Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:29

Bloqlar / Hüseynbala Səlimov

Təkcə birlik nəyisə həll edirmi?

– opposition leaders Ali Kerimli and Isa Gambar discuss perspectives of cooperation, 14Jul2010
x
– opposition leaders Ali Kerimli and Isa Gambar discuss perspectives of cooperation, 14Jul2010
Şriftin ölçüsünü dəyiş - +
AXCP öz siyasi satellitlərindən ayrılaraq Müsavat Partiyası ilə seçki bloku yaratmaq haqda qərar verdi. Lap əvvəlcə bununla bağlı ziddiyyətli xəbərlər yayıldı.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, məsələ hələ ancaq partiyanın rəyasət heyətində müzakirə olunub. Amma «Azadlıq» blokunun təmsilçilərindən biri Lalə Şövkət müsahibə verərək bildirdi ki, o, bu qərardan şaddır və bu gündən «Azadlıq» blokunu buraxılmış hesab edir.

Beləcə, təxminən bir neçə ay davam edən birlik formullarının axtarışına son qoyuldu, son nəticədə Müsavatın təklifi qəbul edildi.

O ki qaldı siyasi situasiyanın əsaslı şəkildə dəyişməsinə, bununla bağlı ciddi ümidlərə qapılmaq əbəsdir. Hər iki partiyanın nə birlikdə, nə də ayrılıqda belə imkanı yoxdur
Xatırladaq ki, əvvəldən Müsavat partiyası seçki blokunu digər partiyaların iştirakı olmadan, sadəcə iki paritya arasında yaratmağı təklif edirdi.

Amma bunu böyük uğur və yaxud qələbə adlandırmağa tələsməzdik, çünki birlik müxalifətin böyüməsi hesabına deyil, əksinə kiçilməsi nəticəsində baş verdi. Söhbət nədən gedir?

BÜTÜN MÜTTƏFİQLƏR ALP KİMİ OLSAYDI

ALP lideri Lalə Şövkət bildirdi ki, mart ayından heç bir müsahibə verməmək qərarı verib.

ALP lideri bunu AXCP ilə Müsavat arasındakı danışıqlara mane olmamaq üçün etmişdi. L. Şövkət sözünün üstündə durdu, bu vaxta qədər müsahibə vermədi. ALP lideri öz addımını cəbhəçilərin istəyinə xələl gətirməmək məqsədi ilə izah etdi, çünki AXCP daxilində sıravi üzvlərin Müsavatla seçki bloku yaratmaq istəyi güclü idi.

AXCP sədri Əli Kərimli bu birliyi «Azadlıq» bloku çərçivəsində yaratmağı israr edirdi, amma son anda o, cəbhəçilərin istəyinə zidd getməyərək təkcə Müsavat Partiyası ilə seçki bloku yaratmaq haqda qərar verdi. «Azadlıq» blokunun digər təmsilçiləri artıq bloku buraxılmış hesab edir. Amma AXCP funksionerləri bildirir ki, təzə yaradılacaq ittifaq ancaq seçki blokudur, siyasi blok deyil. Fəqət, bunu israr etməkdə məqsəd «Azadlıq» blokunu saxlamaq istəyi olsa da, sadə bir həqiqət hamıya aydındır ki, siyasi bloklar bir qayda olaraq seçki bloklarının bazisini təşkil edir.

Yeni seçki blokunda ALP-nin yer almaması təəssüfləndirici haldır, hərçənd L.Şövkət seçkidə iştirak etməyəcəyini deyir. Sadəcə, L.Şövkət 2005-ci ilin parlament seçkisindən sonra ən ardıcıl mövqe tutan siyasətçilərdən olub, deputat mandatından imtina edib. Məsələn, nə Müsavatın üzvləri, nə də müstəqil deputat Pənah Hüseyn bunu bacarmadı. Görünür, əksər hallarda siyasi maraqlar prinsipləri üstələyir və bu halda bunu müşahidə edirik.

YENİ BİNADA KÖHNƏ QAYDA İLƏ

Bu ilin seçki prosesinin hələlik yeganə yadda qalan detalı bu olub ki, MSK yeni binaya köçüb. Binanın açılışında İlham Əliyev bildirdi ki, parlament seçkisi ədalətlə keçiriləcək. Amma buna inanan varmı? Müxalifət partiyaları buna inanmadıqlarını deyiblər. Bu il seçki müddəti qısaldıldı, təbliğat üçün nəzərdə tutulan vəsait ləğv edildi. Hakimiyyət adamları deyir ki, seçki ilə bir ay, iki ay deyil, bütün beş ili məşğul olmaq lazımdır. Buna imkan verilirmi?

Təbii ki, yox. Siyasi partiyalar nəinki aksiyalar, seçicilərlə görüşlər, hətta öz iclaslarını keçirə bilmirlər. Azərbaycanda beş il seçki ilə məşğul olmağa təkcə bir partiyanın imkanı var – bu da YAP-dır, digər partiyalar belə imkan haqda ancaq arzulaya bilərlər.

AXCP – MÜSAVAT İTTİFAQI GÜCLÜ SİYASİ EFFEKT VERƏCƏKMİ?

Güman etmirik. Bəs partiyalar bununla nə qazandı? Birincisi, qüvvələri səfərbər etmək imkanı yarandı - bundan sonra iki partiya eyni dairələrdə biri – birilə mübarizə etmək məcburiyyətində qalmayacaq. İkincisi, bir növ siyasi həmrəylik bərqərar oldu - partiyalar arasında münasirbətlər elə səviyyədə idi ki, hətta birgə bəyanatlar belə qəbul olunmurdu. Bundan başqa, indi elə vəziyyətdir ki, tək bir partiyanın bütün seçki dairələrini namizədlərlə əhatə etmək imkanı yoxdur. Birlikdə isə bu problemi həll etmək olar. O ki qaldı siyasi situasiyanın əsaslı şəkildə dəyişməsinə, bununla bağlı ciddi ümidlərə qapılmaq əbəsdir. Hər iki partiyanın nə birlikdə, nə də ayrılıqda belə imkanı yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Qızılüzən Haradan: Bakı
17.07.2010 18:31
Hüseynbala müəllim, sizin yazılarınızı həmişə maraqla oxuyuram, diliniz axıcıdır, ifadələri düzgün seçirsiniz. Amma bu günkü yazınızda təzə almaların içində ilənmiş alma kimi görünən satellit sözü var. "Satellite" ingiliscə peyk deməkdir. Əgər o cümlədə peyk sözü işlənə bilmirsə, "AXCP öz kölgəsindəki partiyalardan ayrılaraq..." demək olardı, məncə. Ya da daha uyğun ifadə tapılmalı idi. Bu dili biz də qorumayacağıqsa, heç kim qorumayacaq.

Kimdən: ANAR Haradan: BAKI
17.07.2010 11:39
salam ay millet
siz helemde isa ve elinin siyasi taktikalarina inanirsiniz?
onlar her ikisi zaman zaman milli herekata zerbe vurublar.Resulzade-Elcibey yoluna xeyanet edibler.
demeli Musavat adli tarixi partiyani darmadagin eden isa cagdas siyasi mekteb olan xalq cebhesini parcalayan eli ile birlesir?
bu birlik ne demek oldugun Allah bilir
ama onu da deyimki bu ele eliyevler hakimiyyetinin gizli planidir.yap-in sozculeri yalandan fikir casqinligi yaratmaq ucun eli ve isani xarici agentura kimi teqdim edirler.ama esl heqiqet bele deyil.onlar her 2-si tayfaya xidmet edirler.beli mehz tayfaya.ne azerbaycana ne dovlete ne hokumete.mehz tayfanin maraqlarina!!!hemin o tayfayaki her addimda Azerbaycani+milleti baltalayiblar.buda novbeti zerbedir inanain!
rejim yeni herekat yaratmaqla siyasi dusunceni novbeti defe zeifletmek isteyir.ayiq olun cunki ne Musavatda nede Axcp-de feallar qalmayib.her 2 partiyanin rayon teskilatlarinda 1-2 adam fealiyyet gosterir.buda milli-siyasi mektebe kimin ve nece zerbe vurmasinin zahiri terennumudur.yasasin Azerbaycan.yasasin Resulzade-Elcibey ideyalari
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sankt Peterburq
17.07.2010 15:03
Shaxtababaya@ Eleykesalam baba.Xahish edirem sherhinin axirinda yazmish oldugun,Allah xalqi bizden uzaq elesin cumlesini aciqlayasan.Bu cumle mene qaranliq qaldi...
Cavab

Kimdən: SHAXTABABA
18.07.2010 00:57
Salam shah ismayil xalg sozu xalx sosundan goturulmush sozdur.Xalx yad,ozga manasini verir.Biz isa millatik fargi olmayarag dilimizdan,dinimizdan.

Kimdən: Robinzon Haradan: ADA
16.07.2010 13:16
Muellifin fikrinde o heqiqetdir ki, eyforiyaya qapilmaq olmaz.Amma bu birleshmenin cemiyete tesirinin olmamasi ,diger partiya liderlerinin esasi olmadan xususi cekiye malik olmasi ve bedbin proqnozlari siyasi baximdan qusurludu ve teessuf dogurur.Siyaset bezen en gozlenilmez qigilcimdan alovlanir.Kortebii hadiselerin bezen miqyasi ele boyuk olur ki, o zaman onu idare eden, parcalanmish quvveler yox,mehz birlikde olanlar bacara biler.Azerbaycanda veziyet getdikce kortebii hadiselerin bash vereceyine aparir.Buna sosial veziyetden tutmush,Garabag meselesine qeder olan problemlerin shishmesi sebeb ola biler.Her zaman hazir olmaq lazimdi.Hazirliq birlikden kecir

Kimdən: SHAXTABABA
15.07.2010 19:54
SHAh ISmayil@Salam!Bali birlashmayi coxdan lazim idi,birlashdilar,Allah aralarina mehribanlig salsin,Allah sheytani bunlardan uzag elasin, Gurani Karim sheytanlar hagginda yazir.Sheytanlar oddan,Malaklar nurdan yaranib.Sheytanlar artar,cinsi alagada olurlar.Malaklar isa bunun tam aksi,va artmirlar.Indi bir sheya fikir verak.Allahin ilk yaratdigi Adam babamizla Havva nanamiz sheytanin asiri olub, va sheytan oz bad amalini onlara dadizdirib.Sizca ilk yaranishdan bu guna gadar na gadar sheytan artimi olub?Sheytanin oturdugu yer insanin nafsidir.Ayar insan nafsina galib gala bilsa o har sheya gadir ola bilar.Sizca nafs na demakdir?Allah bizim gozumuzu acsin,gulaglarimizi acsin dilimizi acsin.Siyasat ozu an boyuk sheytandir.Siyasatinda yaxshi pisi var.Na bilim vallah oturub har bildiyini,gorduyunu,eshitdiyini burda yazsan pomana oxshayar.Yenada Allah bu birliyi xeyirli ugurlu elasin,o gun olsun butun millat birlashsin.Allah xalgi bizdan uzag elasin amin......

Kimdən: Ayaz
15.07.2010 19:34
İsa və Əliyə uğurlar.

Kimdən: Teymur Haradan: Baki
15.07.2010 18:45
2005 ci il seçkilərində Azadliq blokunun sənədlərlə təsdiq olunan 51 namizədi qalib gəlmişdi.O zaman bu bloka AXCP,Musavat və ADP daxil idi.Seçkidən sonra ADP siradan demək olar ki,çixdi.Ancaq AXCP və Musavat necə deyərlər döyüş qabiliyyətini qoruyub saxlayiblar.Hökumət isə bütün nüfuzunu itirib,bu ölkədə Əliyev rejimindən razi olan yoxdur,xalq bütövlükdə hakimiyyətə muxalifdir.Bu rejimə qarşi barişmaz mübarizəni AXCP aparirdi,Musavatda bu mubarizəyə qoşulur,deməli hakimiyyətə Alternativ güc yaranir.Güc mərkəzi yaranirsa Qərb də dəstək verə bilər,munasibətlər onu göstərir ki,Dəstək veriləcək.
Hüseynbala bəyin şərhləri xoşuma gəlir,bir az pessimist ovqati ilə razilaşmiram.

Kimdən: azer Haradan: baki
15.07.2010 18:00
Hüseynbala bey, mandatdan imtina etmekle Lale SHövket neye nail oldu? Beli özüne imic gazandi, özünün hörmeti galxdi. Itirdiyi ne oldu? Hakimiyyete geden yolu öz eliyle bagladi. Yegin ki, siyasetden xeberdarsiniz ki, hakimiyyete geden yolunu gapayan lider yaxshi olardi ki, siyasetin dashini daha da atardi. Onda gerek Mirmahmud Mirelioglunun tayi-beraberi olmayaydi Azerbaycan siyasetinde. Bunu ise geyd etmirsiz.

Men Lale Shövketin rayonlarin birinde secicilerle görüshünün shahidi olmusham. Bir YAPci ona Ilham Eliyevden sual verende, gayitdi ki, "o menim dizimin üstünde böyüyüb, meni öz düshmeni saymaz". Yaxshi olardi ki, sherh yazmamishdan önce bir balaca arashdirma aparasiz. Ümumilikde sizin son yazilarinizda ehemiyyetli gushlar biraxilir.

Ümumilikde yaziniz maraglidir, ancag bezi detallar tam yanlishdir...

Kimdən: mer Haradan: baki
15.07.2010 17:53
Müxalifetin kicilmesi fikrinizle getiyyen razilashmiram. ALP ve ya VIP müxalifetin hec 10da biri de etmirler, eksine ortag ishe daha da pel bururdular. Hamimiz bilirik ki, bu gün AZerbaycan sehnesinde iki hegigi müxalifet partiyasi var, o da AXCP ve Müsavatdir. Beli, eger yazsaydiniz ki, AXCP ve Müsavat eyni teshkilatda birleshmeleri daha düzgün olardi, onda hamimiz sizinle razi olardig. SIzden hec gözlemezdim ki, bu cür xirda detali yanlish izah etdiniz.

Kimdən: vetendas Haradan: xirdalan
15.07.2010 17:50
axcp ile musavat birlesin, digerleri de bir yerde olsun, ne faydasi ? yene de secki qutularindan yap cixacaq.bu olkede her sey satilir, her sey alinir.

Kimdən: LOGO Haradan: RF
15.07.2010 14:27
Bu tandem o vaxt uqurlu olar ki, ozlerini ZIYALI hesab eden vetendashlarimiz bu iki partiyani mudafie etsinler, ishden cixarilmalarindan qorxub YAPa uzv olmasinlar. Hayif ki, yerli biznesin de muxalifete desteyi yoxdur. Ele serait yaranib ki, biznes hetta muxalif qezetlerde reklam bele vermeye qorxur, baxmayaraq ki, o qezetler en chox oxunanlardilar.
Cavab

Kimdən: ses Haradan: xarabadan
15.07.2010 17:45
beli Logo bey,

diktatura rejiminde, muxalifet olmag asan deyil!!

Bizim muxalifler esl gehremanlardirlar ki, neche illerdir ki bu mubarizede durush getirirler!!
Cavab

Kimdən: Shah Ismayil Haradan: Sank Peterburq
15.07.2010 16:41
Bu birlik coxdan bash tutmali idi.Musavat ve AXCP neyinki secki zamani, butun dovrlerde bir yerde mubarize aparmalidir.Bunu on illerdi heyatini mubarizeye hesr etmish,butun merhumiyyetlere baxmayaraq bir addimda kenara cekilmeyen,irtica rejimle "doyushen" siravi, esl vetenperver partiya uzvleri teleb edir.Azerbaycanimizin bu agir veziyyetden cixaracaq her bir kese eshq olsun deyirirk.Inshallah mubarizenin onunde addimlayan Musavat ve AXCP butun xalqi oz arxasiynan aparacaq guce sahib olar.
Cavab

Kimdən: Elsever Haradan: Baki
15.07.2010 18:55
Umid edek...