Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:13

Siyasət

ATƏT jurnalistlərin azadlığa buraxılmasını israr etməkdə davam edəcək

Şriftin ölçüsünü dəyiş - +
ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç iyulun 29-da ATƏT-in Daimi Şurasına ənənəvi hesabatını təqdim edib.

Hesabatda göstərilir ki, Miyatoviç martın 25-də xarici işlər naziri Elmar Məmmədyarova məktub yazaraq prezident İlham Əliyevin «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidovun əfv etməsini alqışlayıb:

«Qənimət Zahid müəmmalı cinayət işinə görə cəza aldığı müddətin yarısını çəkmişdi. Sonrakı bütün müraciətlərim həbsxanada qalan bir jurnalist və iki bloqqerlə bağlı olub».

Miyatoviç aprelin 22-də bəyanatla çıxış edərək Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirilməsi Eynulla Fətullayevi azad etməyə çağırıb.

İyunu 15-də İlham Əliyevə müraciətində isə Fətullayevin və iki bloqqerin azadlığa buraxılmasının təmin olunmasını xahiş edib.

Miyatoviç qeyd edir ki, «iyunun 26-da Fətullayev çox böyük şübhə doğura ittihamla bağlı 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Həmin gün bu məhkəmə qərarını tənqid etmişəm. O mənada ki, bu, Azərbaycanın media azadlığı sahəsində ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadığını göstərir».

Dunya Miyatoviç əlavə edir ki, onun təmsil etdiyi qurum Eynulla Fətullayevin işini yaxından izləməkdə və onun, eləcə də iki gənc bloqqerin azadlığa buraxılmasını israr etməkdə davam edəcək.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Q" neftçi Haradan: "qəmli
30.07.2010 14:18


Qalx Qalx ey ulu torpaq!

Kimdən: Anonim
30.07.2010 13:07
biri de var idi hec kimi saymayan ayaggabnan usaglar doyurdu heykelini
axirini da gosterdiler butun dunyaya
Cavab

Kimdən: sual
30.07.2010 14:08
kimiydi o gehreman ushag doyen?

Kimdən: rushvetden bezmish
30.07.2010 12:25
ay xanim Miyatovich,

bizim kral hech kesi saymir, ne mektub, ne xahish!?

Ele bizim millet de "o soz", gedib oz problemlerini chozmek evezine senin kimi gelib azadligdan-flilandan danishanlari ve ya ish gorenleri asib-kesir ve gunahlandirirlar.

Yegin, ona gore de bu gundeyik..