Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


İqtisadiyyat

İşsizlik ləğv olundu?

26.07.2010
Azər Mehtiyev
Azərbaycanda rəsmi işsizlərin sayı 40 mindir. Dövlət Statistika Komitəsindən verilən məlumatda belə deyilir. O zaman ölkədə rəsmən işsizliyin az qala ləğv olunduğunu elan etmək olar ki… Amma tələsməyək.

«Diqqət yetirirsizsə, son yeddi-səkkiz ildə ölkədə 800 mindən çox iş yerinin açılmasından danışılır. Amma eyni vaxtda da işsizlik səviyyəsinin çox aşağı, elə 40-50 min işsiz olmasından danışılır. Onların dediyinə inansaydıq, onda ölkədə yaradılmış bu qədər iş yeri üçün elə bir o qədər də miqrant gəlməliydi. Halbuki, əmək miqrantlarının sayı da yüz minlərlə ölçülmür».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev belə deyir. İqtisadçı ona diqqət çəkir ki, rəsmilərin dilindən çıxan rəqəmlər arasında ziddiyyətlər var. Məsələn, rəsmi məlumatlara görə, Azərbaycanda əmək qabiliyyətli insanların təxminən beş faizi işsizdir. Bu da təbii ki, 40 mindən daha çoxdur:

«Yəni bu halda yetərincə böyük rəqəmdən söhbət gedir. Ölkədə əmək qabiliyyətli əhalinin sayı 3,5-4 milyon arasındadır. Bunun da beş faizini götürəndə o zaman işsizlərin sayı yüz mindən çox edir…».

«BU RƏQƏMİ HARDAN ALIBLAR?»

Dövlət Statistika Komitəsinin bu məlumatını saytımıza yerləşdirən kimi gələn şərhlərdən bəzisini çatdıraq.

Nazim Məmmədov
Ağaəli Rusiyanın Kemerovski vilayətinin Belov şəhərindən yazır ki, burda təxminən on minə yaxın azərbaycanlı işləyir. Yazır: «Demək olar ki, əksəriyyətimiz Azərbaycana pul göndərib əzizlərimizi acından ölməyə qoymuruq. Bu 40 min nədir? Bu rəqəmi haradan götürüblər?».

Azər də bu məlumatın yanlış olduğu qənaətindədir. Ona görə, Azərbaycanda işsizlərin sayı dəfələrlə çoxdur:

«SSRİ böyüklükdə dövləti yalan məlumatlar yanı üstə qoydu. Belə davam edərsə, bizim ölkəni də belə tale gözləyir».

Elə parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov da bu rəqəmləri şübhə altına salır. Onun sözlərinə görə, ölkədə işsizlərin sayı bundan daha çoxdur. Sadəcə, burda söhbət rəsmən işsiz kimi siyahıya alınanlardan gedir:

«Təbii ki, insanlarımızda bir xüsusiyyət var, onlar işsiz statusu almaq üçün harasa müraciət etmirlər. Məsələn, aqrar sektorda bir milyon yarım insan çalışır. Fərdi təsərrüfat sahibləri kimi sığorta olunsalar belə, özlərini işsiz sayırlar. Amma statistikaya düşmək üçün məşğulluq idarələrinə müraciət etmək lazımdır. Statistika Komitəsinin məlumatları rəsmi müraciətlərə əsaslanır. Ancaq hamı bilir ki, işsizlərin sayı yetərincə çoxdur».

YÜZ MANAT ALAN İŞSİZ SAYILIRMI?

Bakıda əmək yarmarkası, 2007
Saytımızın ziyarətçilərindən biri Nahidə görəsə Dövlət Statistika Komitəsi qeydiyyatda olan işsizlərlə yanaşı qeydiyyata düşməyən işsizlərin də siyahısını açıqlamağa borcludur. Nazim Məmmədov deyir ki, bunun mexanizmi yoxdur. Amma İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev başqa fikirdədir. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi ölkə üzrə işsizlik səviyyəsi haqda bütün məlumatları dərc etməyə borcludur. Başqa ölkələrdə olduğu kimi.

Üstəlik də iqtisadçının dediyinə görə, bu zaman bir çox xüsusiyyətlər də mütləq nəzərə alınmalıdır. Məsələn, işsizlik səviyyəsi hesablanarkən müvəqqəti və ya mövsümi işlə təmin olunanlar da işsiz sayılırlar. Bundan başqa, təhsilinə, potensialına görə işlə təmin olunmayanların, yaxşı maaş almayanların da təsnifatı aparılmalıdır:

«Sosial xartiyada ləyaqətli, layiqli iş termini var. Azərbaycanda 100 manatdan aşağı maaş alanlar var ki, onlar da işlə təmin olunmuş sayılır».

Hər halda, görünən budur ki, işsizlik səviyyəsi haqda məlumat və mənzərəni bir neçə cümlə və ya rəqəmlə ifadə etmək olmurmuş.
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: Evsiz Şəhər: yerim yoxdu
12.08.2010 16:23
Statistika komitesi ela isleyir..Meselen ishlediyim shirket her il maaslara statistika komitesinin infliyaqsiya ile bagli verdiyi aciqlamaya esasen baxir. Meselen infilyasiya 2 faiz deyiblerse maash da 2 faiz artirilir.
Amma hamiya melumdur ki dovlet organlari nece isliyir

Kimdən: bekar Şəhər: Xetaideki qul bazarindan
11.08.2010 13:02
Bu statistika komitesi lap ag eledi!!! Gedib kend de kesek deki,mal qarani sayib deyir ki,Azerbaycanda 40 min issiz var.Lap gulmelidir.bakixanov qesebesinde,Xetai rayounun gireceyinde ve Bakinin diger noqtelerinde elinde usta aleti ile durub masin gozleyen en azi min nefer var.Hazirda shadliq evlerinde ofisiant ishleyen minlerle genc var,hansi ki, bu da daimi deyil.Metrolarin cixishlarina nezer salsaniz gunorta vaxti onlarla genc issiz veziyyetde dolashir.Kuceler dilenci mafiyasinin elinden zara gelib.ve s. Statistika komitesi bu kimi meselelere aciqlama versin.

Kimdən: Bayat Şəhər: Baki
01.08.2010 09:47
Misal. Azerbaycan'in ekinchilik rayonlarindan olan Agcabedi'de torpaq bolgusu zamani adambashina dushen pay torpagi sahesinin olchusu en chox olan rayonlardandir. Tutaq ki, adambashina 40 sot. 7 neferlik ailede bu edir 2,8 hektar. Agcabedi munbit torpagi olan rayon hesab edilir, suvarilan erazileri choxdur. Ozu de kanal suyu, yeni menbeyi chay olan suvarma kanallari ile suvarilanlar. Melumatli insanlar bilir ki, kanal ve chay suyu ile suvarilma mehsuldarligi artirir.
Kechen il 1 ha saheden bugdanin mehsuldarligi texminen 40 sentner olub, bu il en yaxshi halda 20-25 sentner. Goturek en chox- 40 sentner. 2,8 hektara uchun bu edir 112 sentner = 11,2 ton = 11 min 200 kq. Kechen il taxilin 1 kq olub 10 qepik, bu il mehsuldarligin az olmasi ile elaqedar qiymet yuxaridir: 1 kq = 20 qepik. 11 min 200 kq edir = 2240 AZN. Demeli ekinchi ailesi Oktyabrdan novbeti ilin Avqustuna qeder dovr uchun ishleyir ve neticede 2240 AZN gelir yaranir, bunun 240 AZN en azi gedir shumlama, sepin, suvarma ve s. Ozunun xerci bura daxil deyil. Ekinchi ailesi ekine piyada gedir, ishleyende yemek yemir, su ichmir ve s. Oktyabr-da yeniden ekine hazirliq prosesi bashlaya biler. Bu zaman yorulmaz ekinchi ailesi Taxili yigandan (Iyul-Avqust ayi) derhal sonra qalan 2-3 ay erzinde hansisa bostan eke biler (meselen, pomidor, xiyar ve s. hansi ki, 2 aya mehsul yetishir ve yigilir). Bu zaman da texminen 700 AZN gelir yarana biler. Demeli cemi 2,700 AZN. Indi bunu bolun 12 aya. 1 aya dushur 225 AZN. Bu butov bir ailenin geliridir. Bunu da bolun 7 nefere. 1 adama ayda 32 manat 20 qepik dushur.
Bele. Di salamat qalin.

Kimdən: Emin Şəhər: Türkiye
27.07.2010 19:03
Aşiqik ancaq quru boş sohbete!!!...............

Kimdən: Akif Şəhər: Bakı
27.07.2010 18:47
Hakimiyyətin növbəti bu yalanı yalnız gülüş və istehza doğurur. Belə məsuliyyətsiz bəyanatlar verməkdən hakimiyyət nümayəndələri hüç vaxt utanmayıblar. Buna heç bir şərh vermək olmaz.

Kimdən: K O M M U N İ S T Şəhər: GiZLi BAKI
27.07.2010 17:06
KAPİTALİZM şəraitində hansı dövlət işsizliyi ləğv etməyi qalsın bir yana işsizliyi azaldıb ki,Əliyevlərdə belə bir şeyə umud edirlər.Belcika bizim ölkə boydadı,amma 470 MİN rəsmi işsizi var.İspanyada əhalinin (iş qabiliyyətli) 20%-i işsizdir.ABŞ-da 10 MİLYONu kecir.Bir sözlə KAPİTALİZMDƏ kim işsizlik probleminin həllinə inanırsa uzr istəyirəm ifadəmə görə onda belə adamlar sadəlöhuvdurlər....
KAPİTALİZM işsizlik istehsal edən maşındır!!!

Kimdən: Müəllim Şəhər: Bakı
27.07.2010 10:46
Ilham Əliyevin atası da ölkəni idarə edərkən yalan, şişirdilmiş rəqəmlərdən geniş istifadə edirdi. Amma İlham Əliyev yalanın elə absurd növünü seçib ki, adam fikirləşir ki, bəlkə zarafat edir bu adam. Amma zarafatsız-zadsız bu adam reallıq hissini itirib "göyün yeddi qatındadır".
Sadəcə biabırçılıqdır...

Kimdən: Muhendis Şəhər: Bataqliq
27.07.2010 10:20
Men bele bir teklif ireli sururem. Gelin olkemizde butun kutlevi informasiya vasitelerine qadaqa qoyaq, televizor da yalniz AzTV olsun. Oxuyacaqimiz,dinleyeceyimiz ve eshideceyimiz shey ancaq yuksek devlet memurlarinin biznes maraqlari haqqinda ve birdeki,show-biznes aleminin iyrenc "ulduz"lari , onlarin intim heyatlari ve sanballi "day-dayi"lari haqqinda melumatlar olsun.Onda biz haradan bileceyik ki,butun bu deyilenler aq yalandan bashqa bir shey deyil?!.

Kimdən: azeri Şəhər: amerika
27.07.2010 04:37
yalansa onlarin gorum girxi chixsin

Kimdən: türkün fədaisi.
27.07.2010 03:26
Azadlq meydanında mitinq eləməyə içazə versələr azi 1 000 000 işsiz ora yığışar 2 000 000 işsizdə xaricdən hemrəy olmaları barədə teleqram vurar və statistika komutəsi 40 000 işli əvəzinə qrammatik səhv olaraq işsiz yazıldığını etiraf edərlər.
Birdə Statistika Komitəsi işlilərin siyahısın dərc etsin harda işləyirlər o an özlərini ifşa edəcəklər.
    Növbəti 
Səhifə (2)