Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:45

Dünya

Fransa parlamenti burqanı qadağan etmək üçün ilk addımı atdı

x
Şriftin ölçüsünü dəyiş - +
Dünən Fransa parlamentinin aşağı palatası mübahisəli qanun layihəsini axır ki təsdiqlədi. Qanun layihəsinə görə, ictimai yerlərdə bütün bədəni – o cümlədən üzü örtən geyim geymək qadağandır. 

Əlbəttə ki, qanun layihəsi ilk növbədə müsəlman qadınların gündəlik həyatı ilə bağlıdır. İndi qanun layihəsi parlamentin yuxarı palatasında – Senatda müzakirəyə çıxarılmalıdır. Müzakirənin sentyabrda olacağı gözlənilir.

Əgər qanun Senatdan keçsə, Fransa burqanın qadağan edildiyi ikinci Avropa ölkəsi olacaq. İlk olaraq belə qanunu Belçika qəbul edib.

Fransa parlamentində müzakirə edilən qanun layihəsində ictimai yerlərdə burqa geyinənlər – ya 150 avro cərimə ediləcək, ya da Fransa vətəndaşlığının əsasları haqda kurslarda məcburi iştirak etməli olacaqlar.

Eyni adama münasibətdə bunların ikisi də tətbiq oluna bilər.

QADININI, QIZINI BURQA GEYİNMƏYƏ MƏCBUR EDƏN KİŞİLƏR
 
isə təxminən 40 min dollar məbləğində cərimə ediləcək və bir il azadlıqdan məhrum ediləcək.

Əgər yetkinlik yaşına çatmayan qızlar buna məcbur edilsə, onda bunu edən kişilərin cəzası və cəriməsi iki dəfə ağır olacaq.

Fransa Qərbi Avropada ən böyük müsəlman icmasına malikdir. 65 milyon nəfərlik əhalinin 10 faizə qədəri müsəlmandır. Müsəlmanların çoxu Mərakeş və Əlcəzairdən gəlmədir.

Rəsmi statistikaya görə, müsəlman icmasının yalnız cüzi bir hissəsi – 2000 nəfərə yaxın qadın burqa geyinir.

Qanun layihəsini hazırlayanlar deyirlər ki, burqa Fransanın dünyəvi rejimi ilə daban-dabana ziddir, bundan başqa bu, ictimai yerlərdə təhlükəsizliyin təmin edilməsinə də maneçilik törədir.

Bəzi Fransa siyasətçiləri isə burqanı

“GƏZƏN QƏBİR”

adlandırırlar və deyirlər ki, qadın bundan azad edilməlidir.

Amma qanuna qarşı çıxanlar deyir ki, bu, fərdi azadlıqların məhdudlaşdırılmasıdır. Onlar bunu siyasi hoqqabazlıq adlandırırlar, məqsədin isə ifrat millətçi düşüncəli seçicilərin rəğbətinin qazanılması olduğunu bildirirlər.

Fransa parlamentində burqa ilə ilə bağlı müzakirələr. 13 iyul 2010
Fransanın ən böyük müsəlman təşkilatı – İslam Dini Şurası deyir ki, şəriət qaydaları heç də qadının burqa geyməsini tələb etmir. Amma eyni zamanda şura narahatdır ki, burqanın qadağan edilməsi ümumilikdə müsəlmanlara pis münasibət yarada bilər.

İctimai rəy sorğuları göstərir ki, həm Fransada, həm də başqa qərbi Avropa ölkələrində - əhalinin böyük hissəsi burqanın qadağan olunmasını dəstəkləyir.

Qadağaya Fransa prezidenti Nikola Sarkozi də tərəfdardır, belə geyimin Fransaya uyğun olmadığını deyir.

Fransada əhalinin 80, Almaniyada təxminən 70, Britaniya və İspaniyada 60 faizi burqaya qarşı çıxır.

Amma bu dəstəyə baxmayaraq bir məsələ tam aydın deyil ki, qanun layihəsi Fransa Konstitusiyasına uyğundurmu?

Layihə parlamentdən keçsə belə, Fransa Konstitusiya Məhkəməsi, yaxud Avropa İnsan haqları Məhkəməsi məsələyə baxıb qadağanı qanunsuz elan edə də bilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: mutereggi muselman Haradan: Baki
22.07.2010 01:53
hekariye@

"yox özünü daş divara yoxsa ətrafdakılara göstərib fors verir? Səliqəli qeyinsində başına heç olmas bağlasın! Birdə ki hicablada səliqəli geyinmək olar. Əri üçün qadın bəzənmirsə deyirsiniz qəribədi? Ona görədə kişilər onlar üçün bəzənməyənləri qoyub bəzənləri axtarırlar yəqin?"-------

cavab:

-----sizin evdeki gadinlar yegin ki, ozlerini "kimese gostermeseler", fors vermeseler dayana bilmezler. Bizim evdekilerin ise bele zehmete gatlashmag hech agillarina bele gelmir. Daha vacib ishleri ve zeruri bildiyi fealiyyetleri var.

Hicab ise basha kechirilen bir parcha eskidir. Onun seligelisi ve ya seligesizi olmur.

Er ise gadinini bezense de beyenir, bezenmese de.

Bezenmeyenleri evde goyub, "bezenenler" arxasinca geden kishiler ise ele senin agilda olan dinbaz kishilerdir.
Cavab

Kimdən: Sumqayit usaqi Haradan: Sumqayit
23.07.2010 01:56
Hormetli Hekari men muselman olmasam da (melum olduqu kimi sherab icmek dinine qulluq edirem) senin vicdan azadliqiva hormetle yanasiram.Men hicabi beyenirem amma niqab ve burqanin eleyhineyem.Yazilarivi oxudum meselelere bir qeder radikal yanasirsan.Deye bilmerem mezhebin nedir amma meselelere saqlam dusunce ile yanasmaqivi meslehet gorurem.He bir de ki youtube-de yetim Eyvazin penco-penco sherine qulaq asmaqivi meslehet gorurem.Belke ondan sonra haqq olan sherab icmek dinini qebul etdin.

Kimdən: gadin
21.07.2010 01:36
hekariye@

gadin, ne eri ucun bezenir ne de ki, bashga kishiler ucun. Sadece olarag eybezer, seligesiz, tor tokuntu, zovgsuz gorsenmek istemir.

60-65 yashinda gadin da, ushaglari, neveleri ile harasa gedende libasini deyishir, uz gozunu seligeye salir, etir vurur. Bele chixir ki o, cholde ozunu kishilere beyendirmek ucun butun bunlari edir??
Cavab

Kimdən: Hekari Haradan: Bakı
21.07.2010 15:28
yox özünü daş divara yoxsa ətrafdakılara göstərib fors verir? Səliqəli qeyinsində başına heç olmas bağlasın! Birdə ki hicablada səliqəli geyinmək olar. Əri üçün qadın bəzənmirsə deyirsiniz qəribədi? Ona görədə kişilər onlar üçün bəzənməyənləri qoyub bəzənləri axtarırlar yəqin?
Cavab

Kimdən: sara ferecova Haradan: Almaniya
21.07.2010 18:54
omrumde bele gulunc sherh ve ya sarsag fikir eshitmemishem...


Kimdən: kəmsavad
20.07.2010 23:39
@Hekari, mənə cavab vernişkən aşağıdakı şərhimə də cavab versən əla olardı.
Məhəmmədin, oğulluğu Zeydin arvadı ilə evlənməsinə necə baxırsan.
Cavab

Kimdən: Hekari Haradan: Bakı
21.07.2010 15:22
sənə "Müsəlman ölkəsində niqaba qadağa" bölümündə cavabvermişəm moderator qoysa oxu savadlı ol!
Cavab

Kimdən: oxucu
21.07.2010 01:30
hekari her sheye yaxshi baxir ay kemsavad.

Bir shertle bashinda chadra olsun, saggalin uzun olsun, butun gunu de namaz gilsin. Bu 3 sheyi edenden sonra bashga ne edirsen et, sene yol achigdir!
Cavab

Kimdən: achmasi
22.07.2010 01:56
bir sozle. chadrali ol, amma ne oyundan isteyirsen chix!

Kimdən: zalim
19.07.2010 02:52
Məncə burqa, çadra, hicab bir sözlə örtüyü insan hüquqları prizmasından dəyərləndirmək doğru deyil. Fransada dini simvolların əndazədən kənar nümayişi qadağandır. Burqa, örtük isə məhz dini buyuruq olduğu üçün geyinilir. Yəni bu geyim funksional və estetik deyil, sadəcə dini hökmün icra etmək məqsədilə geyinilir, dini atributdur.
Qadın bu örtüyü istədiyi vaxt çıxara bilməz, çünki onun mənsub olduğu din bunu qadağan edir. Ona görədə burqanı insan istədiyini geyinə bilər deyib qadağan etməyə qarşı çıxmaq doğru deyil. İnsan istədiyini geyinə bilər, bu formulun tərsi istədiyini geyinməz kimidir. Amma din onun istəyinə baxmır, sadəcə örtünməyi əmr edir.Bu cür düşüncə özü insan haqlarına ziddir. Ömrü boyu dini tərbiyə almış, dünyanın altı günə yaradığına və cənnət-cəhənnəm nağılına inanan birisi isə istəsə belə, mənasız dini hökmə qarşı çıxa bilməz. "İnsan hüquqları" isə qaragüruhun əlində bəhanədir, təəssüf ki bir sıra nüfuzlu və etibarlı hüquq müdafiə təşkilatları bu mövqeni dəstəkləyirlər. Bu qadağa insanın özəl həyatına və vicdan azadlığına müdaxilə deyil, ona alternativ yaratmaq deməkdir. Dediyim kimi bu geyimin heç bir funksional və estetik əhəmiyyəti yoxdur, dini buyuruqdur deyə geyinilir.
Digər tərəfdən də bu buyuruq qadını alçaldır, onu lazımsız və mənasız hərəkət etməyə vadar edir. Bu hal isə müasir Fransa cəmiyyətinə uyğun deyil. Ona görə də haqlı olaraq qadağan edirlər. Nəinki burqanı hicab, türban kimi geyimlərin ictimai yerlərdə geyinilməsi qadağan olunması lazımdır. Digər sekulyar dövlətlər də dini simvolların açıq nümayişini qadağan edən qanunlar qəbul edib, bu cür geyimləri qadağan edə bilərlər.
P.S. Deyə bilərsiz ki, qadın dini istəyərək seçib, lakin təhsil səviyyəsinin aşağı olduğu, patriarxal qaydaların hökm sürdüyü Şərqi nəzərə alanda bunun belə olmadığını görürük. Biz də dünyəviliyimizi itirmək, tamamilə Şərqləşmək təhlükəsi qarşısındayıq, bunun bir göstəricisi də Azərbaycanda torbaxanımların sayının artmasıdır.
Cavab

Kimdən: Anonim
21.07.2010 00:30
Ela sherhdir,super

Kimdən: kəmsavad
18.07.2010 20:43
@Müəllim:
" Əhzab surəsinin 53-cü ayəsi olan "Hicab" ayəsi 627-ci ildə Mədinədə Peyğəmbər s.a.v.s-ın Zeynəb ilə evliləndiyi gecə nazil olunmuşdur"

Müəllim qağa, bu hansı Zeynəbdir. Məhəmmədin oğulluğu Zeydin halalca arvadı Zeynəb deyilmi?
Əgər belədirsə peyğəmbər dediyiniz bir şəxs oğlunun arvadına göz dikərmi? Lap evlənmək məqsədi ilə olsa belə. Hansı ki, Zeyd sağ və salamatdır. Döyüşlərdə də həlak olmayıb.
Yenə də özünüz bilərsiniz. mənim qohumluq, evlilik anlayışımda bu variantlara yer yoxdur. siz isə əziz peyğəmbərinizin davamçıları kimi, onun yolunu davam etdirə bilərsiniz.

@Səs,

Bunların bəlası internetdir, komunikasiyadır. Bunlar Allahdan o qədər qorxmurlar ki, internetdən qorxurlar.
İnancları olanlara hörmətim olub və olacaq. İnanclarını bikini reklamına döndərənlər isə cavablarını alacaqlar.
yenə də sağ ol.


Kimdən: Mübariz Haradan: Almaniya
18.07.2010 16:20
@kämsavad
Sändän hech belä shey gözdämäzdim,kanazasya belä gäldi Bonn belä getdi. Ay insan bir dövlätin inkshafinda kanazasya , yolun, dämir yolunun vä s nä qädär chox vacib oldugunu bir arashdir ondan sonra danisharsan.Bonn'da hansisa qafaynan oturmusan:))) hansi qafayla? Bu almanlarin agli sänin aglin qädär ishdämirmi säncä:))) Kämsavad dünyada gördüyün sheylär yashiyarlar vä ölärlär bunu bilmäk üchün säncä böyük bir fizikachi vä yaxud arashdirmachimi olmam gäräkir:) Yani bir dash dahi bälirli bir sürä sonra ölür. Bu gün gördüyümüz böyük daglar bir zamanlar gäläcäk quma chevriläcäk. Sänin gäzdiyin parklardaki märmär dashdari än uzun ömürlü dash olmagina baxmayaraq än gec 10000-il ichindä öläcäk. Indi birdä fikirläsh bir zaman gäläcäk gördüymüz dashdar ölüb quma chevriläcäklär yani dünya böyük bir sährayi andiracaq. Sän dindar deyändä här käsi öz bilginlä ölchmä. Män dindar deyiläm här käsdän agililyam kimi göstärmäyä bashdamisan özünü:))) Yäqin ki sändä inäkdän qoyundan kechidän satib özünä bir universitet diplomu almisan onunda bir ishä yaramadini yavsh-yavash därk etmäyä bashdamisan här halda.
Cavab

Kimdən: bezmish Haradan: bahali olkeden
18.07.2010 17:52
ay rehmetliyin nevesi inek ve ya goyun, kechi giymetiyle diplom almag olar Azerbaycanda?? Azerbaycan dunyanin 5 bahali olkelerinden biridir!! Diplomlari da bahalidir;-)
Menim 2 ineyim, 1 camishim, 1 suru goyunum var amma 3 ushagimin 1-ne diplom ala bilmemishem.;-)

Kimdən: Hekari Haradan: Bakı
18.07.2010 11:10
Peyğəmbərimizdən (sallallahu aleyhi vəsəlləm) rəvayət olunan hədislərin birində deyilir ki, Rəsulullah belə buyurub; “Ümmətlər (millətlər) sizin üstünüzə gələcəklər (hücum edəcəklər), necə ki, heyvanlar öz yem qablarına gəlirlər.”
Budur, şərqdən tutmuş qərbə kimi bütün millətlər biz müsəlmanların üstünə gəlirlər, yalnız işləri bizimlədir. Nə olsa bizim üstümüzə yıxırlar, qanunlarımızı və şəriətimizi dəyişməyə çalışırlar, yaşadığımız həyata həsəd aparıb, qısqanıb dağıtmaq istəyirlər. Əxlaqımız onların göz dağı olur deyə, mədəniyyətimizi söküb talan edirlər. Hər cür vasitəylə bizi rəzil etməyə çalışırlar. Adı müsəlman olanlar da var ki, bizi içimizdən dağıdırlar, kafirlə əl-ələ tutub üstümüzə gəlirlər.
Hər gün daha dəhşətli hallarla üzləşirik. Fransa höküməti İslami örtüyə qarşı çıxması az deyilmiş kimi, Misir Mədəniyyət naziri “Hicab, bir addım arxaya qayıtmaqdır”- deyir.
Müsəlman bacılarım Sizin hicabınız və örtünməyiniz qərbi həqiqətən dəli edir. Bu qədər açıq-saçıqlığın, əxlaqsızlığın, mədəniyyətsizliyin, gəncliyin çöküşə və rəzilliyə getdiyi bir dönəmdə sizlərin hələ də namuslu və təmiz gəzdiyiniz onları yandırır. Dünya bu qədər dəyişir, hisslər, ehtiraslar və istəklər baş alıb gedir, müsəlman qadın isə Allahın əmrindən çıxmayaraq öz örtüsündə gəzir. Bilirsinizmi bu, imansızları nə qədər incidir?!
Adını müsəlman qoymuş amma Allahın əmrlərinə tabe ola bilməyənlər, iradələrini boğmağı bacarmayanlar, haqqın yolunda addımlayanları görüb rahat yaşaya bilmirlər, buna görə onları da yollarından çıxarmaq istəyirlər. Əgər onların sözlərinə və fikirlərinə bircə dəqiqə də qulaq assan, Allahın düşmənlərini sevindirəcəksən. Onları hədəflərinə çatmağa qoyma! Axı bir gün hamı tək-tək durduğu kimi, sən də Rəbbinin qarşısında dayanacaqsan və örtüyünü niyə atdın deyə səndən soruşulacaq. Rəbbin səndən bunu soruşmağını təsəvvür edirsənmi? O gün üzləşəcəyin halından həya et!
Çöldə-bayırda bədənlərini açıq qoyub gəzən, gözəlliklərini yadlara nümayiş etdirən qadınlara sən də qoşulma! Kiminsə sənə baxmasına görə sən də məsuliyyət daşıyırsan. Əgər örtülü olsan, hansı cazibə qüvvəsi onlarda pis niyyət yaradacaq?!
Örtüyünü qorumaqla, Rəbbinin əmrinə tabe olmaqla, heç kimin sözünü nəzərə almayaraq təmiz və hicabda gəzməklə sən səbr və təmkinlə qalib kimi çıxacaqsan. Qalib olsan mükafatını Allahdan alacaqsan. Bu sənin üçün böyük və əvəzolunmaz bir şansdır. Tanıdığın müsəlman bacılarına da daim səbrli olmağı tövsiyə et. Qoy həmişə örtükləri ilə şərəf duysunlar, kafirlər isə yanıb tökülsünlər.
Eynilə üzümüzü evdəki atalara, qardaşlara və ərlərə tutub deyirik: Qadın evdən bəzənib-düzənib niyə görə çıxmalıdır, kimə görə çıxmalıdır?! Ata qızının qeyrətini çəkmirmi?! Qardaş özü də oğlanların halından xəbərdar olduğu halda, bacısını küçəyə tamaşa üçün çıxmağa necə icazə verir?! Ərlər öz xanımlarını gündə yeni bir qiyafədə çölə çıxmalarını qısqanmırlarmı?!Rəzilliyin, pozğunluğun, mədəniyyətsizliyin, əxlaqsızlığın və açıq-saçıqlığın yayılmasına biz göz yumsaq, razı olmuş kimi sayılarıq. Rəzilliyə razı olmaq isə bilirsinizmi Allah qatında necə qəbul olunur? “Möminlər pisliyi (çirkinliyi, pozğunluğu, fahişəliyi) yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” (ən-Nur, 19)
Cavab

Kimdən: oxucu
18.07.2010 19:28
ay hekari,

gisa ve aydin yaz gorek ne demek isteyirsen. Boshbogazliga ve nagil-dastana burada ehtiyac yoxdur. Hem de ki, camaatin ishi-gucu var. hami senin kimi ishsiz gucsuz deyil.

Moderatorun da zehmetine heyfin gelsin. Her saat senin palaz-palaz yazi-pozuna N geder vaxt ayira bilmez!
Cavab

Kimdən: Hekari Haradan: Bakı
20.07.2010 22:18
Sən başa düşmürsənsə mən nə edim?! Modiratorunda əvəzinə danışma yorulsaydı heç yazdığımı qoymazdı xoşun gəlmir oxuma!
Cavab

Kimdən: OSensei
18.07.2010 14:26
Qardaşım çox uzun yazmısan, eyni məntiqi dəfələrlə təkrarlayırsan, deyəsən dediklərinin, incimə, cəfəng olduğunu hardasa özün də bilirsen. Qısaca bir neçə söz deyim: 1. yalnız hicabla toplumu əxlaqlı etmək olmaz və heç kişilərin şəhvət hissini də azaltmaq olmaz. Əksinə qadağan edilmiş meyvə dadlı olur prinsipi burda işləyir. (Maraqlı olsa, müzakirəni davam etdirərik.)
2. Peyğəmbərdən hədis gətirirsən. Mən də müsəlmanam, amma gəl düşünək: məgər biz peyğəmbərin yanında olmuşuq ki, onun şifahi şəkildə nə deyib-demədiyini bilək. (Maraqlı olsa, bu müzakirəni də davam etdirərik.)
Cavab

Kimdən: Hekari Haradan: Bakı
20.07.2010 22:23
Toplumu düzəltmək üçün birici hər kəs öz ailəsindən başlamalıdı. bir ailə xarabdırsa arvad bayıra çıxanda əri üçün yox başqa ona baxacaq kişilər üçün bəzənib düzəmirsə bu toplumun halı gör nə olcaq. birdə Peyğəmbəri görməsəkdə əmr və qadağaları bizə Hədislər vasitəsi ilə nəq olunub. Quranın bizə nəql olduğu kimi bu hədisləridə səhabələrdən tutmuş günümüzə kimi alimlər öz kitablarında bu elmi qoruyub saxlayıb!
Cavab

Kimdən: kəmsavad
18.07.2010 12:47
@Hekari:

yarısına qədər oxudum, səbrim çatmadı.
sən nə gündəsən ə qardaş.

qadının açıq olan baş barmağına baxıb sapık, yanıq durumuna düşmək ancaq ərəb tayfalarının mentalitetinə uyğundur qardaşım. sən də özünü bu oyuna soxma.
Bizim OĞUZ-TÜRK tayfalarının mentalitetində qadın paketlənməz, yəni hicab örtməz.
Qadınımıza XANIM demişık, arvad yox. Qadına Xanım demək mənim xanım, mənim böyüyüm demək anlamına gəlir. Bundan böyük qeyrət, namus hansı ədəbiyyatda oxumusan.

Ürək bulandırıcı hədis rəvayətlərini oxumaqdansa ORHUN ədəbiyyatını, Bilgə hakanı, göktürkləri oxu.
Ərəb Allahı ilə bu qədər maraqlanmaqdansa dədə babalarının Türk Tanrısı ilə maraqlansan daha da məntiqli olmazmı.

islam dinini də döndərmisiniz hədis dininə. Quran qalıb bir qıraqda hədislərdən rəvayətlər uydurub insanların başını yağlayırsınız.
Cavab

Kimdən: Hekari Haradan: Bakı
20.07.2010 22:27
onda sən get matreorxat dövründə yaşa! o ki qaldı İslam dininə sən bu haqda kəmsavadsan Quran və Hədisin bir vəhylə gəldiyini heç bilməzsən ağzına gələni danışmaqdansa elmi bir şey danış yoxsa bu mövzudan sənə nə?!
Cavab

Kimdən: Vətəndaş Haradan: Vətən
19.07.2010 08:35
@Kəmsavad
"...Ərəb Allahı ilə bu qədər maraqlanmaqdansa dədə babalarının Türk Tanrısı ilə maraqlansan daha da məntiqli olmazmı...."

Çox primitiv və geri qalmış söz oldu. Bütün yeni dinlər gələndə köhnə bütpərəst dinlərin sahibləri bu cür cümlələr işlədib. Bilmirəm bunun harasında fəlsəfə tapdız. Orhun-Yeniseydən sonra nələr oluuuub ay Kəmsavad qardaşımız :) Ehh...

Mün üzümü bütün yalançı "demokratlar"a tutub demək istəyirəm ki, insanların geyimi, ad seçimi, din seçimi və s. kimi diktat söhbətlərlə məşğul olmasınlar. Ya da açıqca desinlər ki, "açıq cəmiyyət, demokratiya və seçim azadlığı" bizi maraqlandırmır. Nə siz iki üzlü olun nə biz aldanaq :)
Cavab

Kimdən: ses
18.07.2010 17:55
no comment!!

Amma ne dedin Kemsavad!! Senin her cumlende 1 felsefe var.

Kimdən: kəmsavad
18.07.2010 01:12
@FB:
"Aygün sən avropalıların tərəfində ol.Ama o dünyada görüm belə danışa biləcəksənmi?!"

əlbəttə danışa bilməz. O biri dünyada İnkir-Minkir adında məmurlar var ki, vallah qorotdelin məmurları onların yanında şükürlüdür. Mən ölüm, sən öl də hərəmirlər. Kəsdikləri başa sorğu sual yoxdur. Özləri sorğulayıb, özləri də hopstop edirlər.
FB, sənin İnkir, Minkir hağğında məlumatın çox olar. Aygün xanıma onlar haqqında qısa məlumat ver ki, sonra deməsin xəbərim olmadı.
Cavab

Kimdən: FB Haradan: Quba
18.07.2010 23:37
@KƏMSAVAD
Aygün o dediyin inkir -minkiri məndən yaxşı bilir.elə səndə ondan geri qalmırsan.Sadəcə olaraq öz kəmsavadlığına qoymusan.O inkkir-minkirin vaxtı çatanda görərsiz necə olur:)

Kimdən: Mübariz Haradan: Almaniya
17.07.2010 17:41
@Kämsavad
Yenä chixdin aglina deyil agzina nä gäldi isä yazmisan. Bu däfädä astroid metoerid üzärä mütäxäsis kimi chixmisan ortaya. Bilim adamlari dünyanin 4,453 milyard ildirki var oldugunu deyirlär. Siz hech bilirmisiniz bu milyardlarca illär boyunca dünyanii nech däfä astroid metorid vurdu?
Cavab

Kimdən: kəmsavaad
17.07.2010 20:05
düzdür mən sənin kimi "alman kanalizasiya sistemi" üzrə dahi mütəxəssiz deyiləm. Mütəxəsiz olmasam da anlayıram ki, təbii hadisələrə, dağıntılara, axirət dediyiniz bir cəfəngiyyata səbəb verən amil insanın əxlaqlı və yaxud əxlaqsız olmağıyla bağlı deyil. Yer kürəsində, və ondan kənarda baş verəcək hadisələr fiziki qanunlarlın nəticəsidir.

mənim nə günahım var ki, sizin qafalarınız "təbii hadisələr = əxlaqsızlıq,zinakarlıq" formuluna proqramlaşdırılıb.

Bu qafayla Bonnda yaşamağına təəcüblənirəm. Öz aramızdır Məşhəddə, Xorasanda bu sahə üzrə sənin kimi mütəxəsizləri çıraqla axtarırlar.

Kimdən: qubush Haradan: Quba
17.07.2010 16:18
Fransa,umumiyyetle Qerb hemise ikiuzluluk edir,bu adi insan haqqinin kobud suretde pozulmasidir
Cavab

Kimdən: sual Haradan: xarabazardan
17.07.2010 21:30
"ikiuzluluk" edib neyleyir? Bu eybecer gara torbani gadinlarin bashindan chixarir??

Cavab

Kimdən: mutereggi muselman
18.07.2010 01:28
duzelish: "Bedbext muselman gadinlarini gara torbanin icinden dartib chixarir".

Fransa parlamentine bu mutereggi ishinde muveffediyyetler arzulayiram.
Birce bizimkileri de dartib chixaran olsaydi...
Səhifə (3)
    Növbəti