Dinlə

Canlı efir

Növbəti veriliş

HASARLANMIŞ MƏZARLIQDA SİFTƏ EDİLMƏYİB

SORĞU

... ... ...


Verilişlər / İşdən sonra

«Hakimiyyət yox deməyə də cürət etmir»

Eldar Namazov

Eldar Namazov

30.07.2010
(Heydər Əliyevin idarəetmə üsulu ilə bağlı abzasda düzəliş edilib)

«Yəqin ki hakimiyyət istəyir ki, ziyalı zümrəsi hakimiyyətin istədiklərini desin. Ziyalılar müstəqil çıxış edəndə onda hakimiyyət tərəfindən bir susqunluq yaranır».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında Eldar Namazov prezident İlham Əliyevin ziyalıların həbsdə olan jurnalistlərin azadlığa çaxması ilə bağlı müraciətinə cavab verməməsini şərh edərkən deyib. Eldar Namazov deyib ki, bu məsələ ilə bağlı cavabsız qalan müraciət tək bu deyil.

«Bu günə kimi jurnalistlərin azad olunması ilə bağlı yüzlərlə müraciətlər olmuşdu. Həm ölkə daxilindən, həm də xaricindən. Həmin müraciətlərin heç birinə cavab verilmədi. Adətən cavab verilməyəndə bu, iki səbəbdən olur. Ya bu məsələni o qədər əhəmiyyətsiz məsələ sayırlar ki, buna cavab verməyə ehtiyac duymurlar. Ya da ki, sadəcə cavab verə bilmirlər. Nə cavab verəcəklərini özləri üçün müəyyənləşdirə bilmirlər».

HAKİMİYYƏT YOX DEMƏYƏ DƏ CÜRƏT ETMİR

Eldar Namazovun qənaətincə, hakimiyyət bu məsələyə cavab verə bilmədiyindən susmağa üstünlük verir.

«Əvvəlcə deyirlər ki, guya məktub onlara çatmayıb. Bu, çox gülməli arqument idi. Ona görə ki, həmin məktub birinci, rəsmi təqdim olunub prezident aparatına, ikinci də bütün qəzetlərdə vergülünə qədər çap olunub. Azərbaycan, rus, xarici dillərdə də çap olunub. Hakimiyyət bixəbərdir bu məktubdan - bunu demək olmaz. Hakimiyyət cavab vermirsə, bu da bir növ etirafdır ki, hakimiyyət rəsmən yox cavabını da verməyə cürət etmir».

HAKİMİYYƏTLƏ İCTİMAİYYƏTİN ƏLAQƏSİ İTİR

Eldar Namazov deyir ki, ictimaiyyətlə hakimiyyət arasında əlaqələr artıq itmək üzrədir.

«Ümumiyyətlə bu hakimiyyətin ziyalılara münasibətində çox ciddi problemlər var. Necə ki, başqa təbəqələrə. Əgər bu hakimiyyət ziyalıların fikirlərinə diqqət yetirsəydi, buna qadir olsaydı, bunu bacarsaydı, yəqin ki, bundan əvvəl bir çox məsələlərlə bağlı yüzlərlə təbəqələr hakimiyyətə müraciət ediblər.
Cəmil Həsənli
Ümumiyyətlə, ictimaiyyətlə hakimiyyət arasında o əlaqələr artıq kəsilib. İctimaiyyətlə dialoq artıq yoxdur. Ziyalılar da bu ictimaiyyətin bir hissəsidir».

ATA VƏ OĞUL ƏLİYEVLƏRİN FƏRQİ:

Eldar Namazov hazırkı hakimiyyətlə Heydər Əliyevin hakimiyyətini də müqayisə edib. O deyib ki, Heydər Əliyevin dövründə belə deyildi. Hazırda bütün məsələlərə bir nəfər cavab verir. O dövrdə də bütün məsələlərə bir nəfər cavab versə də, onun özü hərdənbir ictimaiyyətdən xəbər tuturdu.  Eldar Namazov Heydər Əliyevin dövrünü  ideal və ya optimal dövr hesab etmir:

"Belə olsaydı, mən istefa verməzdim"

Amma onun sözlərinə görə, 2003-cü ildən sonra vəziyyət  ildən-ilə daha da pisləşməyə doğru gedir.

HƏBSDƏN BURAXILMIRLARSA, CAVABIN NƏ OLMASI VACİB DEYİL

Ziyalı, tarixçi alim, deputat Cəmil Həsənli isə deyib ki, artıq hakimiyyət cavab üçün bir şansı əldən verib.

«Mətbuat günü ilə bağlı həbsdə olan jurnalistlərin məsələsi həll olunsaydı, yaxşı olardı. Bu həmin problemi həll etmək üçün bir şans idi. Mənim bildiyimə görə, rəsmi məktublara bir ay ərzində cavab verilməlidir. Qara camaata olduğu kimi. Ziyalı da qara camaata daxildir. Başqa bir imtiyazı var ziyalının? Bunun cavabı bu idi ki, bu gənclər buraxılsınlar. Buraxılma söhbəti olmayandan sonra cavabın olub-olmamağı əhəmiyyətli deyil».

Cəmil Həsənli bu məsələdə mətbuatı da qınayıb:

«Bunu ətrafında yaradılacaq müzakirələr daha çox mətbuatın işi idi. Əgər o olmayıbsa, deməli mətbuat və KİV bunu yaxşı təşkil edə bilməyiblər».

Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (2)
Kimdən: rafiq Şəhər: baki
31.07.2010 12:09
Yatmish ziyalilari oyadin Eldar muallim! Qoymayin yatsinlar,tak-tak oyanan olsada tez oyansinlar.Butun dunyada oldugu kimi bu millatin da oz ziyali sozuna ehtiyaci var.Ziyali sozu dedikda soz atib gizlanmasinlar sozu deyib arxasinda durub onu hayata kecirsinlar.Bu millatin gunahi nadirki ziyalisi sizsiniz.Ziyali olmaq tak tamiz stol dalinda oturmaq deyil axi. Ziyali xalqi arxasi ila tamiz, durust,galacaya saf,pak.................apara bilan insanlardi.Bunu bacarmayanlar ozlarini aldatmasinlar onlar ziyali deyillar. Dushunmak vaxti bizda halada catmayib yaqin ay ziyallilar.Bu gun kecmish bazi uzdan iraq ziyalilarin xayin oldugunu goruruk .Sabah kim bu siyahiya dishacak zaman gostaracak.Ozlarini ziyali sayanlar ozunuzu dushunun,hec olmasa galacak naslinizi dushunun ki onlar sizdan utanmasinlar,sizinla faxr etsinlar !!!!!!!!!!

Kimdən: Əliyev Şəhər: ordan
31.07.2010 03:54
Heydər Əliyev ilə İlham arasında olan ən böyük fərq onların heyat yolunun hardan keçdiyindən təccəsüm olur!

Heydər Əliyev özü bir kasib insanın oğlu olduğu üçün kasıbların, adi insanların canına acıya bilirdi! Ən azından rayonlara gedəndə onların əlini sixirdi!

İlham Əliyev isa insanlara qara cammat kimi baxır! üçünki özü ömründə çətinlik çəkməyib! o özünü elə dartır ki, insanlar ilə görüşlrəində hamıdan ən azı 5 metir aralı dəyanır! çünki özünü onlardan daha artıq və fərqli sayir! Onun siyasəti də kasıblara yox daha çox varlılara yönəlib! Cünki onların dostudur!

Kimdən: On doqquz Şəhər: Bakı
30.07.2010 16:55
Eldar Namazov çox maraqlı adamdır, özünü çox ustalıqla müxalif göstərir. daha nələr, nələr..... Hakimiyyətə qarşı da çox "barışmaz"dır.

Kimdən: fatime Şəhər: Baki
30.07.2010 16:51
Eldar Namazov istefa vermeyib. Sadece ozunun yaratdigi Mustegil Siyasi Arashdirmalar Merkezinin arashdirmalari H. Eliyevin xoshuna gelmemishdi. Ve belelikle 2 "fronta" ishlemekde suchlu bilinen Namazov chetin duruma dushmushdu. Ve o da by Namazovu chagirib izahat teleb etmishdi ve bu izahat da "xoruzunun goltuguna verilmesi" ile sonuclanmishdi.

Ve bundan sonra Namazovda uzun muddet susgunlug sindromu emele gelmishdi. Teze-teze dili achilir..

Xeyirli olsun..

Xahish edirem sherhimi veresiniz. Namazov hagda yazdigim sherhler it-bat olur nedence.

Kimdən: Muhendis Şəhər: Bataqliq
30.07.2010 15:17
Hormetli ziyalilar,sevinin ki,hele de azadliqdasiz. Yoxsa cibinize 0,001 qram heroin atib choxdan sizi gondermishdiler Eynullanin yanina.

Kimdən: Xədicə İsmayilova Şəhər: AzadlıqRadiosu
30.07.2010 15:05
Hörmətli oxucu, təəssüflə nəzərinizə çatdırıram ki, mətndə yanlışlığa yol verilmişdi. Eldar Namazov Heydər Əliyev dövrünü ideal hesab etMƏdiyini deyib. Artıq düzəliş etmişik. Yol verdiyimiz yanlışlığa görə üzr istəyirik.
Cavab

Kimdən: Akif Şəhər: Bakı
30.07.2010 23:29
Hörmətli Xədicə xanım! Eldar Namzovun fikrinə etdiyiniz düzəliş üçün Sizə minnətdarlığımı bildirirəm və Sizin vasitənizlə ondan üzr istəyirəm. Eldar müəllimin öncə dərc olunmuş şərhinə mən narazılığımı bildirmişdim. Lakin redaksiyanızın etdiyi düzəlişdən sonra Eldar müəllimlə mənim fikrim eyni oldu. Ona görə məni günahlandırmayın. Ən əsası odur ki, Siz də, mən də düzgünlük tərəfdarıyıq və Azərbaycanı sivil ölkə görmək istəyirik.
Redaksiyanıza uzunömürlük və uğurlar arzulayıram!!!

Kimdən: Bakili Şəhər: Cexiya
30.07.2010 14:51
Azerbaycanin durumu su bendinin ustunde dayanan neheng ejdahanin elinin altindaki kolelerin durumuna benzeyir.Ejdahanin qarni doymayinca bend acilmayacaq ve xalq da su icmeyecek.O ejdahadir ve elinin altindakilar tebeqesinden asili olmayaraq onun isteklerine tabedir.

Kimdən: Xedije hanima
30.07.2010 14:25
xedije hanim lutfen lutfen
Cenlibelli zagatala, gizil gullu zakatala hakda tesuratlariniz bizimle bolusun
Men sizin yerinize olsaydim. Leonid Mlecinin hazirladigi kimi analitik program hazirlayardim Zakatala hakda bu jennet yeri yerli insanlar icin jehenneme donderilib; Yazin da Telavi goruguna niye gatdilar Zakatala gorugu ve s.
Bu reportaji men anjag Sevda hanima etibar ederdim; cox geribe tarixi ve cox geribe istedadli adamlari olan yerdir. Niye yazmirsiz axi? Pirosmani Zakatalada dogulub, amma gurjuler bele demirler, Gece gunduz de gardas deyir guya amma eslinde kesisler gaxda, zagatalada tebligat aparirlar, genje gapilari gaytarilmadi , reportaj edin ve ustune de oz tesuratlarinizi eleve edin; cox hahis edirem. Menim evvelden sizden hosum gelmirdi hette size bir debatda pis soz de demisdim, uzr isteyirem bunun icin; Veyerle olan seklinizi de gordum; lutfen bir siyasi publisistik peredacha verin , size agla sigmayajak faktlari vere biljek adamlar var orda , lap ele o Zengiyevlar ailesi, alimdirler ; ve ya Tarix etnografiya muzeyinin direktoruna deyin; o size maragli faktlar vere biler, men eminem o kisi cox maragli tarixcidir ve cox savadlidir.
Lutfen hazirlayin bele bir analitik program. Rubabe bir mahni oxuyur zagatala hakda : gizil gullu zakatala , cenlibelli zagatala; bu mahninin da cox geribe taleyi var ; ve six korupsiya ile bagli seydir yani; siz deyin size orda yasayanlar her seyi gozel izah edejekler; size galir tekce duzub seslendirmek; mene maraglidir sizin teserutaniz, yegin 1 ci defe idi o zonada olmusuz

Kimdən: Teymur
30.07.2010 14:14
Hörmətli tanınmış tarixci Cəmil Həsənli. SİZ doğru bildirisiniz ki, burada mətbuatın günahı var. Amma mən bunu bilirəm ki, bu situasiyaların baş verməsində yaranan Mətbuat şurası böyük cinayətlər etməkdədir. Dünyada fəaliyyət görsədən mətbuat şurası JURNALİSTLƏRİN hüquqlarını qoruyursa Azar-baycanda isə seckinlik yaradıb parcalamağa və peşakar kadrın olmasını ortaya atmakla nəticələnib görməmiş gündəlik cıxan qəzetləri yaradıb baş redaktorlara bir dəfəlik yardımların edilməsi olur. Əgər həqiqətəndə peşakar olub bu gün haksızlıklarla mübarizə apamağı bacarsaydılar nə seckiliklər nə dəki belə situasiyalar hec vaxt baş verməzdi. Kimdir özünü peşakar bilib əxlaksızlık düşüncə mədəniyyəti təfəkküründə gəzib vəzifələr tutan bəzi baş redaktorlardır? Bunlar artıq cəmiyyətdə özlərinin iyrənc əməllri ilə tanınırlar.Təəssüflə bildirirəm ki, AZAR- Baycanda JURNALİSTKA cındır bir durumda can verməkdədir.Jurnalistkada Monopoliasiyaların höküm sürməsi nəticəsində milli dəyərlərin yoxluğu hecdə mətbuatda özlərini peşakar jurnalist bilib calışan Dövlətə satılan mətbuatın milli dəyərləri ilə üst-üstə düşə bilməz.Əgər bunlar milliyətcə Azərbaycanlı olsaydılar birinci növbədə QARABAĞ sərhəd bölgəsində müharibə şəraitini anlayıb ailələri ilə orada yaşayardılar. Necə olur ki, mətbuat şurasının sədri Aflatun Amaşovun indiyənə kimi birdənədə olsun cızma-qara məqaləsi olmasın amma rusiyadan aldığı JURNALİST diploma QHT yaradıb xalqın mənaviyyətini dilini təhqir etməkdəndə əl cəkməsin. XALQIN mətbuatını işğal edib xalqa qarşı iyrənc demokratiyanın totolitar idarəciliyini yaşadan Dövlətə satılsın. Hansı qanunlardan irəli gələn addımlardı görəsən. Nə ücün bu günə qədər Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdri Əli Həsənova və Əflatun Amaşova cinayət işləri acılmır. Nədir səbəb!..........
Əli Həsənovun Xatai rayon Xatai metrosunun arxa tərəfində şəxsi KLİNİKASI fəaliyyət görsətməklə yanaşı aidiyyatı olmadığı arxitekturaya uyğun olmayan tikinti işlərini bərpa edilməsini, müharibə şəraitini saya salmayıb Əflatun Amaşovun oğlu ABŞ-da təhsil alması görəsən hansı qanunlardan irəli gəlib istədiklərini edirlər. Amma Azərbaycanın ziyalıları və digər tanınmış şəxsləri eyni zamanda XARİCİ dövlətlərin tanınmş təşkilatları və dövlət qurumları bu qədər müraciət edirlər lakin və təəssüflər olsun ki, hamsı qulaq ardına vurulub, Sağ qulaqdan alıb Sol qulaqdan çölə ötrülür .Bu gün Zavallı məmləkətin JURNALİSTİ olsaydı demokratiyanın tatalitar qurluşunda belə situasiyalar baş verə bilməzdi.

Kimdən: Ataqam Şəhər: Bakı
30.07.2010 13:56
Bir gün sinoplu Diogen bir heykəlin qabağında dayanıb durub əl acıbmış. Yoldan ötənlər Diogeni bu vəziyyətdə görüb soruşurlar:
- Diogen, sən neyləyirsən? Bəyəm bilmirsən qarşındakı heykəldi?! Heykəl sənə nə verə bilər axı?
- Narahat olmayın, heykəl olduğunu qəşəng bilirəm, ondan da heç nə ummuram. Sadəcə, özümü İMTİNAya öyrəşdirirəm, - Diogen cavab verir.
Cavab

Kimdən: Aqa Şəhər: Okeanın o tayı
31.07.2010 03:47
Ataqam müəllim sizin bənzətmələriniz həmişəki kimi bizə xüsusi ləzzət verir!
    Növbəti 
Səhifə (2)