Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:07

Cəmiyyət

İcra Hakimiyyəti qarşısında intihar cəhdi

Şriftin ölçüsünü dəyiş - +
Qohumları deyir ki, Nizami Zeynalovu polis əməkdaşları yaşadığı küçədə döyərək polis maşınının yük yerinə atıblar
İyulun 21-i axşam Mingəçevir xəstəxanasına gətirilən 49 yaşlı Nizami Zeynalov müalicəsini polis nəzarəti altında alır.

Qohumları deyir ki, Nizami Zeynalovu polis əməkdaşları yaşadığı küçədə döyərək polis maşınının yük yerinə atıblar və Mingəçevir Şəhər Polis İdarəsinə gətiriblər.

Zeynalovun xəsarətləri ağır olduğundan sonradan polis işçiləri onu xəstəxanaya yerləşdirməli olublar. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər isə cərrahiyyə şöbəsinə keçirilib.

SÜRÜNDÜRMƏÇİLİKDƏN BEZİB, İNTİHAR ETMƏK İSTƏYİB

Nizami Zeynalovun yaxın qohumu Vahid Quliyevin sözlərinə görə, Nizami Zeynalov özünə məxsus 6 sot torpaq sahəsini özəlləşdirmək istəsə də, süründürməçilik nəticəsində özəlləşdirməyə nail ola bilmirmiş. Bu səbəbdən də o, bələdiyyə sədrindən şikayət etmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək istəyib. Dəfələrlə İcra Hakimiyyətinin binasına gəlsə də, başçı onu qəbul etməyib. O da etiraz əlaməti olaraq özünə bıçaqla qəsd edəcəyini bildirib. İcra Hakimiyyətinin işçiləri Nizami Zeynalovu İcra Hakimiyyətinin binasından uzaqlaşdırıblar və hadisə barədə polisə xəbər veriblər.

ÜSTƏLİK POLİS DƏ DÖYÜB?


Evə qayıdarkən Nizami Zeynalov yaşadığı küçədə polis işçiləri ilə qarşılaşıb və sonuncular tərəfindən möhkəm döyülüb. Qohumları deyir ki, polis işçiləri Nizami Zeynalova qurşaqdan aşağı zərbələr vurduqlarından onun cinsiyyət orqanını zədələyiblər, bundan başqa bədəninin digər yerlərinə də xəsarətlər yetiriblər. Hazırda polis işçilərinin nəzarəti altında Mingəçevir Şəhər Xəstəxanasında müalicə olunan Nizami Zeynalova yaxın qohumları ilə görüşməyə icazə verilmir.

ZƏRƏRSİZLƏŞDİRMƏ

Ehsan Zahidov
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, Nizami Zeynalovu polis işçiləri döyməyib, o, özü özünə bıçaqla xəsarət yetirib. Ehsan Zahidovun sözlərinə görə, Nizami Zeynalov sərxoş vəziyyətdə Mingəçevir Şəhər İcra Hakimiyyəti binasının qarşısına gedərək intihar edəcəyini bildirib. Polis əlində olan bıçağı ondan almaq istərkən həmin bıçaqla öz qarnına xəsarət yetirib:

«Hadisə yerinə gedən əməliyyat qrupu Nizami Zeynalovu intizama dəvət edib bıçağı təhvil verməsini istəyiblər. Lakin o deyib ki, polis əməkdaşları ona yaxınlaşalar özünü bıçaqla vuracaq. Buna baxmayaraq, polis əməkdaşları onu zərərsizləşdirib. Həmin vaxt Nizami Zeynalov öz qarın nahiyəsinə özünə xəsarət yetirib».

NİZAMİ ZEYNALOV İSTİNTAQA CƏLB OLUNACAQ

Ehsan Zahidov deyib ki, hazırda Mingəçevir Şəhər Polis İdarəsində Nizami Zeynalov barəsində xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb. O, müalicəsini başa vurandan sonra istintaqa cəlb olunacaq. Buna görə də polis nəzarətində saxlanılır.

Mingəçevir Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin Şahin adlı həkimi (təkidlərimizə baxmayaraq həkim soyadını bildirmədi) AzadlıqRadiosuna deyib ki, Nizami Zeynalov xəstəxanaya qarnından bıçaq xəsarəti ilə daxil olub:

«Mən onda başqa xəsarətlər görməmişəm, qarnındakı xəsarətə gəlincə, onu xəstəxanaya gətirən polis işçiləri dedilər ki, o, özü özünü vurub».

Nizami Zeynalovun polis zorakılığı, yoxsa intihar cəhdi nəticəsində xəsarət aldığı hələ ki, aydın deyil. Qohumları bir söz, polis və həkim isə başqa söz deyirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Calıquşu Haradan: Bakı
03.08.2010 14:16
Ola bilsin ki, içgili olub. Məncə onu sakitcə polis əməkdaşları öz ailəsinə təhvil verə bilərdilər

Kimdən: azerbaycanlidan Haradan: bakidan
23.07.2010 18:35
torpaq camahatin basina bekla olubda...

Kimdən: Emil Haradan: S-Peterburg
23.07.2010 13:35
EZIZ milletim, AZERBAYCAN xalgi GINNESIN rekodlar kitabini cox pis veziyyete salib, yeni NYUTON ganununa gore TESIR eks TESIRE beraberdi, biz ise bunun eksini isbat etmiwik, yeni 500 min ....... 8 milionun bawina ANALOGU olmayan oyunlar acir, NAMUS-GEYRETINE tecavuz edir biz ise bu OYUNLARA dozub dahi fizik NYUTONU laborant seviyyesine endirdiyimiz ucun 8 milion AZERBAYCANLININ adi GINNESIN rekordlar kitabina duwmelidir, bu ise dunya krizisi ile elegadar cetinlikler yaradir, gehreman XALGIM , olumden gorxmayan, amma doyulmekden gorxan milletim belke GINNESI bu beladan gurtarag, NYUTON ganununu berpa edek ETIRAZ eden HAGGINI teleb eden VETEN ogullarina GOWULAG.
YAWA AZERBAYCAN

Kimdən: kemale
23.07.2010 00:49
beneniyar qadinlarini tcridxanada doyende qarin ustunde suruyende de ehsan zahidov deyirdi ki bele sey yoxdur.

Kimdən: kemale
23.07.2010 00:47
bele bir hadise bizim basimiza gelmisdi 65 yasinda atami doyen siyan ve nadir adli sexslerin ucbatindan qardasim intihara mecbur qalmisdi qeyd edim ki siyan is basinda ickili veziyyetde olub atama qarin nahiyesinden ayaqlarinin arasindan guclu zerbeler vurub .bundan evvel atam emeliyyat olmusdu ve indi o emeliyyata yene de ehtiyac var cunki o ciddi zerbe alib amma cinayetkarlara hec ne etmediler biri yeni siyan naxcivan edliyye naziri suliddinin bacisi oqludur bu olkede haqq edalet qanun yoxdur qanun zeifler gucsuzler ucundur.xestenin yaxinlarinin acisini anlayir ve onlara sebr dilemirem burda sebr etmek yox xesteni mudafie etmek gerekdir hadiseni ictimailesdirmek lazim olan yerlere sesinizi catdirmaq lazimdir yoxsa sonra gec olacaq.siyanlara nadirlere uzumu tutub deyirem bu gunahlarinizi allah yerde qoymayacaq sizden de cixmasa balalarinizdan cixacaq .bundan adiniz soyadiniz kimi emin olun bir gun bir igid tapilacaq o zaman day daylariniz size komek ede bilmeyecek o zaman siz kisi tepiyinin nece olduqunu goreceksiniz ve unutmayin kisi salvari geymek kisi olmaq anlamina gelmir allah size lenet elesin.
Cavab

Kimdən: Bakili
23.07.2010 20:50
AMIN!!!!
Cavab

Kimdən: Anonim
24.07.2010 01:39
amin ya rebbim
Cavab

Kimdən: naxcivanlilar
24.07.2010 01:38
AMIN AMIN AMIN

Kimdən: borxes Haradan: Bakı
22.07.2010 23:51
Murad köhnəqalanın hekayəsi yada düşür "Özümü assam görən məni tutarlar."

Kimdən: SHAXTABABA
22.07.2010 22:06
Hamisha intihar edanlar hagginda axirda bela bir cumla yazilir.Intiharin sabablari va intihara gatirib cixarmanin sabablari arashdirilir! Intigar haddina gatirma sabablarini canli gostarmak istadi azadligini itirmak gorxusunu gazandi

Kimdən: Xetai Haradan: Azerbaycan
22.07.2010 21:13
Nizami Zeynalovun torpaqini özelleşdirmek isteyi ona hele baha başa gelecek.
Mekemede ona ele statyalar yukleyecek ki bu başqalarinada ders vermiş kimi olacaq.
Belede ki icra hakimlerine birbaşa tabe olmayan polis reyisi iki gün vezifesinde qala bilmez.Polis icranin sifarişini yerine yetirir !!! o ne dese polis reisi ücun qanundur.!