Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:25

Avropa Məhkəməsi məhkum edilmiş polis mayorunun işi ilə maraqlanır

Emin Əhmədbəyov 3 illik həbsə məhkum olunub
x
Emin Əhmədbəyov 3 illik həbsə məhkum olunub
Şriftin ölçüsünü dəyiş - +
Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın yerli məhkəməsi tərəfindən məhkum edilmiş polis mayoru Emin Əhmədbəyovun şikayət ərizəsi ilə maraqlanır.

Emin Əhmədbəyov həbs olunarkən Bakı Şəhər Baş Polis İdarəsində işləyib. Ötən il dekabrın 1-də Bakının Mətbuat prospektində onun «Pajero» markalı maşınını saxlayan yol polisi müfəttişi Məhərrəm Qurbanovla mübahisə edərək ona xəsarət yetirməkdə təqsirləndirilib. Dekabrın 3-də həbs olunub. Polis mayoru ibtidai istintaqda və məhkəmədə özünü təqsirsiz bilib və iddia edib ki, onun həbsi sifarişlidir.

Onun məhkəmədəki çıxışlarına görə, həbsinin əsl səbəbi vətəndaşlıqdan imtina etmək üçün prezidentə iki dəfə müraciət etməsi və Avropa İnsan Haqları Məhkəməsinə şikayət göndərməsi olub.

Emin Əhmədbəyovun həyat yoldaşı Nigar Əhmədbəyova AzadlıqRadiosuna bildirib ki, həyat yoldaşı 2003-cü ildə daxili işlər nazirinin əmrinə əsasən daxili işlər orqanından xaric edilib. 3 il işsiz qalıb. 2006-cı ildə işə bərpa olub və başlayıb işsiz qaldığı illərin məvaciblərini tələb etməyə. Məsələ Avropa Məhkəməsinə qədər gedib çıxıb.

2009-cu ildə Emin Əhmədbəyov haqlarının bərpası üçün Avropa Məhkəməsinə şikayət göndərib. Polis mayoru həm də vətəndaşlıqdan imtina etməklə bağlı iki dəfə prezidentə müraciət edib. Sonuncu müraciəti həbsindən 10 gün əvvəl olub. Nigar Əhmədbəyova hesab edir ki, əri hüquqlarını tələb etdiyinə görə sifarişli şəkildə həbs olunub.

ƏHMƏDBƏYOVLAR AİLƏSİNDƏN MÜVAFİQ SƏNƏDLƏRİN AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRİLMƏSİ XAHİŞ OLUNUB

Yol polisinə xəsarət yetirmə ittihamı ilə əlaqədar 3 illik həbsə məhkum olunandan sonra Emin Əhmədbəyov Avropa İnsan Haqları Məhkəməsinə ikinci şikayət ərizəsini göndərib. Beləliklə, hazırda Emin Əhmədbəyovun Avropa Məhkəməsində Azərbaycanla bağlı iki şikayəti var. Bunlardan biri mülki (işsiz qaldığı müddətə görə ala bilmədiyi əməkhaqları), digəri isə cinayət işi ilə (barəsində çıxarılmış hökm) əlaqədardır.

Avropa Məhkəməsindən Əhmədbəyovlar ailəsinə daxil olan məktubda bildirilir ki, Emin Əhmədbəyovun ilk ərizəsi 28 may 2009-cu il tarixdə Məhkəməyə daxil olub və işə 18044/08 nömrəsi verilib. İkinci şikayət ərizəsi ilə bağlı isə Əhmədbəyovlar ailəsindən müvafiq sənədlərin Avropa Məhkəməsinə göndərilməsi xahiş olunub.

Nigar Əhmədbəyovanın sözlərinə görə, müvafiq sənədlər artıq Avropa Məhkəməsinə göndərilib.

Emin Əhmədbəyovun məhkəmə hökmündən verdiyi apelyasiya şikayətinə isə hələ də Apelyasiya Məhkəməsində baxılmayıb.

Emin Əhmədbəyovun vəkili Namiq Hacıyev deyir ki, hadisə yerində olan müşahidə kameralarının qeydə aldığı görüntülərə baxış keçirilməsi ilə bağlı vəsatət versə də, nə ibtidai istintaq, nə də məhkəmə vəsatəti təmin edib. Vəkilin fikrincə, ümumiyyətlə, Emin Əhmədbəyovun təqsirsizliyini sübuta yetirə biləcək 12 vəsatətin heç biri məhkəmə tərəfindən qəbul edilməyib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: hecmish polisden Haradan: bakidan
20.07.2010 23:31
men bu meseleni xatirlayiram, nazir r.usupov ehmedbeyovu ishine berpa etmishdir ve 2nomreli poliklinikanin bash hekimin ishden azad etmishdir. emin sadece cox derine getdi qisasi.
Cavab

Kimdən: fatime Haradan: baki
22.07.2010 14:53
derine, getdi deyende ki, ishsiz galdigi, ora bura gachdigi, mubarize apardigi illerde, ishsiz galdigi vaxtlarin maashini ve haggini teleb etdi.

Bu olkede de bele sheyler kechmir deyesen..

Kimdən: oxucu
18.07.2010 19:37
Mayor. mohkem ol!! Senin kimi mubariz ve gorxmaz ve haggini teleb eden hugug-muhafize ishchilerimiz chox azdir!! Sen yaddashlarda galacagsan Canmirze Mirzeyev kimi !!

Ve hagg da seninledir!!

Kimdən: Akif Haradan: Bakı
16.07.2010 20:59
Emin Əhmədbəyova və onun ailə üzvlərinə haqq işlərində qələbə arzulayıram!!!

Kimdən: fatime Haradan: Baki
16.07.2010 15:29
Aferin Ehmedbeyov!! Neche illerdir ki, mubarize aparir ve gorxmur!!

Sen deme guc strukturlarinda da bele cesaretli ve mubariz insanlar da varmish!! Heyf ki, bele insanlar azdir ve az olduglari ucun mubarize de chetindir!!

Kimdən: SHAXTABABA
16.07.2010 12:50
Avropa mahkamasina sanadlari vermak catin bir ish deyil,amma onun arxasinda durmag lazimdir.Indi bu badbaxtin cibina ya narkotik atacaglar va ya bashga iyranc bir shar yaxacaglar ki,ozlarini tamiz cixarsinlar.Allah komayi olsun.

Kimdən: Haqq deyən Haradan: Baku
16.07.2010 11:31
Məntiqə görə bu hadisə belə olub.Vət-dan imtina ərizəsi DİN-ə qayıdıb və nazir əsəbləşib,yəqin 1 gün vaxt verib ,savadsız və küt inspeksiya da tələsik "torba" tikib .Ancxaq belə mərd,haqqını tələb edənlər hayıf ki,bu cür yollarla şərlənirlər.Bu hadisələr prezidentə hörmətsizlikdir.Yəqin "kiçik torpaq"dan qohumları yoxdur,yoxsa o da general olardı.
Bu adam qalib gələcək!

Kimdən: rushvetden bezmish Haradan: bazarbaycan
15.07.2010 21:20
Mehriban xanima shikayet edirsen, evine gelende polis ve ya Icra gelib adami birteher eliyir. Ilham Eliyeve shikayet edirsen ve ya muraciet gonderirsense onda senin ozunu tutub iceri yollayirlar.

Ehmedbeyovlari ise men xatirlayiram, haggini teleb elediyi ucun iceri saliblar ki, hech kesin bash-beynini agritmasin. Ve bu hech kesler de asanca oz ishlerini gorsunler.

Buna deyerler, analogu olmayan Bazarbaycan!