Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Sevda İsmayıllı

Çəkməçi Cəfər çayı Astarada neçəyə içdi?

Sevda İsmayıllı

Sevda İsmayıllı

17.07.2010
Bu istilər hamını təntidib. Ötən həftənin qora bişirənindən də ki, olmazdı. Şəhər od tutub yanırdı. Havanın atəşindən iki-üç gündür çəkməçiyə verdiyim ayaqqabıları ala bilmirdim. Axır ki, bir dəfə işdən sonra ora baş çəkmək qərarına gəldim. Hələ çəkməçiyə həmişəki kimi, radiomuzun xüsusi buraxılışı olan «Fərqli düşüncə» qəzetinin ən sonuncu sayını da apardım. Radiomuzun FM-i alınandan sonra Cəfər kişi bizdən ötrü çox qəribsəyirdi. Mən də, bu boşluğu qəzetlə doldururdum...

ÇƏKMƏÇİ CƏFƏRİ GÜN VURUB!

Vay! Çəkməçi Cəfər yerində yoxdu! Ətraf dükanlara baş vurub axşam saat 8-əcən köşkündə olan Cəfər kişini soruşdum. «İsti onu yaman vurmuşdu--dedilər, dəmir köşk alışıb-yanırdı, yarımçıq evə gedəsi oldu».

Ertəsi gün işdən qayıdanda, Cəfər kişini yenə yerində görmədim. Sonrakı günlər yenə...

Olmaya, kişiyə bir şey oldu--deyə düşündüm. Deyilənə görə, son gün halı pisləşibmiş. Beləcə, günlər keçdi. Məhəlləmizdəki marketlərin birinin dalına sığınmış balaca budka açılmadı...

ADI DA MEHRİBANDIR. ÖZÜ DƏ...(«TELEFONÇU QIZ» FİLMİNDƏN)

Zarafat bir yana, mənim qəribə xasiyyətim var. Məhəlləmizdəki bütün xidmət sahələrinin işçiləri ilə tezcə dostlaşıram. Və onlar mənim əziz adamıma çevrilirlər. Bu çəkməçi də onlardan biridir. O üzdən, ayaqqabılar heç, Cəfər kişinin yoxluğu məni çox üzürdü. Odur ki, bu gün səhər işə gedəndə, yolumu qəsdən köşkün yanından saldım.

ÇƏKMƏÇİ CƏFƏR YERİNDƏYDİ!

Necə sevindiyimi təsəvvür edə bilməzsiniz! Xoş-beş-on beşdən sonra onun kefinin yerində olduğunu sezdim. Sən demə, istilərdən baş götürüb rayona gedibmiş. Həm də bir yas mərasiminə baş çəkməliymiş. Ayaqqabılar da çoxdan hazır imiş. O da məndən nigaran imiş ki, niyə vaxtında götürməmişəm. Əlimi portmanatıma uzadanda, orda bircə 50 manatlıq gördüm. «Məndə də, xırda yoxdur»-dedi Cəfər kişi—«Bilmirəm, nədənsə bu Bakıda yaman iri pullar dövr eləyir».

BAKIDA İRİ PULLAR DÖVR EDİR?!

Bıy! Bu nə demək? Təəccübləndiyimi görüb: «Hə, hə!» --dedi Cəfər kişi. «Astarada hər şey xırda puladır. Orda belə iri pullar görməzsən!». Və mənə bir maraqlı çay əhvalatı danışdı...

ÇAY DƏSGAHI

Cəfər kişinin mənə danışdığı əhvalat elə çay dəsgahıdır ki, var
Mirzə Cəlilə tanrıdan rəhmət diləyərək, onun bir hekayəsinin adını icazəsiz başlığa çıxarası oldum. Çünki Cəfər kişinin mənə danışdığı əhvalat da elə çay dəsgahıdır ki, var.

Demək, Cəfər kişi bir gün Astarada şəhəri gəzəsi olur. Kiminləsə görüşüb bayaq dediyim yas mərasiminə baş çəkəsiymiş. Təbii ki, bir az dolaşandan sonra bərk susayır. Sən demə, Cəfər kişi vasvasıymış. Odur ki, nə qədər gəzir, Astarada ürəyincə təmiz çayxana tapammır. Axırda birində--nisbətən təmiz hesab etdiyində oturur. Cəfər kişi görür çayı içib çıxan stolun üstünə qəpiklər qoyur. Təəccüblənir...

Çayçını çağırıb stolun üstünə bir manat qoyur və xahiş edir ki, bir çaynik yaxşı dəmlənmiş çay gətirsin. Çayçı tez stolun üstünü bir də silir, qənddanı dəyişir, qənddanın üstünə bir-iki konfet də qoyur və çayı dəmləyib gətirir.

Cəfər kişi başlayır asta-asta çayı içməyə...

ÇAYNİK BÖYÜKMÜŞ...

Elə bu hində bir kişi onun stoluna yaxınlaşır və xahiş edir ki, nə olar, çaynik onsuz da yekədir, ondan bir stəkan da mənə ver. Cəfər kişi böyük həvəslə çayını bu yad kişiylə bölüşür...

BİR MANAT HƏLƏ DƏ STOLUN ÜSTÜNDƏYMİŞ

Hə, çay içilib qurtarır. Amma bir manat stolun üstündə qalıbmış. Çayçı gəlib pulu götürəndə, müştəriyə xırdasını qaytarmaq istəyir. Bakı çayxanalarında baha çaya alışmış Cəfər kişi qəti razı olmur. Lap o məşhur kinodakı kimi deyir: «Sdaçi ne nado».

BİR AXŞAM TAKSİDƏN DÜŞÜB...

Cəfər kişi çayxanadan çıxıb taksiyə əyləşir və burda bir daha təəccüblənir. Yenə cəmi bir manata şəhəri dolaşır. Səbəbini soruşanda, sürücü qayıdır ki, camaatda pul yoxdur, bir manat qazananda, sevinirik. Çünki bu o deməkdir ki, həmin gün evə çörək (sözün birbaşa mənasında) apara biləcəyik...

İndi anladınızmı, Cəfər kişi bir neçə günlük səfərdən sonra bu səhər niyə mənim 50 manatıma təəccüblə baxırdı?

Niyə deyirdi ki, Bakıda böyük pullar fırlanır!

(Yazıq canım! Bu da mənim 50 manatımı gözümçıxdıya saldı!)

Hə, 50 manatı qonşu dükanda xırdaladıb (əlbəttə, Cəfər kişiyə çatacağını bildirməklə) iki manatı ödədim, ayaqqabıları götürüb təzədən evə qayıtdım və sonra kefikök AzadlıqRadiosuna yollandım.

Nə vecimə? Bakıda böyük pullar fırlanırdı!

Mən də, bu böyük şəhərdə yaşayırdım.

Üstəlik, onun adını daşıyan, ona can deyən verilişin aparıcısıydım.

Həftənin son iş günu idi.

Yolda fikirləşdim ki, elə bütün bunları oxucularımla bölüşməyin nəyi pis olardı?

Elə də etdim.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Kamile Şəhər: Boyuk sheher Baki:)
31.07.2010 00:25
Gooozeeel, Sevda xanim, choox gozel...

Kimdən: hilal Mammadov Şəhər: Baki
24.07.2010 18:31
Sevda xanim, əgər bir dəfə də ayaqqabınızın təmirə ehtiyacı olsa, bir tanış-bilişlə göndərin mənim də dədə-baba yurdum olan Astaraya... İnanın ki heç bir qəpik də götürməzlər “Azadliq”sevərlərdən və elə təcili də təmir edib bir kimsəylə göndərərlər Sizə...
Əlbəttə, bu qədər şirin söhbətindən sonra Cəfər kişi o qənaətli Astara pullarının hesabına Sizdən ya pul götürməməli, ya da simvolik olaraq 1 “Astara manat”ini Sizdən alaydı gərək (daha 2 "Bakı manatı" yox)... O “50” “Bakı manatı”nı isə qənaət edərdiniz digər “Can Bakı!”nın böyük problemlərinə... Yəqin çox “bakılaşlıb” o həmyerlim! Nə isə...

P.S. Bir vaxtlar Sankt-Peterburqda yaşayarkən, bir Şəkili dostum anasına 50 rubl. (man) gondərib naməsində ona belə yazmışdı: “Ana, 50 manat göndərirəm sənə, xərcləməsən, ömrünün axırınacən bəs eylər!”

Kimdən: Rövşən Şəhər: Bakı
20.07.2010 10:42
Səbr elə Cəfərı kişi,hər gecənin bir sabahı var (səndə 50 AZN görərsən)...
"Səbr eləyən Dərviş,gözləməkdən gəbərmiş"
Cavab

Kimdən: Azad Şəhər: Baki
20.07.2010 16:21
Sebr eden dervish--muradina ermish de deyirler.))))

Kimdən: Rashad Şəhər: Kanada
19.07.2010 13:27
Dostumu Bakida yol polisi saxlayib. Tehlukesizlik kemerini bagladigi ucun polis dostuma " Yeke kishisen 5 manatdan oteri ozunu niye kendirreyib bogursan !!! " deyib .
Cavab

Kimdən: kəmsavad
24.07.2010 01:05
köhnə söhbətdir
Cavab

Kimdən: Rashad Şəhər: Canada
25.07.2010 23:26
kohne ve yaxud teze...senin xatirlatmagina ehtiyac yoxdur. Nickname'in ne ucun " kemsavad" oldugu belli oldu !

Kimdən: Namig Şəhər: Ukrayna
18.07.2010 21:36
Bakida gatarin giymetinden(ukraynaya geden)15-20 manat baha satilir kassada..baxin yene bir iki manat isteseler derd yari..vermek istemesen deyecek ki yer yoxdur..guya hormet eleyirler.atan atanadir))

Kimdən: Salim Şəhər: rushvetxor yapistandan
18.07.2010 16:57
Menim dostum Bakida aeroport ishcilerinden soz sorushduquna gore aeroport ishcileri ondan pul istemishdiler ,sorushanda niye size pul vermeliyem demishdiler ki,sene biz pullu melumat vermishik.

Kimdən: Fuad Şəhər: Hanoi
18.07.2010 16:00
Varliga ne darlig....

Kimdən: Namig Şəhər: Ukrayna
18.07.2010 00:34
Cox gozel nagilladiniz) xoshuma geldi..

Kimdən: fatime Şəhər: Baki
17.07.2010 18:21
amma Cefer kishi ne duz deyib!! Bu sheherde hara gedirsen, magaza, xidmet sahese, hetta boyuk marketde de, sene deyirler ki, "xirda yoxdur"!! Men hemishe teeccublenirem, axi bu magazalarda bu marketlerde choxlu adamlar olur?!!