Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:45

Cəmiyyət

«Yeni Müsavat»ın əməkdaşı döyülüb

Şriftin ölçüsünü dəyiş - +
İyulun 28-də «Yeni Müsavat» qəzetinin əməkdaşı Elmin Bədəlovun döyülməsi ilə bağlı “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu daxili işlər nazirinə, Xəzər rayon polis idarəsinə və jurnalist təşkilatlarına müraciət edib. Jurnalistin döyülməsi ilə bağlı ona göstərilən ilkin tibbi yardım müayinəsi sənədləşdirilib, Elmin Bədəlovun ekspertizadan keçirilməsi planlaşdırılır.

Elmir Bədəlov iyulun 28-də Şüvəlan qəsəbəsində dəniz sahilində yerləşən imarətlərin şəklini çəkən vaxt döyülüb. Onunla birlikdə «Milli Yol» qəzetinin əməkdaşı Anar Gəraylı da olub. Elmin Bədəlov deyir ki, onu döyənlər bundan sonra izlənəcəyi haqqında xəbərdarlıq da ediblər:

«Ərazidə dəbdəbəli imarətlərin şəklini çəkirdim. Birdən yanımda qara JEEP dayandı. Maşından idmançı görkəmli şəxslər düşdü. Başladılar məni vurmağa. Sonra başqa maşınlar da gəldi. Oradan düşənlər də döyməyə başladı. Məni bir neçə dəfə götürüb başı üstə yerə çırpdılar. Üz-gözüm qanamışdı. Sonra bizi şəklini çəkdiyim villanın digər tərəfinə apardılar. Bütün fotoları sildilər. Fotoaparatımın yaddaş kartını sındırdılar. Orada 3 saatdan çox saxlanıldıq. Bizə dedilər ki, 6 ay izlənəcəksiz».

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə bildirdi ki, müraciət daxil olandan sonra araşdırılması uyğun xidmət qurumuna həvalə olunacaq və araşdırmaya başlanılacaq.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Elcin Hesenov Haradan: Sumqayit
04.08.2010 15:58
Mən indi qanına qəltan edilən iki gənc həmkarımın halına acıyıram, onların canındakı ağrını, sızını öz bədənimdə hiss edirəm, amma kimsə inciməsin: işlərin bu yerə gələcəyini “Milli Mətbuat Günü”ndəki o yalançı, saxta təmtəraqdan, dəbdəbədən anlamalı idik. Qəzetçiliyin namusunu fəxri adlara, pul yardımlarına dəyişəndə anlamalı idik. O fəxri adların, o pul yardımlarının Azərbaycanda azad sözü tamamən bitirmək, qəzetçiliyi tamamən Ilham Əliyevin istəyinə və iradəsinə tabe etdirmək üçün qurulmuş tələ olduğunun fərqinə varmalı idik. Və o pulu da, o fəxri adları da rejimin sifətinə çırpmalı idik! Bacarmadıq...

Kimdən: BITEREF Haradan: UAE
31.07.2010 11:22
RAZIYAM.XALQIN MALINI YEYIB ,ONUN PULUNA TIKDIRIRLER.CUNKI BURADA HALAL PULLA BELE BIR VILLA TIKDIRMEK OLMAZ.AMMA SIZIN BASHQASININ EVINDE NE ISHINIZ VAR?EGER QONAQ CAQIRIBLARSA O.BASHQA SHEY.YOX EGER OZUNUZ GEDIB ,BURNUNUZU BASHQASININ EVINE SOXURSUNUZSA ONDA ,MEN DE OLSAYDIM ,MEN DE EYNI SHEYI ELEYERDIM

Kimdən: Bagir.Musavatci. Haradan: xarabadan
30.07.2010 14:40
Bu dehsetdir! Bu gederde özbasinalig olar? Bu evlär bunlara hardandir? Hamisi xalgdan ogurlanan pullardir.Allahdan arzu edirem bu evlerde yasamag onlara gismet olmasin! Amin !!!!!!!!! Onsuzda bu iktidarin burnunnan hamisi gelecek.Buna hec sübhä belä etmiräm.Goyun bu evleri tiksinler sonra Allah goysa onlarin elinnen alib kimsesizlere eve ehtiyaci olan kasib kusuba verärik.

Kimdən: TURKOGLU Haradan: TURKIYE
30.07.2010 13:34
Yaxsi edib doyublar, "YENI MUSAVAT" qazetinda tarifladiyiniz Prizdentin Qocularina doyulmek size bir mukafatdir.
Cavab

Kimdən: DƏLİ Haradan: DƏLİXANADAN
30.07.2010 15:14
MƏN İNANMIRAM Kİ, BUNLAR AZƏRBAYCANA ŞƏRƏF GƏTİRƏN İDMANÇILARDIR. BUNLAR İDMANÇI GÖRKƏMİNDƏ HƏMİN O VİLLA SAHİBLƏRİNƏ AFTAFA GƏZDİRƏNLƏRDİR. O Kİ QALDI DİN-NİN MÜAVİNİNİN DEDİKLƏRİNƏ YƏNİ İNANIRSINIZ? BUNLAR HAMISI BİR ADAMDIR. HƏMİN O VİLLA SAHİBLƏRİNİN ÇÖRƏYİNİ YEYƏNLƏR BİR JURNALİSTDƏN ÖTRÜ İŞİNİ İTİRMƏLİDİR? QORXUN Kİ, DEYİLMƏSİN Kİ, ELMİN ÖZÜ-ÖZÜNÜ DÖYÜB. DƏLİXANALIQDIR.HƏR SEYƏ HAZIR OLMAQ LAZIMDIR.BUNLARDAN NƏ DESƏN ÇIXAR.

Kimdən: mentalitet
29.07.2010 20:20
ey Emin, senin bashgasinin evinde ne ishin var? Belke biri ishde olanda arvadi eve drujok-zad, boyfriend-filan getirib? Bu jurnalistler de azeri mentalitetini tamam unudublar! Unudublar ki, kishi ishde olanda onun evine getmezler. Ozu de nazir kimi kishi!

Kimdən: Qessab Haradan: Qoyun bazarindan
29.07.2010 17:55
Bu curnalistler niye bele ariq olurlar ee...? Hec 50-60 kilo cekileri olmur.... Zirpi adamlari secib curnalist elemek lazımdir. Hec olmasa muqavimet gostere bilsinler. Bu nedir, ele hemishe doyulurler! Belke ele buna goredir ki, muxalifetin dalinca hec kim getmir...??!
Cavab

Kimdən: Mehman Haradan: Bakidan
30.07.2010 10:22
Deyirem he4 olmasa fitnes myellimi de olmadug eee
Cavab

Kimdən: mer
30.07.2010 00:53
Reportyorlug edenlerin hamisi arig olur, redaktor kecenden sonra kökelirler, boyunlari yogunlayir...reportyor eslinde ele 50-60 kilo olmalidir ki, özünü idare ede bilsin, girib cixa bilsin....150 kilolugdan ne reportyor olar, olsa ancag ashpaz olar

Kimdən: Moshu Haradan: Goyezen
29.07.2010 17:25
Men onlari qochu yox, qul hesab edirem...

Kimdən: Menden Haradan: Bakidan
29.07.2010 17:18
Get isunnen meshqul ol doyulme . Sen camaatin ev eshiyini niye cekirsen ? Menimde evimi cekseydiler , mende doyerdim
Cavab

Kimdən: türkün fədaisi.
30.07.2010 13:40
Bu camaatın evi deyil bu xalqın kölə vəziyyətinə salmış quldurların evləridir. Halal olsun sənə Elmin. Azərbaycanlıların 5% ində səndə olan kişilik olsaydı yaşayış səviyyəsinə görə dünyanın lider ölkəsi olardıq.

Kimdən: kengerli
29.07.2010 14:33
Ay Elmin sende ozune senet tapmisan de,ay qardash get meshqciden zaddan ol senin de yanina nazir arvadi gelsin meshq elemeye.sonrada aradan cixarsan.
Cavab

Kimdən: Ac-Yalavac Haradan: Baku
29.07.2010 16:05
Belke bu Nazir ele o Nazirdir?))).............Ayi etinden KABAB))))))))................Avropaya meshqci ile turne)))))))..........Bir de Villa sheklinin chekilmesi))))))))))............Vallahi , en YARAMAZ NEQLIYYAT ))) ........novunde bele insanin bashi bu qeder firlanmazdi...........Adam SHOK ichindedir indilerde)))

Kimdən: Eloglu Haradan: Avropa
29.07.2010 13:46
Yeni Musavat'in web-sayti achilmir... Olmaya bir-iki dene shekilden oteri butun qazete hucum olunub?!

Ilahi belede olkemi olar?!?! Burani kimler cehenneme donderir... Allah baiskarin haqqini versin.
Səhifə (2)
    Növbəti