Bazar ertəsi, Fevral 06, 2012 Bakı vaxtı 09:31

Verilişlər / İşdən sonra

«Dövlət başçısı mənim siyasi rəqibim olacaq»

Azərbaycan Milli İstiqlal Partiyasının yeni sədri Yusif Bağırzadə
x
Azərbaycan Milli İstiqlal Partiyasının yeni sədri Yusif Bağırzadə

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«2013-cü ildə növbəti prezident seçkilərində dövlət başçısı mənim siyasi rəqibim olacaq. Nə vaxt ki biz prezident seçkilərinə gedəcəyik, dövlət başçısı mənim siyasi rəqibim olacaq. Onda da mən öz sözümü deyəcəyəm».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Azərbaycan Milli İstiqlal Partiyasının yeni sədri Yusif Bağırzadə deyib.

Yusif Bağırzadə Azərbaycandakı hökumət idarəçilik sistemini diktatura adlandırsa da, bəzi məsələlər barədə konkret fikir deyə bilmədiyini söyləyib. O, məmurların, nazirlərin bizneslə məşğul olmalarına da birmənalı fikir söyləməyib. Yusif Bağırzadə deyib ki, o bu barədə təhqiqat aparmayıb və əlində faktlar olmadığından heç nə deyə bilməz.

DEPUTAT OLSA, DUBAY MÜLKLƏRİ MƏSƏLƏSİNİ QALDIRACAQ


«Vaşinqton Post» qəzetinin Dubay mülkləri barədə yazılanlara isə inanmaq və buna bir mətbuat yazısı kimi baxmaq istədiyini deyib:

«Əgər Dubayda deyilən mülklər varsa, bu, neqativ haldır. Deputat olacağım təqdirdə prezidentə bununla bağlı sorğu göndərəcəyəm».

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla onu hansı münasibətlərin bağlaması barədə dinləyicinin suallarını cavablandıran AMİP sədri belə söhbətlərin boş olduğunu deyib:

KƏMALƏDDİN HEYDƏROVLA HEÇ BİR ƏLAQƏM YOXDUR

«Mənim cənab Kəmaləddin Heydərovla heç bir əlaqəm yoxdur. Belə sözlər çox gəzir. Bu yaxınlarda Etibar Məmmədovun müsahibəsindən sonra bu meydana çıxıb. Cənab Etibar Məmmədov sel basmış ərazilərlə bağlı «hansı nazir daha yaxşı işləyir» sualına obyektiv cavab verdiyinə görə ki, bu, Fövqəladə Hallar Nazirliyidir. Bu suallar da oradan doğub. Mən cavab verirəm ki, mənim şəxsən onunla heç bir əlaqəm yoxdur».

Müxalifət düşərgəsində baş verənlərə də münasibət bildirən AMİP sədri birləşmək istəyən partiyalara uğurlar arzu etsə də, bu işin çətin olacağı barədə xəbərdarlıq da edib:

AMİP PARLAMENT SEÇKİSİNƏ TƏK GEDƏCƏK

«Bir ideologiya ətrafında birləşməyə vaxt lazımdır. Bunu belə tez etmək mümkün deyil. Onda həmin siyasi partiyalar öz siyasi elektoratını itirə bilər».

Partiya sədri əminliklə deyib ki, AMİP isə digər partiyalardan fərqli olaraq, bu seçkilərdə heç bir siyasi partiya və ya blokla birləşmək niyyətində deyil.

«Milli İstiqlal Partiyası 2010-cu ildə keçirilən parlament seçkilərinə tək gedəcək. Əməkdaşlıqdan söhbət gedə bilər. Bizə əməkdaşlıq təklifi gəlsə biz o təklifi qəbul edə bilərik və bu təklif barədə müzakirələr apara bilərik. Və bundan başqa deyim ki, biz də əməkdaşlıq təklif edəcəyik siyasi partiyalara. Bu əməkdaşlıq dairələrdə, məntəqələrdə ola bilər».

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: qarabagli Haradan: salzburq-
02.08.2010 23:44
qardaslar size bir seyi de deyim.men basa duse bilmirem ki bu hal tek mende bele olur yoxsa kiminse basina gelib.son zamanlar en coxu azerbaycan ziyalilari,boyuk vezife sahibleri,sairlerimiz,yazicilarimiz,deputatlar umumiyyetle izde olan,taninmis insanlarimiz-onlarin yazilarini oxuyanda ve yaxud onlara qulaq asanda men onlari sadege-fabrikada cilalanmis yaltaqliq detallari ile hazirlanmis robortlara benzedirem.hamiya bellidir ki,hansisa bir movzunu oxuyub ve yaxud kiminse mouziyesine qulaq asandan sonra here bir cure reaksiya verir.amma men her defe tamam lomkaya ducar oluram ve yasamagima gore xecalet cekirem.kim deye biler menim .kimilerinin azerbaycanda sayi nece milyon olar?

Kimdən: qarabagli Haradan: salzburq-
02.08.2010 23:10
azerbayganin taci susa seherinde raypoda bir Bayram var idi.bazanin mudiri idi.maqazalara verilen her bir mala ozu qiymet qoymusdu.bu gun dunya arenasinda QARABAG meselesi ile mesqul olur,icmanin sedridir.adamin ureyi dozmez dozseydi-azerbaygandaki vezife sahiblerinin spisokuna baxardi.icra aparati,sehiyye,herbi sahe,pölis sistemi,mehkemeler,televiziya,metbuat,eybeger-eybeger soular,ozumuzu zorla ona buna oxsatmalar-saysan 10000000-ledir.saymaqla gurtaran deyil. beyem bunlarin dunyada -analoqlari varmi?sonra hormetli prezidentimiz analoq sozunu isleden kimi baslayiriq incimeye-qardas duzdur de butun bunlarin dunyada analoqu yoxdur ve dusunmurem ki bizim analoqumuzdan da basqa dunyada bele bir analoq ola bilsin vessalam......olada bilmez axi-ne az ne cox biz bu yolu duz 41 ildir gedirik....zarafat deyil ki

Kimdən: qarabagli Haradan: salzburq-
02.08.2010 22:33
muhendis qardas sizinle temamile raziyam.bir iki xirda elave etmek isteyirem.1. bu yaziq Yusif muellime temiz azeri dilinde oypenmek mutleq lazimdir.2.onun bu nege illerde hansi siyasi fealiyyet gosterdiyini onun stolunun ustune qoymaq lazimdir.3.kime ve nece xidmet gostermeyi ona basa salmaq lazimdir.4.bu gun Yusif muellim ozu de bilmir ki ona dalse ne etmek lazimdir.....estafurullah jene LAZIM? ay qardas vallah ha ora bira fikirlesirsen deyesen islerimiz Lazimsiz kecmeyegek..Lazimda ki ozunu qaldirib qoyub dagin basina.gelib cixmir ki cixmir,,,,

Kimdən: Anonim
01.08.2010 23:48
AMIP hakimiyyet terefinden maliyelesherek siyasi arenaya dogru addimlamaqini Azerbaycanda Ana muxalifet yerini tutmaq ucun hakimiyyet elinden geleni esirgemiyecek.Bir sözle aciq deyim size Azerbaycanda Yap partiyasi AMIP-in böyuk qardashi olacaq.Hakimiyyet bezi vezifelerde AMIP-e guzeshte gederek ,seckilerde onlara yer verek,tam onlari ele alacaq.

Kimdən: Pünhan
01.08.2010 22:17
vallah mən insanları qruplaşdırmağın əleyhinəyəm. Amma faktlar da mənə qarşıdır. Həmin faktlar ondan ibarətdir ki, bir bölgə tanıyıram, orada yaşayan adamların mədəsi timsah mədəsidir- çeynəməmiş udmağa hazırdır. Amma bölgə barədə soruşmayın, demərəm, yoxsa məni də udarlar.

Kimdən: Mübariz Haradan: Almaniya
01.08.2010 18:15
Mändä düshünmüshdümki AMIP-ä kechim bu shäxsnän näyinki bir siyasi partiyada mücadilä etmäk sährada susuzduqdan bilsäm ki öläcäm bunuda qabinda bol-bol suyu olsa yenädä alib ichmäräm ölümü tärcih edäräm!!!
Azärbaycanin istiqlali(qurtulushu) üchün bu shäxs mücadilä edäcäksä vätänmizin qurtulacagi günlär görükmäyäcäkdir.

Kimdən: Anonim
31.07.2010 23:22
Hafiz Göyçədə kələm satırdı şəhərə gəldi balığ Hafiz oldu,Yusif qızıl xalça satandı indi isə kəsmə onluq satır, İlham müəllim isə nöyüt satır.Bunlardı Azərbaycanın talehini həlli edənlər.Yaşa səni Zəlimxan qağa bir qoşma de gəlsin xi xi xi.

Kimdən: Bakili Haradan: Cexiya
31.07.2010 22:28
Vura bilmeyen aqacin boyuyunu goturer.

Kimdən: Musteqil Haradan: Baki
31.07.2010 21:11
Hörmetli:Yusif Bagirzadenin cixishini,cok diqqetle dinledim.Lakin men hec bir munasibet bildirmek istemirem.Ona göre ki, hörmetli Yusif Bagirzade genc bir siyasi partiyanin sedri se4ilmish hele bu haqqda tezdir ne ise munasibet bildirmek.Men AMIP-in partiya siralarina daxil olmusham ve feal uzv kimi fealiyyet göstermishem.Men parlamen seckilirerinde ve prezident seckilerinde daimi Nerimanov rayonunda secki komisiyasinin uzv kimi real ve ciddi fealiyyet göstermishem.
Men sexsen Etibar Memmedov ile görushum olmush.Men partiya siralarindan könullu olaraq terk etmishem.Buna baxmayaraq,men bu gun Yusif Bagirzade eye munasibetimi bildirmek cok tezdir.Siyasi fealiyyeti bunu özu gösterecek.

Kimdən: Muhendis Haradan: Bataqliq
30.07.2010 15:42
Bu Yusif beyin indiden aqzina chullu dovshan siqmir.Sorushan gerekdir ki,AMIP-in lideri dediyiniz hemin o Etibar Memmedov -90-ci illerin evvellerinde aqzindan od tokulen Etibar Memedov - Heydar baba hakimiyyete gelenden sonra hara yoxa chixdi,ele bil qurbaqa golune dash atdilar,cinqiri bele chixmadi.Ara-sira populist chixishlar edib :men de varam" dedi. Sen ondan artiq olmayacaqsan.SIZIN HAMINIZ BU HAKIMMIYETIN DAHA DA UZUNOMURLU OLMAQINA XIDMET EDIRSINIZ!!!
Cavab

Kimdən: eks AMIP-ci
30.07.2010 17:24
Yusif kishinin baxishlarindan muxalifet qorxmalidir.Niye? Diqqetle baxsaniz boo deyib,xox gelen adamin baxishina oxshayir onun baxishi.Qoymuyun e Irasim gelmekdedir.
Səhifə (2)
    Növbəti