Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:21

Siyasət

Müxalifətə yenə xəbərdarlıq edildi

Şriftin ölçüsünü dəyiş - +
Müsavat Partiyasının mətbuat məsələləri üzrə müavini Mehman Cavadoğlu AzadlıqRadiosuna deyib ki, polisə çağırılanlar iyulun 31-nə təyin edilən mitinqlə bağlı icra hakimiyyətinə ünvanlanan müraciəti imzalayan şəxslərdir:

«Müsavat Partiyasından Hüseyn Məlik, AXCP-dən Fuad Qəhrəmanlı, Asif Yusifli, KXCP-dən Vüqar Bayramlı və Xəzər Teyyublu polisə çağırılıb. Onlar iyulun 31-də keçiriləcək mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə ünvanlanan müraciəti imzalayan şəxslərdir. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev onlara xəbərdarlıq edib ki, icra hakimiyyəti təqdim olunan yerlərdə mitinq keçirməyə icazə verməyib, ona görə də sabahkı mitinqin qarşısı polis tərəfindən alınacaq.

Müxalifət nümayəndələri isə bildiriblər ki, icra hakimiyyəti növbəti dəfə müxalifətin müraciətini rədd etməklə sərbəst toplaşma azadlığını pozub. Buna görə də partiyalar mitinqləri elan etdikləri yerdə keçirməkdə israrlıdırlar».

Bakı Şəhər İcra Hakimiyyəti müxalifətin şəhərin mərkəzindəki yeddi meydanda aksiya keçirmək təklifini qəbul etməyib. Meriya təşkilatçılara yenə də mərkəzdən uzaqdakı meydanları təklif edib.

Müxalifət isə cavabdan asılı olmayaraq iyulun 31-nə təyin olunan mitinqi Bakı Şəhər İcra Hakimiyyəti qarşısında keçirməyi planlaşdırır.

İyulun 31-də Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyalar aksiya keçirməyi planlaşdırırlar.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Vüqar Bayramlı Haradan: Xırdalan
31.07.2010 16:05
Bu svarsikin mezelenmesini ciddi qebul etmeniz doğru deyil! Onun da bizim kimi yazdiğını ve ironiyasını anladım!

Kimdən: aysel Haradan: sumqayit
31.07.2010 12:48
ay svarshik daha sene sozum yoxdu.bu iqtidar senin kimilerin ele manqurtlasdirib ki..sen buna yasamaq deyirsen?biz yasamiriq ee surunuruk.ama ele sene bu da azdi..

Kimdən: Svarshik
31.07.2010 00:25
Ne isteyirler ey bu musavatcilar.E qardash ne vermisiniz ala bilmirsiniz bu iqtidardan.Seher dura bilirsiniz,yurdumuzda gunesh cixib sonra batir,almaga hava var,dagimiz-aranimiz var,denizimiz-golumuz var,memurumuz-oliqarximiz var.varlimiz-kasibimiz var,neftimiz-qazimiz var VAR.E bes ne isteyirsiniz.Puldu de birinde az olar birinde cox alar.Eger biz kasiblara gore calishirsinizsa qardash bizim ucun bele yaxshidir.Eziyyet cekmeyin.Allah bizim omrumuzden qopardib bunlarin omrune svarka elesin.
Cavab

Kimdən: HAKIM BABA Haradan: GOSPITAL
31.07.2010 12:11
Man bir hakim kimi sana svarshik ishlamayi gadagan ediram!Svarkanin istisi-tustusu sanin gozunuva bashini xarab edib.
Cavab

Kimdən: robınzon Haradan: turkıye
31.07.2010 10:43
qardas sene bır meslehet .sen get svarsıkılyını ele.bele ıslere qarısma