Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Verilişlər / İşdən sonra

Naxçıvanda seçki dairəsinin çoxluğu MSK sədrinin istəyidir?

30.07.2010
Akif Qurbanov
«Məzahir Pənahov Naxçıvanda seçki dairələrinin daha çox olmasını özü istəyir».

Bunu AzadlıqRadiosunun «İşdən sonra»proqramında MSK-nın Ümid partiyasından olan üzvü Akif Qurbanov deyib.

Akif Qurbanov deyib ki, MSK sədri Naxçıvanda seçici siyahılarının seçki qanunvericiliyinə uyğun gəlməməsini öz istəyi ilə əlaqələndirib:

«Məzahir Pənahov Naxçıvan məsələsini qaldıranda dedi ki, mən özüm istəmişəm ki, Naxçıvanda dairələrin sayı daha çox olsun».

Akif Qurbanov deyib ki, ümumiyyətlə, seçici siyahıları ilə bağlı kifayət qədər nöqsanlar var.

MİLYON YARIM SEÇİCİ HARDADIR?

«Dövlət Statistika Komitəsinin göstərdiyi yetkinlik yaşına çatan əhalinin sayı ilə, MSK arasında 1 milyon yarım fərq var. Və bu bir milyon yarım seçici hardadır, niyə diqqətdə deyil, bununla bağlı sual ortalıqdadır. Və buna aydınlıq gətirən yoxdur. Təəssüflər olsun ki, nə Dövlət Statistika Komitəsi, nə də MSK tərəfindən bu məsələ qaldırılmadı və baxmayaraq ki, mətbuatın iştirakı ilə keçən iclasda MSK sədri cənab Məzahir Pənahov bu məsələni mənə həvalə edəcəyi ilə bağlı söz versə də, heç bir tədbir görülmədi. Və bunu iclasda sualdan və ya vəziyyətdən yayınma kimi xarakterizə etmək olardı. Və nəticə onu göstərir ki, seçici siyahıları ilə bağlı kifayət qədər nöqsanlar var».

63 saylı seçki dairəsinin parçalanmasına gəldikdə isə MSK üzvü dairənin taleyi ilə bağlı hər hansı bir qərarın hələ qəbul olunmadığını deyib.

«Pənah Hüseynin şəxsi məlumatı əsasında 63 saylı seçki dairəsi ictimai müzakirəyə çıxarılıb.
Anar Məmmədli
Amma mənim məlumatıma görə vəziyyət ondan ibarətdir ki, hələ hər hansı bir qərar qəbul olunmayıb».

MSK AÇIQLAMA VERMƏLİDİR

Seçkilərin monitorinqi və tədrisi mərkəzin direktoru Anar Məmmədli də seçici siyahılarının qeyri-şəffaf olduğunu bildirib. Onun sözlərinə görə MSK bütün bunlar barədə rəsmi açıqlamalar verməlidir.

«Referendumda ölkə üzrə seçicilərin sayı olub 4 milyon 917 min nəfər. Bələdiyyə seçkilərində seçicilərin sayı düşüb 4 milyon 600 min nəfərə. 300 min birdən birə qeybə çəkilir. İndi parlament seçkilərində elan edirlər ki, seçicilərin sayı 4 milyon 829 min nəfərdir. Bu rəqəmlər necə dəyişir? Nə baş verir? Proses o qədər qeyri-şəffafdır ki ictimaiyyət məlumatsız qalır. Biz qanunu bilsək də, faktiki olaraq hansı addımlar atılır məlumatsızıq. Rəsmi orqan MSK aÇıqlama verməlidir bütün bunlar barədə».

Anar Məmmədli şəffaflığın təmin olunması üçün təklif də irəli sürüb.

«Hər il vahid seçici siyahısı təsdiqləndikdən sonra MSK yanında seçki dairələrinin sxeminin təyin olunması ilə bağlı bir komissiya yaradılmalıdır. Və bu komissiyaya MSK sədrinin müavini rəhbərlik etməlidir. Və bu komissiya 125 seçki dairəsi üzrə vəziyyətə baxmalıdır. Belə bir komissiya fəaliyyət göstərmir. Əgər fəaliyyət göstərirsə, niyə biz onun fəaliyyətindən məlumatsızıq?»

Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: ilqar ibrahimli Şəhər: baki-bakixanov
01.08.2010 02:29
"deliden doqru xeber."incime qaqash o"deli" aglindan bir az msk-ya agil ver.

Kimdən: Seyidmemmed Şəhər: Sabirabad
31.07.2010 14:14
Esq olsun mubariz insanlara! Sabirabadin mənafeyini qoruyan dostlara hər zaman dəstək olacağıq

Kimdən: ilqar ibrahimli Şəhər: baki-bakixanov
31.07.2010 03:41
msk-da akif bey kimi 2-3 shexs olsaydi mezahir bey "men bele isteyirem" deye bilmezdi.
Cavab

Kimdən: DƏLİ Şəhər: DƏLİXANADAN
31.07.2010 14:45
ELƏ İŞ ORASINDADIR Kİ, AKİF BƏY KİMİLƏRİ MSK-YA YAXIN BURAXMIRLAR.ONA QALMIŞ OLSAYDI ELƏ MƏZAHİR PƏNAHOVDAN TUTMUŞ MSK-DA HAMINI YERİNDƏ OTURDA BİLƏCƏK EKSPERT-HÜQUQŞÜNAS ÇİNGİZ DADAŞOV ÇOXDAN ORADA OTURMALI İDİ. İNDİKİ İQTİDARA AKİF BƏY, ÇİNGİZ MÜƏLLİM KİMİ SAVADLI, OBYEKTİV,ADAMLAR LAZIM DEYİL.ƏGƏR MƏZAHİR PƏNAHOV DEYİR Kİ, MƏN BELƏ İSTƏMİŞƏM ONDA ORADA OTURANLAR HAQDA DANIŞMAĞINA DƏYMƏZ.NƏ AKİF BƏY MSK-DA ÇOX QALMAYACAQ, NƏ DƏ ÇİNGİZ DADAŞOV ORADA OTURMAYACAQ.
Cavab

Kimdən: Naile Şəhər: Baki
05.08.2010 00:31
Ele Cingiz Dadashovu oturtmasalar yaxshidi, onu Umid Partiyasi DSK-da oturtdu condu satildi o ki qala MSK da otura Yapcilardan beter olar...