Dinlə

Canlı efir

İşdən sonra - AXCP-Müsavatın yeni seçki bloku elan olundu

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Bloqlar / Niyazi Mehdi

«Qıl körpüsü» ilə yerişdən

Niyazi Mehdi

Niyazi Mehdi

24.07.2010
Bu günlərdə «Dəyərlər» İnternet radiosu görkəmli alim Lütfi Zadənin müsahibəsi haqqında mənim düşüncələrimi soruşmuşdu. Sualları cavablandırdım. İndi isə fikirləşdim ki, orada söyləmədiyimi yazıya gətirim.

HEÇ DƏ HAMININ HƏZM EDƏ BİLMƏDİYİ SÖZ

Görünür, bizdə İlham Əliyevin idarəçiliyinə tam tənqidi yanaşanlarda onun Lütfi Zadə tərəfindən «işıqlı lider» adlandırılması ya şübhə, ya da hiddət doğurur. Mənə gələndə isə belə alimlərin sözlərini terapevtik qavramağa çalışıram. Nə mənada, onu anladım.

SİYASİ MƏDƏNİYYƏTİMİZİN ÖHDƏSİNDƏN GƏLMƏDİYİ PROBLEM

Məncə, Azərbaycanın bağımsızlıq çağındakı siyasi tarixinə ən ciddi əngəllərdən biri o olmuşdu ki, nifrət dolu düşmənçiliyi uyqar, sivilizasiyaya yaraşan rəqabətə transformasiya edə bilməmişik. Suverenlik uğrunda meydan çarpışmalarını yada salın: o zaman meydan liderləri kommunist liderləri xalq düşməni, satqınlar kimi ifşa edəndə uyğun olaraq belə danışmağa cürət etmiş qəhrəmanlar görkünü qazanmışdılar (bir çoxları doğrudan da qəhrəman idi). Beləcə, onlar kütlənin enerjisi ilə silahlanmış oldular. Sonralar Heydər Əliyev hakimiyyətə gələndə demokratiya mübarizləri bilincli ya bilincsiz əski silahdan istifadə etmək istədilər. Yəni yenə onları milli maraqların düşməni elan etdilər ki, kütlənin enerjisi ilə silahlansınlar və qəhrəmanlıq görkünü qazansınlar. Beləcə, nifrət dolu düşmənçilik indiyənəcən Azərbaycan siyasətinin «alın yazısına» çevrilib.

Sayğılı oxucu, bu tip məsələləri çözmək çox zordur, çünki konfrontasiya dərin olanda ya o tərəfin, ya bu tərəfin gözündə satqın, vasitəçilikdən çıxarı götürmək istəyən adam kimi görünürsən …sanki hər an sağa, ya sola yıxılacağın «qıl körpüsü» ilə yeriyirsən. İndi də məni bu qıl körpüsünün xofu basıb və dayanmaq istəyirəm. Ancaq problem varsa, onu düşünməliyik, dartışmalıyıq, axı!

MƏN ANLAYIRAM...

Mən anlayıram, müxalifətin haqlı olduğunu göstərməyə öz arqumentləri var. Mən bilirəm, indi hər iki tərəfin faktları var ki, biz filan vaxt əməkdaşlıq, bir masada oturub söhbətləşmək təklif etmişdik və s. Ancaq bu an mən haqlı-haqsız kateqoriyalarında düşünmək istəmirəm, çünki anlatmaq istədiklərimə əngəl olacaq. Demək istədiyim isə bir şeydir: fakt odur ki, Azərbaycan siyasi meydanında nifrət dolu düşmənçilik sürüb davam edir və hər tərəf biri az, biri çox özünə yeni əsgərlər toplayır. Yenə deyirəm, sanki yaxın tariximizdə bu düşmənçiliyə yol verməmək üçün nələrsə edilmiş, nələrsə deyilmişdi. Sovetlər dağılanda nazirlərin sözü vardı, «biz də bu xalqın övladıyıq». Cəbhə hakimiyyəti isə vəzifələrdə xeyli Sovet məmurlarını saxlamışdı. Ancaq fakt budur ki, Azərbaycan mənəviyyatı və siyasi mədəniyyəti nifrət düşmənçiliyini uyqar siyasi konfliktə transformasiya edə bilmədi və ona görə də belə qorxunc biçim alıb: sağda və solda düşmən cəbhəsi düzülüb, ortada olanlar isə qorxaqlar, ikiüzlülər, vasitəçilikdən qazanmaq istəyənlər kimi görünürlər.

Kiçik yazıda bu durumla bağlı çalarlı keçidləri demək olmur. Ancaq faktdır ki, siyasi mənzərəmizdə bu görünüş var və bir tayda dövlətin resurslarını özünə güc edə bilmiş partiyanın acıq verən sözləri, o biri tayda isə məğlub siyasilərin pərt, məyus üzləri.

Mən anlayıram ki, nə bir sözlə, nə bir gedişlə Azərbaycanda nifrətli düşmənçiliyi siyasi yarışa transformasiya etmək olmazdı. Bunu bizdə heç Avropa Şurası, Avropa Birliyi, ABŞ-də bacarmadısa, hansımız bacarardıq?! Bunun üçün transformasiyanın infrastrukturları, institual mexanizmləri olmalıydı, olmadı!

BƏS NƏ OLSUN?

Ancaq bu da faktdır ki, hal-hazırda dediyim düşmənçilik sürüb gedir. Ona görə də Zeynal Məmmədli Anara qəzəblilərin qəzəbinə su səpmək istəyəndə pis olur.. Ona görə də yabançı gəlib Bakının yeni gözəlliyinə heyran olanda «yox elə deyil» demək istəyirsən. Ona görə də Lütfizadənin tərifini həzm edə bilmirik. Bu an mən «kim haqlı, kim haqsız» məsələsini qoymuram. Mən «nə haldayıq» məsələsini qoyuram. Bir də demək istəyirəm ki, bu halımıza görə də yaşamaq Azərbaycan mənəviyyatının «burnundan gəlir». Sonda istəyirəm özümə elə söz deyim ki, yazdıqlarımdan utanmayım və bu zaman Azər Qaraçənlinin düşüncəsi bir az da olsa, hayıma çatır: - «Cəmiyyəti qızışdırmadan da onu azadlığa doğru yönəltmək olar» (Bax: «Azadlıq nitqləri». B.: Qanun, 2010, s.8).
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Azər Qaraçənli Şəhər: Bakı
26.07.2010 17:22
Niyazi bəy, nə gizlədim, yazınızda mənim fikrimə yer və dəyər verdiyinizi görəndə sevindim. İnsanları qızışdırmadan azadlıq uğrunda mübarizəyə yönəltmək çətin, amma vacibdi. Çətindi ona görə ki, bu missiyanı həyata keçirmək istəyən, insanları qızışdırmadan azadlıq uğrunda mübarizəyə yönəltmək istəyən adam - insanları küyləmədən öz tərəfinə çəkməlidi. Vacibdi ona görə ki, yalnız dinc, insanları qızışdırmayan, küyləməyən mübarizənin əxlaqına tam etibar eləmək, onun sənin və başqalarının həyatına dəyər verdiyinə tam inanmaq mümkündü.
Cavab

Kimdən: OSensei
27.07.2010 20:44
Azər müəllim, sizin bu ideyanız özlüyündə pis deyil, amma bizim toplumun düşüncə səviyyəsində deyil. Bunu elə-belə demirəm, bu sahədə az-çox tədqiqat aparmışam. İdeya əslində kütlənin psixologiyası ilə uyuşanda "işlək" olur. Problem genişdir. Yalnız bir məqamı qeyd edim: bizim toplumun mentalitetində "xoruz döyüşdürmək" var. Fikir verin ki, reytinq naminə bütün TV proqramlar az-çox dərəcədə bunun üzərində qurulub. Seçki zamanı Hafiz Paşayevdi nədi onun qəflətən "zühur" etməsi də bunun təzahürüdür. Qərb sivilizasiyasında "xoruz" prinsipi işləmədiyi kimi bizim toplumda da hələ "küy" prinsipindən başqası işləmir.
Cavab

Kimdən: Qaqa Şəhər: Agdam
26.07.2010 22:03
Azer qaqa Qaracenli.Sizin yazilarinizi harda daha cox oxumaq olar.
Cavab

Kimdən: Azər Qaraçənli Şəhər: Bakı
27.07.2010 00:04
www.mediaforum.az saytından. Mənim fərdi bloqum da var: www.az.azeriblog.com. Ancaq "Azadlıq nitqləri"ni və başqa bir neçə yeni yazımı hələ ki, bloqumda yerləşdirməmişəm. Doğrusu, bloqa lazımınca vaxt ayıra bilmirəm.

Kimdən: Qızılüzən
26.07.2010 13:48
Niyazi bəy, sizin yazılarınızı həmişə həvəslə oxuyuram. Bu yazınıza kiçik bir iradım var. Avropa mənşəli uzunhava bənzəri terminlər adamı qorxudur. Elə mən özüm də bu qorxudan bu yaxınlarda xilas ola bilmişəm. Bəs başqa oxucularımız?

Kimdən: I. Şəhər: QIL KORPUDEN
25.07.2010 16:21
Sual deqiq qoyulub:"ne haldayiq".Fikrimce 1993-cu ilden bashlayan ve dushmencilik heddinde olan ictimai-siyasi munasibetlerin liberallashmasinda,mulayimleshmesinde rol oynayan yegane shexs hele ki,Ilham Aliyev ola biler".Men butun Azerbaycan vetendashlarinin prezidentiyem,haminin huququnu qorumaq menim vezifemdi" deyen devlet bashcisi tedricen bu beyanatini reallashdirmalidi.Meselen, muxalifetden olan ve ya muxalifyonumlu bir shexsi devlet bashcisi lazimli bilib ,bir mutexessis kimi ish teklif edir.Bu teklifi prezident ozu teklif etmeye de biler.Ele Niyazi bey ,Sizi ali mekteblerin birine rektor teyin etse ne olar?Mene ele gelir ki,alcaldici shert olmadan(YAP-a uzv olmaq,televiziyada Isa Gemberi soymek,indiyedek sehv etdiyini dedizdirmek kimi) Siz onu qebul etseniz cox gozel olar ve Siz de,qanunlar cercivesinde fealiyyet gostereceksiniz..Bu zaman musavatcilar ne deyecek?Onlar Size satqin deseler sehv etmish olarlar.Axi Siz daha yaxsh rektor olacaqsiniz.Imtina etseniz sizin yerinize yene bir rushvetxor olacaq.Azer Garacenli haqlidi ,qizishdirmadan da mumkundu ve ele bu situasiya mumkun variantlardan biridi.Sizce men sehv dushunurem?Xahish edirem,bu movzunu men dediyim mumkun variant istiqametinde ishleyib yeni bir meqale yazasiniz.Mene ele gelir ki,bu heyatimizin vacib tereflerinden biri kimi cox aktualdir."QIL KORPU "qeder aktual...

Kimdən: Nahid Şəhər: baki
25.07.2010 10:26
Deyirem ziyalılarimiz belə olanda bes biz ne edek?
Evvella bunlar ele "elmi" sozlerden istifade edərək oberrasiya olunurlar ki, bunlarin fikirlərini xalq tam anlaya bilmesin...hem de onde əsas şəsi maraq durur.onlar her an "yuxarılardan" gele bilecek tesirlerden dehşetli suretde qorxurlar.ona gore de heqiqetden yayinma prinsipini hemişe ustun tuturlar..20 ildir by fikirlerle yaşayan ziyalılarimiz ele bu kimi fikirleri defelerle beyan edirler..bes hani bizim hesretinde olduğumuz azadlıq qirintilari?????

Kimdən: yorulmush oxucu
25.07.2010 04:08
N.Mehdinin yazilarini oxumaga hovsele lazimdir. Hemisheki kimi, choxlu-choxlu soz toplusu, soz oynatmag ve nala mixa vurmag bu Niyazi muellimin strategiyasidir. Oxuyan kesler sadece bu choxlu soz toplusunun icinde azib galir..

Kimdən: Rüstem Şəhər: Macaristan
25.07.2010 03:37
Salam eziz Niyazi bey!
Cox sevinirem ki,milletimin Sizin kimi alimleri var! Bütüm yazilariniz marag obyektine cevrilir.Mence cenab Lütfü Zadenin cenab Prezidentimiz Ilham Eliyevi "isigli lider"adlandirmagi hec kimde bir o geder de hiddet dogurmamalidir.Evvala o yasli insandir özü de Azerbaycandan kenarda yasayir.Siz demisken onu anlamag lazimdir! Geribcilik cox pis seydir,kas ölkemizde ele bir serait yaranaydi ki,ele bir atmosfera olaydi ki,insanlarimiz dolanisig ücün basga ölkelere sepelenmeyeydiler! Axi hamimiz bu milletin övladlariyig! Cox teessüf ki,siyasi medeniyyetimiz hele cox berbad haldadir! Bir hegigeti etiraf etmeliyik.Indi azerbaycan milleti en baximsizliq caglarindan birini yasayir! Igtidar ve müxalif güvveler arasinda münasibet keskin barismaz haldadir.Bu ise ölkenin geleceyini sual altda goyur! Müxalifet xalgin enerjisi ile silahlana bilmir,cünki,artig ölkede enerjisi olan insan da tükenim! Ancag igtidarda cemlenmis bir aile ve onun etrafinin her terefli enerjisi cox böyükdür.Bizleri bir-birimize düsmen eden sebebler nedir?Hedden artig nefisliliyimizmi?Bir insana,aileye ne geder pul lazimdir ki,ömrünü kefle basa vursun? Bes cörek,et üzüne möhtac galanlar,xestesine dava-derman almaga pulu olmayanlar bizlerden deyilmi?Etrafdaki,telxek-tülxekleri yox edib,cavan,savadli kadrlarla ölkeni idare etmek olmazmi?Bunun neyi pis olardi?Her sey de prezidentin ciynine düsmezdi!Here öz isini bilerdi! Axi biz niye bedbext millet kimi yasamaliyig?Bedbextcilik,beyem azerbaycanlinin alin yazisi olmalidirmi?
Niyazi müellim,axi niye sizli,sizsiz coxlarimizi gil körpüsünün xofu basmalidir? Axi,niye?Görürsünüzmü cenab professor,bu yene de bizim cemiyyetin anormalligini bir daha sübut eden faktlardan biridir! Axi niye biz anormal cemiyyetde yasamaliyig? Axi normal cemiyyetde yasmaga her cür serait ve imkanlarimiz var! Eyer isteyirikse! Istemeyenler kimdir?!
Niyazi bey!Sizi gil körpüsünün xofu dayandirmamalidir! Onda Siz de yazici Anar Rzazade olarsiniz! Siz ve sizin kimi savadli ve cüretli alimlerimiz,müxalif liderlerimiz hamiligla, milletimizin,ölkemizin talehini tekbasina,ancag hakimiyyetdekilerin ümüdüne buraxa bilmersiniz! Bunu etmeye ixtiyariniz catmir!Bunu sizlere ne millet ne de tarix bagislamaz! Sizler bu igtidarin güzgüsü olmalisiniz?Ve bütün sehfleri onlarin üzüne demekden cekinmemelisiniz! Yoxsam bir millet kimi menaviyyatsizlasib,cirkambiligin icinde eriyib yox ola bilerik!
Cox düz buyurursunuz ki,problem varsa onu düsünmeliyik,dartismaliyig!Eziz Niyazi bey,düsünürükmü,dartisirigmi?! Coxlugun düsünmek,dartismag gabiliyyeti varmi? Varsa,onda niye bir bu geder dövr erzinde bir kendimi bele demirem,yüz metr torpagimizi düsmenden geri ala bilmemisik!?Hani bizim erenlerden ibaret partizan destelerimiz?Belke ermenilerin geceler yuxularina haram gatirig Garabagda!? Hani milletin düsünen beyni Ziya Bünyadov!? Onun yazar eli Elmar Hüseynov! Neye göre hebsxanada cürümelidir Eynulla ve onu kimi yazarlarimiz,düsünen beyinlerimiz? Bütün bunlar sizce gorxunc deyilmi?Ve bir milletin sonu deyilmi? Yoxsam, bu millete düsünen beyinler,yazan eller lazim deyil?! Belkem telxekler toplumuna cevrilek!
Gözel buyurursunuz,Azerbaycan siyasi meydaninda nifret dolu düsmencilik davam edir.Belke bütün bunlarin olmamasi ücün,Siz ve sizin kimileri nelerse etmelidir!Axi bu xalgin düsünen beyinleri siz ziyalilarsiniz!Sizler bacarmadigini kimler bacara bilecek! Azerbaycan menaviyyatini,onun siyasi medeniyyetini ucurumun mengenesinden gurtarib,xilas etmeseniz,ciceklenmesine serait yarada bilmeseniz, milletimiz batagligda hele cox cabalayacagdir!
Buyurun menim eziz ziyalilarim! Cemiyyeti gizisdirmadan onu azadliga dogru yöneldin! Düz buyurursunuz,Azerbaycanin hali cox pisdir.Onu halina yananlar varsa ortaliga cixsin! Axi, biz hamiligla onun balalariyig!!!!
Hec olmasa layigli balalr olmaga calisag,yoxsam geci-tezi o süd burnumuzdan gelecek!...
Rüstem,Budapest.

Kimdən: Firuz Şəhər: Bakı
24.07.2010 21:54
Hörmətli professor!
Hər zaman olduğu kimi, yenə də yazınızı diqqətlə oxudum. Razıyam, Azərbaycanda «bizimlə olmayan bizim düşmənimizdir» prinsipi bütün sahələrdə özünü qabarıq şəkildə göstərməkdədir və bu, gələcək üçün yaxşı heç nə vəd etmir. Amma söhbət konkret iqtidar – müxalifət münasibətlərindəki düşmənçilik atmosferindən gedirsə, hansısa müxaliət nümayəndəsini buna görə qınamağı ən azı insafsızlıq sayıram. Hər zaman haqqı tapdanan, seçkilərdə səsi oğurlanan, mitinq, yaxud piket keçirmək üçün müraciətlərinə istehzalı cavab alan (kütləvi tədbirlərin keçirilməsi üçün iqtidar elə ərazilər təklif edir ki, buna yalnız bir ad vermək olar - məzələnmək) cəmiyyətin bu kəsiminin iqtidara münasibəti başqa nə cür ola bilər ki?
O ki qaldı Lütfi Zadənin müsahibəsində səsləndirdiyi dəyərsiz fikirlərə – mən heç təəccüblənmədim və onun sözlərindən rəncidə olanların narazılığı heyrətimə səbəb oldu. Əcəba, cənab Zadədən fərqli fikirlərmi gözləyirdiniz? Bildiyim qədər bu şəxs indiyədək heç zaman azəri-türk kökənli olduğundan şərəf duyduğu ilə bağlı bir kəlmə də deməyib. Özünü bizdən biri saymaq istəməyənin bizim dərdimizə yanacağını gözləmək uşaq sadəlövhlüyü deyilmi görəsən?!..
Cavab

Kimdən: Shah Ismayil Şəhər: Sankt Peterburq
25.07.2010 01:54
Bax buna deyerem esl ziyali.Problemin ele ince yerinden yapishib ki,butun meselelerin helli gelib ordan adlayir.Yagishdan qabaq goy guruldamasi,shimshek caxmagi neden yarandigini coxluq bilir.Iki idyalogiyanin bir cemiyyetde toqqushmasi da bu veziyyete getirib cixarir.Kommunist( derd burasindadir ki,ne yardan doyur,ne elden qoyur kommunistlerdir bunlar) ve Musavatciliq idyalogiyasi.Xalq qapali bir rejimden cixmash iken,ele veziyyetle qarshilashib ki,qalib cash-bash.Qapali cemiyyetden cixdiq neydi,indiki adi bilinmeyen qurlusha daxil olduq neydi.Butun bunlarin bashinda strateji xettin cizilmamasidir ki,gelib bu veziyyetle uzleshmishik.Hara gedirik.Bu yol ne qeder davam edecek.Butun bilinen problemlerin acarini dushmencilik ovqatinda yogrulmush iki qutb arasindaki veziyyeti analiz eden deyerli ziyalimiza cox sag ol demekle,hemde onu bildirmek isteyirik ki,bu cur yazilarinizi acgozlukle oxumaqla beraber,isterdik yazilariniz genish shekilde yazilaraq problemleri daha da aciq shekilde gosteresiniz.Bir daha teshekkur edirik.

Kimdən: OSensei
24.07.2010 20:58
Niyazi müəllim, məncə problem daha dərindədir. Filosofların dili ilə desək, sizin təhlil etdiyiniz məqamlar düzdür, amma "təzahürü" əks etdirir, "mahiyyət" isə daha dərindədir və bu bir çox cəhətdən gizlində qalır. Cəmiyyətimizdə adi-gündəlik həyatda da sanki hamı-hamıya düşməndir, hamının üzündən "zəhrimar" yağır. Elə sizin Miili Elmlər Akademiyasında da yazıq aspirantlar bu cür "ağsaqqalların" bir-birini həzm edə bilməməsindən çox zaman əziyyət çəkirlər. Siyasi həyatda yenə aydındır: pul, hakimiyyət və s. Bəs ümumən niyə cəmiyyətimizdə insanlarası münasibətlər xeli dərəcədə kobuddur? Bunun fəlsəfi analizini verə bilərsiniz? Əslində siyasi münasibətlər də ümumən ictimai münasibətlərin bir forması olub xeyli dərəcədə mənim qoyduğum suala veriləcək cavabdan asılıdır.
Cavab

Kimdən: rushvetden bezmish
25.07.2010 03:57
ay Sense,

bu cur it heyati yashayn insanlar bashga cur de ola bilmez.