Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:51

Bloqlar / İlkin Məmmədov

«Bax indi azərbaycanlı olduğuma görə fəxr edə bildim»

«Qarabağ» FC
x
«Qarabağ» FC
Şriftin ölçüsünü dəyiş - +
İyulun 29-u UEFA Avropa Liqasında 3-cü təsnifat mərəhələsinin oyunları idi.

Bu mərhələdə adətən güclü komandaların gözəl oyunlarını görmək olmur deyə, ancaq azarkeşlik elədiyim komandalara baxıram.

Mənim bəxtimdən həmin gün «Qalatasaray» «evdə» OFK Belqradla oynayırdı.

Bir başqa dostumun da bəxti gətirmişdi. Türkiyənin başqa bir klubu – «Beşiktaş» Praqaya gəlmişdi. «Viktoriya» Plzenlə oynayacaqdı.

Həmin gün ortaq marağımızın birləşdiyi bir oyun da var idi: «Qarabağ» səfərdə «Visla» Krakovla görüşürdü. Üç oyunun üçü də, demək olar ki, eyni vaxta təsadüf edirdi.

Düzü, əvəlki illərin təcrübələrini nəzərə alanda, «Qarabağ»ın oyununa baxmaq üçün Krakova səfər etmək fikrindən daşındıq. O qədər olub ki, iş-gücünü atıb, başqa bir şəhərə gedirsən. Amma hər dəfə adı Azərbaycanın, dadı isə xarici legionerlərin olan klubların acı məğlubiyyətinin şahidi olursan.

FUTBOL BİZDƏN ÖZ QİSASINI ALDI

Mən evdə oturub «Qalatasaray»a baxdım, dostlarım «Beşiktaş»ın oyununu izləmək üçün Praqanın Letnany stadionuna üz tutdular.

90 dəqiqə bitəndən sonra bu «etibarsızılığımıza» cavab olaraq futbol bizdən öz qisasını aldı.

Milyonlarla dollarlıq oyunçular transfer eləyib Praqaya gələn «Beşiktaş» o qədər biabırçı oynadı ki, qapıçısının ağlasığmaz reaksiyası olmasaydı, böyük hesabla uduzması heç kəsi təəccübləndirməzdi.

O boyda Raykardın məşqçilik elədiyi «Qalatasaray» isə öz meydançasında, İstanbulda Belqradın cırtdan komandalarından olan OFK Belqradla ancaq 2-2 eləyə bildi.

Bizim oyununa getmədiyimiz, telekanallarımızın da bizlərə (xaricdə yaşayanlara) göstərmədiyi oyunda isə «Qarabağ» səfərdə OFK Belqraddan da, «Viktoriya» Plzendən də güclü olan «Visla»nı məğlub elədi. Özü də təsadüf nəticəsində yox, halalca qələbəylə, rəqibindən yaxşı oyunla.

Halaldır! Səhifədə şərh yazanlardan biri, Turgut demişkən, «Bax, indi Azerbaycanli olduguma gore fexr ede bilerem!».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: azira Haradan: paris
07.08.2010 23:05
esq olsun QARABAQ oyunçularina alahdan arzu edirem gelecekde bunanda
guclu bunanda yaxsi oynayasiniz alah zizlere guc versin sizlere cansaqliqi versin sizler hemise azerbaycan adini azerbaycan bayraqini ucaldasiniz.
Esq olsun sizlere.

Kimdən: Bagiriv.N. Haradan: Almaniya
07.08.2010 11:47
Size minnatdarligimi bildirirem.Sükür Allaha ki bizim futbol komandamiz bizlere bir nece 10-illiklerden sonra sevindire bildi.Inanmag isterdim ki bu gelebe son olmayacag.Size ugurlar ve can sagligi azulayiram.

Kimdən: AZERIDEN Haradan: RUSIYADAN
07.08.2010 01:15
AFERIN.ESAS ODUR KI, "QARABAG"DA OZ AZERI OGULLARIMIZ OYNAYIR, ECNEBILER YOX.QURBAN QURBANOVA OZ MINNETDARLIGIMI BILDIRIREM.BIZ SIZE DAHA BOYUK UGURLAR ARZULAYIRUQ.

Kimdən: Bayat Haradan: Baki
06.08.2010 17:28
Bash eyirem onunde, Qarabag!!!

Kimdən: Ondan Haradan: Oralardan
04.08.2010 11:03
Sağ ol Qarabağ coxdan ğözlədiyimiz futbol sevincini bizə yaşatdığına görə ! Bu son deyil hələ başlanqıcdı möhtəşəm qələbərin başlanqıcı ! Əvvəl futbolda sonra isə döyüşdə Qarabağ qələbəni davam etdirək İnsallah ! Bu futbol komandası Qarabağ adının məhsuliyyətini Azərbaycanın şərəfini qorumağının məhsuliyətini anlayan tək komandadı onlar başqa komandalar kimi madiyyat düşgünü olmadıqlarını təsdıq etdilər ! ANCAQ İRƏLİ QARABAĞ !

Kimdən: Sərdar Kərimli Haradan: Bakı
02.08.2010 14:51
EŞQ OLSUN ! Qurban Qurbanovun sağ əli Fogtsun başına.Gün o gün olsun ki, MİLLİ komandamiz da elə həmin hesabla Varşavada Polşa , Moskvada Rusiya və s. milli komandalarının dizini yerə qoysun.Mən tam əminliklə deyərdim ki, "GARABAĞ" bu qələbəsi ilə bütün dünyaya sübut etdi ki, AZƏRBAYCANIN NECƏ YENİLMƏZ CƏSUR OĞULLARI VAR.

Kimdən: Nemət Haradan: Bakı
01.08.2010 13:00
Biz hələ ölməmişik. Mübarizə aparırıqsa, deməli yaşayırıq

Kimdən: Multik Haradan: Isvecre
01.08.2010 09:56
Basha dusmedim siz tereflerde internet yoxdu ki Ilkin Muellim? Belke baxmaq istememisiniz? ) Internet uzerinden Qarabagin oyunlarini izlemek olur..Baxir azerkeshe..

Kimdən: kamil Haradan: bakı
31.07.2010 20:50
salamlar....
Qarabağın oyunu və möhtəşəm qələbəsi hamı kimi məni də sevindirdi....
Ama təəssüf ki, aparıcı hər zamankı kimi yenə də lazımı səviyyədə deyildi. Oyun boyu ölkəmizdə məlum şəxslərin idmana olan qayğısından bol bol danışmağı da başqa........
xaricdə yaşayanlara sözüm odur ki siz türksat da niyə baxmırsınız....
buyurun biss kod:
12 12 12 12 12 12
bu kodu daxil edin və mənə dua edin...

Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 15:20
Heç olması bu qələbəyə görə şükr edin Allah! Bələkə Allah Təal bizə buna görə daha artıq qələbələr nəsib etdi! Yoxsa elə daima narazılıq naşükürlük edilir sonrda kimlərdəsə günah axtaılır! Halbu ki ən birinci əldə onun bir nəaliyyətə görə şükr eləmək lazımdı!
Səhifə (2)
    Növbəti