Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Hüseynbala Səlimov

Yaxşı nə varsa hamısı hakimiyyət üçün...

«Şərq tərəfdaşlığı» proqramından sonra növbəti mərhələ başladı

«Şərq tərəfdaşlığı» proqramından sonra növbəti mərhələ başladı

20.07.2010
«Şərq tərəfdaşlığı» proqramından sonra növbəti mərhələ başladı – indi artıq Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ üzvlüklə bağlı danışıqlar gedir. Üç mərhələdə davam edəcək bu danışıqların birinci mərhələsinə start verilib.

Qəribədir ki, ABŞ Dövlət katibi Hillari Klinton Bakını tərk edəndən sonra xarici işlər naziri Elmar Məmmədyarov çox «orijinal» bəyanatla çıxış etdi. O bildirdi ki, Azərbaycan AB-yə və eləcə də NATO-ya üzv olmağa can atmır, inteqrasiya olunmaq hələ üzv olmaq demək deyil.

Bəlkə də başqa bir vaxt xarici işlər nazirinin bəyanatına fikir verməmək olardı, amma assosiativ üzvlük AB-yə inteqrasiya sahəsində mühüm mərhələlərdən biridir. Bəs belə olan təqdirdə hazırda gedən danışıqların mənası nədir? Rəsmi Bakı proses zamanı hansı mövqeni nümayiş etdirəcək?

ENERJİ, YOXSA DEMOKRATİYA?


Artıq indidən Azərbaycanın danışıqlara könülsüz qoşulduğu hiss olunur. Məsələ bundadır ki, Avropa Birliyinin nümayəndə heyətinə rəhbərlik edən J.Krayer bildirib ki, münasibətlərdə demokratiya, insan haqları və bazar iqtisadiyyatı problemlərinə diqqət yetiriləcək. Bu isə yerli hökuməti o qədər də qane etmir. Onlar əməkdaşlığı enerji sahəsi ilə məhdudlaşdırmaq istəyir, demokratiya, insan haqları problemlərini və iqtisadi islahatları arxa plana keçirməyə cəhd edirlər.

Azərbaycan özünü elə aparır ki, sanki AB hansısa xariji şirkətdir və ona neft-qaz satmaqla əməkdaşlıq etmək yetərlidir. Neft gəlirləri belə bir davranış üçün müəyyən zəmin yaradır. Valyuta ehtiyatları 24-25 milyard dollar olan Azərbaycan artıq Avropanın da maliyyə yardımına və kreditlərinə ehtiyac duymur və bunun nəticəsi kimi AB-nin timsalında özü üçün «islahatlar müəllimi» aramır.

Təbii resursların satışına köklənmiş iqtisadiyyatın arxitektorları elə zənn edirlər ki, ölkədə hansısa dayanıqlı iqtisadi model yaradıblar və bu model total korrupsiya şəratində və heç bir şəffaflıq olmadan da işləyə biləcək. Ona görə də Avropanın azad rəqabətə söykənən, şəffaf bazar iqtisadiyyatı onları qətiyyən cəlb etmir – belə bir model məmur kapitalizimi, böyük korrupsiya və inhisarçılıq üçün ciddi problemlər yarada bilərdi.

AVROPA BİRLİYİ RUSİYADAN ÇƏKİNİRMİ?

Avropa Birliyinin nümayəndə heyətinə rəhbərlik edən J.Krayer bildirib ki, münasibətlərdə demokratiya, insan haqları və bazar iqtisadiyyatı problemlərinə diqqət yetiriləcək
Xarici işlər nazirinin bəyanatına Rusiyaya yönəlmiş mesaj kimi də qiymət vermək olardı. Amma Avropa Birliyi bu missiyanı da öz üzərinə götürdü. Fransanın xarici işlər naziri B.Kuşner Tbilisidə Cənubi Qafqaz ölkələrinin AB-yə üzv olub–olmaması məsələsini Rusiyanın həll etmədiyini bəyan etdi. Bu, Rusiya üçün ciddi siqnal idi.

Cəmi iki il bundan qabaq AB-nin Cənubi Qafqaza maraq göstərdiyini görən Vladimir Putin demişdi ki, bu təşkilat Rusiyanın təsir dairəsində olan ölkələrə nüfuz etməməlidir. Amma indi maliyyə böhranı ucbatından Rusiyanın mövqeləri xeyli zəifləyib və çox güman ki, AB Rusiyanın prosesə əngəl törətmək istəyini bilsə də onunla hesablaşmayacaq, çünki Rusiyanın artıq özü AB-yə və üzv dövlətlərin bəzisinə, xüsusən də Almaniyaya iqtisadi donor kimi baxır.

Deməli, söz yerli hökumətlərindir və çox güman ki, onların davranışını da elə yerli motivlər həll edəcək. Bu motivlər isə əvvəldə qeyd etdiyimiz kimi, kifayət qədərdir – gənc bir jurnalistlə ədavət aparan, onu azadlığa buraxmaq istəməyən, 5-10 nəfər müxaliftəçinin bir yerə toplaşmasına imkan verməyən, insan haqlarına etinasız olan hakimiyyətin Rusiyanın mümkün təzyiqləri ilə bağlı dedikləri bəhanə kimi səslənir. Əslində, bir çox parametrlərinə görə indiki hakimiyyət Rusiyapərəst bir siyasi qüvvədir.

DÜNYANIN DƏRDİ BİZƏ QALIBMI?

Deyirlər ki, dünya Qərbin, dünyanın dərdləri isə Şərqindir. Azərbaycanda fəxri qaravul önündən getdikcə daha çox dünyanın avtoritar rejimlərinin rəhbərləri keçirlər. Belarusun prezidenti gedir, Mavritaniyanın prezidenti gəlir! Nə yaxşı ki, bu dünyanın Qərb adlı bir kəsimi varmış və bu kəsim yerli hökumətin istəyinə rəğmən Azərbaycanı unutmur, onunla daim əməklaşlığa can atır.

Əks təqdirdə Şərqlə, dünyanın dərdi ilə üz-üzə qalıb üzülərdik. Azərbaycan üçün hansı imkanların mövcud olduğunu bəzən özümüz də təssəvvür etmirik. Amma bütün bu imkanlar hakimiyyətin qəribə siyasəti ucbatından rellaşa bilmir.

Vaxtilə deyərdilər ki, SSRİ-də artıq kommunizm qurulub, amma kommunistlərin özləri üçün.

İndiki hakimyyət də, sanki insan cəmiyyəti inkişafının nədən keçdiyini bilmək istəmir, sanki bu ölkədə bir şüar var – yaxşı nə var hamısı yuxarılar üçün, pis nə var hamısı aşağılar üçün!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Haci Şəhər: Abu Dhabiden
22.07.2010 23:32
bu devleti guranlar bu bayragi yapanlar Avropada Oxumushdular o avropadaki bizim yerimiz var.bu xalg muasir muhite uygunlashan adaptatsiya etmeyi bajarandi.ele bayragimizaki Qirmizi reng kimi MUASIRLIK. Men her Zaman demishem deyejem Avropa Birliyinin Bayraginda ulduz Chatmir birini TURKIYE oz bayragindan o Birini AZERBAYJAN oz bayragindan!

Kimdən: Qızılüzən Şəhər: Bakı
22.07.2010 16:33
Bu millət onu idarə edənlərə, idarəçilər də millətə layiqdirlər. Kreslolarda oturanlar Marsdan gəlməyiblər ki? Bizim özümüzdəndirlər də! İstəmiriksə, niyə dəyişmirik? Ya dəyişmək istəmirik, ya da dəyişməyə qorxuruq! Hər iki halda, dediyim kimi, bir-birimizə layiqik. Bu peyğəmbər sözüdür: Necəsinizsə, elə də idarə olunursunuz.

Kimdən: Hemid Şəhər: Gence
22.07.2010 05:38
Milletin bexti qara gelibdir! Meneviyyatimiz,menevi deyerlerimiz,dunyevu baxishlarimiz son 40 il erzinde tamamile pozulubdur.Hec neye inanmayan,pulu ve vezifeni her sheyden(namusdanda!!) ustun tutan bir topluma cevrilmishik!! Indiki iktidari hamimiz qinayiriq ve bunada cox esas var! Amma bir ozumuze baxaq gorek bizler iktidarda olanlardan ne qeder yaxshiyig! Bizim ozumuzu sabah vezifeye teyin etseler indikilerden ne qeder ferqli calishacagik ! Deye bileremki belkede onlardan bir nece defe pis calishaciq!! Bes ne etmeli? Bunu mende bilmirem!!

Kimdən: K O M M U N İ S T Şəhər: GiZLi BAKI
22.07.2010 00:11
KAPİTALİZM cəfası bizim səfası zənginlərin deməkdir.Butun milli sərvəti işci yaradacaq,amma MƏNFƏƏTİ zənginlər mənimsəyəcək.Kapitalizm sosial irqcilik deməkdir,bu quruluşda bir ovuc mulkiyyətcinin mulk huququ,milyonlarla insanın huquq və azadlıqlarından ustun tutulur....Bu qayda dunyanın hər yerində belədir,İtalya baş naziri BERLUSKONİ məgər mafiozi deyil.....

Kimdən: bakili Şəhər: moskva
21.07.2010 20:59
Ne serq, ne qerb?! Qoyun sakitce neftimizi, qazimizi satib dolanaq. Bundan basqa bize hec ne lazim deyil.Bizi narahat etmeyin...Bax budur pozisiya, basqa sebeb axtarmayin.

Kimdən: KOMISSAR KATANIYA Şəhər: mnafiya elinde olan olke
20.07.2010 14:30
yap hakimiyyeti Azerbaycana gelen gunden butun dovlet orqanlari ve onlarin ishcileri qohumlari medeni dilde- yap partiyasinda amma eslinde ise gizli boyuk mafiya altinda birleshibler . Azerbaycanda butun servetler bu yap adli mafiyanin adamlarinin eline kecib kecmeyenler de yavash yavash bu mafiyanin eline kecir.

Kimdən: ELÇİ BEY-eskeri Şəhər: AZERBAYCANın Quzeyi Bakı
20.07.2010 13:45
Acı da olsa demek lazımdır.Hakimiyyet sahiblerini ne QARABAĞ, ne de AZERBAYCANIN başqa problemleri maraqlandırır.Mehs hakimiyyetde qalmaq üçün Kremlin ağzına baxıb, hansısa bir hereketi edir.Seçkilere de az qalıb. YAP
iktidarı üçün esas hakimiyyetde qalıb,Dünyanın bütün var-dövletini yığmaqdır.