Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 03:37

Rubrikalar / Təbriz Ekspress

İranda fəalların tuthatutu davam edir

Şriftin ölçüsünü dəyiş - +
İrandakı hüquq müdafiəçiləri deyirlər ki, son vaxtlar bu ölkədə əməlli- başlı tuthatutdur
Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə fəallarından biri, hüquq müdafiəçisi Həsən Rəhimi İranda sonuncu həbs olunanlardandır.

O, artıq 10 gündür məhbəsdə olmasına baxmayaraq, hələ də ailə üzvləri ilə görüşə bilməyib. Əslində ailə üzvləri onunla görüşə bilmir. Bu barədə ailədən kimsə danışmaq istəmir.

NİYƏ TUTULUB? BİLİNMİR…

Adının çəkilməsini istəməyən yaxınlarından biri isə deyir ki, Həsən Rəhimi Evin zindanında saxlanılır. Niyə tutulduğu, hansı suçla ittiham olunduğu da bildirilmir. Vəkil yardımından istifadə etməyə də imkan verilmir ki, sağ-salamat olması barədə ondan nəsə öyrənmək mümkün olsun.

Mühəndis Həsən Rəhimini İranın Kəşfiyyat İşləri üzrə Nazirliyi- ETTELAAT-ın əməkdaşları iyulun 3-də iş yerindən aparıblar.

İRANDA TUTHATUTDUR

İrandakı hüquq müdafiəçiləri deyirlər ki, son vaxtlar bu ölkədə əməlli- başlı tuthatutdur. Artıq milli kimlik uğrunda dinc mübarizə aparanların təkcə özlərinin deyil, həm də ailə üzvlərinin –xüsusilə də onların həyat yoldaşlarının zindana düşməsi intensivləşib. Fərdin özünə verilən işgəncələrin əvvəlki illərdəki kimi effektli olmadığını görən İran rejimi indi də bu üsulla içəridəkilərdən istədiyi ifadəni almağa çalışır. Bu vasitə həm də həbsdəkilərin azadlıqda olan ailə üzvlərini təzyiqdə saxlamağı asanlaşdırır.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü, hüquq müdafiəçisi Yaşar Həkkəkpur isə deyir ki, Həsən Rəhimi hüquq müdafiəçisi olduğuna və milli kimlik uğrunda mübarizə apardığına görə həbs edilib. İranda belə adamlar həbsə salındıqda bir müddət onlarla görüşə icazə verilməməsi də təsadüfi deyil:

Yaşar Həkkəkpur
«İranın cəza qanunlarının 128-ci maddəsinin bəndlərindən birində deyilir ki, təhqiqat mərhələsində müttəhimin ailəsi, yaxud vəkili ilə görüşməsinə icazə verilməyə bilər. Dəfələrlə müşahidə olunub ki, tutulub ailəsi və vəkili ilə görüşməyə bir neçə ay icazə verilməyən fəallar işgəncəyə məruz qalıblar. Məsələn Səyid Mətinpur 9 ay Evin həbsxanasında olduğu müddətdə ailəsi ilə danışmağa izin vermədilər. Bu müddətdə ETTELAAT-a həmin adamların ittihamları zorla üzərlərinə götürtmək üçün şərait yaranır. Və onlardan işgəncə altında ifadə alırlar. Buna görə də bəzən hətta bir neçə ay görüşə icazə verilmir. İran qanunvericiliyi saxlanılan adamla belə rəftar üçün imkan yaradır. Və təhqiqat zamanı zindanda olan şəxsin vəkillə təmin olunmaması da qanunla yolveriləndir».

MƏHBUSLARIN AİLƏSİNƏ DANIŞMAQ YASAQDIR

Yaşar Həkkəkpurun sözlərinə görə, İranda həbs olunanların ailə üzvlərinə bu barədə mediaya danışmaq, beynəlxalq təşkilatlarla əlaqə saxlamaq yasaq edilir. İnsanlara təzyiqlər, təhdidlər edilir ki, onlar hadisə ilə bağlı məlumat yaymasınlar. Elə bu səbəbdəndir ki, bir çoxlarının- o cümlədən də Həsən Rəhiminin ailə üzvləri danışmaqdan çəkinirlər.

İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının sözçüsü onu da deyir ki, Ancaq bu cür təzyiqlərlə İran hakimiyyəti istədiyinə nail ola bilməyəcək. Çünki onlar bir təşkilat olaraq bu ölkədə baş verənlər, fəaliyyətinə görə azadlıqdan məhrum edilən hər bir azərbaycanlı barədə beynəlxalq qurumları və dünya mediasını mütəmadi məlumatlandırırlar.

Güney Azərbaycan Milli Oyanış Hərəkatı – GAMOH–un Azərbaycan respublikası üzrə təmsilçisi Ağrı Qaradağlı isə deyir ki, Həsən Rəhimidən öncə də xeyli milli hərəkatçı həbs olunub. Onların da heç birinə yaxınları ilə nə görüş, nə də telefon bağlantısı verilmir. Ağrı Qaradağlının sözlərinə görə, İran rejimi indi də həbs olunanların həyat yoldaşlarını tutmaqla milli kimliyi uğrunda mübarizə aparanları sındırmaq istəyir.
Ağrı Qaradağlı
Onun sözlərinə görə, Güneyli milli hərəkatçı Yürüş Mehrəlibəylinin həyat yoldaşı Zəhra Fərəczadə artıq 20 gündən çoxdur ki, həbsdədir və heç kimlə hər hansı formada əlaqə saxlamasına imkan verilmir.

«ETİRAFLARA MƏCBURETMƏ MƏQSƏDİ»

«Son zamanlar milli hərəkat daxilində böyük gəlişmələr və belə desək Təbrizdə, başqa şəhərlərdə, ümumən Güney Azərbaycanda bəzi birləşmələrə doğru gedən insanlar var idi. Bunlar da ümumiyyətlə 1994-95-ci illərdə hərəkatın özəyini qoyan şəxslər idi. Həmin bu adamlar 2 aydan çoxdur ki, yaxalanıb içəridə saxlanılırlar. Bu isə birləşmənin qarşısını almaq üçün təzyiqlərlə həmin şəxsləri bəzi «etiraflar»a məcbur etmək məqsədi daşıyır. Yürüş bəyin həyat yoldaşını da ona görə saxlayıblar ki, ona təzyiq edib hətta televizora çıxarmaqla bəzi etiraflar etdirsinlər».

Yürüş Mehrəlibəylini ETTELAAT-ın əməkdaşları mayın 10-da Təbriz yaxınlığında həbs edib.

Onun həyat yoldaşı Zəhra Fərəczadə isə iyunun ortalarında məhbus həyat yoldaşının durumunu öyrənmək üçün Təbriz məhkəməsinin 4-cü şöbəsinə müraciət edərkən həbs olunub.

Ağrı Qaradağlı deyir ki, İran rejimi çətin ki, yeni üsullarla nəyəsə nail ola bilsin. Hətta bu və digər milli hərəkatçıların hansısa biri çıxıb televizorda nəyisə etiraf etsələr belə, xalq ciddi yanaşmayacaq. Çünki indi İranda hamı yaxşı bilir ki, belə etiraflar nəyə görə edilir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Erselan Haradan: MEREND
31.07.2010 08:58
BU PERVIZ DELILEN INSANA DEMELIYEM KI, SIZ AZERBAYCANA QARSHI, BIR IRAN CASUSI KIMI ORTADASINIZ VE TEBLIGAT APARIRSINIZ AYNEN DEDIGINIZ KIMI HEM IRANDA KI MILLETCHILERI HEPS ETMELIDIRLER , VE HEM SIZIN KIMIN VETENE XIYANET EDEN ADAMLARI HEPS ETMELIDIRLER.
Cavab

Kimdən: Pərviz Haradan: Bakı
02.08.2010 11:41
Salamlayıram. İlk öncə sözlərinizə fikir verməyinizi xahiş edirəm. Dilinizə diqqətli olun, lütfən. Bu cür iftiralar balaca şey deyil və unutmayın ki, sözlərinizə cavab verməli olacaqsınız. Məni "casus" niyə adlandırırsınız? Sözlərimdəki səhvləri çıxardın ortaya, deyin. Belə atmacalar niyə lazım? Mənim Vətənimə xəyanətimi nədə görürsüz? Deməli, doğma Vətəndə əxlaqsızlığın yayan, hər cür çirkinlikdən çıxan, hər cür İslami dəyərləri taptalayan insanlar sonra ağız dolusu "Azərbaycançılıqdan" danışırlarsa, onlar əsil vətənpərvərdilər. Amma əgər bir kəs xalqın islahını, azadlığını və hər cür rifahını İslami dəyərlərə bağlılıqda görürsə, ona "Cəsus" damğası vurmaq lazım. Əhsən!!! Əgər mən Vətənimə xəyanət etmişəmsə, həbsimə razıyam. Mömin təbəqənin Vətən üçün etdiyi işlərdən xəbərsizsiniz. Ordan-burdan alınan məlumatlarla fikir söyləmək nə asan. Kiməsə böhtan atmaq, damqa vurmaq nə asan.
Cavab

Kimdən: El$en Haradan: Baki
06.08.2010 00:21
Size seslenirem,ey fars rejiminin qullari:Intiqam qilinci daima ba$inizin ustundedir.Sen ise ay Perviz,$ele-Kuleni gotur haydi birba$ Tenrana,agalarinin yanina.
Cavab

Kimdən: Yeraz balasi Haradan: Ne vacibdir hansi seher
31.07.2010 21:36
Qardaslar burada Iran casusunun olmasina teeccublenmeyin.Iran nece ildir ki Azerbaycanda islam perdesi altinda radikal shie qruplasmalari yaratmisdir.Bu qruplasmalarin azeri uzvleri Azerbaycani Irana qurban vermeye hazir olan sexlerdir.Bu sexslerin manqurtlasmis beyinlerine bele yeridilib ki Azerbaycan kafir olkedir, burada inqilab elemek lazimdir kafirleri(onlarin dili ile biz azerileri) mehv etmek lazimdir, edam etmek lazimdir ve s.Men bir azeri olaraq Irandaki azeri, baci qardaslarimizin MILLI AZADLIQ HEREKATINI destekleyirem.Iranda yasayan azeriler unutmasinlar ki babalari babalarimiznan qan qardaslaridir.Uca Tanridan arzum budur ki guney azerilerinin Milli Azadliq Herekati Iranin diktatura rejimine qalib gelsin.Onsuz da bu rejimin guney azerilerine qarsi tezyiqleri tamamile beynelxalq konvensiyalara ziddir.
Cavab

Kimdən: Pərviz Haradan: Bakı
09.08.2010 09:39
Növbəti məntiqsiz, mənasız, heç bir dəlilə söykənməyən bir yazı. Hər kəs yazılarında öz səviyyəsini göstərməkdədir. Görünür sənin səviyyən çox yüksəkdir. Mən Fars rejiminin yox, Allahın quluya. Sən isə görünür - şeytanın.
Cavab

Kimdən: Pərviz Haradan: Bakı
02.08.2010 11:51
Yeraz balası! Nə gözəl. Hansı radikal qruplaşmalardan söhbət gedir? Birini göstərin, lütfən. Sizə də tövsiyə edirəm ki, sözlərinizə diqqət edəsiniz. Siz ümumiyyətlə nə dediyinizin fərqində deyilsiniz. Əgər sizin probleminiz İranın tutduğu kursladırsa, o sizin öz probleminizdir. İftira atmağı dayandırın. "Azərbaycan kafir ölkədir" sözünü kimdən eşitmisiniz? Zombiləşmiş, talibanlaşmış vəhhabilərdən başqa bu sözü kimdən eşitmək olar? Onların Azeri forumlarına baxmısınızmı? Yəqin ki yox. Nəisə. Azərbaycan bizim ümumi vətənimizdir. Hamımızın borcudur onu qoruyaq, həm daxili, hən xarici düşmənlərdən. Sadəcə hərəmiz bunu fərqli başa düşməkdəyik. Birimiz "Azərbaycançılıq" ideyası ilə yaşayırıq, o birimiz isə "İslamç" ideyası ilə. Hansı biri xalqlara həqiq rifahı və azadlığı verə bilər, bəllidir. Bunu anlamırsınızsa, öz probleminizdir.

Kimdən: Araz Teurkay Haradan: KANADA
31.07.2010 08:54
PERVIZ BEY ,BAKI DAN SIZ ," HARA BAQLI OLDUGUNUZ BELLIDIR." ANCAQ SIZIN KIMI QEYRETLI , MUSELMAN NECE AZERBAYCANDA OTURMUSHDUR. BUYURUN IRANA GEDIN, 6 AYDA SIZE BOMBA VE TEROR ISHLERIN KAMIL OYREDELLER, VE SIZ OZ DIN QARDASHLARINIZIN YANINDA ,FARS EFGANISTAN TALIBANI ILE BERABER, OZ DINI BORCUNUZU IDA EDERSINIZ.
QARDASH YAZMADAN ISH CHIXMAZ , BUYURUN GEDIN IRANA ,KESIN ,SIZI CHOX YAXSHI QARSHILAYARLAR.
ANCAQ ONU BIL KI 35 MILYON GUNEY AZERBAYCANLI XORDAD QIYAMIN DA BIRLIKDE SIZIN KIMIN ADAMLARA QARSHI HARAY CHEKDILER VE DEDILER.
Cavab

Kimdən: Pərviz Haradan: Bakı
02.08.2010 11:31
Salamlayıram. Əlbəttə hara bağlı olduğum bəllidir. Sizdən fərqli olaraq, mən HAQQA bağlıyam. Və kər kim ki, HAQQI dəstəkləyir, mən də onu dəstəkləmişəm və dəstəkləyəcəyəm də. Sizin kimi kinli insan isə kiməsə iftira atmağdan öncə, sübutlarını təqdim etsin. İranda terrorçular hazırlandığının sübutları nədir? Terrorun İslamla nə əlaqəsi? Talibanın İranla nə əlaqəsi? Terror və dini borc??? Absurd bir şey! Bir az dini təməllərdən məlumatınız olsun, əfəndim. O ki qaldı İrandakı Azərbaycanlılara, yaddan çıxartmayın ki, 1979-cu ilin İslam İnqilabında Azərbaycanlılar da eyni Farslar kimi ayağa qalxıb, qan içən şax rejiminə qarşı çıxdılar. İndi, əgər hansısa Fars dairələri Azərbaycanlılara qarşı şovenist mövqe tutubsa, bu da onların səviyyəsi və səhvi. Və bu səhvlər mütləq aradan qaldırılmalıdır. Amma bu bəyəm o deməkdir ki, "milli hərəkat" kimi xəyali şeylərlə İslam İnqilabını təhlükəyə atnaq lazımdır? Məgər həmən bu İnqilab İran Xalqına azadlıq vermədimi?

Kimdən: Pərviz Haradan: Bakı
29.07.2010 13:35
Salam. Mən həqiqətən çox təəssüflənirəm ki, bu məsələ hər dəfə bu qədər şişirdilir və hər dəfə də buna "Azərbaycanlılara qarşı siyəsət" və s. kimi adlar verilir. Əzizlərim, axı siz niyə məsələnin kökünə baxmaq istəmirsiniz? Mən sizə Bakıda rastlaşdığım bir Təbrizli ilə söhbətimi danışım. Nəsə söhbət İrandakı vəziyyətdən düşəndə, başladı oradakı Azərbaycanlıların halından şikayət etməyə. Belə bir söz işlətdi: "Məm öncə Azəriyəm, sonra Müsəlman". Düşünürəm ki, cümlənin absurdluğu bir balaca İslam dinindən başı çıxanlar üçün aydındır. Əfəndilər, məsələ burasındadır ki, ilk öncə İslam gəlir, sonra millətçilik. Heç bir vəchlə tərsinə ola bilməz. Çünki sonda bunun şovinizmə gətirib çıxarması mümkündür. İran İslam Respublikasında əsas hədəf İslamı və İslam İnqilabını qorumaqdır. Nəyin bahasına olursa olsun. Hətta bəzilərinin həbsi bahasına. Əgər onların fəaliyyəti İslam İnqilabına təhlükədirsə, onlar həbs olunmalıdırlar. İstər Azərbaycanlı olsun, istər Fars.
Bu cür insanların əksəriyyəti xarici dövlətlərin ya cəsusları, ya da ki onların boş vədləri ilə xəyallarda yaşayan insanlardır. Başa düşün, əzizlərim, azərbaycançılıq, türkçülük və s., bunlar hamısı boş şeydir. İnsan üçün bir dəyər və meyar olmalıdır - Haqq, həqiqət. Başqa hər nəyin ətrafında birləşsən, səhvdir. Yalnız Haqqın ətrafında birləşməli. Bunu mən demirəm, bunu Allah istəyir.
İrandakı həbslərdən danışanlar niyə İrandakı çox saylı əfv fərmanlarından danışmır?
Ümumiyyətlə, əgər söhbət İranda Azərbaycanlıların mədəniyyət, dil və s. hüquqlarının məhdudlaşdırılmasından gedirsə, onu qeyd etmək lazımdır ki, bir neçə ay bundan əvvəl İranda Azərbaycan dilində təhsilə start verilib. Dəqiq məlumatım olmadığından, bu mövzunu araşdırıb yazacam. Bundan əlavə, dahi Şəhriyar problemsiz Azərbaycan dilində şer yazıb, çap etdirirdi. Sonra, böyük alim cərrah və TÜRKOLOQ Cavad Heyət, Day.az saytına verdiyi müsahibəsində qeyd etmişdir ki, İranda belə problemlər yoxdur.(təəssüflər ki, o müsahibəni tapa bilmirəm, tapan kimi yerləşdirəcəm). İndi biz bu mənşəyi bilinməyən media xəbərlərinə inanaq, yoxsa Cavad Heyətə?
Bir sözlə, əgər bu insanların fəaliyyəti İslam İnqilabına təhlükədirsə (ki çox zaman məhz belədir), o zaman onlar həbs olunmalıdırlar.


Cavab

Kimdən: Baraz Haradan: Guney Azerbaycan-Marağa
29.07.2010 19:00
Iranda Azerbaycanlılar,erebler,turkmenler,kurdler ve beluçlar hetta 1 deyqede ana dillerinde mektebleri yoxdur.bunu her guneyli bilir ve turk dilinin oyretmesi ozel muessiselerdede suç sayılır.lutfen yalan melumatla Iran hakımıyyetının sehv ışlerinen himayet etmeyin.

Kimdən: Samir Aliyev Haradan: Baki
28.07.2010 11:06
salam menim eziz cenub qardaslarim.cekdiyiniz eziyyetlerin hamisi muveqqetidi.bunu her kes bilmelidir.biz indi Allaha cox shukurki Qarabaq meselesine gore bir yere toplasha bilir му guclerimizi birleshdire bilirik.Inshaalah Qarabaq meselesi yaxin 2-3 ilde hell olunacaq.ve onda emin olun ki biz hamimiz artiq butun guclerimizi arazin o tayini geri qaytarmaq ucun birleshdireceyiik.buna hec kesin shubhesi olmasin.AMIN

Kimdən: sozy anlayan, Tutan Haradan: yersiz
27.07.2010 13:08
Sozu ortaya atmaqdan, bir amacim var. umid olunur ki , bu Bilgini hami, oxuya, ve hami bu xeberi , Alib , Dushune , ve xeber yayila.Hedef Bilgini yon vermekdedir.mexsusen Xeberi vermede insan haqlarinda chalisan Qardashlar ,ve Azadliq Radiyusu xeberii .Nezerler bolimindedir.xeberi alib,yazib ve bu vasiteile ustu ortulu xeberlerin ustu achilmaq niyetile yazilir.

Kimdən: Adi yox Haradan: maraqa
27.07.2010 12:56
Tenqid olan yashar kekakpur , un suchi yoxdur, milli hereket chox genishdir ve her terefden xeber almaq teqriben imkansizdir. ancaq Az ya chox yashar ve Elirza bey oz ishlerin gorurler.

Kimdən: hebib Rehberi Haradan: Danmark
24.07.2010 03:58
Iran olkesinde Butun Azerbaycan Feallari Ya Turkiye Casusi hesab edilir ya Azerbaycan Casusi?! Buna gore Kimse qorxmasin ,bu nedenle Farslara gore Iran da 35 Milyon Satqin ve casus var.
ne qozeldir ki Azerbaycanli, Azerbaycan xeyrine casusluq ede???!!!

Kimdən: ferhad qasimov Haradan: baki
21.07.2010 13:07
Guney Azerbaycanin insan haqlari Danishani YASHAR KEKAKPOR ,Neden Bu , onurlu insandan mudafiye etmir ve Asla ona gore , Rapor vermemishdir?!
casusluq ,nedeni ve ittihami olsa da bele gerek ondan himaye edek. bu ish yasharin ishidir. men fikrimi yazdim, gene siz bilin. Allah Siz Guneylilere komek etsin.

Kimdən: Aydin Bextaver zade Haradan: Tehran
21.07.2010 13:02
Hetta o Adam Gerchekden ,Casusluq ittihamina gore de yaxalanibsa, Gene Azerbaycanli oldugu ve Qozey Azerbaycana gore yaxalanibdir. hamimiz once bir insan olaraq gerek bu Sozu gechen Adamdan gerek himaye edek.
mexsusen Yashar beyden gozlentimiz budur.

Kimdən: qasim evezpur Haradan: kerec-iran
21.07.2010 12:56
oysa yashar aqa ,Turkiye de ,ne ede biler ki,butun yaxalanan adamlarin Adlarin bilsin.
Səhifə (2)
    Növbəti