Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:37

Bloqlar / Niyazi Mehdi

«QEYRİ-ƏNƏNƏVİ TƏRİQƏTLƏR» DEYİMİ NƏDƏN DÜZ DEYİL

Niyazi Mehdi
x
Niyazi Mehdi
Şriftin ölçüsünü dəyiş - +
Bu günlərdə Qadın Konsensus Mərkəzinin «qeyri-ənənəvi təriqətlərlə» bağlı düzənlədiyi «Dəyirmi Masada» çıxış edəndən sonra düşündüm ki, bəzi düşüncələri daha böyük auditoriyada bölüşməliyəm.

Deyəsən, «qeyri-ənənəvi din və ya təriqət» deyimi «qeyri-ənənəvi seksual oriyentiri olanlar» deyimi biçimində yaradılıb və məqsəd də bu olub ki, ikinci deyimin oyatdığı pis duyğular birinciyə də keçsin. Yəni adamlar yeni təriqətləri seksual azlıqlara tayı saysınlar. Ancaq «qeyri-ənənəvi din və ya təriqət» deyimi müəyyən sorular oyadır: kim deyir ki, ənənələr, gələnəklər həmişə və hər yöndən yaxşıdır. İyrənc gələnəkləri o qədər görmüşük ki! Və onlardan əsəbləşən çağdaşlarımız «qeyri-ənənəvi» sözünü eşidəndə «nə yaxşı!» deyirlər. Modernizm gələnəksələ qarşı qoyulduğu üçün yaxşı sayılmırmı?!

«QEYRİ-ƏNƏNƏVİ» OLANLAR GƏNC OLMAYA DA BİLƏR

Zamanında Xristianlıq də qeyri-ənənəvi olub. «Modern» - əski latınca «modo» sözündəndir, anlamı «həmən indicə»dir. V yüzildə bu kəlmə «Modernus» şəklində Xristian dünyasını Romanın poqançılıq, müşriklik çağından ayırmaq üçün işlədilmişdi. Deməli, həm Yerusəlimdə, həm də Romada Xristianlıq tam qeyri-ənənəvi din kimi qavranılırdı.

İslam həzrət Adəmi ilk müsəlman kimi tanımlasa da, «Quran-Kərim» Tövrat və İncillərlə tez-tez baxışsa da, yəhudi və xristianlar üçün qeyri-ənənəvi
«Quran-Kərim» Tövrat və İncillərlə tez-tez baxışsa da, yəhudi və xristianlar üçün qeyri-ənənəvi idi
idi.

Mənə qalanda, dini buyruq və təriqət fərqləri kimi verilənləri dəyərləndirmək üçün Allaha da, insana da xoş olan bir ölçünün olduğuna inanıram: İnsan Haqlarını pozanlar və pozmayanlar. Əgər mən gələnəksəl dində oluban İslamın göstərişini İnsan Haqqını pozaraq yerinə yetirirəmsə, buna pis baxanlara tam əsas verirəm. Yaxınlarda xəbər yayıldı ki, İranda kişilərə beş-altı tipdə saç saxlamaq variantları hazırlanıb və indi mədəniyyət Nazirliyinin bəyənməsini gözləyirlər. Yəqin bunu edirlər ki, oğlanları yeni dəbdə saç saxlamağa qoymasınlar.

Bu, insanın özünü bildirmək haqqının pozulması deyil, nədir?! Eləcə də öldürsəniz də deyə bilmərəm ki, 18 yaşlı qızını parancada, yəni tam örtük altında gəzməyə zorunlayan ataya cərimə qoyan qanun Anti-islamçı qanundur.

BƏS ONDA HİCAB HAQQINDA QURAN BUYRUĞU NƏ OLSUN?

Mən Nəriman Qasımoğlunu parlaq İslam intellektualı sayıram (ancaq bu, Hacı İlqarı da belə saymağıma mane olmur). O, Quranı dilimizə çevirib, imanlı adamdır və eyni zamanda bu imanı ilginc bir ağılla və dini türkcə birləşdirə bilib. Bax, bu adam bəndənizin düzənlədiyi bir dinləmədə göstərmişdi ki, Müqəddəs Oxuda «hicab» sözünün müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə aidiyyatı yoxdur. Bu söz müqəddəs Oxuda 7 ayədə keçir və o, 7 ayənin heç birində baş örtüyünü və ya hansısa başqa bir geyimi bildirmir.

Müqəddəs Oxuda «hicab» sözünün müsəlman ölkələrində nəzərdə tutulduğu kimi geyim tərzinə aidiyyatı yoxdur
Hicabla bağlı sübut alternativlərini gətirməyəcəm. Sadəcə, göstərmək istəyirəm ki, İslam ayələrinin ən gözlənməz ağıllı yozumları var.

TƏRİQƏTLƏR


Azərbaycanlı qarşısında təriqətlərə necə yanaşmanın dürlü variantları sərgilənib:

(a) onlardan biri düzdür, o biriləri yox (bəs, arqument nədir?);
(b) onlardan ənənəvi olanlara dözmək olar, qeyri ənənəvilərə isə yox.

Bəlkə bu bölgüdən insana yaraşanı o düşüncədir ki, bütün təriqətlər İslamın zənginliyidir?! Kino, musiqi, balet incəsənətin zənginliyi olduğu kimi. Platonizm, Peripatetizm, İşraqilik, Əşarizm fəlsəfənin zənginliyi olduğu kimi.

Əgər bu ideyadan sonra uşaqlara, insan bədəninə, insan ləyaqətinə zülm edən təriqətləri seçib pisləmək vəzifəsi gəlirsə, ən doğrusu o olmazmı ki, İnsan Haqlarını pozanları göstərmək?

Mən İslamla çoxdan məşğul olsam da «Müvahidun» deyilən Vahabizmi yaxşı bilmirəm. Ancaq mütəxəssislərin (məsələn, V.Belyayevin) söylədikləri kimi doğrudan da vahabilər özlərindən olmayan İslam insanını müsəlman saymırsa, onun malını halal edirsə, 1801-ci ildə Kərbəlada 5 min şiəni qırıblarsa, Kəbənin daşını sındırıblarsa, bu Vahabizmi və ya onun bu qolunu İnsan Haqlarına qəsd saymaq olar. Məsələni belə qoyandan sonra hansısa təriqətin hansısa prinsipinin İnsan Haqqına qorxusunu sübut etməyin uzun yolu gəlir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Adil
07.08.2010 22:49
Allah müsəlmanların bir olmasını əmr etmişdir. Müsəlmanlar bu əmrə uygun hərəkət etmədikcə, bir birlik qurulmadığı müddətdə əziləcəklər, təhqirr olunacaqlar, oldürüləcəklər. Müsülmanlar haradasa 100 ildir təzyiqlər altinda amansızcasına əzilməkdədirlər. 1.5 milyard sayla qurulacaq Birlik dünyada bu haqsızlıqlara, zülmlərə son qoyacaq yeganə çıxış yoludur. Nə qədər ki, 1.5 müsəlman təriqətlərə, məzhəblərə bölünmüş, məzhəblərdə qruplara ayrilmiş, qruplarda camaatliqlara xirdalanmiş müsəlmanlar bu zülmdən xilas olmayacaqlar!! Bu birlik Türk İslam Birliyidir. Bu birliyin qurulması labüddür və artıq bu yolda artıq addımlar atılmaqdadır. Addım-addım Türk İslam Birliyinin yaradılması uğrunda iş aparılır. Məsələn, Türkiyə artıq Amerika və digər gücləri Mərkəzi Asiyadan sıxışdırıb çıxarmaq üzrədir. Nüfuz sahibidir. Türkiyənin islam aləmində baş verən haqsızlıqlara qarşı sərt çixişları və tədbirləri. Viza rejimlərinin ləğv olunması. Qonşularla “0” problem siyasəti. İslami dəyərlərə (xurafata, mövhümata yox) malik idarəçiliyə nümunə - Türkiyə. Türkiyədə son 5 ildə heç vaxt olmadığı kimi iqtisadi inkişaf və demokratiya var. Bunu bütün dünya etiraf edir. Budur İslami dəyərlərə malik olanların idarəçiliyi.

Kimdən: Hüseyn Haradan: Bakı
31.07.2010 09:46
Bu yazıda heç bir konkrelik yoxdur. Hamısı ümumi sözlərdir. Yəni belə yazını ciddi hesab etmək olmaz. Heç ciddilik də yoxdur.

Belə bir mövzu da seçmək olardı. Qatıq ağdı yoxsa qara. Həmin söz yığınından ibarət bir məqalə alınacaq. Lakin qatığın aktual mövzu oladığı üçün yəqin ki müəllif belə bir mövzuya üstünlik vermir.

Ümüd edirəm ki, topluma yönəlik fikir söyləyərkən fikiri əsaslandırmaq və dəlillər gətirməyin vacib olduğunu müəllif növbəti yazılarında nəzərə alar.

Belə yazılardansa Susmaq daha faydalıdır!!!



Kimdən: anti-felsefe Haradan: baki
25.07.2010 19:45
Men bu yazilara diqqet yetirirem. heqiqeten bu milletin oz dininden xeberi yoxdur. dininizi oyrenin. Islamdan bixceber filosoflarin dedikleri sizin ucun delil olmasin..

Kimdən: ahmad
24.07.2010 12:26
Allah aghil versin
Cavab

Kimdən: Faiq Haradan: Kiev
24.07.2010 15:59
Allah senin özüne agil versin qardashim. Ki, yazilanlari derk ede bilesen!!!
Cavab

Kimdən: ahmad
24.07.2010 22:57
Men yazilanlari derk etdiyime gore deyirem ki aghil versin.Her kes oz bildiyi sahe ile meshghul olmalidi ki ozunu gulunc veziyyete salmasin.

Kimdən: Abdullah Haradan: izmir
23.07.2010 22:58
Ewela mesele cox ziq zaq gedir bu yazida! Yani Hicab mi yoxsa teriqet mi bu movzunun meselesi? Yoxsa her ikisi de mi?
O ki qaldi teriqet meselesine, islamin firqelere ayrilacagina dair:
Bir gun Haqq Nebi Hz. Muhammed Mustafa (S.A.S.) Allahdan 3 dua istemish;
Allahim,
1) Ummetimi acliqla imtahan eleme,
2) Ummetimi diger ummetler kimi topluca helak eleme,
3) Ummetimi parcalara bolme.

Bu duanin cavabi olaraq Allah bildirmish ki, 3cu isteyin qebul olunmadi.
Bunu hikmet kimi anlamaq, ve ayrimciliq kimi yox, ferqliliklerin artiq muasir dunyada zenginlik kimi (Not: Qur'an da insanlarin milletlere ayrilmaginin hikmetini izah ederken bunun eslinde dushunen insanlar ucun bir zenginlik oldugunu bildirmish) qebul oldugunu nezere alib bele qiymetlendirmek lazimdir.
Axi Allah Bir, Peygamber Bir, qible Bir, Ezan Bir,namaz Bir, Bir bir, bir...
milyonlarla Bir var ki muselmanlari birleshdiren nurani baglardir bunlar,
ama bir gunn hesaba gedeceyini unudanlariq ki bu nurani baglari da ele esrlerdir ki itirmishik.

2ci meqam hicabdir ki bu meseleye qiciq olan en basda ele memleketimiz Azerbaycan insanlaridir.
A balaam, kishi adini kishi qoyub, salib yanina 90% cilpaq advadunuu gedir SADliq sarayina. Hec ona deyen yoxdu kii, bagishdiyuz bu senin arvadindi yoxsa...?
Indi kimse meqsedinden asili olmayaraq (bu meqsed mence kimise de maraqlandirmamalidi, chunku qul ile Allahin arasinda olan bir meseledir bu) geyinib Allahin buyurdugu shekilde. Bu kimlerise qiciqlandirir.

NOT: iller ewel Turkiyede bir xanim hicab qadagasina gore ali mektebden cixarildi ve o xanim Italiyada tibb bitirdi. Eyni zamanda AIHM-ne de muracieti eleyhine neticelendi.
O qisace bele aciqlama verdi bu mehkeme neticesine;
BU HICAB ISHI AVROPALILARIN AYIBIDIR, ONA GORE ELEYHIME OLDU.
Yoxsa bizim qiciqlara da mi deyilmelidi bu soz?
Allaha inanlar, Hesaba inananlar ALLAHA EMANET OLUN!
Inanmayanlar! Siz de inanin! Allaha iman en boyuk heqiqetdir!

Kimdən: Elnur
22.07.2010 16:40
Niyazi bey,Sizin burda yazdiginiz Insan Haqqi-i anlayishile Ibrahim dininin (Islam,Yehudilik,Xristianliq) ifade etdiyi insan haqqi anlayishi tamam ferqlidir.Siz Insan Haqqi dedikde Marifchilerin basha dushduyu ve sonradan BMT Insan Haqqlari Beyannamesinde tesbitlenmish Insan Haqqini nezerde tutursunuz.Dinler ise bu Haqqi birbasha olmasa da ya inkar edir,ya da onlara ciddi yanashmir.Mes:Marifchilerin nezerde tutdugu Insan Haqqina gore erli qadin refiqeleriyle diskoteke gede biler ve geceyarisi eve doner,heyat yoldashi ona hech ne deye bilmez.Chunki bu onun Haqqidir.Amma dinler bunu tamamen inkar edir.Dinler ise insana bashqa haqqlar verir.Eger sen xestesense senin haqqindir ki,bashqalari sene bash cheksin.Yaxinini itirmisense senin haqqindir ki,defnde tanidigin insanlar sene komek etsin ve s.

Bu halda bizler sechim qarshisindayiq. Hansi haqqlari Insan haqqi kimi qebul edek,Dinin teklif etdiyini yoxsa Marifchilerinkini?

Kimdən: Anonim Haradan: Metro GENCLIK
21.07.2010 20:37
GEDIB OZUNE BASHQA PESEH TAPSAN YAXSHI OLAR. MESELN SHUMOTKA ALVERI SEN E TAM UYGUNDUR/ NIYAZI BEY
Cavab

Kimdən: Etibar Haradan: Derbend
24.07.2010 16:08
Eziz Anonim qardashim ve ya bacim! Fikir adamlarina meslehet vermeniz ücün en azi evvel yazib-oxumagi öyrenmelisiniz. Size zaman itirmeden bu ishe girishmeyi meslehet görerdim. Ele Genclik Metrosunun yaninda da oxuyub-öyrenmek imkanlari pis deyil. Inanin ki, xeyir bundadir.

Kimdən: Abdussaməd Haradan: Bakı
20.07.2010 09:09
Burada bir nüans var onu Niyazi müəllim səhv qeyd edib. Baxın din birdir və hər şey tövhiddən başlayır. Əgər təriqətlərə parçalanma varsa, bu artıq dini qavrayanların azalması deməkdir. Tarixboyu insanlar ilk öncə tək olan Allaha iman gətirmiş, daha sonra yolundan azaraq çoxtanrılığa gəlib çıxmışdır. Yəni din olduğu kimi (ilk variantdakı kimi) daha gözəldir. Hər halda dini ona vəhy olunan şəxs bizlərdən daha yaxşı bilir və ona görə də bir halda ki, biz bu dini qəbul edirik gərək o zaman dində buyurulduğu kimi edək. Yoxsa Quranı və s. kitabları öz nəfsimizə və istəyimizə uyğun yozaraq dini təhrif etmək olmaz.
Ənənəyə gəldikdə isə bir söz deyəcəm. Əgər konkret çərçivə məlumdursa və bu çərçivə haqqında təfsilatlı bilgi əlimizdədirsə, ənənəyə müraciət etmək nəyə lazımdır? Bu sadəcə öz maraqlarını güdənlərin bəhanəsidir.

Əssalamun aleykum və rahmətullahi və bərakətuh.

Kimdən: Aydin Haradan: Eastden
20.07.2010 04:47
ALLAHU AKBAR ! ALLAH NIYAZI MUELLIME HIDAYET VERSIN !

Kimdən: Adam
20.07.2010 04:06
Ilham Aliyev hakimyyetine bir sheyine gore hormet edirem ki, bu islamistlerin qarshisini alir.
Səhifə (2)
    Növbəti