Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:52

İqtisadiyyat

BMT Xəzəryanı ölkələrə kürü ixracına icazə verdi

İcazə 2011-ci ilin 28 fevralına qədər qüvvədə olacaq
x
İcazə 2011-ci ilin 28 fevralına qədər qüvvədə olacaq
Şriftin ölçüsünü dəyiş - +
Ağbalıq kürüsü istehsal edən ölkələr - Rusiya, Türkmənistan, Azərbaycan, İran və Qazaxıstan kürü ixracı üçün kvotaya dair müqavilə imzalayıblar.

2011-ci ilin mart ayına qədər həmin ölkələrdən 3 ton kürü ixrac olunacaq.

Azərbaycan və Türkmənistan kvota almayıblar. Rusiya 700 kiloqram, İran 800 kq, Qazaxıstan 1500 ton həcmində kürü ixracı üçün kvota alıb.

Kürü ixracına qadağa ötən ildən tətbiq edilib. Azərbaycana qarşı qadağanın qalması onunla əlaqədardır ki, bu ölkədə nərə balığının müdafiəsi və yetişdirilməsi üçün kifayət qədər iş görülmür. Bundan əlavə, Azərbaycanda brakonyerlik inkişaf edib. Belə ki, paytaxtın bütün bazarlarında qanunsuz əldə olunmuş kürünü çox asanlıqla almaq olar.

Nərə kürüsünün ixracına dair sazişlərdə müəyyən olunmuş kvotalar Nəsli Kəsilməkdə olan Yabanı Flora və Fauna Növlərinin Ticarəti üzrə Beynəlxalq Konvensiyanın Katibliyində (CITES) təsdiq olunmalıdır.

BMT nərə balığını yox olmaqda olan nadir növ hesab etdiyindən, nərə kürüsünün beynəlxalq ticarəti hökumət səviyyəsində sanksiyalaşdırılmalıdır. 1998-ci ildən satış həcmi CITES ilə razılaşdırılır.

Qara kürü üç növə ayrılır: ağbalıq (ən bahalı və qiymətli), nərə və uzunburun balığın kürüsü. Xəzər dənizində bütün qara kürünün 90%-i istehsal olunur. / «Frans Press» - «Turan» /
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: MAHIR KANDIL Haradan: LONDRA
27.07.2010 06:33
Devlet bu mali isleyip, degerlendirip satip (ihrac edip) Devletin KASASINA koyuyorsa mesele olmamali. Bu ma, Londra da neredeyse kucuk 100 grami 50 Ingiliz Sterlininden ucuz degil. Cok kiymetldir. Sizi anliyorum. Ama ben bu gune kadar havyar yemedim. Sadece tattim. Yemesemde olur. Bu mesele olmamali.

Kimdən: Ramil Haradan: Baki
24.07.2010 19:28
Heç bir ölkə Azərbaycan iqtidarı kimi öz ölkəsinin sərvətlərini vəhşicəsinə talamır.

Kimdən: bakilidan Haradan: bakidan
24.07.2010 17:29
HARAM OLSUN rushvatxor .korrupsioner bisavad mamurlara

Kimdən: mahir Haradan: baku
24.07.2010 14:49
BAZARDA GORENDEN GORENE BILIREM KI BU ASATRINDIR.BIZ KASIBLAR UCUN DEYIL.

Kimdən: Bakili
24.07.2010 13:45
Osatrina ve kurunu 35 il evvel-sovetin dovrunde yediyim olub.Yad Rusiya malimizi meninsese de,hec olmasa,bize dadmaqa da icaze verirdi.Ozumku ise deyir:"Fehle,ozunu sen de bir insanmi sayirsan".....

Kimdən: kəmsavad
24.07.2010 13:22
Hörmətli AR,
üç dəfə oxudum, şəkilə də diqqətlə baxdım vallah söhbətin nədən getdiyini bilmədim.
uşaqlar dediki, papa deyəsən bankaların içində nəsə yeməli bir şey var.

əgər uşaqlar deyən düzdürsə məni üzürlü sayın, yaşla bağlı unutqanlıq ola bilər.
Cavab

Kimdən: Anonim
24.07.2010 19:11
kemsavad ushaqlara de ki,ag zolagli bedenler bizim memurlarin tez-tez qonagi olan qohumlaridir,xestelenib yatirlar,bankadaki ise onlarin analizidir,qohumlarina aparirlar analiz etmeye:)