Cümə, Fevral 10, 2012 Bakı vaxtı 20:05

Dünya

İran edam cəzası kəsilmiş qadını bağışlamaq istəmir

Səkinə Məhəmmədi Aştiyani
x
Səkinə Məhəmmədi Aştiyani
Şriftin ölçüsünü dəyiş - +
İran hökuməti daş-qalaq edilməkdə edam cəzasına məhkum edilən Səkinə Məhəmmədi Aştiyanini bağışlamaq fikrində olmadığını artıq bildirib. 5 ildir ki, həbsxanada edamını gözləyən 43 yaşlı iki uşaq anasının daş-qalaq edilməsi hələlik təxirə salnsa da, İran şəriət məhkəməsi gec-tez qərarın icra ediləcəyini deyir.

VƏKİL İRANDAN QAÇIB

Aştiyanini ölümdən qurtarmaq üçün beynəlxalq kampaniya başladan vəkili də İrandan qaçmalı olub. Vəkil Məhəmməd Mustafeyi həbsxanaya çağrılmasından, xanımı və xanımının qardaşının həbsindən sonra İrandan qaçıb.

Mustafeyi başına gələnləri AzadlıqRadiosuna anladıb. Onun sözlərinə görə, ilk dəfə iyulun 24-də Tehrandakı Evin həbsxanasına çağırılıb. Dövlət ittihamçısı Şahid Moqdasın hüzuruna, dindirilməyə.

Dindirilmə zamanı kifayət qədər ünlü hüquq-müdafiəçisindən nəyə görə edam cəzası alanlara vəkillik elədiyi, və nəyə görə bəzi hallarda bu xidmətlərinə görə pul almadığı soruşulub.

3 saatlıq sorğu-sualdan sonra Mustafeyə deyiblər ki, gedə bilərsən.

OLAYA VƏKİLİN AİLƏSİNİ DƏ QARIŞDIRIBLAR

Amma işə qayıdan vəkil onu buraxanların burda gözlədiklərini görüb. Mustafei ofisinə girməyib, həbsdən qurtulub. Amma əvəzində xanımının qardaşı ilə bilikdə həbs edildiyini öyrənib. Bir neçə gün sonra, ona çatdırıblar ki, əgər arvadı Fərəştəhin azadlığa buraxılmasını istəyirsə, gəlib təslim olsun.

«Bir-iki gündən sonra bildirdilər ki, onlar mənim arvadımı və onun qardaşını girov kimi saxlayırlar və mən təslim olmasam, onları buraxan deyillər. Mən İranı tərk etmək qərarı vermişdim, xoşluqla məni buraxmayacaqlarını bildiyimdən ölkəndən qaçdım, sərhədi keçib Türkiyəyə, Vana gəldim».

Türkiyənin İranla sərhəd bölgəsi olan Vana gələndən sonra vəkil tanış hüquq-müdafiəçiləri ilə əlaqə saxlayıb və onu İstanbula gətiriblər.
Vəkil Məhəmməd Mustafeyi
Burda Mustafei Türkiyədən sığınacaq istəyib.

«ONUN HƏYATINI XİLAS ETMƏK MƏNİM BORCUM İDİ»

Vəkildən soruşanda ki, «Bunlarin başına gələcəyini bilsəydi, Səkinə Aştiyanini müdafiə edərdimi?», o, tərəddüdsüz cavab verir.

«Səkinə Məhəmmədinin həyatını xilas etməyə çalışmaq mənim borcum idi. Çünki, ədliyyə sistemi onu daş-qalaq edilməkdən xilas etmək üçün heç nə etmək fikrində deyildi və mən onun fəryadını dünyaya çatdırdım ki, müəyyən beynəlxalq təzyiq olsun, və Səkinəni daş-qalaq etməsinlər».

Mustafeinin cəhdləri nəticəsində Səkinə Aştiyaninin işi beynəxalq səs-küy doğurdu. Ən çox da, amansız edam cəzasının, daş-qalaq edilmənin barbar imici üzündən.

İran hökuməti ötən ay məcbur olub edam cəzasını təxirə saldı. İran rejiminin dostu kimi bilinən Braziliya prezidenti Luiz İnasio Lula da Silva isə Səkinəni xilas etmək üçün ona sığınacaq da təklif etdi. Amma rəsmi Tehran bu təklifi rədd elədi. Və indi Təbriz həbsxanasında saxlanılan 43 yaşlı Aştiyaninin əvvəl-axır edam ediləcəyini bildirdi.

Vəkil Məhəmməd Mustafei xəyanətdə ittiham edilib, ölüm cəzası alan Səkinəni inidlik ölümdən xilas etsə də, indi öz həyat yoldaşını həbsdən xilas etməyə məcburdur.

UŞAQLARIN TALEYİNDƏN NARAHATDIR

«Düzü mən inanmıram ki, İran məhkəmə sitemində olanlar insanlıqdan xəbərsiz olsunlar. Mən heç vaxt düşünməmişəm ki, bizim ədalət sistemimizdə bu qədər qanunsuzluq ola bilər. Mənim ağılıma da gəlməzdi ki, onlar mənim arvadımı günahsız ola-ola 2 həftə həbsdə saxlaya bilərlər. Onun mənim işimə heç bir dəxli yox idi».

Mustafei arvadından əlavə, vəkillik elədiyi və ölüm hökmü verilməsi gündəmdə olan azyaşlı uşaqların da taleyindən narahatdır. Deyir ki, ona təzyiq üçün həmin uşaqların daha ağır cəzalandırılmasından qorxur.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: azeri Haradan: baku
15.08.2010 23:15
Seddam Huseyn edam olunanda hami susurdu?!

Kimdən: Naıle Haradan: Bakı
09.08.2010 22:55
Sekine Mehemmedi Astiyaniye komek etmek isteyenler Gunaz . tv -de imzatoplama kompaniyasina qatilsin.
Cavab

Kimdən: AZAD MUSAZADE Haradan: BAKI
12.08.2010 13:52
EGER SHERIET QANUNLARINA GORE O QADINA OLUM HOKMU CHIXARILIBSA, BU MUTLEQ YERINE YETIRILMELIDIR...
UNUTMAYAQ KI, SHERIET QANUNLARI ALLAHIN BIZLER UCHUN QOYDUGU QANUNLARDIR... BU QANUNLARI POZMAQ ALLAHA QARSHI CHIXMAQ MENASINA GELIR...

TESHEKKURLER!!!
Cavab

Kimdən: Naıle Haradan: Bakı
12.08.2010 22:33
Goresen serietde arvadina xeyanet eden kisileri niye edam etmirler? Bu qerar azeri kisilerini tenelemek ucun cixarilmis qerezli , insanliq eleyhine olan qerardi . Allah olum hokmunu ozu verir insanlari ozune vekil goturmeyib , olum hokmu ancaq Allaha mexsusdur. Edam olunmaga qalsa qerari veren mollar birinci edam olunmalidirlar , ne qeder Azerbaycan turkunun qanina bulasib onlarin elleri. Onsuz da Iranin veziyyeti Iraqdakindan yaxsi olmayacaq . Iran gedib dusduyu durumu haqqinda fikirlessin.Yene de vay orada yasayan bedbext insanlarin halina.

Kimdən: niye Haradan: neden
07.08.2010 17:36
Menim serhimi niye yerleshdirmediniz?he?adam kishi olar kishi de gerey adam olsun men cagirish eledim Azerbaycanlilari geidb iran hukumetinden ve dii liderinden onu bagishlanmasin isteyek burada qeydi adi bir soz var?niye verirsiniz serhimi sizden cox shubhelenirem

Kimdən: Abdulheyy Haradan: Baki
07.08.2010 16:42
Rafik ve men siz bu xalqin gullerisiniz,zavallilar sizlerin deyesen oxumaq probleminiz var,yada oxuduqlarinizi duzgun basha dushe bilmirsiniz.Ola bilsin men 7-ci esrin adamlari kimi dushunum,eger doqurdanda beledirse bu menim ucun cox yaxshi bir hal olardi.Cunku hemin esirler esri sadet sayilir.Siz ozunuzde bilmeden menim meqamimi ucaltdiniz.Amma siz ise 19-esrin sonu 20-esrin evvelerindeki azerbaycanlilar kimi dushunursunuz.Sanki C.Memmedquluzadenin kitablarinin arasindan dushub gelmisiniz,unvaninizida yaxshi bilirem''Danabash kendi''.Yalniz Danabash kendinin sakinlerinin aqlina gele biler olmush adamin potensiyasini tibbi yoxlamadan kecirmek.Bedbext hemvetenlerim yazini diqqetle oxuyun baxin men hec orda olmush adam haqqinda bir shey yazmishm.Sonrada naraziliq edirsinizki burda haqsizliqdir,edaletsizlikdir filan behmen.Gulmeshekerler siz harda olsanizda size hec bir faydasi yoxdur,getdiyiniz yerleride korlayacaqsiniz.Sizleri idare edib bir arada saxlamaqin bashqa yolu yoxdur.Harda olursunuz olun,hansi cemiyyetde yashayirsini yashayin bu aqil ve bacaiqla sizin yerini hec vaxt indikinden yaxshi olmayacaq.Cunki mushgul sizi ozunuzdedir.Kilke ele okyandada kilkedir,onun okyanda boyuyub delfin olacaqini ancaq axmaqlar dushuner.
Cavab

Kimdən: oxucu
07.08.2010 23:59
sen deyesen hec ozun de bilmirsen ne yazirsan. Yada ki, "pod gradusom" yazirsan.

Kimdən: ziya Haradan: gerbden
07.08.2010 15:40
maragliya@

sen deyesen metlebe dexli olmayan sheyler danishib metlebden uzag dushmeyi sevirsen. Gerb-flan ne bilim ne. Sohbet Iran mollalarindan ve din adi altinda bele eybecerlik toreden iran hakimiyyetinden ve islam rejiminden gedir. Basha dushdun ay agilli?

Ele senin de "sapin" deyesen molla sapindandir.

Kimdən: Azadliqsevən Haradan: Bakı
07.08.2010 11:44
Çox təəssüf! Dünyada nə qədər müsəlman ölkələri və müsəlmanlar olsa da, heç kim İran dövlətinin Səkinəyə qarşı bu cür, insanlığa zidd qərarına qarşı etirazını bildirmir. Əlac qalır bu rejimin özünü daş-qalaq eləməyə. Biz nə qədər qorxu altında yaşamalayıq ki, bir-iki taxtabaş məxluqlardan ibarət hökumət istədikləri hərəkəti etsinlər. Təbriz əhalisi gərək o həbsxananı yerlə yeksan etsin, o zalım hakimiyyət ünsürlərini zibilliyə atsın, tonqallarda yandırsın.Yoxsa, günahsız insanların qanı hələ çox töküləcək.

Kimdən: Naıle Haradan: Bakı
07.08.2010 09:22
Iran dagilacaq . Ozu- ozune gor qazir , onsuz da her seyin evvel-axiri var . Ancaq vay orada edam olunub , zulum cekenlerin halina . Butun dunya Iranin eleyhine qalxacaq bir gun .

Kimdən: Abdulheyy Haradan: Baki
06.08.2010 16:30
Assalamu alekum.Burda hemvetenlerimin sherhlerini oxuyanda adami xecalet teri basir.Savadsiz ve sabatsiy yazmaqlari bir yana,biri-birilerine qarshi hormet ve ehtiramla davranmaqi bacarmirlar.Bele reftarla siz kimese neyise basha salmaqi hec vaxt bacarmayacaqsiniz.Meselelere obyektiv yanashib,duzgun netice cixarmaq lazimdir.Goturek xeberde adi kecen edama mehkum olunmush Sekine adli qadinin meselesini.Birinci oyrenmek lazimdirki ona verilmish edam hokmu tam olaraq duzgunmu secilmishdir ya yox.Men ne vaxtdir xeberlerde bu qadin haqqinda oxuyuram,lakin bir yerde bu qadinin evli olub olmamasina rast gelmedim.Eger heqiqetde bu qadin evli deyilse ona zinaya gore edam hokmu verilmemelidir.Ve ya eger evlidirse onun erini tibbi muayineden kecirilmelidir ki oyrenilsin onun kishi kimi oz heyat yoldashinin cinsi telabatlarini odeye bilir ya yox.Umumiyyetle bele meselelerde her terefli arashdirma aparmaq lazimdir.Amma edalet namine demek lazimdirki Iranda mehkeme sistemi cox berbad veziyyetdedir.Siyasi hakimiyyetin bir ceza mexanizmasi kimi faliyyet gosterir.Bunun tesdiqini Azerbaycanli bir alimin qurama itdihamlarla aylardi Iran zindanlarinda curudulmesi subut edir.Artiq hamiya melumdurki bu alim onlarin teklifini red etdiyinden onu cezalandirmaq ucun bele iyrenc usula el atiblar.Bunlari yazmaqla burda sherh yazanlara bildirmek isteyiremki bir hadise baresinde fikir yurudende evvelce hemin mozunu oyrenib sonra nese demek ve yazmaq lazimdir.Yoxsa ''babam mene kor deyib gelib gedeni vur deyib'' pirinsipi ile danishmaq yazmaq aqili adam ishi deyil.Bezisi ozun milletci turkcu hesab edib yede qalan eqide ve idealari qilinclayir,bezileride ozun islamci hesab edib yerde qalanlarin asib kesir.Bezileride ozun demokrat,qerb-avropa meyilli hesab edib her cur binamusluqu,biqeyretliyu mudafiye etmeye calishir.Bele olmaz.Bir ayilin,dushunun,oyrenin.
Cavab

Kimdən: rafik
06.08.2010 17:29
abdulheyy,

sen lap agil "deryasisan!"

Heyf ki, bu agil 7-ci esre daha uygundur!

Muasir els ise olub getmish adamin "kishiliyini" yoxlaya bilmez!

Bir deki, senin o dediyin "kishilik" nisbi bir sheydir. Kimese kishilik kimi uygun ola biler, kimese hech uygun gelmeye biler. Get 7-ci esre dair gafani bir az tezele!
Cavab

Kimdən: Men
06.08.2010 16:46
Ne uzun yazmisan? Senin hec xeberin yoxdur ki, hemin Sekinenin eri oldurulub. Onun kishi kimi oz heyat yoldashinin cinsi telabatlarini odeye bilib bilmemesini nece yoxlasinlar?

Kimdən: sual
06.08.2010 15:30
bizim olkeni, korrupsiya, ozbashinalig ve diktatura pis gune salib. Irani ise mollalar ve sheriet.

Goresen bizim dinbazlar bu sherieti ve mollalari da bize sirisalar ne gune galarig?
Cavab

Kimdən: Allah adami
06.08.2010 15:46
Allah o gunden qorusun. Onda biz de Iranin, Efqanistanin, Pakistanin gunune dusherik. Ona gore de keskin olmaq lazimdir bu dinbazlara qarshi.
Cavab

Kimdən: mutereggi muselman
06.08.2010 17:31
ay allah adami,

keskin olanda da ses-sese verib bagirishirlar ki, siz "dine, imana, allaha, islama garshi chixirsiniz"!

Bu dinbazlar ve mollalar bir beladirlar!! Kimin bogazina kechseler vay o adamin halina!

Kimdən: muselman Haradan: dunya
06.08.2010 13:15
Mollalar Irani cehenneme donderibler. O hokumet butun dunyaya bir goz dagidir.
Səhifə (3)
    Növbəti