Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:39

Dünya

Terrorun yeni hədəfi: su-elektrik stansiyası

«Elektrik enerjisi verilməsi tamamilə dayanıb. Birinci və ikinci generatorlar yanıblar»
x
«Elektrik enerjisi verilməsi tamamilə dayanıb. Birinci və ikinci generatorlar yanıblar»
Şriftin ölçüsünü dəyiş - +
...Səhər tezdən su–elektrik stansiyasına naməlum adamlar giriblər, iki gözətçini öldürüblər, bir saat sonra ilk partlayış olub. Daha sonra ikinci partlayış.
Generatorların birində yanğın başlayıb...

Bunlar iyulun 21-i səhər saat 4:20-də Rusiyanın Baksan su-elektrik stansiyasında baş verib.

SES-in direktoru Valeri Şoqenov deyir: «Elektrik enerjisi verilməsi tamamilə dayanıb. Birinci və ikinci generatorlar yanıblar».

Federal Təhlükəsizlik Xidməti olan FSB bildirir ki, hücum edənlər 4 nəfər olub. Onlar gözətçiləri öldürəndən sonra turbinlərin içinə bombaları yerləşdiriblər.

Stansiyanın işçiləri hücum edənlərə müqavimət göstərmək istəyiblər. Ancaq onları döyüblər, birini isə bıçaqlayıblar. Bunu SES-in mətbuat xidmətinin rəhbəri Alim Balkizov deyib.

TERRORUN YENİ TAKTİKASI

Rusiyanın terror əleyhinə qurumları bildirirlər ki, bu, diversiya və terrordur. Onlar çeçen lideri Umarovun məlum bəyanatını xatırladırlar. Doku Umarov elan edib ki, bundan sonra Rusiyanın enerji kəmərlərini və elektrik stansiyalarını hədəfə alacaqlar. İqtisadi müharibə başlanır.

Rusiyalı təhlilçi Qriqori Şvedov «Reuters» agentliyinə deyib ki, bu, taktikanın dəyişməsidir.

Ancaq onun sözlərinə görə, Sayano-Şuşenskoe SES-indəki dağıntıdan sonra belə hücumu gözləmək olardı. Təhlilçinin fikrincə,
Baksan su-elektrik stansiyası, 21 iyul 2010
indi terrorçular Rusiyanın iqtisadi infrastrukturuna hücumlara başlayacaqlar.

UMAROV DEYİRDİ Kİ, SAYANO-ŞUŞENSKOE STANSİYASINI DA ONLAR DAĞITDI

Amerikanın terrorçular siyahısına bu yaxınlarda saldığı Umarov Sayano-Şüşenskoe su-elektrik stansiyasındakı qəzanı da onun dəstəsinin törətdiyini deyir. Ancaq Kreml bu iddianı rədd edir ya da etiraf etmək istəmir.

Yerli milisdən AzadlıqRadiosuna deyirlər ki, SES-ə hücumun diversiya-terror olmasının bir əlaməti odur ki, hücumdan qabaq yerli milis şöbəsi minatanlardan atəşə tutulub. Milisin fikrincə, bununla diqqət tamam başqa istiqamətə yönəldilib.

Keçən əsrin 30-cu illərində tikilmiş Baksan SES-i Qabardin-Balkar Respublikasında yerləşir. O, Sayano–Şuşenskoe SES-inin yarısı qədər enerji verir.

Sayano-Şüşenskoe SES-ində qəza olanda su bəndləru uçmuşdu və 75 adam ölmüşdü. Baksan SES-ində bəndlər uçmayıb.

Baksandakı hücumu gələcək hücumların başlanğıcı hesab edənlər var. Bunu Rusiya parlamentinin üzvü Aleksandr Torşin deyir. Onun fikrincə, bu hücum təhlükəsizlik sisteminin terror qabağında nə qədər zəif olduğunu göstərir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ahmad
23.07.2010 16:55
mashaAllah. Allah komekleri olsun.

Kimdən: Esl Muselman Haradan: Fani dunya
23.07.2010 07:26
Rusiyanin cokmesi Azerbaycan ucun cox elverisli olardi, lakin bu usullarla yox. Terror her zaman dinc ehaliye daha cox ziyan vurur, neinki siyasi rejime. Odur ki, bu cur usullardan istifade etmek Islamda da HARAM sayilir! Peyqember SAWS biz muselmanlara bu cur mubarize usulunu orgetmeyib, eksine bu kishilikden ve merdlikden kenar bir sheydir. Baksan stansiyasi Kabardin-balkar respublikasina enerji verirdi, sual olunur, hemin respublikada ne qeder muselman yasayir? Indi bu axmaqlarin gorduyu yaramaz hereketleri neticesinde ne qeder muselman aile ishiqsiz, enerjisiz qalib? Bes bunlarin xestesi, ushagi, javani, qocasi var? Bu qeder insanin haqqini yemek olar? Bele axmaq usullardan istifade edenler Islama ZERBE vurmaqdan bashqa bir ish gormurler. TERRORCUNUN DINI VE MILLIYETI YOXDUR!

Kimdən: Huseyn Haradan: Sovetski
22.07.2010 01:09
lap yaxwi olub men olsaydim butun rus strateji ehemyetli yerlerini partladardim.
Cavab

Kimdən: Pislikleri sevmeyen
22.07.2010 19:46
Yaxshi ki, senin kimiler ancaq forumlardan bashqa yerlerde pislik eliye bilmirler !!!!!