Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:23

Məhkəmə qarşısında yenə dindarlardır

İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda partlayışlar törətməyə cəhddə təqsirləndirilən dəstənin məhkəməsinə hazırlıq iclası keçirilib
x
İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda partlayışlar törətməyə cəhddə təqsirləndirilən dəstənin məhkəməsinə hazırlıq iclası keçirilib

Əlaqədar yazılar

Şriftin ölçüsünü dəyiş - +
İyulun 28-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Azərbaycanda partlayışlar törətməyə cəhddə təqsirləndirilən dəstənin məhkəməsinə hazırlıq iclası keçirilib. İş hakim Tamella Nəsrullayevanın icraatındadır. Hazırlıq iclasında ilkin məhkəmə baxışı avqustun 4-nə təyin edilib.

Məhkəmə qarşısında Samir Nuriyev, Rəfail Muğumov, Yaşar Qurbanov, Roza Namazova, Xavər Namazova, İsmayıl Pənahov, Bella Pənahova, Rusiya vətəndaşı Elbert Qayrbiyev dayanacaq. İbtidai istintaq tərəfindən tərtib olunmuş ittiham aktında göstərilir ki, dəstə üzvləri Gürcüstan ərazisindən gizli yolla Azərbaycana külli miqdarda odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular keçiriblər.

Bundan başqa, istintaq materiallarında adı dəstənin rəhbəri kimi qeyd olunan, ölkədən kənarda olduğu ehtimal edilən Aqil Namazov bu il yanvarın 6-da Camal adlı şəxs vasitəsilə Balakən rayonunun Gülüzambinə kəndinin yaxınlığına qaçaq yolla külli miqdarda döyüş sursatı, partlayıcı maddələr və odlu silahlar göndərib.

Rəfail Muğumov həmin silah-sursatı Camaldan qəbul edərək rayonun Gərəkli kəndindəki evində gizlədib. Sonradan isə Aqil Namazovun tapşırığı ilə həmin silah-sursatı sərnişin avtobusu ilə Bakıya gətirib və Keşlə qəsəbəsində Samir Nuriyevə çatdırıb.

UŞAQ BAĞÇASININ DAMINDA SİLAH-SURSAT

Samir Nuriyev həmin silah-sursatı və partlayıcı maddələri Aqil Namazovun tapşırığı ilə xalası Roza Namazovanın yaşadığı ünvanda sonuncuya verib. Bir müddətdən sonra Aqil Namazovun qayınanası Bella Pənahova və qaynı İsmayıl Pənahov Roza Namazovanın yaşadığı evə gələrək silah-sursatı ondan götürüblər. Bella Pənahovanın işlədiyi Xətai rayonunda yerləşən uşaq bağçasının damında gizlədiblər.

Daha bir müddət sonra isə Bella Pənahova silah-sursatları bağçanın damından yığışdıraraq Aqil Namazovun anası Xavər Namazovaya çatdırıb. Xavər Namazova isə silah-sursat bağlamasını Xətai rayonunun ərazisində fəaliyyət göstərən, özünün də biologiya fənni üzrə müəllim işlədiyi orta məktəbin həyətindəki daşlıqların altında gizlədib.

Gürcüstandan Azərbaycana eyni yolla növbəti dəfə keçirilən silah-sursat isə bu il yanvarın 15-də Balakən rayonunun Gülüzambinə kəndi yaxınlığında dəstə üzvü Yaşar Qurbanova verilib. Yaşar Qurbanov həmin silahları Bakı şəhərinə gətirib, bir hissəsini özündə saxlayıb, qalan hissəsini isə burada fəaliyyət göstərən «Salam» Çeçen Əllilər Cəmiyyətinin sədri Elbert Qayrbiyevə çatdırıb.

Dəstə 2010-cu il martın 16-da Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Rəfail Muğumov istintaqa verdiyi ifadəsində deyib ki, silah-sursatların Azərbaycan ərazisinə keçirilməsində məqsəd cihad etmək, insanların kütləvi toplaşdıqları yerlərdə partlayışlar törətmək olub.

İşdə adı hallanan Camal adlı şəxsin kimliyi müəyyən edilməyib və ittiham aktında göstərilir ki, hazırda istintaq orqanı onun şəxsiyyətini araşdırır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ses
28.07.2010 18:33
vay, vay, allah bizi bu dinbazlardan gorusun!!

Bu da 2-ci Seid Dadashbeyli "destesi"!!

Onsuz da pis gundeyik, bir Xomeyni rejimi de gelse lap bedbext olarig!!

Evveller fikirleshirdik ki, bizim 1 dushmenimiz var.
O da ki, ermenidir.
Sonra anladig ki, ermeniden de pis ve tehlukeli dushmen bu eybecer rejimdir.
Indi yeni bir dushmen de elave olunub. Saggalli, garaguruhchu dinbazlar destesi!!

Allah ozu bu millete komek olsun!
Cavab

Kimdən: Anonim
04.08.2010 19:30
Men bir sheyi basha dushmurem sen yazdigivi ozun basha dushursen??? Said Dadashbeyli dovleti cevirende bel ke yaninda olmusan??? xeberimiz yoxdur!!!!! Bilmediyiviz meseleleri zehmet olmasa meruze etmeyin, evvelce bir ishle tanish olun ondan sonra bir netice cixardin
Cavab

Kimdən: qabil Haradan: Bakı
30.07.2010 16:35
Hələ bilmək olmaz bunları edənlər dinbazlardı, yoxsa onlardan sui istifadə edən dindarları ləkələmək istəyən dinsizlər?
Cavab

Kimdən: Anonim
30.07.2010 17:31
dinsizler kimdir?? Ateistler ve ya gemunistler?
Cavab

Kimdən: men
29.07.2010 07:55
Bütün sözlerinle raziyam! Amma bir dene axirinci cümlede korladin, o cümle gerek olmayaydi, day senin onlarla ne fergin oldu?