Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:04

ADNA qətliamı – kimdir günahkar?

Qətliamda 12 nəfər odlu silahla qətlə yetirilib, 20-dən artıq insan yaralanıb
x
Qətliamda 12 nəfər odlu silahla qətlə yetirilib, 20-dən artıq insan yaralanıb
Şriftin ölçüsünü dəyiş - +
Dövlət Neft Akademiyasındakı qətliamda təqsirləndirilənlərin vəkilləri hesab edir ki, müdafiə etdikləri şəxslərin bu cinayətdə təqsirləri yoxdur.

İyulun 30-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçirilən məhkəmə iclasında vəkillər müdafiə çıxışı etdilər. Hakim məhkəmə iclasında jurnalistlərə video və foto çəkilişlər aparmağa, həmçinin audioyazı cihazlarından istifadə etməyə icazə vermədi. Nadir Əliyevin vəkili istisna olmaqla, digər vəkillər təqsirləndirilənlərə bəraət istədilər.

ETİRAFEDİCİ İFADƏLƏRİN ALINMASINDA İTİN KÖMƏYİ


Prosesdə əvvəlcə Cavidan Əmirovun vəkili Hüseynxan Mustafayev çıxış etdi. Vəkil diqqəti əsasən ona yönəltdi ki, Cavidan Əmirov digər təqsirləndirilən şəxs Nadir Əliyevin ifadəsi əsasında həbs olunub. Lakin Nadir Əliyev məhkəmədə etiraf edib ki, ondan ifadələr işgəncə altında alınıb. Nadir Əliyev məhkəmədə ibtidai istintaqa verdiyi ifadələrindən imtina edib. Hazırda onunla eyni müttəhimlər kürsüsündə əyləşən Cavidan Əmirovun və digərlərinin adlarını da işgəncə altında çəkdiyini deyib.

Vəkil bildirib ki, məhkəmədə istintaq dindirmələri ilə bağlı videolentə baxış keçirilərkən də kadrlardan görünüb ki, Nadir Əliyevlə dindirmə aparılan otaqda it var. Müstəntiqlər həmin iti Nadir Əliyevin üstünə qısqırdırlar, it dayanmadan hürür, bu da istintaq olunan şəxsə psixoloji təsir göstərmək məqsədi daşıyıb. Bu barədə vəkil AzadlıqRadiosuna da danışıb:

«Neçə aydır məhkəmə araşdırması gedir, bir sübut yoxdur ki, bu dörd nəfərin o cinayətdə əli var. Bircə Əliyev Nadir istintaq zamanı ifadəsində göstərib ki, guya belə bir söz eşidibmiş ki, bunlar belə bir cinayətə hazırlaşırlar. Məhkəmə iclasında da hamısını dandı ki, mənə işgəncə altında yazdırıblar. Dedi ki, itlə qorxudublar, mənə psixoloji təsir göstəriblər, ona görə mən belə yazmışam, belə bir iş olmayıb, yazdıqlarımı da danıram».

«HÜQUQ-MÜHAFİZƏ ORQANLARIMIZ QUMAŞYANI HİMAYƏ EDİR»


Hüseynxan Mustafayev həmçinin məhkəmənin nəzərinə çatdırıb ki, iş materiallarında adı terroru maliyyələşdirməkdə və təşkil etməkdə hallanan Gürcüstan vətəndaşı erməni Mardun Qumaşyanın hələ də cinayət məsuliyyətindən kənarda qalması Azərbaycanın hüquq-mühafizə orqanının həmin erməninin həbsində maraqlı olmamasıdır:

«Mardun Qumaşyan iş materiallarında milli ədavətçi, düşmən sözləri ilə qeyd olunur. Bir tərəfdən də onun cəzalandırılmasına maraq göstərilmir. Burdan da belə nəticə çıxır ki, Azərbaycanın hüquq-mühafizə orqanları düşməni, milli ədavətçini himayə edir».

«İNTERPOL HEÇ KƏSİ AXTARMIR»

Məhkəmədə ittihamı müdafiə edən prokurorlarsa replika hüquqlarından istifadə edərkən dedilər ki, Mardun Qumaşyan barədə cinayət işi ayrılıb və o,
Vəkillər hesab edir ki, müdafiə etdikləri şəxslərin cinayətdə təqsirləri yoxdur
axtarışdadır.

Lakin Hüseynxan Mustafayev deyir Qumaşyanı heç kəs axtarmır:

«İbtidai araşdırma orqanı iki versiya üzərində işləyib. Bunlardan biri odur ki, bu terroru Gürcüstan vətəndaşı Mardun Qumaşyan maliyyələşdirib və təşkil edib. Onun barəsində cinayət işi ayrılmalıdır və göndərilməlidir Gürcüstan Respublikasına. Çünki oranın vətəndaşı olduğuna görə Gürcüstan onu bizə verməz. Burdan cinayət işini göndərməlidirlər ki, onu Gürcüstan məhkəməsi mühakimə etsin. İttiham aktında göstərilib ki, onun barəsində axtarış elan olunub, ancaq mən «İnterpol»un Azərbaycan bürosundan rəsmi məktub almışam ki, belə bir adam axtarışda deyil».

Hüseynxan Mustafayev məhkəmədən Cavidan Əmirov barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Həmçinin xahiş edib ki, Cavidan Əmirovun işgəncə altında boynuna saxta ittihamlar qoymuş istintaqçılar özləri cinayət məsuliyyətinə cəlb olunsunlar.

Vəkil hesab edir ki, hakimlər məhkəmədə araşdırılan sübutlara qiymət verməlidilər, onlar ibtidai istintaq orqanının gəldiyi nəticə ilə kifayətlənməməlidirlər.

«VİDEOGÖRÜNTÜDƏ FƏRDA ONLARIN ADNI ÇƏKMİR»

Sonra Nadir Əliyevin vəkili Elman Ağayev çıxış etdi. Vəkil Nadir Əliyevə istintaq vaxtı verilən işgəncələrdən danışdı. Dedi ki, ittihama inanmalı olsaq, Fərda Qədirovla bağlı MTN-nin yaydığı videogörüntülərdə Fərda Qədirov tərəfindən təqsirləndirilən şəxslərdən heç birinin adı çəkilməyib. Çəkilən ad yalnız Sergey adlı birisinin adıdır:

«Bu şəxslərin cinayətdə əli olmayıb. Ona görə də, bu cinayətdə mütəşəkkil dəstədən söhbət gedə bilməz».

Elman Ağayev ittiham tərəfinin Fərda Qədirovun milliyyəti, dini, irqi və hansı etnosa bağlı olması haqqında məlumat vermədiyini də söylədi. O, bildirdi ki, ittiham tərəfi Fərda Qədirovun hansı millətə və etnosa məxsus olması mütləq göstərilməlidir.

Elman Ağayev dedi ki, müdafiə etdiyi şəxsin təqsiri yalnız ondan ibarət olub ki, cinayət barədə əvvəlcədən xəbəri olsa da bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib. Məhkəmədən xahiş etdi ki, Nadir Əliyev barəsində olan ittihamlar Cinayət Məcəlləsindəki xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə maddəsinə tövsif edilsin və ona bu maddənin ən yuxarı sanksiya həddində cəza verilsin.

«BİR ŞİLLƏYƏ ÜÇ NƏFƏRİ TUTDURANDAN TERRORÇU OLMAZ»

Neft Akademiyasında qətliam, 30 aprel 2009
Məhkəmədən müvəkkilinə bəraət istəyən vəkillərdən biri də Nəcəf Süleymanovun vəkili Səyyarə Əliyeva oldu. O, dedi ki, müttəhimlər kürsüsündə oturanların araşdırılan ağır cinayətdə əli olmasına inanmır:

«Siz bu Nadir Əliyevə yaxşı-yaxşı baxın. Görün bu adamdan terrorçu çıxar, ya yox? Bir şilləyə günahsız üç nəfərin burda oturmasına baiskar olub. Terrorçu dəqiq, bilikli, punktual olmalıdır. Bu adamlar adlarını belə yaza bilmirlər, iki kəlmə sözü bir-birinin ardınca düzə bilmirlər».

Ariz Qabulovun vəkili Səyyad Mirzəyev də müdafiə etdiyi şəxs barəsində olan ittihamın məhkəmə istintaqı dövründə sübuta yetirilmədiyini əsas gətirərək, məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş etdi.

SON SÖZ AVQUSTUN 4-DƏ OLACAQ

Vəkillərin çıxışı başa çatandan sonra hakim növbəti məhkəmə iclasını avqustun 4-ə təyin etdi. Həmin gün təqsirləndirilən şəxslər son sözlə çıxış edəcəklər.

Prokurorlar Nadir Əliyevə, Cavidan Amirova və Nəcəf Süleymanova ömürlük, Ariz Qabulova isə 11 il müddətinə cəza istəyiblər. Bu şəxslər 2009-cu ilin aprel ayının 30-da Neft Akademiyasında Fərda Qədirov tərəfindən törədilən qətliamda Fərda Qədirovla əlbir olmaqda təqsirli bilinirlər. Həmin qətliamda 12 nəfər odlu silahla qətlə yetirilib, 20-dən artıq insan yaralanıb. Fərda Qədirov qətliamı törədəndən sonra hadisə yerində özünü də öldürüb. Lakin təqsirləndirilən şəxslər məhkəmə ifadələrində cinayətin işgəncə altında boyunlarına götürdüklərini söyləyiblər. Məhkəmə iki dəfə ekspertiza təyin edib və hər iki ekspertizanın rəyində onların üzərində işgəncə izi aşkar olunmadığı qeyd edilib.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Muhendis Haradan: Bataqliq
02.08.2010 11:26
Bir az emosional olsa da deyeceyem.Bilirsiz iqtidar niye muharibe etmek istemir?.Chunki muharibe olsa bezi silahlar ele hemin bu rushvetxor, xalqin qanini ichen,meneviyyatini tapdalayan memurlara qarshi chevrilecek.

Kimdən: uluturk
02.08.2010 09:32
Bılırsız eger ne vaxtsa olkede hakımıyyet deyısse,mıllet ayaga qalxsa men bırıncı ozumu o qatıllere yetırecem.Onların cezasını ıse coxsaylı izdıham xalq kutlelerı verecek,lıncleyerek.Onlar ancaq buna layıqdıler

Kimdən: Aslan Haradan: Baki
31.07.2010 18:14
Beli herzaman oldugu kimi cinayetkarlar Gurcustanda el-qollarini sallayib gezir bizim savadsiz,rushvetxor mustentiqler ise kimi geldi-gelmedi tutub,ishgence yolu ile istediklerine nail olub ishi Azerbaycani dunyada biabir eden mehkemeye verdiler.Amma bir cox suallar ve cinayet motivleri aciq qalir,ilk once baxaq gorek Ferda kimdir,Azerbaycan Xalqina nifret besleyen fanatik terorist,yoxsa ermeni qumashyandan aldigi pulun muqabilinde insanlari qetle yetiren heyata bagli birisimi.Hebs edilenler de tesdiq edir ki Ferda Bakiya ishlemeye gelmishdi, restoran ve barlardan cixmayan ve pul sixintisi kecirmeyen bu genc gorunur ermeni qumashyandan aldigi pullardan gedir sohbet,neden cinayyet toretdikden sonra ozunu oldurur.Neden heyata bu boyda bagli bu genc melum olmayan sebeblerden ozunu odurur.Axi shahidlerin de coxu Ferdanin shekllerini gordukden sonra onu tanimadiqlarini ,qetliyami bashqa birisinin toretdiyini deyirler.Indi neden ishi tez-telesik baglayib mehkemeye verenler ve mehkemede oz novbesinde bir cox faktlari nezere almadan ellerine dushen bu gencleri tutdurmaq qerarina gelir.Belke yuxarida qeyd etdiyim hemin o mustentiqler esl cinayetkarlardan rushvet aliblar,cunki cinayyetin bilerekden ve ya savadsizcasina aparilmasi insanlarin beyninde shubhe oyadir,ve hec kim qaranti vere bilmez ki esl cinatetkarlar sabah da bu tib cinayetler torede bilerler.

Kimdən: Ulutürk
31.07.2010 11:08
Davam edir otuz yeddi
Daha keskin daha ciddi

Allah sene rehmet elesin ay Xelil baba.Senin niye Lefortovoda yatdıgını,bunu kimin etdiyini dünen oxudum vee bildim

Kimdən: Dronqo Haradan: Baki
31.07.2010 10:27
Ayıbdı vallah. İnsafiniz olsun. Cinayəti törədən, insanları al qanına qəltan edən şəxs məlumdu. Bu günahsızlara ömürlük cəza istənilməsi heç bir qanuna, hüquqa sığçır. rüşvət, dayday gücünə prokurorluq sistemində işə girib dövlət ittihamçısı olanda insan vicdanın da mənliyin də itirməz axı. Vicdanınız olsun, sizin de balalriniz var. Bu günahsız insanların həyatını məhv etməyin.
Cinayəti düzgün araşdırıb hüquqi qiymət verin.
Özünüzü də dunyaya güldürmyin. terror çox peşəkar, güclü quruplar. insanlar tərəfindən planlaşdırılır və törədilir. Belə bicarə insanlar tərfindən yox.
Vallah bir gün bu allahsız əməlləriniz gözünüzü tutacaq. Onda nə pul, nə daydaylarınız gözünüzü aça bilməyəcək.
Cavab

Kimdən: Niko Haradan: Baki
24.08.2010 12:32
Qardas adivi Dronqo qoymusan, umidvaram ki, Dronqo haqqinda melumatin var...
hec olmasa buna gore cox yox az maz analitiklit qabiliyyetin olsun... Turkman demisken meselelere cox sethi baxirsan...
eslinde bu meselenin arxasinda hemiseki kimi boyuk oyunlar var.
Cavab

Kimdən: turkman
02.08.2010 09:28
Qardas sen bıldıyın cinayetkar sadece fiqurdu.Aysberqın gorunen hıssesıdı.Eslınde ıse o cınayetın altında elelerı yatır gel goresen

Kimdən: Bakili Haradan: Cexiya
30.07.2010 21:22
Azerbaycanin mehkemeleri 39-cu illeri, istintaqi ise Qestaponu xatirladir.

Kimdən: Rasim Haradan: buralardan
30.07.2010 20:55
"Hokumet" 3-cu terefin aciqlanmasinda maraqli deyil, ( bu ishde mutleq 3-cu teref var )

Kimdən: fatime Haradan: baki
30.07.2010 19:57
vay, vay hansi sa ruhi ve ya emosiya xestesi hokumete, cemiyyete, etrafa protest elameti olarag telebeleri girib ve ozunu de oldurub, indi buna gore bu yazig ushag-mushagi tutub omurluk ve ya 10-12 il icheri basacaglar!!