şəhər: baki
09.07.2010 11:33
azadliq radiosunun saytina yazilan sherhlerde maraqli tendensiya var.ekseriyyet qerbi,xususen AMERIKAni cuzi de olsa tenqid elemekden chekinir.choxlarina ele gelir ki obamanin shexsi numayendesi hardansa bunlarin yazdigina baxir ve burda gozune yaxshi deymeyenleri sabah (yani 212 ilden sora) azerbaycanda amerika tipli dovlet,cemiyyet movcud olanda gozumchixdiya salacaq.ona gore de esl azerbaycanli kimi indiden yaltaqlanmagi ustun tuturlar.ay bu qrupa daxil olanlar,inanin ki biz hamimiz hech kimin vecine deyil."allahin oz monitorundan sildiyi" xalqin en adi uzvunun yazdigi minlerle sherhden biri kimin vecine ola biler axi?
Cavab

Kimdən: rushvetden bezmish Şəhər: xarabazardan
09.07.2010 15:18
antizaur@

sen deyesen Azadligda yazilan sherhleri yaxshi oxumursan. Eksine bura yazilan sherhlerde millet ele agzini acir ve oz I.Eliyevden bashga hamidan umur, kusur, ne bilim ne ise teleb eliyir. Meselen cammata ele gelir ki, Azerbaycana gelen her kes, her bir diplomat camaatin evezine ne ise elemelidir ve ya Ilaham Eliyeve agzina geleni demelidir. Bele gorunur ki, uzun iller igidarin apardigi siyasi tebligat bunlarin da beynini emelli bashli yuyub. Bele ki, zavalli xalg gunahi onda-bunda, ne bilim, rusda, ermenide, avropalida gorurler ve oz olkesinde gul kimi istismar olundugunu, elementar haglarinin, ele oz hakimiyyeti terefinden ellerinden alindiginin fergine varmirlar..

Butun memurlari milyonchuya cheviren neftden ise siravi insana 20 manat bele dushmur..

Neftin pullarinin yeyilmesi bir yana, korrupsiya da, her addimda gara camaatdan alinan rushvetler de sengimir..

Butun bunlari gozu ile goren insanlar sanki, analiz etmek, dushunmekden mehrumdur, xeste ve sagi-solu gunahkar bile-bile illeri yola verirler,,

Hakimiyyet ise daha dah varlanir, herisleshir, geddarlashir..

Kimdən: Milletci Şəhər: Qala
08.07.2010 18:57
Herden, vicdanininizin sesini dinleyin,mohterem hakimler.Gunahsiz muttehimler ve onlarin ailelerinin ahu nalesinden qorxun.Belke yeter..!!!
Cavab

Kimdən: yorulmush Şəhər: bazarbaycandan
09.07.2010 15:20
milletchiye@

sen deyen kimi eleseler, ishsiz galarlar ve ya ozleri "reshetka" arasina dusherler ay kishi!! Bu xarabada "vicdanin sesine" deyil yuxarinin sesine gulag asmaga mehkumsan!

Kimdən: SHAXTABABA
08.07.2010 15:39
Hagg nazilar,uzulmaz! Zalimin hiylasi na gadar gucli olsada,bir gun oz bashina sarilacag.Ruhdan dushmayin Allahda haggladir,xalg da sizin hagg yolunuzda sizinladir.Sani gahraman,geyratli,matin kimi gormayan gozlar kordur.Ama sana man tabib,Logman deyiram.Ona gora ki,san cox kor gozlari acacagsan.Azarbaycanin bela ogullarina tarix oz sahifalarini acib.Eshg olsun mardliya,kishiliya,va onun yol gostaranlarina!

Kimdən: antizaur Şəhər: baki
08.07.2010 15:36
bir neche sebebe gore artiq hemin muddet sebirsizlikle gozlenilmir,ya sadece gozlenilir,ya da umumiyyetle gozlenilmir:
1) meqalede deyilen "esas"-yani tezece chixmish qanunsuz hokm
2) azerbaycan hakimiyyetinin diger uzv dovletlerden ferqli olaraq avropa mehkemesinin qerarlarini vecine almamaq tecrubesinin olmasi- meselen,azerbaycan huquqshunaslar forumunun qeydiyyata alinmasi barede avropa mehkemesinin qerari icra olunmur.hech bir sebeb,esas gosterilmeden sadece icra olunmur,bu esl bespredel numunesidir
3)bu bespredele yalniz bundan eziyyet chekenler qarshi chixir.yani qerb dovletleri iqtidarlari seviyyesinde bizim hakimiyyete gozun uste qashin var demir.subut: hillari klinton demokratiyanin berqerar olmasina azi 212 (klintonun dediyi 234 ilden bizim 22 illik demokratiya tecrubemizi chixanda alinan reqem) il muddet mueyyen eledi bize.qeyri iqtidar seviyyesinde (meselen washington post) ilham eliyev tenqid olunur,ama klintonlar,obamalar bizi hele rusheym de saymirlar.212 il ey,o vaxt azerbaycanda yeqin 12-ci heyder kral,9-cu ilham veliehd olacaq
Cavab

Kimdən: diplomat
08.07.2010 15:59
antizaur@

sen, diplomatiya ile Amerikanin ve ya Avropanin addimlarini garishig salma.

Butun olkeler ve beynelxalg teshkilatlar oz selahiyyet cherchiveleri daxilinde lazimi addimlari vaxtashiri atirlar. Sadece deyilen DIPLOMATIK sozler, edilen diplomatik seferler sizleri chashdirmasin!!
Cavab

Kimdən: antizaur Şəhər: baki
09.07.2010 11:23
"oxucu" ve "ziya" nikleri ile meni tehqir edenlere

menim ne gunde oldugumu hech biriniz bilmirsiz, chunki meni tanimirsiz.men sizi tanimasam da eminem ki menden daha artiq qerbperest ola bilmezsiniz. ama bu o demek deyil ki men de sizin kimi ozume hillari adli ilahi, obama adli illah uydurmaliyam.siz onlara sitayish edin.men oz demokratik ideallarima.here oz fikrinde qalsin.meni ve oz yaxin qohumlariniz daxil butun qadinlari tehqir etmek neye lazimdir axi?
Cavab

Kimdən: oxucu
08.07.2010 17:25
antizaura@

bashin girmediyi yere, burnunu soxma. Bele primitiv arvad psixologiyasi ile ancag bazarda goyerti satmag olar. Diplomatiya hagda danishmag yox.
Cavab

Kimdən: ziya
08.07.2010 17:23
antizaura@

sen ele, otur-dur saga sola camur at. Ele bele besit tefekkure malik oldugun ucun bu gundesen ve bu cur problemli olkede yashayirsan.
Cavab

Kimdən: antizaur Şəhər: baki
08.07.2010 16:46
he de.deyirem axi,amerika,aile uzvu sayildigimiz avropa o qeder shey edibler ki indi de bizden polis,fhn quvvelerini gurcustanda mitinq yatirtmaq uchun chagirirlar.bu dedikleri hele elediklerinin yaninda boyuk sheydi.eledikleri qarabag problemi,nefti bizim belamiza chevirmek,azadliq adina her sheyi mehv etmeye var gucleri ile destek olmaq,qurduqlari monarxiya......olub.belke bu elediklerini hemin diplomatik etiketin eksi sayirsiniz?

Kimdən: Farda
08.07.2010 14:48
Kamal, eger bele guclusunuzse, Qarabagi niye azad etmirsiniz? Yoxsa, Siz ancaq Azerbaycan xalqina qarshi guclusunuz? Ermenilerin axiri niye pis qurtarmir? Axi onlar da size qarshi chixirlar (eger siz ozunuzu Azerbaycanli hesab edirsinizse. Vallah adamin sene yazigi gelir

Kimdən: KAMAL YAP Şəhər: BAKI
08.07.2010 14:40
EYNULLA SEN OZUNE NECE HAQ QAZANDIRA BILERSEN KI SEN DEYIRDIN KI XOCALIDA OLAN SOYQIRIMI XALQ CEHBESI TOREDIB.ADAM DANISDIQI SOZE FIKIR VERER.BU DA SONU.
Cavab

Kimdən: rushvetden bezmish Şəhər: xarabadan
08.07.2010 15:13
demeye gore yox, emellere gore insanlar mehkum olunmalidir y agilli YAP-ci!! Mehkum olunasi ancag bu igtidardir!! Chunki 8 milyonunun var-dovletini elinden alib bir garin choreye mohtac edib. Bildin?
Cavab

Kimdən: Qaqash Şəhər: Baki
08.07.2010 18:14
Men maraglidir ki?bu yaxin 5 ilde YAP-cilar ne deyecek!

Kimdən: qarabagli Şəhər: talan olmush yurd
08.07.2010 14:36
Yadima 2004-cu ilde Qarabag Azadliq Teshkilatinin muvaini Qarabag elili Firudin Memmedovun mehkemede son suzu yadima dushdu.Gozunun 80% nurunu itirmish Qarabag elili ermeni zabitlerinin Bakida HATO qoshunlarinin konfransinda ishtirak etmesine etiraz etdiyine gore 5 il azadliqdan mehrum edilmishdir.Mehkemenin nezerine catdirirdi ki, ermeni zabitiin atdigi gulle onu elel edib.Eger meni hebs edirsinizse onda menim gozlerimin nurun qaytarin.Bax bele ezizlerim.Mehkemenin "gozlu"sedride ancaq baxib,gozlerini doyurdu.Vessalam.

Kimdən: KAMAL YAP Şəhər: BAKI
08.07.2010 14:33
EYNULLA SENE DEFELERLE DEYILDI KI AQILLI OL.SOZE BAXMADIN.ONA GORE AXIRI PIS QUTARDI.HELE COX JURNALISLERDE ICERI GIRECEK.BIZE QARSI CIXANIN AXIRI PIS QURTARIR.
Cavab

Kimdən: Azer
08.07.2010 17:15
Kamal YAP, vaxt gelecek, YAP ozu seni YAPacak.
Cavab

Kimdən: oxucu
08.07.2010 15:14
kamalyap@

ele senin de axirin yoxdur. Ay bedbext!
Cavab

Kimdən: Unknown Şəhər: Unknown
08.07.2010 15:14
Eshq olsun! nece de uzuagsiz? Buna deyerlere adamda sifet olsun gerek..
Cavab

Kimdən: Camal
08.07.2010 14:59
Siz Allahsiz da, ancaq siz dogrusunuz. Digerleri hem yalanchi, hem bohtanchi, hem rushvetxor, hem ... Siz nesiniz ki, bele ozunuzu dartib qoymusuz dagin bashina?? Sizi ora qaldiran, ordan endirmeyi de bilir, buna nece baxirsan?? Ali insan numunesi Ilham Eliyev, elaltilari da sizler, senin kimiler. Eshq olsun.