Cümə, Fevral 10, 2012 Bakı vaxtı 19:55

Verilişlər / Can Bakı

«Adam Bakıda 4-5 gün qalandan sonra kiməsə yaltaqlanmaq istəyir»

Kamil Vəli Nərimanoğlu
x
Kamil Vəli Nərimanoğlu

Multimedia

Səs
Podkast
Abunə olGoogle reader
Şriftin ölçüsünü dəyiş - +
«Bakı dost, qardaş ellərdən heç də gözəl görünmür». Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan İstanbul Yedditəpə Universitetinin müəllimi Kamil Vəli Nərimanoğlu söylədi.

ŞƏRQİN ÜMİD QAPISI...

Bakını Şərqin ümid qapılarından biri hesab edən professor onu həm də birləşdirici şəhər kimi görür. «Bakı türk dünyasının mərkəzidir. Həm coğrafi, həm də tarixi mənada. Odur ki, Bakını xilas etmək lazımdır. Bu şəhər istilərdən tıncıxır, boğulur».

BAKI RAHAT ŞƏHƏR DEYİL

Kamil Vəli Nərimanoğlunun fikrincə, ətrafda gedən tikililər, şəhərsalma qaydalarına meydan oxuyan özbaşınalıq Bakının başına elə oyun açıb ki, onu ancaq gecə hamı yatandan sonra gəzmək olur. «Yoxsa tıxaclar, bir-birinin qarşısını kəsən göydələnlər və onların min bir problemi Bakını rahat şəhər etmir».

Bunun günahını son illərin tikinti partlayışında görən professor «tikinti mafiyası yuxarıların qəyyumluğu ilə şəhəri öz zövqünə uyğun şəkildə yenidən salmağa başladı», - deyir.

ŞƏHƏR PLANSIZDIR

Qonağımız Bakını olimpiya stadionlarına bənzətdi. «Burda çoxpilləlik var. Bu pozulursa, dəniz görünmür, şəhərin mənzərəsi dəyişir».

Açıq şəkildə dənizin qırağında hakim ailəyə yaxın adamların otellər, ofislər, ticarət mərkəzləri tikdirdiyini deyən Kamil Vəli bunun üçün şəhərin kənarında kifayət qədər yer olduğuna diqqət çəkdi. «Odur ki, şəhər plansızdır, bir kompleksi xatırlatmır, şəhərsalma mədəniyyəti az hiss olunur».

BAKI GÜNDƏN-GÜNƏ BAHALANAN ŞƏHƏRDİR


Professorun fikrincə, az maaşlı camaatın bu şəhərdə yaşaması möcüzədir. «Bəzi şeylər var ki, özümüzdən gəlir. Əgər dəbdəbəli toy məclisləri ediriksə, bol süfrəli yaslar keçiririksə, bu xalqın adət-ənənəsinə də, şəhərin maddi-sosial vəziyyətinə də uyğun deyil».

Kamil Vəli Nərimanoğlu və aparıcı Sevda İsmayıllı
Bütün bunların insanları darıxdırdığını, kədərləndirdiyini bildirən Kamil Vəli bu dalandan çıxmaq üçün yolların olduğunu da bildirdi.

YOLLAR VAR!

Müsahibimiz Bakının canını paytaxt olmaqdan qurtarmağın vacibliyini bildirdi. «Bütün dünyada paytaxt seçimi var. Nazarbayev gözümüzün qabağında Astananı seçdi».

Paytaxt kimi Gəncə-Yevlax arasını, Dəvəçi-Quba istiqamətini götürməyin mümkünlüyünü vurğulayan Kamil Vəli «inzibati mərkəz paytaxt olar, mədəniyyət, ticarət mərkəzi yenə Bakı olar - İstanbul kimi», - dedi.

ŞƏHƏRİN YÜKÜ AZALAR...

K.V. Nərimanoğlu qaçqın problemini də şəhər kənarında həll etməyin vacibliyini bildirdi. «Bütün bunlar Baklının canını qurtarar».

--Professor eyni yolun ildə bir neçə dəfə sökülüb yenidən düzəldilməsini nə ilə izah etdi?
-- Azərbaycandakı siyasi vəziyyət barədə nələr dedi?
--Ölkədə müxalifətə münasibəti necə dəyərləndirdi?
--Jurnalistlərə və bloqqerlərə qarşı həyata keçirilən həbs qəti imkan tədbirinə münasibətini necə bildirdi?
--«Azərbaycanda alimlərin vəziyyəti olduqca pisdir!»-- fikrini necə əsaslandırdı?
--Çalışdığı universitetdən nələr danışdı?
--Türkiyə təhsil sistemi ilə Azərbaycan təhsil sisteminin müqayisəsi hansının xeyrinə bitdi?
--Dost ellərdən, hətta düşmən ellərdən necə söz açdı?
--Hansı mövzuda danışarkən şahmatdakı kimi atla gediş etməyin vacibliyini vurğuladı?
--Niyə «adam Bakıda 4-5 gün qalandan sonra kimə isə yaltaqlanmaq istəyir», - dedi?
--Və nəhayət, Kamil Vəli Bakıdan getməyinin səbəbini niyə «mənəvi terror» adlandırdı?

«Can Bakı»qarşınızdadır.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: kohne dost Haradan: Mashtaqa
03.09.2010 04:16
Kamil muellim, biz insanliqi da, duzluyu de, vetenperverliyi de sizden oyrendik!

Kimdən: Ramin Hacinski Haradan: Azerbaycan
18.08.2010 21:20
Kamil muellim, sizin bioqrafiyanizi oxuyanda fexr hissi duydum, amma bu musahibenize qulaq asanda chox teessuflendim. illerle qeribde yashayan bir insan kimi sizin urek yanghisini hiss etmedim. sanki danishan azerbaycanli yox, xarici bir shexs danishir, amma beledeki var. Mirshahin Aghayevin tez tez soylediyi yaltaq fikirleri ile razi olmurdum, amma onun size unvanlandigi achiq mektubu ile tam razilashiram.
Goresen ermeniler de xaricde oz dovletini pisleyirler?

Kimdən: Təranə Haradan: Baki
18.08.2010 13:20
Kamil muellim ,butun soylediklerinizle raziyam.Yani bu saat Azerbaycanda hakimiyyetden narazilar ordusu yaranib. Hem de demek olar ki ehalinin chox faizini teshkil edir bu insanlar. Inanin ki eger bu insanlarin hamisi ayaga qalxsa Aliyev ve onun yaltaq etrafi oz ishlerini bileceyler.Amma yene tekrar edirem :Hami(ezilenler) ayaga qalxsa.Ne qeder ki ayaga qalxan 50-100 nefer olacaq hele Azerbaycan bundan da pis gunlere dushecey.50-100 neferi dagitmaga doymeye avtobuslara basib uzaqlashdirmaga ne var ki? 2-ci terefden Aliyev hakimiyyetinin ele iyrenc siyasetleri var ki milleti chorekle imtahana chekirler.Narazi insan gerek ya balasini ac qoymamaq uchun "palaza burun elnen surun "prinsipine uygun dozub otursun, ya da biliyi,savadi varsa kochsun xarice orda ishlesin yashasin.Lap ele sizin kimi.Bu "azerbaycansayagi demokratiya" dir.Belece de milleti mubarizeden chekindirirler. amma vallah yanlishdi bu elediklerimiz. Insan kimi yashamaq haqqimizi bize hediyye elemiyecekler, onu mubarize ile qazanmaliyiq. Balalarimizin xosh geleceyi namine. Daha 1 chixish yolu var: ushaqlarimizi qorxaq yaltaq ikiuzlu terbiye etsek geleceyde 100% elleri choreye chatacaq ne qeder ki hakimiyyetde Eliyevler sulalesi olacaq.onlara beleleri serf eliyir.
1 hashiye: Herden Aztv-de prezidentin boynuna atdanib agzinin suyunu onun uzune yayan qadinlari gorende nifret edirem ozume ki bele bir olkenin vetendashiyam. Ele bil prezident hansisa rayonda elediklerini cibinin puluynan eliyir. o pullar senin menim o birinin puludur.o butun Azerbaycanda elediklerinin 2 qatini tek ozu uchun eliyir. xarici olkelerde. Siz choxlu opun onu! Allah axirinizi xeyir elesin.bu agilnan hara gedeceysiz? En pisi odur ki insanlarda shuur seviyyesi chox ashagidir, hech kim oz haqqini bilmir. AYILIN qeflet yuxusundan!

Buna gore her kes mubarizeye qalxmali, oz haqqlarini teleb elemelidirler.

Kimdən: Akif Haradan: Bakı
14.08.2010 17:36
Doğma vətənindən didərgin düşmüş hörmətli alim cəmiyyətimizin durumu haqqında necədə düzgün qiymətləndirmişdir.
Kamil müəllim Sizə can sağlığı, uzun ömür və xalqımıza bu hakimiyyətdən qurtulmağı arzulayırm!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Kimdən: Qerib Azer oğlu Haradan: Bakı
10.08.2010 16:39
Bu cur insanlara cemiyyetde hava su kimi ehtiyac oldugu halda, onlara yalvarıb ayaqlarına qapanaraq olkede qalmalarını isteyeceyimiz yerde memleketden bash alib getmelerine sessiz qaliriq. Bu da bizim ayıbımızdır!!!
Xahiş edirem Kamil muellim kimi insanlara daha cox yer verin ki, biz vetendaslarin ureyinden tikan cixsın, deyilecek sozler deyilsin. Tesekkur

Kimdən: Qerib Azer oğlu Haradan: Bakı
10.08.2010 16:35
Hormetli Azadliq Radiosu kollektivi ve Xedice xanım,
Kamil müellim ile olan musahibenizi boyuk heyecan ve zovqle oxudum. Milletimizin, ölkemizin bu agır veziyyetde bu cur insanlara ehtiyacı var. Oz sozunu deyen, ziyalı kimliyinin arxasına gizlenib tulkuluk elemeyen (bugunku bir cox ziyalımız kimi teessuf...), meddahlıq elemeyen gercek ziyaliya.

Kimdən: daimi oxucu
05.08.2010 14:14
mehemmede@

sizin, menim sherhlerimde ne "gorduyunuzu" deye bilmerem, o baxir sizin gorme bucaginiza ve gorme isteklerininize.

Amma "mezelenmek" menim prinsiplerime ziddir Yumoru ve gulushu sevirem amma gederinde ve YERINDE!

Amma shiplik, yersizlik, sohbet esnasinda musahibin sozune diggetle gulas asmag, zeruri suallar evezine "aha", "oho", Ihi" kimi geyri professional, jurnalistikasa eybecerlik sayilan sesler chixartmag peshekar jurnaliste yox, tinde, heyetde oturan ve sohbet eden insanlara daha xarakterikdir.

Zennimce fikrimi izah ede bildim.
Cavab

Kimdən: ƏLƏMDAR Haradan: BAKİ
05.08.2010 23:34
dAİMİ OXUCU,SƏNİN NƏ OXUDUGUN HEÇ KİMƏ BƏLLİ DEYİL.ATALAR SÖZÜ:AVAZİN YAXŞİ GƏLİR OXUDUGUN GURAN OLSA.OXUCU OLUB HƏRƏDƏ BİR EYİB TAPMAGDANSA DİNLƏYİCİ OLUB BAŞGALARİNİN FİKİRİNƏ HÖRMƏT ELƏMƏK DAHA MƏGSƏDƏUYGUNDUR!
Cavab

Kimdən: ƏLƏMDAR Haradan: BAKİ
06.08.2010 22:31
AY ADİNİ GALİB GOYAN,XEYİR OLA,SOGAN YEMƏMİSƏNSƏ İÇİN NİYƏ GÖYNEYİR?SƏNƏ BƏLLİ OLAN ŞEYLƏRİ ÇOXDAN DON VURUB,AYİLSAN YAXŞİ OLAR.
Cavab

Kimdən: galib
06.08.2010 15:16
elemdar,
sene ele "belli olmasa" yaxshidir. Onsuz da bir shey basha dushen deyilsen.
Cavab

Kimdən: Sabir Ibadovdan Haradan: Bozbaş şəhərindən
05.08.2010 17:51
daimi oxucuya@
Bu, fikrinizcə, dəyərli məsləhətlərinizi Sevda xanıma yox, AzTV və İTV-nin (o biriləri özünüz bilərsiniz) proqram aparıcılarına göndərin. "İstedadınızı" boşa xərcləməyin... Mən Sevda xanımın aparıcılıq məharətini yüksək qiymətləndirirəm və "ıhı-oho"ya aludəliyinizi Sizə yaraşdırmıram. Deyəsən, "qadın paxıllığı", doğrudan da, varmış... Siz allah, qan qaraltmayın. Onsuz da fərli gün görmürük... Və lütfən, Sevda xanım qədər olmasa da, bir qədər səmimi olub açıq imza ilə yazın...
Cavab

Kimdən: daimi oxucu
05.08.2010 18:07
teesshuf ki, men AZ Tv ve ITV-ye artig uzun illerdir ki, baxmiram.

Eger paxillig edesi olsam, onda Sevda xanima yox, gerek ki, Xedice xanima paxillig edesi olum !

"Oho", "aha" lari siz mene yarashdirmadiginiz kimi, ele men de hech bir metbuat ishchisine yarashdirmiram.

Menim imzam ise uzun illerdir ki, ele bu cur taninir.

Kimdən: Məhəmməd
05.08.2010 12:13
Daimi oxucuya-bir şeyin şitini çıxaranda insan ucuzlaşır,birdəki bir qadına yaraşan ən gözəl hissi-duyğu gülüşdür,Sevda xanımın gülüşü də,intelektual,profesianal səviyyəsi də olduqca yüksək və gözəldir qəbulumuzdur.Xahiş edirəm şit,bayağı zarafatlarla kimsənin qəlbini qırmayaq,insanların əməyinə qiymət verməyi bacaraq.Sayqılarımla...
Cavab

Kimdən: daimi oxucu
05.08.2010 12:23
mehemmed,

sizin etrafinizda her shey, shit ve endazesizdir yegin ki. Ona gore de siz shitliye ve yerli-yersiz sheylere oyrenceli olmusunuz ve ya adapte olunmusunuz.

Mence esaslandirilmish tengid faydali bir sheydir. Elelxus daima inasanlarin gozu garshisinda, diggeti onunde, efirde olan insanlar ucun.
Cavab

Kimdən: Məhəmməd
05.08.2010 12:49
Daimi oxucu-siz öz ətrafınızda gördüklərinizi mənim adıma yamamayın lütfən,birdə ki sizin "əsaslandırılmış"tənqidinizi bundan önceki şərhlərinizdə də görmüşdük,amma bir şeyi saqqız kimi təkrar edib məzələnmək obyektinə çevirmək heç də tənqiddən xəbər vermir.Tənqid gerçəkdən faydalıdır və sizə bundan yararlanmaq şansı verirəm.Bir daha sayqılarımla!

Kimdən: Ev ushagi Haradan: Hannover
05.08.2010 06:05
Kamil Vəli Nərimanoğlu - halal olsun size!!! Siz bizim fexrimissiniz. Azerbajana, Sizin kimi Insanlar lazimdir. Inanim ki, bezdik .

Kimdən: patriot Haradan: baki
05.08.2010 05:57
yaxsi ki bu adam cox qalmiyib .yoxsa bakinin havasi onu da sarsidacagdi.))wukurler olsun.beledeki burda qeyri adi ne varki.o olmasin o birisi olsun .o birisi de gelib eyni weyleri tekrarlayacag.bu gunku gunumuze de wukur .yaxsiki parcalanmadig 1990-larda. buna da wukur
Səhifə (2)
    Növbəti