Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:32

Verilişlər / Kontekst

Lotereya bazarında inhisarçılıq

Əhalidə lotereya oyunlarına daha çox inamsızlıq var
x
Əhalidə lotereya oyunlarına daha çox inamsızlıq var

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«5+1», «Ailə sevinci», «Yeni Binqo», 5/36, «Uğur», «Bahar Sevincləri», «Taleh Açarı» və «Piramida».

Bunlar Azərbaycanda oynanılan lotereyaların növüdür. Qiymətləri 1 manatdan 2 manata qədərdir.

Tez-tez televiziyalarda keçirilən lotereya tirajlarında evlərin, maşınların və pul uduşlarının olduğu bildirilsə də, əhalidə lotereya oyunlarına daha çox inamsızlıq var. Paytaxt Bakıda fikrini soruşduğum sakinlərin əksəriyyəti lotereya oyunlarına o qədər də inanmadıqlarını bildirdilər:

LOTEREYA RİYAZİYYATI BİLMƏYƏNLƏR ÜÇÜN KÖNÜLLÜ VERGİDİR


- Mən və ailəm heç vaxt lotereya biletləri almırıq. Mən o oyunların doğruluğuna inanmıram. Hesab edirəm ki, lotereya riyaziyyatı bilməyənlər üçün könüllü vergidir.

- İndiyə qədər lotereya alsam da, bir şey udmamışam. Bilmirsən adamın gözünün qabağında nə edirlər, bəlkə elə əvvəldən nəticə məlumdur. Nə bilim.

- İndi televiziyada kök adamı arıq adam kimi göstərirlər, lotereyada adamları aldatmağa nə var ki…

- Düzgün olduğuna inanmıram, hesab edirəm ki, burda fırıldaq var.

MONOPOLİYA

Bir neçə il əvvəl lotereyalarla bağlı şikayətləri araşdıran Azad İstehlakçılar Birliyi də bu sahədə xeyli problemlər aşkarlayıb. Birliyin sədri Eyyub Hüseynov deyir ki, həmin vaxt onlar lotereya oyunları keçirən 23 şirkətin bağlanmasına nail olublar. 2004-cü ildə «Lotereyalar haqqında» Qanun qəbul olunandan sonra bu sahədə da qayda-qanun yaradılacağına ümid etdiklərini deyən Eyyub Hüseynova görə, qanunun qəbulundan qabaq lotereya bazarında baş-alıb gedən xaosu indi «Azərlotereya» Açıq Səhmdar Cəmiyyətinin timsalında
Eyyub Hüseynov
monopoliya əvəz edib:

- Düşündük ki, «Azərlotereya» yaradılandan sonra lotereya bazarında vəziyyət yaxşılaşar, amma çox təəssüf ki, bu gün də «Azərlotereya»nın lotereyaları adamları aldadan lotereyadır.

Azad İstehlakçılar Birliyinin sədri «Azərlotereya»nın tiraj komissiyalarının fəaliyyətindən narazıdır. O iddia edir ki, «Azərlotereya»da fəaliyyət göstərən tiraj komissiyaları heç bir hüququ statusa malik deyil:

- «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır.

(Tiraj komissiyası lotereya təşkilatçısı tərəfindən yaradılır və tirajlı lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirir)

QANUN POZUNTUSU

Lotereyalarla bağlı digər bir nöqsan da «Lotereyalar haqqında» Qanunun tələblərinin pozulmasıdır. Belə ki, Qanunun 7-ci maddəsində göstərilir ki, lotereya biletlərinin üzərində onu çap edən müəssisə haqqında məlumat verilməlidir. Amma araşdırmalarımızdan məlum oldu ki, lotereya biletlərini çap edən mətbəə haqqında heç bir lotereya bileti üzərində məlumat yoxdur.

Lotereya məsələləri üzrə ekspert Xəlifə Hüseynov hesab edir ki, əgər lotereya biletlərini çap edən mətbəənin adın biletin üzərində yoxdursa, bu, ciddi qanun pozuntusudur. Onun fikrincə, mətbəənin adının biletin üzərinə yazılmaması şəffaflıqla bağlı
İqtisadi İnkişaf Nazirliyində «Azərlotereya»nın fəaliyyətinin tam şəffaf olduğunu bildirirlər
xeyli suallar doğurur.

Amma hər bir biletin arxasında qeyd olunur ki, hər tirajın uduş fondunun məbləği həmin tiraj üzrə satılmış biletlərin ümumi məbləğinin 50-80 faizini təşkil edir.

«LOTEREYA BAZARINDA TAM ŞƏFFAFLIQDIR»

«Azərlotereya» Açıq Səhmdar Cəmiyyətin təsisçisi olan İqtisadi İnkişaf Nazirliyində isə qurumun fəaliyyətinin tam şəffaf olduğunu bildirirlər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə görə, bütün tirajlar hamının gözü qarşısında canlı yayımda keçirilir və burda qeyri-şəffaflıqdan söhbət belə gedə bilməz.

Qaldı kı, şirkətin maliyyə məsələlərilə bağlı hesabatlılığına Abbas Əliyev deyir ki, nə qədər lotereya biletlərinin satılması, uduşlardan nə qədər vəsait əldə olunması və büdcəyə nə qədər vergi ödənilməsilə bağlı bütün məlumatlar qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

34 MİLYON MANATA YAXIN VƏSAİT

«Azərlotereya» ASC-nin internet səhifəsindən əldə etdiyimiz məlumatlara görə, 2009-cu ildə bu qurum lotereyaların satışından 34 milyon manata yaxın vəsait əldə edib, bu vəsaitin 20 milyon manatı, təxminən 60 faizi uduş fonduna ayrılıb. Bundan başqa, cəmiyyətin büdcə və büdcədən kənar fondlara ödədiyi məbləğ 4 milyon 500 min manata yaxın olub.

Hafiz Babalı
Qaldı ki, lotereya biletlərinin üzərində çap olunduğu mətbəənin göstərilməməsinə mətbuat xidmətinin rəhbəri bundan xəbərsiz olduğunu deyir.

TENDER QANUNVERİCİLİYİ DƏ POZULUR

«Turan» İnformasiya Agentliyinin eksperti Hafiz Babalı hesab edir ki, İqtisadi İnkişaf Nazirliyi təsisçisi olduğu qurumu nə qədər müdafiə etsə də, inhisarçı olan bu qurumun fəaliyyətində xeyli problemlər var. Bir dəfə tiraj komissiyasında təmsil olunduğunu deyən iqtisadçı müşahidə etdiyi çatışmazlıqları sadalayır. Deyir ki, satılmış biletlərin yoxlanılması, satılmayan biletlərlə bağlı hansı addımlar atılır, bu proseslərə nəzarət ciddi deyil.

Bundan başqa, Hafiz Babalı uduşlarda oynanılan mənzil və maşınların alınmasında tender qanunvericiliyinin pozulduğunu da deyir:

- Yəni, «Azərlotereya» il ərzində 100-dən çox avtomobil əldə edir və hamısını da birbaşa müqavilə əsasında alır ki, bu da təbii ki, vəsaitlərdən səmərəli istifadə baxımdan uğurlu hesab edilə bilməz.

Hafiz Babalıya görə, «Azərlotereya»nın vəsaitlərdən istifadəsinə nəzarət də şəffaflıq baxımından ürəkaçan deyil. İqtisadçı bütün problemlərin kökündə inhisarçılığın durduğunu bildirir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Zakariya Haradan: Tokio
01.08.2010 09:55
Lotereya oynayanlara Meslehet.
Eger ehtimal nezeriyyesini oxumusunuzsa bilirsiniz oxumayanlara qisa ders.
Ixtiyari lotereya oynayerken sizin gozlediyiniz mebleg menfi olur. Yeni bir misal chekim. Ferz edin ki 10 min bilet satilib. Bir biletin deyeri 1 man. Biletlerden biri 7500 man udusha malikdir diger 9999 bilet ise udush deyil. Onda eger siz bir eded bilet alirsinizsa sizin hemen udushlu bileti elde etmek shansiniz 1/10000 ve udushsuz bileti elde etmek shansiniz ise 9999/1 ve ya 99.999% olur.
Eger hesablasaq ki eger siz bir bilet almisiz gozlediyniz udush meblegi ne qederdir onda bu E(x)= 7500 *(1/10000) + (-1)*(1/9999)= -0.25 man ve ya 25 qepik.Bu o demekdir ki her bilet alan 25 qep uduzur ve ya her bilet Azerlotereyaya 25 qep qazandirir.Pulu bele qazanirlara onlar!!!
Lotereyani adeten riyazi savadi olmayan bichareler oynayir.

Kimdən: Mehdi
31.07.2010 19:55
Lotereya medeni qumardir. Qumar dedikde bezileri ancaq temirsiz otagda, sinesi aciq, agzinda siqaret, söyüş söyen lotularin iştirak etdiyi oyun başa düşürler.

Kimdən: Jonny _Utan
31.07.2010 03:27
Aye lotereya filan oynamiyin haaa haramdi

Kimdən: Kamran Haradan: İsmayıllıdan
30.07.2010 18:41
Hörmətli Maarif bəy, mən dünən bu yazınızı oxumuşdum.Ümumiyyətlə mən lotereya alan deyiləm. İldə 1-2 dəfə kimlərsə məcbur edəndə alıram.Bu dəfə də iyulun 8-də Bakı avtovağzalında rayona qayıdan zaman təsadüfən bir ədəd "taleh açarı" lotereyasını aldım.09 iyulda oynanılıb.Lakin yoxlaya bılməmişdim.Sizin yazınızı oxuyandan sonra yadıma düşdü ki,məndə lotereya var.Xəbər aldım,dedilər ki,poçtda yoxlayırlar.Poçtda dəfələrlə lotereyamı aparatla yoxladılar.Axırda bu nəticəyə gəldilər ki,lotereya saxtadır.Belə ki,aparatda mənim lotereyam haqqında məlumat yoxdur dedilər.Lotereyanın tirajı 003. seriya №-si0344111, rəqəmləri isə 5.7.4.3.4.1.0. Bunları yazdım ki, bəlkə maraqlanasınız.Deməli belə çıxır ki, Azərbaycanda SAXTA lotereyalar satışda olur.Bunu necə başa düşək. Deməli yazıq xalq hər sahədə aldadılır,soyulur,təhqir olunur.Avtovağzalda onlarla köşk qoyulub lotereya satılır.Bunun arxasında kimlər durur ,görəsən?
Cavab

Kimdən: siravi vetendash
02.08.2010 00:58
Lotoreya biletiniz saxta deyilmish. Sadece hemin bilet terminal vasitesile satilmish biletlerin sirasina daxil edilmeyib. Yaxshisi budur biletleri dilerlerden alin. Aldixiniz bilet barede Azerlotereyaya muraciet edin.

Kimdən: Anonim
30.07.2010 10:13
Neyimiz duz ve sheffafdir ki, lotereyamizda sheffaf olsun?!
Cavab

Kimdən: tiraj keçirənlərdən Haradan: azərlotereyadan
30.07.2010 18:08
Ümumiyyətlə lotereya tirajları çox hay-küylü və yorucu musiqi sədaları
ilə keçirilir və həddən artıq boş danişiqlara yol verilir ki ,.bu da çox yoru-
-cudur. Ümumiyyətlə hər tirajın uduş fondu haman tirajda udulmalıdır./
Nə üçün haman pullar və maşın turdan-tura keçməli və başqasına çat-
malıdır?