Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:11

Verilişlər / İşdən sonra

Azərbaycan kəndlərində 1.6 milyon iş yeri var?

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
Azər Mehtiyev
«İşsizlik müavinəti verməmək üçün hökumət insanların işsizlik statusu almasını çətinləşdirir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev deyib. O bildirib ki, ümumiyyətlə işsizliklə bağlı göstərilən rəsmi statistika reallıqdan olduqca uzaqdır:

«2005-ci ildən sonra yeni yaradılmış iş yerlərinin sayı ilə bağlı statistikaya baxsaq, bu illər ərzində haradasa 850 min yeni iş yerinin yaradılması söylənilir. Bu rəqəmlə 2005-ci ildə elan olunmuş işsizlik səviyyəsi arasında həddindən artıq böyük fərq var.

Əgər 2005-ci ildə 317 min işsiz olduğu söylənilirdisə, onda bu 850 min iş yerini doldurmaq üçün 500 min əlavə miqrant gəlməliydi ölkəyə».

CİDDİ PROBLEMLƏRDƏN BİRİ KƏND TƏSƏRRÜFATI İLƏ BAĞLIDIR

Azər Mehtiyev deyir ki, işsizlik statusu alan insanlara dövlət işsizlik müavinəti verməlidir:

«Təbii ki, bu müavinətlərdən yayınmaq üçün insanların işsizlik statusu alması da çətinləşdirilir. Bu gün statistikada çox ciddi problemlərdən biri elə kənd təsərrüfatı ilə bağlıdır. Statistikaya görə, Azərbaycanda 4 milyon məşğul əhali var.

Nazim Məmmədov
Yəni, 4,3 milyon əmək qabiliyyətli əhalinin 4 milyonu məşğul sayılır. Bunun haradasa 1,6 milyon nəfərinin kənd təsərrüfatı ilə məşğul olduğu söylənilir. Bu gün demək ki, Azərbaycan kəndlərində 1,6 milyon iş yeri var – bu, artıq gülüncdür».

İNFRASTRUKTUR YOXDUR

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Nazim Məmmədov isə deyib ki, dövlət doğru-düzgün statistika aparılmasında maraqlıdır. Deputat bildirib ki, kəndlilərin əksəriyyətinin təsərrüfatları olsa da, işləmək üçün şəhərə üz tuturlar. Buna səbəb kimi N.Məmmədov infrastrukturun olmamasını göstərir:

«Vahid Əhmədov dəfələrlə Milli Məclisdə çıxış edib və Qubanın almasını misal gətirib ki, almalar çaylara tökülür. Bütün problem ondan ibarətdir ki, infrastruktur yoxdur. Təbii ki, bu, ildən-ilə düzəlir və bunu görməmək özü düzgün deyil.

Qaldı ki, dövlətin işsiz statusu verdiyi insanlara, bu rəqəm nə qədərdir? Bu rəqəm o insanları qane edir ki, getsin işsiz statusu alsın. Və yaxud onun illik gəlirini biz hesablasaq, ev təsərrüfatından - hər bir gədəbəyliyə təqribən 277 manat düşür.
Vahid Əhmədov
Bunları işsiz saymaq olarmı?».

AZƏRBAYCAN HÖKUMƏTİ QEYRİ-NEFT SEKTORUNA DİQQƏT GÖSTƏRMİR

Digər deputat Vahid Əhmədov isə deyib ki, almaların çaylara tökülməsi doğru deyil:

«Almaların tökülməsi problemi yoxdur, almalar yığılır. Amma satılma problemi var. Azərbaycanda işsizlik problemi o vaxtadək olacaq ki, qeyri-neft sektoruna diqqət artırılmayıb. Neftdən gələn vəsait həddən artıq çox olduğundan Azərbaycan hökuməti qeyri-neft sektoruna diqqət göstərmir.

Niyə Azərbaycanda biz son illər fabriklərin, zavodların tikilməsinin şahidi olmamışıq. Hansı ki, 10-15 min insan işləyə bilər. Əhalinin 40 faizi kənd təsərrüfatındadır. Kənd təsərrüfatında isə vəziyyət ürəkaçan deyil. Bu dəqiqə bizim elə kəndlərimiz var ki, boşalmaq üzrədir. İnsanlar iş tapmadığı üçün axışıb gəlirlər».

TORPAQ SAHİBİ DƏ İŞSİZ SAYILMALIDIR

Qubad İbadoğlu
İqtisadçı Qubad İbadoğlu isə deyib ki, torpaq sahibi də işsiz hesab olunmalıdır:

«Torpaq sahibi də işsiz sayılmalıdır. Doğrudan da torpaq sahibinin gəliri çoxdursa, niyə pensiya fondunda qeydiyyata durub özünə sosial sığorta şəhadətnaməsi almır. Bu gün Azərbaycanda sosial sığorta şəhadətnaməsi alanların sayı 1,6 milyon nəfərdir. Yəni, bu o deməkdir ki, rəsmi olaraq işləyənlər, gedib pensiya fondunda qeydiyyata duranlar, gələcəkdə də sığorta pensiyasına çıxış imkanları qazananlar onlardır.

Kənd təsərrüfatında işləyənlərin heç birinin qeydiyyatı yoxdur. Nə pensiya fondunda, nə vergi ödəyicisi kimi. Vergidən azaddırlar. Ona görə nə qədər məşğul əhali varsa, onun bir neçə faizini işsiz kimi elan edirlər. Qalanları sənayedə-filanda çalışır. Qalanlarını da yazırlar kənd təsərrüfatının ayağına».

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Ahmed Rehmanov
31.07.2010 10:41
Dovlet Metbuatini ve Resimlerinin danishaiqlarini izleyende Ozum olum Stivem Kinge rehmet oxuyuram.....O kishi hec Aserlerinde bu boyda qelet elemeyib

Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
30.07.2010 00:24
2007-ci ildə Moskvadan qayıdarkən qatarda yağ qutuları əlindən tərpənmək olmurdu,həmyerlilərimizdən soruşdumki,hamınızın ailəsi kənd yerində yaşayır,belə olan halda yağı niyə Moskvadan alırsınız.Cavabında dedilərki,Moskvadan yağ alıb aparmaq,kənddə heyvan saxlayıb yağ əldə etməkdən qat-qat ucuz başa gəlir,kəndlərdə torpaqlar hamısı oliqarxlar tərəfindən zəbt olunub,otlaq yeri yoxdur.Gərək ot alıb tövlə şəraitində heyvan saxlayasanki,buda cox baha başa gəlir,kənddə mal-qara saxlamaq sərfəli deyil.
Bu AQRAR İSLAHATLARIN ölumə məhkum etdiyi Azərbaycan kəndinin acı reallığıdır.Dövlətin rəsmi orqanı olan"Azərbaycan"qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov etiraf edirki,daha KOLXOZ dövru getdi,kənddə İŞ olmayacaq,hərə öz başının carəsinə baxsın....
İki gun əvvəl bölgələrdən qayıtmışam,kəndli qan ağlayır kəndlilərdən biri deyirki,2 hektar pay torpağım var idi ,uzaq olduğundan yarısını satdım,digər yarısından isə 1 ton taxıl göturmuşəm,hazırki bazar qiymətiylə 200 AZN pul edir,bununda yarıdan coxu mayadəyərinə cıxır,qalır 100-120 AZN pul mən buna bir il dolana bilərəmmi,əvvəl SOVXOZ var idi butun kəndi işlə təmin edirdi,il boyu gəlirimiz olurdu,dağıtdılar buda nəticəsi.Qeyd edimki bu kənddə SOVET HÖKUMƏTİ vaxtı BAXCA və KLUBDA olub,indi isə adı var özu YOX......

Kimdən: bezmish
29.07.2010 17:53
evvela bu Nazim muellim oz isterik ve esebere pis tesir eden sesiyle nagil-dastan danishir. Ve hiss olunur ki, nece deyerler "onun agzi isti yerdedir".

Lap bezmishik bu senarilerden!!
Cavab

Kimdən: dinleyici Haradan: Baki
29.07.2010 19:29
dogrudur, Nazim muellim oz sesi uzerinde ishlese yaxshidir. Onun sesi de, nala mixa vurarag, metlebden yan geden metlebe dexli olmayan fikirleri de insan eseblerine chox pis tesir dir.

Kimdən: Anonim
29.07.2010 16:29
xedije hanim
sizin getdiyiniz bolge hakda tesuratlarinia esitmek isteyerdik. Sizce Zakatala balaken regionu secilirmi galan zonalardan secilirse ne ile secilmirse nece size tesir etdi bu seyahet cox maragli olardi

Kimdən: Anonim
29.07.2010 16:16
gedebeyeden danisan adamin sesi onun ciddi adam olmadigini uze verir.
regemlerle sozlerini isbat eden azerin sesi bele inam ve ehtiram dogurur.
Gedebeyli indi desin bes IE evimi yox idi gedib Dubayda 10 dene de ev alib? bes sen bilmirsen ki her yaratdigin xaos bir birine zencir kimi baglidir?
Adam su ceke bilmir, adam pul verib masinla gele bilmir bakiya mali ile;
sen cox pis adamsan

Kimdən: mesum Haradan: xeyri yoxdu
29.07.2010 16:05
Azerbaycan hökümeti qeyri neft sektoruna niye diqqet göstersin ki? Eger kendlinin 7 ineyi olsa getirib birini iqtisadiyyat nezirinin birini Ilham eliyevin ve digerlerin qapisina baglamayacaq ki.Bu gör -gör ,kor-kor kimi melum meseledir,bu hökumet üzde görünmeyen meselelerden pul cixardir.Bu xalq hec bilmir ki günde nece litir nöyüt -mazut-qaz satilir.Bu ingilisler ile hökumetimizin arasinda geden qapali bazarliqdan kim nece qazandigi da bize sirrdir.Görün günde nece milyon pul hökumetin eline kecir.Eger hökumetin bele fontan veren gelir menbeyi olmasa idi düzdü qirpmaq ücün qeyri nöyüt sektorlarina da fikir vererdi.