Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:38

Siyasət

«Adnan Hacızadənin cəzaçəkmə yerinə göndərilməsi qanunsuzdur»

Şriftin ölçüsünü dəyiş - +
«Adnan Hacızadənin iki ay müddətinə Bakı İstintaq Təcridxanasında saxlanması ilə bağlı hakimin qərarının olmasına baxmayaraq, Qaradağ rayon məhkəməsindəki prosesdən sonra o 14 saylı cəzaçəkmə yerinə göndərilib».

Adnan Hacızadənin vəkili İsaxan Aşurov deyir ki, bu, qanunsuzdur, ona görə də apelyasiya şikayəti verəcəklər.

Ədliyyə Nazirliyi Penitensiar Xidmət İdarəsinin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov isə AzadlıqRadiosuna bildirib ki, bu, qanunsuz addım deyil:

«Məhkumun iki ay müddətinə istintaq təcridxanasına göndərilməsi barədə hakimin qərar çıxarması məhkəmədən əvvəl olan məsələdir. Bir qayda olaraq məhbus müəyyən müddətə istintaq təcridxanasına etap olunur. İşinə məhkəmədə baxılandan sonra o yenidən cəzaçəkmə müəssisəsinə qaytarılır.

Hakimin qərarı məhkumun cəzaçəkmə müəssisəsindən istintaq təcridxanasına keçirilməsi üçün qanuni əsasdır. Məhkumun iki ay ərzində istintaq təcridxanasında qalması mütləq deyil. Bu işdə də məhkəmə olub və qərar qəbul olunandan sonra o yenidən cəzaçəkmə müəssisənə qaytarılıb».

İyulun 26-da Qaradağ rayon Məhkəməsində həbsdə olan bloqçu Adnan Hacızadənin ərizəsinə baxılıb. Müdafiə tərəfi onun cəzasının tən yarısını çəkməsinə əsaslanaraq şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi.

Məhkəmə ərizəni təmin etməyib.

Emin Milli və Adnan Hacızadə ötən il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdən sonra tutulublar. Hücuma məruz qaldıqlarını və döyüldüklərini deyən gənclərə qarşı qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri üzrə ittiham irəli sürülüb.

Emin Milliyə 2 il 6 ay, Adnan Hacızadəyə isə 2 il həbs cəzası kəsilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Müəllim Haradan: Azerbaycan
30.07.2010 09:26
İlham Əliyev və Qanun?
İlham Əliyev hakimiyyətdə olduğu müddətdə sübut etdi ki, bu adam öz şəxsi maraqları naminə istənilən qanunu ayaqları altında tapdalaya bilər. Qanunun müqəddəsliyi anlayışı bu adam üçün deyil və belələrinin hakimiyyətdə olması göründüyü kimi cəmiyyət üçün, insanlar üçün ciddi fəsadlar yaradır.

Kimdən: filankes
30.07.2010 01:22
Bu ganunsuzluklar ne vaxt bitecey geresen?

Kimdən: Jurist
29.07.2010 21:05
Bu ushaqlara dair prinsipial qerar qebul olunmush ve yine yetirilmekdedi.

Kimdən: Nemesida Haradan: Baki
29.07.2010 20:05
Meger bu mehkemeden Apellyasiya shikayetinin verilmesi ve ona baxilmasini gozlemek lazim deyildi? Edliyye NAzirliyinin ishchileri lap aga qara demekle meshguldurlar. Iranda insanlari apellyasiya qerarina gore hech hebs de elemirler. Azerbaycan Irandan da murtace olkedir?

Kimdən: Zaur Haradan: Gurbet
29.07.2010 18:02
Azerbaycanda hansi ganuni iw var ki,bu ganini ola?elbetde ganunsuzdur.