Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:11

Dünya

İslam fundamentalizminin atası - Seyyid Kutub əslində kim olub?

x
Şriftin ölçüsünü dəyiş - +
Indi Əfqanıstanda, İraqda, Somalidə, hətta Qərb ölkələrində - terrorçuların törətdiyi partlayışdan sonra panika səhnələrini tez-tez televiziylarda görmək olar.

Radikal islamçılar üçün Amerika əsgəri, yaxud öz millətindən olan dinc insanların heç bir fərqi yoxdur, onlar bütün mümkün vasitələrlə cəmiyyətdə təlaş və xaos yaratmağa çalışırlar.

Terrorçular İslam fundamentalizminə əsaslanırlar. İslam fundamentalizminin ideoloqu isə vaxtilə bir misirli dövlət qulluqçusu olub.

Onun adı Seyyid Kutubdur.

Qlobal jihad üçün ilham mənbəyi olmuş Kutub haqqında avqustda Amerikada

“İslam fundamentalizminin atası – İnqilabçının portreti”

adlı kitab çıxacaq – Amerika Kolumbiya Universitetinin buraxacağı kitabda o heç də Hitler kimi faşist obrazında təsvir edilmir.

Müəllif Con Kalvert bildirir ki, Kutubun reputasiyasını tamamilə qara rənglərlə təsvir etmək düzgün deyil.

Kitabın yazılması zamanı müəllifin üzləşdiyi əsas çətinliklərdən biri Kutubun romantik millətçidən islamçıya və daha sonra İslam inqilabçısına çevrilməsinin necə baş veridiyini anlatmaq olub.

Kalvert bunun üçün onu Misir həyatını araşdırıb. Misir kontekstində məsələyə yanaşıb.

Kutub 1-ci Dünya Müharibəsindən sonra kənddən şəhərə köçən minlərlə gəncdən biri olub.

O, Misir cəmiyyətində - yeni - təhsilli şəhərlilər -

əfəndiyyə təbəqəsinin bir üzvünə çevrilib.

O zaman Kutub dövlət qulluqçusu idi və boş vaxtlarında şeir yazır, özünü ədəbiyyat tənqidçisi kimi təsdiqləməyə çalışırdı.

Almaniyadakı cihadçılar. 2009
İlk dövrlərdə Kutub sufiliyə də meyl edirdi, həmin dövrdə dünyəvi millətçilik ideyalarını müdafiə edirdi.

O öz məsləkdaşları ilə birgə - Misirdə ağalıq edən Britaniya müstəmləkəçiliyinə və Fələstinin sionistlər tərəfindən işğalına qarşı çıxırdı.

1940-cı illərin sonunda millətçi partiyaların iflasa uğramasına görə Kutubda bundan məyusluq yaranır, o, islamçılığa meyl edir – “İslamda sosial ədalət” adlı kitab yazır.

Bundan bir qədər sonra Kutub Amerikaya gedir – Amerikada keçirdiyi iki il onun düşüncəsinə dərin təsir göstərir.

O, Amerikanın elm sahəsində nailiyyətlərinə heyran qalsa da, Qərb cəmiyyətindəki materalizm, açıq-saçıqlıq və irqçiliyə nifrət edir.

Misirə qayıdandan sonra Kutub – Misirdəki islamçı hərəkata –

Müəlman qardaşlığı hərəkatına qoşulur.

O Vətənə qayıdandan iki il sonra ordu zabiti Abdel Nasser Britaniyanın dəstəklədiyi monarxiyanı devirib hakimiyyətə gələndə Kutub da yeni hakimiyyəti dəstəklədi, onlarla birgə çalışdı.

Amma 1954-ci ildə Nasser ona qarşı edilən sui-qəsd cəhdindən sonra islamçılarla düşmən oldu.

Sui-qəsddən sonrakı kütləvi həbslər zamanı Kutub da həbsxanaya düşdü.

Həbsxana həyatı və işgəncələr onu radikal inqilabçıya çevirdi. Onun həbsdə yazdığı və “Yoldakı işarətlər” adlanan kitabı darmadağın edilmiş Müsəlman qardaşlığı hərəkatının gələcək yol xəritəsi idi.

Həmin əsər sonradan bütün dünyada islamçılar üçün stolüstü kitaba çevrildi, İslam inqilabçılığının manifesti oldu.

Amma Kutub özü bunları görmədi, çünki

1966-cı ildə vətənə xəyanət ittihamı ilə asıldı.

Islamçılar onu şəhid kimi qəbul edirlər.

“Yoldakı işarətlər” əsərində Kutub müsəlman dövlətlərindəki vəziyyəti cahiliyyə adlandırır. Adətən İslama qədərki Ərəbistanı təsvir etmək üçün işlənən bu terminə Kutub yeni məna verdi, müsəlman ölkələrindəki hökumətlərləri ittiham edərək dedi ki, Qərb mədəniyyəti və dünyəvilik prinsipi ilə korlanmış belə cəmiyyətlər İslamdan uzaqlaşıblar.

Kalvert Qüdsün Qərbdə mənfi sayılan cəhətlərini gizlətməyə çalışmır, xatırladır ki, Kutub İslamın düşmənlərini “Xaç yürüşçüləri və yəhudilər” kimi təsvir edirdi. Bu gün Əl-Qaidə terror təşkilatı və başqa cihadçılar da həmin sözlərdən istifadə edirlər.

Amma müəllif onu da xatırladır ki, Kutub bəzilərinin düşündüyü kimi
 
nasist liderlərinə bənzər ideoloqlardan deyildi,
 
günahsız insanların öldürülməsinə qarşı çıxırdı.

Və indi onu özünə müəllim sayan, onun adından istifadə edən cihadçıların nələr törətdiyini görsəydi, yəqin dəhşətə gələrdi.

Amerikada avqsutda çıxacaq yeni kitab Kutubun rakializmini ört-basdır etmir, amma onun haqqında yanlış təsəvvürləri də aradan qaldırmağa çalışır. Bu isə kitabın uğurlu cəhəti sayıla bilər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: anonim Haradan: baki
02.08.2010 22:07
orda bir şekil qoymusunuz aa, altinda yazmisiniz ki almanyali terrorcular. SƏF YAZMİSİNİZ! almanyali deyillər. men o videoya baxmişam.ortada rus mucahitdir, solda kimin olduqunu bilmirem (ola biler ki almanyalidir) , sağdakı türk mucahitdir, sağdakinin yaninda ise (onun ancaq qolunun az bir hissesi görünür) azerbaycanli mucahit oturub.

Kimdən: Coni
18.07.2010 23:23
Jihad yox Cihad. Duzgun yazin.

Kimdən: oxucu
18.07.2010 22:19
bu Seyb olub getdi o dunyaya, amma bizi hemishelik zibile saldi oz avanturist islam fundalentalizmi ile..
Cavab

Kimdən: Hekari Haradan: Bakı
19.07.2010 15:14
O ölüb gedib (Allah ona rəhmət etsin) etdiyi xəları isə Alimlər bəyan ediblər və insanları bu xətalara düşməkdən çəkindiriblər. Sizin ziblə düşməyiniz isə öz xətanızdır Allah Təal sizə ağıl verib, pisi yaxşıdan yəqin xətanı doğrudan yəqinki seçə bilirsiniz?! Elə isə düşməyin bu xətaya!

Kimdən: Bende Haradan: baku
18.07.2010 17:25
Vallahi yere dushmush qarpiz qabiqini yerden qaldirmaq mubahiseden daha xeyirlidir. En doqrusunu ALLAH bilir.

Kimdən: azer
18.07.2010 13:52
Qerb ortaya bir motal atir bu bedbextlerde baslayir bir birini qirmaga.Butun terror teskilatlarinin basinda qerb ozu dayanir.Sadece armizda olan axmaqlardan cox gozel istifade edirler.Bunu gormek ucun insanda agil,vicdan,qeyret olmalidir.Turkiyede olan en axrinci hadiselerde bunu subut edir.Ne vaxt ki,Turkiye qerbin dediyine oturub durmadi.onda terrorcularin hemleleri guclendi.Hemcinide basqa muselman olkelerinde.
O ki qaldi Seyyid Qutub haqqinda ki yazi,bunun da arxasinda qerbin cirkin siyaseti durur.Burda yorum yazan "alimler" ise bir daha ozlerinin hansi derecede olmasini gosterir.Bir meseleni oxumadan,bilmeden,her meselede ozunu qabaga verib yazan adam,onun ne dercede oldugunu gosterir.Eger sene meydanda yer veriblerse bu o demek deyil ki,sen agzina ne geldi yazasan.
Cavab

Kimdən: maragli Haradan: bakidan
20.07.2010 15:48
Mence duzdur butun terror ideyasinin babasi Seyyid Qutubdur.Olkemizde de xavaricler hemise Seyyid QUTUBUN fikirlerini ideya goturub terror etmek isteyibler.
Men sexsen Seyyid Qutubun kim oldugunu bu kitabdan oxumusam sizede tovsiye edirem
buraya daxil olun
Yaşar Qurbanov: "Seyyid Qutubun Əqidəsi və Fikirləri"
http://www.islamevi.az/modules/mydownloads/singlefile.php?lid=59

kitabda
Oxuculara təqdim olunan bu kitabda XX əsrin birinci yarısında yaşamış , radikallığa meyilli qüvvələrin istinad etdiyi bir çox kitabların müəllifi olan Seyyid Qutub batil əqidəsinin bəyanından söz açılır.
Batil etiqadlardan çəkinmək üçün hər bir müsəlmanın bilməsi zəruri olan bir çox məsələlər bu kitabda yer alır.
Dəyərli qardaş və bacılarım, Uca Allhadan arzum odur ki, bizləri fitnə əhlindən və islama zid olan batil etiqadlardan qorusun.
Amin.

Cavab

Kimdən: oxucu
19.07.2010 01:12
senin de ishine yaramag mumkun deyil ay azaer,

bu gerb yaxshi yazir, sen onlari pisleyirsen, pis yazir yene agzini achib-gozunu yumursan. Deyesen senin gozun garadan artig reng gormur!! ve ya ele sagi-solu pislemek verdishin va?!

Kimdən: Hekari Haradan: Bakı
18.07.2010 11:02
Günümüzdə çoxalmış terror faktlarının müsəlman ölkələrində «müsəlmanlar» tərəfindən törədilməsi onun dəhşətini daha da artırır. Lakin təəccüblüsü budur ki, bəzi savadsız insanlar, Allaha və Onun Peyğəmbərinə asilik olan bu azğın əmələ (terrora) və ya onu törətmiş şəxslərə müxtəlif yollarla bəraət qazandırmağa cəhd edirlər. Lakin onlar bilmirlər ki: «Bütün bunları İslamın düşmənləri uydurub», «sənə belə etsələr sən nə edərdin», «Allah yolunda lazım gəlsə, belə etmək olar» və sairə bu kimi sözləri onların arasında yayanlar həqiqəti onlardan gizlədirlər.
Şeyx Abdulla b. Cibrinə: «Cəmiyyətin əmin-amanlığını pozan bu kimsələrə və ya onlara hər hansı bir vasitə ilə köməklik göstərənlərə qarşı müsəlman nə etməlidir? – deyə sual verildikdə o demişdir: «Şübhəsiz ki, müsəlman və mömin olan hər bir kəsin imanı, onu Allaha, Peyğəmbərinə (s.ə.s.), Kitabına, müsəlmanların rəhbərlərinə və rəiyyətlərinə nəsihət etməyə vadar edir. Bu şəxs bilir ki, müsəlman cəmiyyətinə sevgi bəsləmək və münasibətlərində səmimi olmaq, onun üzərinə düşən bir vəzifədir. O bununla özünü məsuliyyət daşıdığı cəmiyyətinə zərər vurmaqdan, ona qarşı yönəlmiş pis və şərli əməllərdən qorumuş olur. Peyğəmbər (s.ə.s.) buyurmuşdur: «Sizlərdən hər hansı biriniz özünə istədiyini qardaşına istəməyincə, iman gətirmiş olmaz.» Hədisin mənasına görə, bu şəxsin imanı, onu qardaşlarına bəslənilən sevgiyə yönəltməli və o, xeyrin yayılması və şərin qarşısının alınması istiqamətində ciddi səylər göstərməlidir. Dövlətinin əmin-amanlığına xələl gətirməsi və sabitliyi pozması isə, onun zəif imanlı, müsəlmanlara az ehtiram göstərən və ölkəsinə, onun sakinlərinə qarşı qəlbi kin-küdurət və nifrətlə dolu olan birisi olduğuna sübutdur. Bu vəsf həmin adamı din qardaşlığından çıxararaq, onun etibarlı və əmin bir insan olmasına maneçilik törədir. Məsələ ilə üzləşən hər bir müsəlman ona nifrət edir, əməlini pisləyirlər, sözünə əsaslanmaqdan və əlaqə saxlamaqdan çəkinir. Beləliklə də o (cəmiyyətin) yararsız bir üzvü sayılır. Çünki uca Allah buyurur: «Həqiqətən möminlər qardaşdırlar.» başqa bir ayədə: «Onun (Allahın) neməti sayəsində bir-birinizlə qardaş oldunuz.» Peyğəmbər (s.ə.s.) bu kəlamı daha da möhkəmləndirərək buyurmuşdur: «Müsəlman müsəlmanın qardaşıdır. O öz qardaşını zülm, təhqir və rüsvay etməz. İnsanın müsəlman qardaşını alçaltması, onun şər əməl görməsi üçün kifayətdir. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır.»Həmçinin şəriət, bu qardaşlığı gücləndirəcək bəzi səbəblər də təyin etmişdir. Məsələn, Peyğəmbər (s.ə.s.) buyurmuşdur: «Müsəlmanın müsəlman üzərində altı məlum haqqı vardır: Görüşərkən salam verməsi, dəvətini qəbul etməsi, asqıranda dua deməsi, xəstələndikdə baş çəkməsi, öldükdə cənazəsinin ardınca getməsi və özünə istədiyini ona arzulaması.» İslam dini hamıya, hətta qeyri-müsəlmanlara belə yaxşılıq etmək üzrə qurularaq, bu işi əmr etmişdir. Peyğəmbər (s.ə.s.) buyurmuşdur: «Kim əhd bağlamış bir kəsi öldürərsə, cənnətin iyini belə duymaz.» Bütün bunlar sübut edir ki, İslam dini sevgi və qardaşlığı gücləndirmək və ona zidd olan fəsadlı və şərli əməllərdən çəkindirmək məqsədilə göndərilmişdir. Həmçinin buyrulanlardan bəlli olur ki, müsəlmana zərər vurana Allah Özü zərər vurar. Onu çətinə salanın işini Allah Özü çətinə salar. Kim də aldadarsa, müsəlmanlardan sayılmaz. Hər bir müsəlmana vacibdir ki, qardaşının və yaxınlarının haqlarını bilsin və ona ziyan vurmaqdan çəkinsin. Həmçinin dövlətinə və rəhbərlərinə zərəri və fitnə-fəsadı bilinən şəxslər barədə nəsihət etsin ki, bu pis niyyətli fitnəkarların qarşısı alınsın və onlar öz cəzalarına çatsınlar. Beləliklə də fitnə-fəsadın və onu törədənlərin kökü kəsilsin. Allah, müvəffəqiyyətə çatdıran və kömək edəndir.» (Keyfə nualicu vaqiunəl-əlim, səh. 139-145).

Kimdən: Hekari Haradan: Bakı
18.07.2010 10:56
Çağdaş gəncliyimizin sıralarında İslam dinin ilahi prinsiplərini düzgün anlamayan və təkfirçi mərəzinə düçar olmuş bir sıra şəxslər hakimiyyət, din və icma başçılarını kafir adlandırmağı, terror hadisələri törətməyi, qiyam etməyi və s. bu kimi təhlükəli söz və əməlləri, guya, Allah yolunda aparılan cihad sayırlar.
Şeyxülislam ibn Teymiyə demişdir: "Əhli Sünnənin məhşur nəzər nöqtəsinə əsasən onlar başçıya qarşı çıxmağı və onunla qılınc vasitəsilə döyüşməyi düzgün hesab etmirlər və bu başçının zülm etməsindən asılı deyildir. Buna dəlil Peyğəmbərdən (səlləllahu ıleyhi və səlləm) nəql edilən çoxsaylı hədislərdir. Çünki döyüş və fitnədəki fəsad, başçının döyüş və fitnəsiz hasil olmuş zülmündən daha böyükdür. İki fəsadlı işin daha böyük sayılanı isə ondan kiçik sayılandan irəli keçirilə bilməz. Başçıya qarşı çıxması ilə əvvəlkindən daha böyük bir fəsada səbəb olmayan bir dəstə, bəlkə də heç yoxdur". (Minhəcus-sünnə, 3/390)

Şeyx Əlbani demişdir: "Yazı və mühazirələrində başçıya qarşı çıxmağı elan edən bu adamlar, mənim tənqidi baxışlarıma görə, əvvəla şəriət hökmlərindən xəbərsizdilər. Çünki Peyğəmbərdən (səlləllahu ıleyhi və səlləm), asiliklər istisna olmaqla rəhbərə itaət barədə çoxsaylı hədislər rəvayət olunmuşdur. (Səhihə, 179). Başqa hədislərdə isə, açıq-aşkar küfr görməyincə sənə zülm etsələr və ya döysələr belə onlara itaət etməyin vacibliyi bildirilmişdir. "Fiqh üsulu" elminə görə, əgər müsəlman və ya müsəlmanlar hər ikisi fəsadlı, lakin təhlükə baxımından biri digərindən daha qorxulu bir işlə üzləşərlərsə, kiçiklə böyüyün qarşısını almalıdırlar. Başqa sözlə desək, xoşumuza gəlməsə də kiçik fəsadla razılaşaraq özümüzü daha böyüyündən qoruyuruq. Üsul və fiqh alimləri arasında bu hədislərə şamil etdiyim "fiqh üsulu" qaydası barədə heç bir ixtilaf yoxdur. Çünki hakimlərə qarşı çıxmaq daha böyük bir fitnəyə səbəb olur. Hansısa bir hakimin zülm və ya haqsızlıq etməsi, yaxud da bəzi şəriət hökmlərinə əhəmiyyət verməməsi işin bir tərəfidir. Məsələnin digər tərəfi isə, mən bunu öz düşüncəmlə, lakin irəlidə qeyd etdiyim şəriət dəlillərinə əsaslanaraq deyirəm: Əgər müsəlman hakimlərə qarşı çıxmağın icazəli olduğunu fərz etsək belə bunun icrası yolverilməzdir. Çünki təəsüflər olsun ki, biz bu gün kafir müşriklərin müsəlman ölkələrinə qarşı düşmənçiliyindən şikayətlənirik. Əgər bu qiyamçılar bəzi müsəlman hakimlərə qarçı çıxmaq istəyirlərsə, elə qoy kafir müşriklərə qarşı çıxsınlar. Lakin onlar fitnəni müsəlmanlar arasında səpmək istəyirlər. Bu səbəbdən mən, iki şeydən çox şübhələnirəm. Birincisi, bu adamların həqiqətən İslamı qəbul etməsi, yəni qorxuram ki, bunlar müsəlman cildinə girmiş düşmənlər olsun. İkincisi isə, onların əməllərində müsəlman olmalarına baxmayaraq nadanlığın kökündə dayanmış cahillər olmasıdır. Deməli bu gün qiyamdan danışılması heç bir vəchlə yolverilməzdir. Buna görə də biz, qiyamçıları və ya qiyama qalxmağa çağıranları ya çirkin niyyətlərlə İslama daxil olanlar, ya da Allahın Məhəmməd (səlləllahu ıleyhi və səlləm) peyğəmbərin qəlbinə endirdiyi İslamdan xəbəri olmayan və nadanlığın (cəhalətin) kökündə dayanan müsəlmanlar olması fikrindəyik". (Fətəva əl-uləmə əl-əkəbir, səh. 91)
Cavab

Kimdən: bezmish
19.07.2010 01:13
hekari, besidr sehifeni zibilledin uzun uzadi menasiz yazi pozunla!

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
18.07.2010 00:34
Cox təəssufki islam gunumuzdə cox yanlış təblig olunur.Əslində islam sosial bərabərlik prinsiplərinə əsaslanan inqilabi təlimdir.İlk 5 musəlmandan biri olmuş ƏbuZərr məhz SOSİAL BƏRABƏRLİK ideyalarını təblig ettiyi ucun xəlifə tərəfindən surgunə məhkum edildi və surgundədə öldu.ƏbuZərr öyrədirdiki islama görə sərvət İCMANIN mulkiyyətində olmalıdır və butun icma uzvuləri tərəfindən bərabər qaydada istifadə edilməlidir və xəlifələrin şəxsi sərvət toplamaları haramdırGörunduyu kimi gunumuz reallıqları ilə cox yaxından səsləşən ideyadır, cox təssuflərki islamın bu formada başa duşulməsi BƏZİLƏRİNƏ sərf etmədiyindən onun SOSİAL İNQİLABİ mahiyyəti unutdurulur və islam ÖLU ritual yıgınına cevrilir....
İSLAM SOSİALİZMİ = KOMMUNİZM

Kimdən: ahmad
17.07.2010 23:54
Cihad Seyyid Kutubdan evvel ve sonra da olub.Sanki muselmanlar Seyyid Kutuba qeder hech vaxt ellerine silah alib kafirlere qarshi doyushmemishdiler.Eger azaciq islam tarixine kimse nezer salsa her sheyin nece achiq oldughunu gore biler.Bu gun Allah yolunda doyushenlerin choxusu hech Seyyid Kutubun kitabini ellerine almayiblar.Bu barede muselmana Allahin kitabi ve peyghemberin(sallahu alayhi va sallam) sunnesi bes eder.Kafirler ise ozlerinden min cur uydurmalar quraraq sadece ozlerini chixilmaz veziyyete salirler.Allah butun mucahidlere komek olsun.Amin. Sheref-shan(quvvet,qelebe)Allaha,peyghemberine ve mominlere mexsusdur.Lakin munafiqler(bunu) bilmezler.(Quran 63/8)

Kimdən: MrZulqerneyn Haradan: Baki
17.07.2010 20:15
milleti-ibrahim.com un Azadliq Radiyosuna cavabi-http://milleti-ibrahim.com/xbrlr/qeyriislam-almi/93-kafrlr-bz-dnmz-oeyrdr-v-muecahdlrmz-tanidir.html
Kishi olun yazimi pozmayain
Səhifə (3)
    Növbəti