Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:07

Bloqlar / Hüseynbala Səlimov

Siyasəti necə maraqlı etmək olar?

x
Şriftin ölçüsünü dəyiş - +
Əvvəlcə kiçik bir təəssüratdan başlamaq istəyirəm. Bu yaxınlarda bir gənc ziyalı ilə söhbət edirdim. O, tez- tez «ümummilli lider Heydər Əliyev» deyirdi. Əvvəlcə təəccübləndim, sonra başa düşdüm ki, o, hətta mənimlə söhbətdə sadəcə Heydər Əliyev deməyə ehtiyat edir, buna görə də «ümummilli lider» deyir. Bu detal məni çox düşündürdü. Ona görə ki, belə hadisələrlə bağlı bizim «reseptimiz» çox sadədir – rejim hamını şikəst edib. Amma məsələ bundadır ki, rejim özü-özlüyündə ayrıca məna kəsb etmir, rejimi də insanlar yaradır və deməli, insanlar «şikəst» edirlər.

Bu məsələ həm də yazının başlığına çıxarılan sualla bağlı maraq kəsb edir. Siyasət niyə maraqsızdır? Onu maraqlı etmək üçün nə etmək lazımdır? Kim onu maraqlı etməlidir?

Bu suallara cavab tapmadan ölkədəki siyasi süstlüyün səbəblərini başa düşmək, ondan çıxış yollarını aramaq mümkün deyil. Siyasətdən söz düşən kimi insanlar bir qayda olaraq əllərini yelləyib « maraqsızdır» - deyirlər. Amma niyə?
Burada müxalifətin böyük rolu ola bilər – şəxsi nümunə insanlara həmişə güclü təsir edir. Amma müxalifət liderlərinin etiraz aksiyalarına çıxmadığı ölkədə bu, mümkündürmü?

ƏVVƏLCƏ SİYASƏTİ TƏHLÜKƏSİZ ETMƏK LAZIMDIR


İnsanlar hər şeydən əvvəl siyasətlə məşğul olmaqdan, siyasətin özündən qorxur. Yazının əvvəlindəki misalı nahaq yerə çəkmədik. Onlar görür ki, siyasətlə məşğul olanlar təqib olunur, cəzalandırılır, cəmiyyətdən təcrid edilir. Elə bu səbəbdən siyasətdən çəkinirlər. İş o yerə çatıb ki, bu ölkədə hətta sorğu keçirmək də mümkün deyil – hamı ya respondent kimi sorğuda iştirak etməkdən imtina edir, ya da ki, qeyri – səmimi cavablar verir. Elə bu səbəbdən siyasəti maraqlı etmək üçün əvvəlcə onu təhlükəsiz məşğuliyyətə çevirmək lazımdır. Bu isə siyasi rejimdəndən asılıdır.

Demokratik rejimlərdə siyasətə maraq stimullaşdırılır. Hətta insanlar maraq göstərməyəndə bununla bağlı narahatlıq keçirilir. Bir də görürsən ki, siyasi xadimlər, politoloqlar, sosioloqlar və ictimaiyyət adamları «insanlar seçkiyə maraq göstərmir» - deyə həyacan siqnalı çalırlar. Neçə dəfə əcnəbilərlə söhbətlərdə bunun şahidi olmuşam – müxtəlif səviyyəli seçkilərə insanların müxtəlif dərəcədə maraq göstərməsindən, siyasətə marağın sönməsindən gileyləri eşitmişəm.

Qeyri – demokratik rejimlərdə isə tamamilə tərsinədir. Siyasəti maraqsız etmək, insanları onunla məşğul olmaqdan çəkindirmək bu rejimlərdəki hakimiyyətlərin strateji hədəfidir. İndi bizdə seçkilərin müddəti azaldılır, seçicilərlə kontaktlara şərait yaradılmır, aksiyaların qarşısı alınır – bütün bunlar ondan ötrü edilir ki, insanlar siyasətdən kənar dürsunlar, seçkilər formal şəkildə həyata keçirilsin, hətta adamlar bunu hiss etməsinlər.

SİYASƏTLƏ MƏŞĞUL OLMAĞIN PERSPEKTİVİ NƏDİR?

Son illərdə siyasi proseslərin ən pis cəhəti budur ki, hakimiyyət siyasətlə məşğul olanları uğursuz adamlara çevirir. Hakimiyyət tərəfindən təqib olunan, cəmiyyət tərəfindən anlaşılmayan siyasət fəalı təcrid olunmuş vəziyyətə düşür. Məsələn, gənc bir adam siyasətə necə gəlsin? O görür ki, hazırda üç gənc jurnalist siyasi baxışlarına görə həbsdədir. Və yaxud o müxalifət liderlərinin aqibətinə baxır – burada da ürəkaçan heç nə tapmır. Belə onlan təqdirdə o, siyasətlə maraqlanarmı?

SİYASƏTİ KİM MARAQLI ETMƏLİDİR?

Elə o dəqiqə yada müxalifət düşür. Təbii ki, insanların siyasətə marağının artırılması onların birbaşa missiyasıdır. Amma bunun üçün müxalifət nə edə bilər? Onun imkanları məhduddur. Üstəlik, məğlubiyyətlər silsiləsi, uğursuz aksiyalar marağı bir qədər də azaldır – nəticədə əks proses baş verir, müxalifət təcrübədə istədiyinin əksini alır.

İnsanların özündən də çox şey asılıdır. Sadəcə başa düşmək və anlamaq lazımdır. Başa düşmək lazımdır ki, hakimiyyətin mənbəyi sənsən və bu səs sənə məxsusdur.
Amma daha çox rol, təbii ki, hakimiyyətindir. Fəqət hakimiyyət bunu istəmir, çalışır ki, daha çox adamı qorxutsun – qeyri–demokratik rejimdə məqsəd budur.

Deməli, hakimiyyətin arsenalında olan əsas vasitə qorxudur və insanlar qorxu hissini adlaya bilsələr, çox şeyə nail ola bilərlər. Burada müxalifətin böyük rolu ola bilər – şəxsi nümunə insanlara həmişə güclü təsir edir. Amma müxalifət liderlərinin etiraz aksiyalarına çıxmadığı ölkədə bu, mümkündürmü?
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Inam Haradan: Baki
27.07.2010 16:01
Maraqli liderlerle ... Elini stolun ustune vura bilen qetiyyetli, komplekssiz bir liderle...sudden çixan ag qashiq olmasi bir o qederde vacib deyil...amma ôlkeni idare etmeye iddialidisa temiz olmalidir bundan sonra...qohumbaz yox milletini sevmelidir...

Kimdən: Niyazi Mehdi Haradan: Bakı
14.07.2010 20:05
Əzizim Hüseynbala, çox yaxşı yazıdır. Demokratiya ilə anti-Demokratiyanın ayrıntısını silsilə fərqlərdə görmək mənim üçün həmişə maraqlı olub. Siyasətin maraqlı-maraqlı olması bu silsiləyə sənin əlavən oldu. Özü də bu o əlavələrdəndir ki, açıla-açıla yaxşı kitaba çevrilə bilər.


Kimdən: Teymur Haradan: Baki
13.07.2010 16:15
Xalqin böyük hissesi şərait üçün yetişməsə,heç bir qiciq onu aktivləşdirə bilməz . Elmar Hüseynovu öldürdülər.xalqin reaksiyasi necə oldu ? ADNA baş verən faciəyəyə yasi sevən xalqimiz belə aktivlik nümayiş etdırmədi.26 noyabr 2005 ci ildə Əli Kərimli xalqin içərisində deyildimi ?? Nə oldu ?? 100 minlər axişib gəldi ? Xeyir.Topxana meşəsində bir ağacin kəsilməsi 100 minlərlə insani bir yerə yiğdi,İndi hökumət Madrid prinsiplərinə raziliq verməklə, Qarabaği ermənilərə verir.Xalqdan xəbər yoxdur,sanki qipnoz altindadir.Ancaq kütlələrin hökumətdən naraziliği günü-gündən artir,bir gün partlayiş olacaq,nədən olacaq demək çətindir.

Kimdən: Adil Haradan: Gəncə
13.07.2010 14:33
Siyasəti Azərbaycan kimi bir ölkədə hər hansı krizis maraqlı edə bilər. Bu sözlər demokratik ölkələrə aid deyil.

Kimdən: mesum Haradan: inqilab
13.07.2010 14:01
Siyaseti ehalinin eliyle,iqtidari ile maraqli etmek olar,ancaq bizim gözümüz xarici devletlerdedir,ordan imdad gözleyirik.Eliyevlerin aile podarati hakimiyyeti xarici qrumlara serf eleyir.Bizim xalq yigilib inqilab etse bu hakimiyyet sürüsüb gedecek,ancaq eden deyil,birlik yoxdur.