Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:39

Verilişlər / Can Bakı

Altay Göyüşov: «Adam bəzən problemlər üçün də darıxır»

Altay Göyüşov
x
Altay Göyüşov

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Bakıdan ayrılanda ən çox anam üçün, qardaşım üçün, Bakı çayxanaları üçün darıxıram. Bir də buranın əti üçün. Azərbaycanın əti heç yanda yoxdur».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan tanınmış tarixçi alim Altay Göyüşov söyləyib. 3 ildir ABŞ-da çalışan alimin fikrincə, istər Aran Qarabağın, istərsə də şimal hissənin ətinin öz xüsusiyyətləri var və onların dadını heç nə vermir. «Əslində isə adam bəzən problemlər üçün də darıxır. Problemsizlik adama darıxdırıcı gəlir».

VƏTƏN HƏMİŞƏ GÖZƏL GÖRÜNÜR?!

Onun fikrincə, Vətən həmişə gözəldir. «Sevdiyin şey həmişə sənə gözəl görünür. Hətta öz əyər-əskikləriylə də. Sözsüz ki, sən əyər-əskiklərin aradan qalxmasını istəyirsən. Amma bütün bunlar adamın gözündə Vətənin önəmini azaltmır. Bu, birmənalıdır».

BAKININ ADAMI ÖZÜNƏ CƏZBETMƏ XÜSUSİYYƏTİ VAR!

Azərbaycan mühacirət ədəbiyyatını çox oxuduğunu, mühacirlərin həyatı ilə tanış olduğunu bildirən Altay Göyüşov onlarda güclü Vətən sevgisinin, Vətənə qayıtmaq ehtirasının ölənə qədər yaşadığını dedi. «Bu hiss azərbaycanlılarda daha çox özünü göstərir. Əslində isə az olmalıdır. Çünki biz köçəriyik. Amma Azərbaycanın və Bakının adamı özünə cəzbetmə gücü, qüdrəti var».

MİRZƏ FƏTƏLİ ONLAR ÜÇÜN DƏ QEYRİ-ADİ FİQURA ÇEVRİLİR...

Atasının arxeoloq olduğunu, həmişə gəzmək, gedib-gəlmək, öyrənmək ehtirası ilə böyüdüyünü deyən qonağımız getdiyi məmləkətlərə tezcə öyrəşdiyini boynuna aldı. A. Göyüşov dərs dediyi universitetdə Azərbaycan ədəbiyyatını sevdirməyə çalışdığını, Füzuli haqqında, Sabir haqqında, M. F. Axundov haqqında sevgi ilə, böyük ruh yüksəkliyi ilə danışdığını başqalarının da etiraf etdiyini vurğuladı. «Nəticədə, Mirzə Fətəli onlar üçün qeyri-adi bir fiqura çevrilir. Sən Azərbaycanı təmsil edirsən. Ölkənin imicinin formalaşmasında iştirak edirsən. Mən bunu özüm üçün vacib bir iş sayıram».

HƏM DƏ UŞAQLARIM TƏHSİL ALIR

A. Göyüşov bununla şəxsi problemlərini də həll etdiyini bildirdi. «Uşaqlarım orda təhsil alırlar. Bu da onlar üçün həm dil öyrənmək baxımından, həm də yüksək səviyyəli təhsilə yiyələnmək baxımından böyük şansdır».

MƏN KİTABXANA SEVƏN ADAMAM

Zəngin kitabxanaların içinə düşdüyündən ləzzətlə danışan A. Göyüşov onların içindən bəzən özümüzə aid, burda tapa bilməyəcəyi hansısa mənbələrə, kitablara rast gəldiyini də etiraf etdi.

--Altay Göyüşovu həyəcanlandıran həmin qaynaqlar, kitablar hansılardır?
--Los Anceleslə Bakının fərqi nədədir?
--Yaşadığı şəhərin çimərliklərindən nələr danışdı?
--Altay Göyüşov hansı jurnalisti daha çox bəyənir-- peşəkar-məddah, ya qismən peşəkar, amma cəsarətli?

Unutmayın ki, yuxarıda yazdıqlarımız verilişin cəmi 10-15 dəqiqəsini əksidir. Bir saata yaxın maraqlı söhbət isə elə bu səhifədən dinləyə bilərsiniz.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Sebuhi Qaflanov Haradan: Azerbaycan, Baki
16.08.2010 09:38
Maraqli, haqsizliqa qarshi cixan, gozel insan ve esl muellim. Yegane ruwvet almadan ders deyen insan. Bu menim gorduklerimdir

Kimdən: jurnalist
01.08.2010 15:18
chox professional tengiddir. Bu tengide Xedice xanimin da fikrini oyrenmek maragli olardi. Teshekkurler.

Kimdən: daimi oxucu
30.07.2010 16:31
Sevda xanim,

siz hech ozunuz ozunu verilishden sonra dinleyirsiniz??

Ve verilish boyu neche defe "Ihi", "ihi" demeyinizi saymisinizmi, saymasaniz da fikir vermisinizmi?? Hele men her kelme boyu tekrarlanan "aha", "aha", beli" "beli", oho-oho lari demirem.

Hele ustelik ele bil ki, ushagla danishirsiz ve ya Altay muellimi de dolayirsiz.

Altay muellim anasindan danishir, gulursuz, kitabxanada ishlemeyinden danishir gulursuz, veten sevgisinden danishir gulursunuz, siz onun arxeolog atasinin kitabindan danishinsiniz ve yene de gulursunuz!!?

Hele men yersiz ve gabarig emosiyalarinizi, tenteneli pafosunuzu demirem. Sizin musahibe mene vaxtile AZ TV de baxdigim "yurd", "bayatilar", Tukezban nene ile sohbet" , diger ushag verilishleri kimi bu gebileden olan verilishleri, sohbetleri xatirlatdi.

Axi Azadlig Az TV deyil. Hech AZ TV-nin toremesi Ictimai TV de deyil!

Elbette emosiya, tentene, pafos, canli sohbet yaxshi sheydir amma endazeni ashanda istedadsiz aktyorun ozune el gatmasina benzeyir.

Jurnalistin fealiyyetinde aktyorlug elementleri olsa da, axi siz aktyor deyilsiz. Ve ya hech ushag verilishinin de aparicisi deyilsiniz. Adeten ushag verilishlerinde emosiya, tentene, pafos bir az artirilir.Siz Azadlig kimi ciddi bir metbu organinin reportyorusunuz, garshunizdaki adam da sirk klounu, ve ya sheer, mahni oyenib onu efir vasitesile numayish etdirmeye gelen bagcha ushagi deyil, tarixchi alimdir.

Sanki, bashiniz "ah-ofa" garishib, fikriniz de musahibe goturduyunuz adama yox, ozunuzun emosiyaniza hakim kesilib, ona gore de, Altay muellimin rehmete getdiyi atasindan danishirsiz, o sizin rehmete gedenlere rehmet dileyir amma siz "muzakiremiz davam edir" " deyib yene de, gulursunuz!!

Elbette gulush richagindan jurnalistikada, agir, siyasi debetalarda situasiyani yumshaltmag, gerginliyi aradan galdirmag ucun istifade olunur ve peshekar jurnalistler bu usuldan meharetle istifade edir. Ele Xedice xanim da siyasetchiler, igtisadchilar, politologlarla sohbet zamani bu elementden tez-tez ve ugurla istifade edir.

Zennimce siz de bu zeruri elementden harada, ne zaman istifade edeceyinizi bilseydiniz daha faydali olardi.

Men sizin choxlu sayda yazilarinizi boyuk maragla oxumusham ve Guru Bag hagda yazdiginiz yazi da chox xoshuma gelmishdi.

Zenn edirem ki, kritik iradlarimdan incimeyecek eksine netice chixarib uzerinizde ishleyeceksiniz ve tezlikle bu ish de oz behresini verecekdir.

Xahish edirem sherhi veresiniz.
Cavab

Kimdən: Dinleyici Haradan: Qeressiz yerden
31.07.2010 12:05
Salam eziz sherh yazanlar ve Sevda xanim.Sherhlerde Sevda xanima irad tutan bezi dostlarimiz ne demek isteyir,men basha dushe bilmirem.Rehmetliyin ushagi Azerbaycanda hami onsuzda sanki yasa batib,hec kimde tebbessum deyilen bir isharti qalmayib,haminin uzunden zeqqutun yagdigi bir zaman,efirden sade dille,shen,guleruzluyu sesinden sezilen bir xanima bu qeder irad tutmaq ne qeder edaletlidir.Sizi qinamaqda olmur,kommunist rejiminden cixab.yeniden adlarin deyishmish kommunistlerin hakimiyyeti altinda qurlushda yashayanda bu cur verlishler xoshunuza gelmez.Arada bir xarici radiolarada qulaq asin,gorun onlarin bu cur verlishlerin bextever xalqin qeh-qehesi ile nece efiri doldurur.Sevda xanim o ki.qaldi sizin aparmish oldugunuz verlishe inandirim sizi size qulaq asanda adamda yaxshi ehval-ruhiyye yaranir.

Kimdən: Tofiq Abdul Haradan: Baki
30.07.2010 11:13
Altay muellimi salamlayiram, o, BDU-da bizim potoka turk khalqlari tarikhinden maragli leksiyalar deyirdi, herden futboldan da danishirdiq. Xususi qeyd etmek isteyirem ki, Altay muellim BDU-nun telebeden rushvet alan muellimlerinden deyildi, ona ugurlar arzulayiram.

Kimdən: tukenmish adam Haradan: Baki
30.07.2010 00:38
hiss olunur ki, hormetli Altay muellim vaxtinda bu Azerbaycani terk edib ve son damlaya geder tukenmeyib, meyus olmayib bu olkede. Ona gore de bele positiv, hevesli ve shovgle, eshgle-mehebbetle danishir. Hazirda bu rejimde yashasaydi temamile bashga adam olardi.

Vaxtile men de bele idim, heyf ki, respublikada bash verenler, esasen axirinci bir neche iller, Ilham Eliyevin rejimi meni temamile tukendirdi.

Kimdən: dinleyici Haradan: Uk
29.07.2010 22:56
Sevda xanim siz niye bele yerli-yersiz gulursunuz?? Gulush yaxshi sheydir amma chox ve yersiz olanda adami usandirir.

Xahish edirem, sherhi diggetsiz goymayasiniz.
Cavab

Kimdən: SI Haradan: AR
30.07.2010 12:55
Ele ozum de verilishi dinleyende, hirslenirem. Amma ele ki sohbet bashladi...yene gulurem. Gorunur xarakterimden gelen bir sheydir. Mutleq nezere alacam. Amma yaziq o shexse ki, qaraqabaqdir--deyibler shairler...
Cavab

Kimdən: daimi oxucu
30.07.2010 16:38
insan xarakterinde bir sira chatishmamazliglar (agressiya, uzunchulug, yersiz gulme, tekrarchilig ve s) ola biler. Amma efir, tamashaci, dinleyici garshisina chixan kes elelxus, jurnalist, aparici bunun uzerinde ishlemeli ve jurnalistikanin prinsiplerine emel elemelidir.

Amma garagabag olmag da lazim deyil, jurnalist molla deyil, musahibe otagi da defn merasimi deyil.

Kimdən: kecmiş tələbə Haradan: Bakı
29.07.2010 14:42
Altay müəllimin keçmiş tələbəsi olaraq onu yenidən Azərbaycanda görməyimə görə məmnunam. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq onun mühazirələri, maraqlı fikirləri hələ də yadımdadır. Altay Göyüşov Azərbaycanın çox dəyərli alimlərindən, tarixçilərindən biridir. Onun müsahibəsini olduğu kimi yerləşdirsəniz yaxşı oar.
Cavab

Kimdən: SI Haradan: AR
29.07.2010 16:05
1 saatliq sohbeti yazmaqa ne gerek var? Verilishi ele bu sehifeden dinleyin.

Kimdən: Məhəmməd
29.07.2010 11:28
Ay hörmətli Altay müəllimin keçmiş tələbəsi biz özümüz Vətəndə mühacirik siz nə qoyub nə axtarirsiniz?!Azərbaycan Avropa və Amerikadan heç görünmür bu acı bir gerçək...
Cavab

Kimdən: Vetendash
29.07.2010 13:10
Azadliq radiqsu bashda olmaqla Sevda xanima bir daha derin teshekkurumuzu bildiririk ki,dostumuz Altay muellimi qonaq kimi "Can Baki" verlishide devet edibler.Altay bey butun dostlar Sizin yolunuzu Vetende sebirsizlikle gozleyir.Bir daha hamiya derin teshekkurler.

Kimdən: Göyüshün Kecmish telebesi Haradan: Berlin
28.07.2010 17:49
ey gidi dünya.. demek artig türkoglu Göyush mellim de vetene mühacir gözü ile baxir....