Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:33

Verilişlər / İslam və demokratiya / Dünyada İslam

Həftədə bir dəfə ingilis dili, bir dəfə molla dərsi

Polis və sadə insanlar Düşənbədəki məscidə gedirlər
x
Polis və sadə insanlar Düşənbədəki məscidə gedirlər
Şriftin ölçüsünü dəyiş - +
«Mənim oğlum müəllim yanına gedib həftədə iki saat ingilis dili öyrənir, bir saat da riyaziyyatla məşğul olur və imkandan asılı olaraq həftədə bir-iki dəfə mollanın evinə gedib, dini dərs alır». Bunu AzadlıqRadiosuna Tacikistanın Kamarob kəndinin sakini Dövlətpaşa Əzizova deyir. O bildirir ki, oğlu təyyarəçi olmaq istəyir...

HAKİMİYYƏT NƏYƏ DÖZÜR, NƏYƏ DÖZMÜR?

...Əbu Ömər Əhmədovun Tacikistanın Ponqoz kəndində dini sinifləri var. O islam dəyərlərini, islam etikasının əsaslarını öyrədir. Sinif şagirdlərinin yaşı 8-dən 16-ya kimidir.

Əhmədov deyir: «Valideynlərin çoxu öz uşağını dini sinfə gətirir, ancaq bu o demək deyil ki, onlar uşaqlarının həddən artıq dindar olmasını istəyirlər. Onlar istəyirlər ki, uşaqlarının islam dinindən xəbəri olsun, onlar istəyirlər ki, uşaqları təmiz olsunlar, narkotiklərdən, içkidən uzaq dursunlar».

Mədrəsə diplomlu Əhmədovun dərs deməyə lisenziyası var. Onun dini siniflərinin dərsləri kəndin məscidinin içində keçirilir. Məscidin yerli hakimiyyətdən icazəsi var.

Əhmədovun sinifləri Tacikistan hakimiyyətinin icazə verdiyi islam tədrisinin nümunəsidir. Hakimiyyət yalnız buna icazə verir və islam tədrisinə buracan dözür.
Qeydiyyatda olmayan mədrəsələrlə, dini siniflərlə hakimiyyət barışmaz mübarizə aparır. Belə dini siniflər isə Tacikistanda durmadan artır. Polisin bir neçə günlük reydində bu ayın əvvəlində qeydiyyatsız 7 mədrəsə aşkar olunub.

«Valideynlərin çoxu öz uşağını dini sinfə gətirir, ancaq…»
Qeydiyyatsız mədrəsələr adətən şəxsi evlərdə yerləşir. Burda çox vaxt təhsili olmayan mollalar məktəb yaşlı uşaqlara islamdan dərs deyirlər.

Tacikistanda son illər bağlanan qeydiyytasız məscidlərin sayı yüzlərlədir. Onlarla belə qeydiyyatsız mədrəsə bağlanıb.

ORTA MƏKTƏBLƏRDƏ İSLAM DƏRSİ

Dini ekspert Səidbek Mahmadullayev AzadlıqRadiosuna deyir ki, Tacikistan qanunları dini siniflərə getməyi qadağan etmir.

Ekspertin fikrincə, əgər ölkədə dini təhsilə belə maraq varsa, onda hakimiyyətin ən yaxşı yolu orta məktəblərdə belə dini dərs keçməkdir.

Elə buna görə də Tacikistanın Təhsil Nazirliyi bu yaxınlarda orta məktəbdə keçilməli dərslərin siyahısına yeni fənn salıb – «İslam biliyi».

Ancaq Tacikistanın tanınmış din xadimləri narazıdırlar. Onlar deyirlər ki, həftədə bir dəfə tarix müəlliminin dediyi islam dərsini islam təhsili adlandırmaq olmaz.

KOMPYUTERİ BİLMƏYƏN MOLLA OLA BİLMİR

Tacikistanda qeydiyyatda olan 20 mədrəsə və islam universiteti var. Mədrəsələrdə 3 illik təhsilə ingilis dili və kompyuter kursları da daxildir.

Kənddəki mollalar isə mədrəsələrin sayından narazıdırlar, onlar deyirlər ki, islam təhsilinə artan marağı ödəməyə rəsmi mədrəsələr çox azdır.

Kənd sakini Əzizova AzadlıqRadiosuna deyir ki, kəndlərində qeydiyyatlı mədrəsə olsaydı, oğlunu həmin mədrəsəyə göndərərdi.

Tacikistan hazırda dini baza təhsilinə böyük maraq problemi ilə üz-üzədir. Hakimiyyət mədrəsələrin sayını artırmağa da ehtiyat edir, problemi belə qoya da bilmir.

Azərbaycanda da dinin əsasları uşaqlara tədris olunmalıdırmı? Olunmalıdırsa, necə və harda?

Azərbaycanda Tacikistandan fərqli olaraq orta məktəb təhsilində ayrıca islam fənni yoxdur.

Olmalıdır ya olmamalıdır?
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 15:09
Heç kəsə sirr deyil ki, elm şüura və nitqə malik olan varlığın onsuz keçinə bilməyəcəyi zəruri bir təlabatdır. Yəni hər bir insan dünyaya göz açdığı andan ona əbədi olaraq göz yumacağı ana qədər bu və ya digər məsələlərlə bağlı olan fəaliyyətini məhz görüb, duyub, dərk etdikdən sonra həyata keçirir. Əgər bu fəaliyyət körpəlik yaşlarında müəyyən vərdişlərin, davranış formalarının aşılanması ilə başlayırsa, artıq yetkinlik yaşından sonrakı dövr hər bir fərdin müəyyən biliklər sisteminə, dünya görüşünə, yüksək əxlaqa və davranışa malik fəaliyyət göstərməsini tələb edir. Yəni bu gün rastlaşdığımız hər hansı bir elmli, əxlaqlı, mömin bir insan dünənin Uca Allah tərəfindən hidayət olunduğu, valideynləri və cəmiyyət tərəfindən düzgün tərbiyələndirildiyi və istiqamətləndirildiyi uşaq olması məntiqini ortaya qoyur. Yəni gələcəkdə elmə həvəs göstərən, bu sahədə uğurlar əldə edəcək fərdin yetişdirilməsi onun düzgün tərbiyəsi, ifrat əyləncə atmosferindən uzaq mühitin yaradılması, uşaqda möhkəm iradənin formalaşdırılmasından birbaşa asılıdır. Problemin bu hissəsinin məsuliyyətini bilavasitə valideynlər daşıdığı üçün bir neçə məsləhəti qeyd etmək yerinə düşərdi. Hər bir valideyn ilk öncə uğurun və xeyirin məhz Allahın əlində olduğunu qəbul edib övladı üçün Ona dua etməlidir. Həm də bu duanın övlad hələ dünyaya gəlməmişdən öncə edilməsi daha səmərəlidir. Bu barədə Uca Allah belə buyurur:
"Və o kəslər ki, "Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan [sənə itaət etməklə bizi sevindirib] gözümüzün işığı [bəbəyi] olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam [rəhbər] et!" - deyərlər" ("əl-Furqan" surəsi, 74.)
Bu ayədən sonrakı ayədə Uca Rəbbimiz bu cür insanların axirət həyatında ehtiramla, salamla qarşılanacağını qeyd edir. Övlad üçün dua etmək onun dünyaya gəlməsindən sonra da davam etdirilməli, ona gözəl nəsihətlər edilməlidir. Nəsihətlərin ən gözəli isə Allah kəlamıdır:
"[Ya Məhəmməd!] Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! [Ağır günahdır]!" ("Loğman" surəsi, 13.)
Elmlə məşğul olan insanın işini yüngülləşdirəcək bir amil də onun nə dərəcədə zəhmətkeş olub-olmamasıdır. Tənbəllikdən uzaq olmaq, nəfsinin qulu olmamaq, onu iradəyə tabe etdirmək elm əhlinin gündəlik qayğılarını təşkil etməlidir. Tənbəllik və bekarlıq insanı son anda çox zəiflədir. Və ya Nizaminin təbirincə desək:
Bu nə tənbəllikdir, giriş tez işə,
Bekarlıq insanı sıxar həmişə.

Kimdən: biteref Haradan: UAE
31.07.2010 11:12
BELI OLMALIDIR.,ANCAQ MEKTEBLERDE.AMMA BUNDAN BASHQA DA USHAQLARA DERS DEYEN INSAN OZU-TERIQE SOHBETI ETMEMELI,EXLAQLI OLMALI,PEYQEMBER/S.A.S/SUNNESIYLE YASHAYAN BIR INSAN OLMALIDIR.HEM DINI,HEM DE DUNYEVI ELMLERI COX GOZEL BILMELIDIR KI,ONLARI ELAQELENDIRE BILSIN.USHAQLARA DA BASHA SALMAQ LAZIMDI KI,HER INSANIN SEHVI OLA BILER,ONA GORE ANCAQ QURANLA VE SUNNEYLE YASHAMAQ LAZIMDI.SIZ AZERBAYACANDA BELE BIR IDEAL INSAN TAPA BILERSINIZ?CUNKI HEC KES OZ EMELLERINE SEHV DEMEK ISTEMEYECEK.

Kimdən: Kenan Haradan: alem
29.07.2010 20:17
Azerbaycana baxanda taciklerin "atasi" chooox rehimlidir. Azerbaycanda 4-5 medrese ve bir Universitet, bir neche de Quran kursu var.
Cavab

Kimdən: ushag
30.07.2010 15:08
tacikleri bilmirem, amma bu Azerbaycanda medreseye ve ya din universitetine ushag veren valideyn gerek ki, agildan mehrum olsun.

Ve ya Azerbaycan beynelxalg hesabatlarda oz gostericilerine gore Tacikistanin yaninda olsun!
Cavab

Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 15:05
Niyə ki Dini öyrənmək heçdə ağılsızlıq deyil, ağılsızlıq dindən heç anlayışı olmadan nəyisə mhakimə etməkdir!

Kimdən: Mehdi
29.07.2010 19:54
Azərbaycanda da dinin əsasları uşaqlara tədris olunmalıdırmı? Bu rejim üçün bu fantastik teklifdir. Neinki dinin əsasları, heç 45 deqiqe erzinde kelimeyi -şehadetin mənasini izah etmeye icaze vermezler.

Kimdən: oxucu Haradan: mektebden
29.07.2010 19:40
birce ele molla dersimiz chatmirdi!!
Cavab

Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 15:02
İslam dini heçdə mollalıq deyil. Mollaıq pul qazanmaq üçün bir vasitə ti tituldu. Özlərinə molla deyənlərin çoxunun heç dindən anlayışı yoxdu o ki qaldı bir elmi?! Sən özün bu dinin öyrən kitablar oxu! Ən əssı Quranı oxu bax Allah Təala nə buyurur! görəcəksənki İsalm molllıq deyil Qurani Kərim yaslar üşçün nazil edilməyib! Əksinə İnsanların ibrət alması və həyatlarını onun əmirləri və qadağaları üzərində qurması üçündür!
Cavab

Kimdən: ses
01.08.2010 03:08
bu gaydalar chox kohnelib. Hazirda insanlara ancag engel olur, menasiz chadra kimi.

Kimdən: mutereggi muselman
29.07.2010 19:38
onsuz da bu din ve islam fundamentalizmi bizim chox insanlarin ve gencle ushaglarin beynini yeyib onlari radikalizme meyllendirib. Onlarin shebekelerinin genishlendirilmesi ve bu yonde tebligatin aparilmasi chox tehlukelidir. Chunki insanlar asanligda tehlukeli semte yonlenirler ve genc ushag beyinleri de asanligla bu radikalizme yoluxa biler. Biz mekteb ve universitetlerde dunyevi ve mutereggi elmler kechsek daha yaxshi olar. Dini elmelere yiyelenmek isteyenler ise indivudal gaydada bu bilgileri elde ede bilerler.
Cavab

Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 14:59
Heç olmasa biraz insafla danış İslam heç vaxt radikalizm dini olmayıb olmaycaqda. " və ya 3 nafarin etdiyi özbaşnalıqlara görə islam dinin it6iham etmə. İslam ssf sağlam düşüncə gözəl əxlaq və rəhmət dinir. Əksinə gənclərinin bu dini öyrənməlində cəmüyyət üçün böyük fayda vardır. Bu təcrübədə buna dəlalət edir. Sənin deməyinlə isə elə çıxır ki sabah demakratiya və ya ateislik iddia edən nəsə bir cinayət törətsə onda bütün demokratlar və ya ateislər hamsı radikalizm təbliğatı öyrəniblrər
Cavab

Kimdən: iranli Haradan: batagligdan
01.08.2010 03:05
din bir batagligdir. Dushmeyen bilmir teessuf ki. Iran 30 il bundan evvel dushdu bu batagliga, hele de vurnuxur amma chixa bilmir.

Kimdən: Adam
29.07.2010 19:04
Tacik milleti degradasiya edir. Teesuffler. Sovetlerden sora here bir inkishaf yolu sechdi. Bizimkiler Turkiyeni, Gurculer avropani, kazaxlar rusiyani, bunlar da yeqin Iran/Erebistan yolu ile gedir.

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı