Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:09

Bloqlar / D.Dilim-Dilimov

Vısotskinin həyatı kimi ölümü də Kremli dalana dirəmişdi

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Tələbə yoldaşım Lavrentiy tez-tez səhərlər, dərsə gedəndə etiraf edirdi:

- Bu gün möhkəm vurulmuşam...

- Doğrudan, Larik, kimdir o bədbəxt? – deyə maraqlananda həmişə cavab verərdi:

- Hələ bilmirəm, axşama qədər tapım gərək...

Bir gün onun bu qəribə vurulğanılığının səbəbi mənə aydın oldu. Lavrentiy qonşu otağa köçəndə məlum oldu ki, səhər yuxudan oyanan kimi o, Vladimir Vısotskinin “Lirik mahnısını” dinləyir.

(mahnını burada dinləmək olar)


“...Cadugarlar min illiyinə sənin dünyanı
məndən və işıqdan gizlətsələr belə,
Sansan da yaşadığın bu sehrli meşədən gözəl yer ola bilməz.
Yenə də qaçıracağam səni yarpaqların sübh şehi görmədiyi,
ay işığının çiskin səmadan küsdüyü bu yerdən,
eyvanı dənizə açılan işıqlı bir evə...” (
Burda və sonra sərbəst tərçümələr mənimdir və ola bilər ki, Azərbaycan dilində bu misraların bədii tərcüməsi mövcuddur – D.D.)

MİSLİ GÖRÜNMƏYƏN İZDİHAM

Həyatı kimi Vladimir Vısotskinin ölümü də onu bir dəqiqə belə gözdən qoymayan Kremli caş-baş salmışdı – qərara gələ bilmirdilər ki, nə etsinlər.

Moskva, Vaqankova qəbirstanlığı, 25 yanvar 2008-ci il. Minlərlə insan Vısotskinin 70 illliyi ilə bağlı onun məzarını ziyarət edir
1980-ci il  iyulun 25-də ürək tutmasından qəflətən keçinən şairin ölüm xəbərini hər ehtimala qarşı gizli saxladılar. Amma izdihamlı dəfninin qarşısını da ala bilmədilər, daha doğrusu cürət etmədilər.

Həmin günlər Moskvada olimpiya oyunları keçirilirdi. Şəhərdə ancaq yerli qeydiyyatı olan sakinlər qalmış, bütün bomjlar, qonaqlar, tələbə və müvəqqəti işçilər paytaxtdan çıxarilmışdılar. Üstəlik də bütün SSRİ-dən milis işçilərini tökmüşdülər bura ki, Moskvanın xoşbəxtlik paytaxtı mənzərəsinə xələl gətirəcək hər şeyin qarşısını alsınlar. Xüsusi icazə olmadan şəhərə giriş qadağan idi.

Bütün bunlara baxmayaraq şairi son mənzilə yola salmaq üçün yüz minlərlə insan Vaqankova qəbirstanlığına axışırdı (Veçerniy Moskva qəzeti onun ölümü haqda qısa məlumat dərc etmişdi. Buna görə qəzetin baş redaktorunu işdən çıxartdılar).

Bu, SSRİ tarixinin ilk ən böyük sanksiyalaşdılırılmamış yürüşü də sayıla bilərdi.

"OĞRU TÜRMƏDƏ OTURMALIDIR!"

SSRİ məkanında Vısotskini tanımayan nadir adama hardasa rast gəlmək mümkün idi - ölkə böyük idi, rus dilini bilməyənlər yox deyildi.

Samarada Vüsotskinin heykəli
Amma “Görüş yerini dəyişmək olmaz” filminin qəhrəmanı Qleb Jiqlov yəqin ki, hamiya tanış idi.

Bu serial sovet televiziyasında göstıriləndən sonra hara gedirdin, Jiqlovun (bu rolu Visotski ifa edirdi) yoğun səsini təlqin edirdilər. Küçədə, avtobusda, kafedə, stadionda, saunada elə hey eşidərdin:

Oğru – türmədə oturmalıdır. Oturacaq da, mən dedim, qurtardı!”

Və ya “İndi isə Qozbel, dedim Qozbel!”

DÜNYAYA MEYDAN OXUYAN REJİM BİR ADAMIN QARŞISINDA ACİZ QALMIŞDI


Vısotskiy o qədər nadir bir fenomen idi ki, alt trikotajının istehsalına qədər hər şeyi planlaşdıran, siyasi rəqiblərini Meksikada belə qətlə yetirən, kosmosa adam göndərən bir ölkənin rəhbərliyi onunla necə davranacığını heç cürə müəyyən edə bilmirdi.

Gah onun mahnılarını qadağan edir, gah da solo konsertlərinə icazə verirdilər. Bir dəfə hətta Leninqradın “Melodiya” firmasına onun qramplastinkasını buraxmağa icazə vermişdilər.

Sovet rəhbərliyini başa düşmək olardı.

Bir tərəfdən vətənpərvərlik hisslərinin oyatmaqda onun iki cüt-bir tək mahnısı sovet təbliğat maşınının 60 illik ideoloji irsini kölgədə qoymaq gücündə idi.

(Belə mahnılardan birinə nümunə)


Sovet ordusunda hərbi təlimlərdən əvvəl əsgərləri bir yerə toplaıb “O dünən döyüşdən qayıtmamışdı...” mahnısını oxutdurardılar.

- Dost, saxla çəkim,
Cavabında isə sükut,
O, dünən döyüşdən qayıtmamışdı...

(Məlumat üçün deyim ki, vaxt vardı siqareti iki və daha artıq adam arasında bölüşdürmək adi hal idi. “Saxla, çəkim” deyərdilər. Və tez-tez də eşidərdin “Cavabında isə sükut”. Bəzən bu sözü işlədənlər onun müəllifinin Vısotskiy olduğunu belə bilmirdilər).

Minlərlə gənc Vısotskinin alpinistlər haqqında mahnılarının təsirindən üz tutardılar Qafqazın və Pamirin yüksək zirvələrini fəth etməyə.

“Dağlardan yaxşı ancaq dağlar ola bilər. O dağlar ki, orada hələ olmamısan”

"ZÜRAFƏ BÖYÜKDÜR, ÖZÜ YAXŞI BİLƏR!"

Digər tərəfdən isə, Vısotskinin yaradıcılığı sovet senzurasının tüklərini biz-biz qoyan mahnılarla dolu idi.

Ölkənin müxtəlif yerlərində partiya və komsomol rəhbərlərinə etiraz etmək əvəzinə Vısotskinin “Zürafə” mahnısının “Zürafə böyükdür, özü daha yaxşı bilər” sözləri ilə cavab verirdilər.

(mahnını burada dinləmək olar)

Sarı, isti Afrikada, onun mərkəzi hissəsində,
Necəsə oldu, qrafikdən kənar, bədbəxtlik baş verdi.
Və hətta nə baş verdiyini anlamayan fil tələsik
Elan etdi, görünür daşqın olacaq.
Əlqərəz, bir zürafə antilopa vurulmuşdu.

Bu yerdə qopdu mərəkə, ulaşma, hay-küy,
Elə bircə qoca tutuquşu ucadan dedi: 
“Zürafə böyükdür, özü yaxşı bilər!”

ŞAİR, BƏSTƏKAR, AKTYOR, MÜĞƏNNİ, FİLOSOF VƏ... SİMVOL

Vladimir Vısotskini şair kimi təqdim etsəm də, əslində eyni məntiqlə ona aktyor, bəstəkar, müğənni və ya filosof da demək olardı.

Şəxsən mənim aləmimdə Vladimir Vısotskiy ilk növbədə Azad İnsan idi. AZADLİQ simvolu.

Vısotskinin həyat yoldaşı Marina Vladi ona həsr etdiyi "Vladimir" kitabının təqdimat mərasimində. Moskva. 5 fevral 2009
Çünki nədir Azadlıq? Insanin özünün-özü olmaq imkanı.

Vısotskiy fenomeni bu imkanın utopiya deyil, dünyəvi bir nemət olmasına dəlalət idi.

Özünü ancaq insan azadlığını boğmaqda tanıyan bir sistem nə onun yaradıcılığının, nə iradəsinin, nə də ...məhəbbətinin qarşısını ala bildi (Vısotskinin Fransa vətəndaşı, aktrisa Marina Vladi ilə nikahına icazə vermişdi).

VISOTSKİY VƏ AZƏRBAYCAN

Bu gün Azərbaycanda əvvəl iqtisadiyyat, sonra demokratiya deyən hakimlərin də, yarıdissidentlərə çevrilmiş müxaliflərin də, "Anar haqlıdır, Anar haqsızdır" davasına çıxan ziyalıların da, lap elə Anarın özünün də universal bir cavabı ola bilərdi – Vladimir Vısotskiy.

Əslində, Vısotskiy fenomenini izah etmək mümkün deyil. Çünki Vısotskiy onu izah edəcək dəyər sistemindən xeyli əvvəl dünyaya gəlib.

Məncə, hansısa bir ölçü sisteminin bir qütbünə Azərbaycandakı ictimai-siyasi münasibətlərin səmimilik dərəcəsini yeləşdirsən, mütləq əks qütbə Vısotskinin azadlıq əmsalını yazmaq lazımdır.

***

Tələbə yoldaşım Lavrentiy nəhayət bir gün ailə qurdu. Oğlu oldu.

- Adını Vladimir qoydum, - məni görəndə sevincək xəbər verdi. - Soruşanda deyəcəm Leninin şərəfinədir, amma, əslində, Vısotskinin xatirəsinə...
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Tofik Haradan: Moskva
31.07.2010 05:18
Visotski sovetski Bard idi. Onun kimise hec vaxt olmayacaxx. Azadliq radiosuna sag olsun ki bele adamlari yadimiza salir.

Kimdən: ölü adam
29.07.2010 10:03
Yeqın kı Zelimxan bey sözünü bele bitirdi...

Aranda yaylaxda doğmadı manqa
Yaylağı aranda görmesem öllem!
Verdiy ermeniye Muroy dağını
Bayrağın zirvede görmesem öllem öllem öllem!!!

Başqa ne deyesidi eeee...
amma cetın kı öle cünki yalag artıq arana enib,Qarabag yaylaqlarında at oynadanlar indi Beyleqan,Saatlı ve s aran rayonlarımızda illerdır zülm cekir..
Allah bir xalqı cezalandırmaq istese onun başına öz içinden en nadanları onlara başçı seçer ki ireli gede bilmesinler

Kimdən: Dilim-dilimov
29.07.2010 01:34
Shahin, hormetli Zelimxan Yaqubun cixishinin qurtarmasi Dunyanin axiri demek olardi. Sadece onu deye bilerem ki, meclisin sonuna qeder gozunu zalin tavanindan cekmedi. Cixishinin qisa megzini ise pravoslavlarin duasi ile ifade etmek olardi, VO IMYA SINYA, OTCA I SVYATOGO DUXA...

Kimdən: bezmish
28.07.2010 15:40
heyf ki, bizim Visotskilerimiz yoxdur, ki yoxdur. Yaranmir ki, yaranmir!

Bezdik bu meddah-senet adamlarindan ve ya senet adamlarinin meddah danishiglarindan...

Niye bizim hech neyimiz )neftden savayi, o da ki, dogru-durust bize mensub deyil) hetta Visotskimiz bele yoxdur?

Kimdən: Solmaz Haradan: Baki
27.07.2010 22:37
Muellifle raziyam ki. Visotski sistemdenkenar, qeyri-adi bir shexsiyyet idi. Tesadufi deyil ki, onu ne Qerb, ne de Sovet sivilizasiyasi qebil etdi. Eyni zamanda oz olkesinde intellektuallardan tutmush kriminal alemin avtoritetlerine qeder hamiya yaxin idi. Allah rehmet elesin!!!

Kimdən: Murad
27.07.2010 11:51
kommunist qerdesh, cox kapitalizm-kapitalizm deme...Azerbaycanin indiki hakimiyyeti ele kommunistlerin tor-tokuntukeridi. Ona gore de bu gundeyik. Azerbaycanin kapitalistlerinin bolhsvikikler mehv eledi.
Cavab

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
28.07.2010 14:16
YOX onlar dunənin kommunistləri deyillər,bu gunun DEMOKRATLARIDIRLAR,lap sizin kimi.....
Cavab

Kimdən: Murad
29.07.2010 17:04
Tovarish, kommunistin diilinden DEMOKRATIYA sozu cixanda adamin aglina Sherqi Almaniya, Shilmali Koreya gelir... Incime, senin utopiyani dunyada ona gore ciddi qebul elemirler ki, istenilen KOMMUNIST sabah donub demokrat, biriisigun GENERAL, sonra DINDAR olsa da, ureyinde hemishe mulkiyyetci olaraq qalir...

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
27.07.2010 01:46
Oğru - turmədə oturmalıdır,necədə gunumuzlə səsləşən ifadədir...bu gunumuz ucun olduqca aktualdır.Sanki gunumuzun KAPİTAL oğrularını görubdə yazıb.Vısotski yaşasaydı görərdiki onun bu ifadəsi KAPİTALİZMƏ cox yaraşır....

Kimdən: Kemale
26.07.2010 14:16
insanlara maraqli olmasini ve maraq dogurduqca da onu yaxindan tanidiqda ferqliliyini gormemek olmur.

Kimdən: Qızılüzən Haradan: Bakı
26.07.2010 13:57
Super...

Kimdən: Konul Haradan: Baki
26.07.2010 12:51
Ela alinib.

Anar haqlidi, Anar haqsizdi :) bu lap dilemmaya cevrilib. Olum ölüm yalan olub bunun yaninda.
Səhifə (3)
    Növbəti