Cümə, Fevral 10, 2012 Bakı vaxtı 21:10

Verilişlər / Kontekst

Yağış suyunu qaynadıb içənlər...

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«İçməyə su tapırıq ki, hamam da tapaq?»
«Əllərimiz hamısı qabar atıb vedrələrlə su daşımaqdan. Gedin arxa baxın, görün biz içməyə nə suyu işlədirik. Heç arxa da su gəlmir».

Tərtərin Qaynaq kəndində kimi dindirsən, gileyini alov kimi püskürəcək, çünki bu kəndin sakinləri illərdi su üzünə həsrətdirlər. Evlərinə su gəlmir, heç bəzi kəndlərdə camaatın əlindən tutan «kaçalka», yəni yerin 20-30 metrliyindən su çıxaran qurğu da yoxdur. Sakinlər içməyə, yuyunmağa, ev-eşiyi təmizləməyə, mal-qaranı, toyuq-cücəni suvarmağa su üçün evlərindən xeyli uzağa getməli olurlar. Bu «uzaq məsafə» kimin üçün 200-500 metr, kimin üçün 1-2 km-dir.

«Su daşımaqdan canımız xəstə düşüb. Gedib bir görəsiniz mən hardan su gətirirəm. Pambıq sahəsinə artezian axır, gedib ordan gətirirəm».

- Neçə dəfə gedirsiz gündə?

«Sayı hesabı varmı? Sübh tezdən, işıqlaşmamışdan camaat tərpənir su gətirməyə. Heyvanı sulamağa aparır. Yenə günorta heyvanı apar sulamağa, toyuq-cücəyə su gətir. Vaxt yoxdur, ancaq su gətiririk. Mən indi işdə qapını bağladım, gəldim evə ki, uşaq susuzluqdan qırıldı, gedim su tapım onlara».

HAMAMIN ADINI TUTMA

Zeynəb kəndin tibb bacısıdır, deyir, səhər işə gedəndə özüylə bir qab da götürür ki, qayıdanda evə su gətirsin.

- Gündə, həftədə neçə dəfə hamamdan istifadə edə bilirsiniz?

Hər qaynaqlının qapısında içməli su qablarıyla yanaşı iri çəlləklər də var
- İçməyə su tapırıq ki, hamam da tapaq? Heç o məsələyə toxunma, biabırçılıqdır.

- Həftədə bir dəfə…

- Yayın istisində?

- Bəs neyləyək? Suyu hardansa daşıyırıq axı.

- Paltarı suya çəkirik, tökürük ki, qapıda toz yatsın. Bəzən heç atmırıq da, qoyuruq ki, toyuq-cücə içsin.

YAĞIŞA ÜMİD KƏND

Hər qaynaqlının qapısında içməli su qablarıyla yanaşı iri çəlləklər də var. Yağış yağanda sevinirlər ki, bu dəfə su qapılarına gəlib. Yağış suyunu toyuq-cücəyə, mal-qaraya verirlər, amma bəzən əlləri içməli suya çatmayanda elə qaynadıb özləri də içirlər.

İçməli su artezianı isə Qaynaq kəndinin mərkəzində, məscidin həyətindədir. Bu kəndin o biri artezianlarından, kəndlilərin diliylə desək, «qaynama»dan biri kənddən xeyli uzaqdadır, o biri isə işləmir.

Kəndlərdə içməli su mənbəyi də əsasən yerin 300-400 metr dərinliyindən çıxarılan «qaynama» suları sayılır. 120 m dərinlikdən çıxan sular – subartezianlardan isə əsasən əkin sahələrini, həyət-bacanı, mal-qaranı suvarmaq
Kəndin içməli su kimi gözünü dikdiyi «qaynama»nın suyu isə sısqa gəlir
üçün istifadə edirlər.

Tərtərin Qaynaq kənd bələdiyyəsinin sədri Akif Ağalarov deyir ki, kəndin 430 təsərrüfatından yalnız 60-nın həyətinə subartezian suyu çəkilib. Kəndin içməli su kimi gözünü dikdiyi «qaynama»nın suyu isə sısqa gəlir, onun altına 20 litrlik qab qoyanda bəlkə bir saat gözləməlisən ki, dolsun. Akfi Ağalarov bu su mənbəyinin gözünü bir az açmağın və heç olmasa, məhəllə-məhəllə paylamağın yolunu axtarır, hərçənd bu işin dəyəri bələdiyyənin bir illik büdcəsindən də çoxdur:

«Mənim bir illik büdcəm heç 5-6 min manat eləmir».

Kəndlərin içməli su problemi üzrə araşdırma aparan İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Samir Əliyev deyir ki, içməli su bir çox kəndlərin əsas problemidir. Kəndlilər ən yaxşı halda subartezian sularından içməyə məcbur qalır ki, bu sularda da yod olmur, bəzi hallarda su duzludur, bu da sağlamlığa ciddi təhlükə yaradır.

Samir Əliyev deyir ki, bəzi kəndlərdə camaat içməli suyu pulla alır. Hər ay orta hesabla 30-40 manat suya pul vermək isə kasıb kəndli büdcəsi üçün ağır yükdür. Ekspertin sözlərinə görə, «qaynama» sularını qazıb çıxarmaq üçün
«Suyu qablarla daşıyırıq»
40-50 min dollar vəsait lazımdır, buna isə yerli icra və bələdiyyə strukturlarının, kənd icmalarının gücü çatmır.

İCMƏLİ SU OLACAQ

«Azərsu» Səhmdar Cəmiyyəti «Birləşmiş Su-kanal» Məhdud Məsuliyyətli Cəmiyyətdən AzadlıqRadiosuna verilən məlumata görə isə, kənd yerlərində içməli su təchizatıyla bağlı Dövlət Proqramı var və proqram çərçivəsində hər 5-10 ev üçün şəbəkə qurulması və ya tam sayğaclaşmaya keçməklə hər evə su çəkilməsi, su mənbələri əlçatmaz olduğu halda isə maşınla əhaliyə çatdırılması nəzərdə tutulur.

Dövlət Proqramı bu problem 2014-cü ilə qədər həll etməyi planlaşdırır.

Qurumdan bildirirlər ki, kənd yerlərində içməli su təminatı üçün son illərdə dövlət büdcəsindən 3 milyon manat pul ayrılıb.

Tərtərin Qaynaq kəndində isə deyirlər ki, kənddə yerin altında içməli su mənbələri çoxdur, amma yeri qazıb bu mənbələri üzə çıxarmağa hökumət gərəkdir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: K O M M U N İ S T Haradan: GiZLi BAKI
31.07.2010 15:42
Bir necə gun əvvəl TV-də GÖYCAY rayonunu göstərirdilər,sakinlər bildirirdilər ki,SOVET vaxtı sudan şikayətimiz yox idi,amma 15 ildir su uzunə həsrətik,bir necə il olar ki,umumiyyətlə PALCIQLI su icirik.Cunki Göycayın təmiz suyunu istiqamətləndiriblər KƏMALƏDDİN HEYDƏROVUN qızıl balıq yetişdirən vətəgələrinə.....hə buda "milli"dövlət balıqların taleyini insanlardan daha cox fikirləşir...

Kimdən: Hekari Haradan: Bakı
31.07.2010 15:24
Yenə deyirəm heç olmasa bu tapılanad şükr elə ki Bundsan daha pis olmasın! Yoxsa kimsə ittiham et! Birinci düşünki sənin etdiyn bu günühlar səbi ilədi bu bəlalar! Sənin suyunu qazını kəsən elə sənin millətindəndi, öz içinzidən şıxıb deməli buna layiqsiniz ki belə olub! Şükr etməməyə görədəi bunu heç fikləşmisiniz yaxşı gündə Allahı yad slmısın ki pis gündə dadınıza çatsın?!

Kimdən: MOLLA
31.07.2010 12:20
Suyu olana@ Sanin suyun har vaxt ola bolar ama corayin olmaz.Sanin kimilarin corayi dizinin ustunda olur,ayaga galxan kimi yera dushur.San get yap-a sas ver ama hec bir rayonun adindan yap-a sas vera bilmarsan.YAP partiyasi millatin dushmanidir.Ayilin ey millat YAP PARTIYASI XALGIN DUSHMANIDIR!

Kimdən: Murad Haradan: Kend
31.07.2010 10:58
Kendlerin su teminatina dair Dovlet Programi yoxdur. Eger varsa hokumet onu niye gizledir? "Azersu"nu temsil eden resmi shexsin ictimaiyyete yalan melumat vermesi biabirchiliqdir. Ya da sadece bu adamin dunyadan xeberi yoxdur!

Kimdən: Mübariz Haradan: Almaniya
30.07.2010 21:19
Azärbaycandaki hakimiyyät Azärbaycan xalqininin gäläcäyinä sagalmasi choq chätin olan därbälär vurub bu yetmirmish kimi hälä bu därbäläri vurmaqda dävam edirlär!
Cavab

Kimdən: suyu her vaxt olandan Haradan: isti soyuq suyu olan yer
30.07.2010 23:47
Eli qabar olan neyinki Ter-ter camaati,hetda butun eli qabarli su problemi ile uzleshen Azerbaycan vetendashlari bir nefer kimi payizda kecirilecek seckilerde YAP-a ses verecek.Eshq olsun YAP-a.Yasasin xalqla YAP-in vehdeti.Yashasin ulu onderin qoyub getdiyi anoloqu olmayan YAP siyaseti.Uraaa...