Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 04:35

Xüsusi layihələr / Hər kəsin haqqı var

Çimmək hüququ – konstitusion hüquq?

Şıxov çimərliyi
x
Şıxov çimərliyi

Multimedia

Səs
Şriftin ölçüsünü dəyiş - +
Çimmək hüququ - və ya təbii sərvətdən istifadə hüququ. Çox bəsit səslənsə də, indi Azərbaycan vətəndaşlarının dəniz sahilində normal dincəlmək hüquqlarını da tam təmin edə bilmirlər. AzadlıqRadiosunun «İnternyus-Azərbaycan» ilə birlikdə Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırladığı «Hər kəsin haqqı var» verilişində məhz bu mövzu ətrafında müzakirə aparılıb.

SAHİLDƏN 20-50 METRLİYİNİ HASARA ALMAQ OLAR


Vəkil Şəfa Camalzadə deyir ki, dənizdə çimmək üçün sahil zolağına yaxınlaşmaq lazımdır. Amma Torpaq Məcəlləsi və «Torpaq İslahatları haqqında» qanuna 2008-ci ilin dekabrında edilən son dəyişiklik bu hüququ xeyli məhdudlaşdırıb. Çünki əvvəlki normaya görə su xəttindən 80-130 metrlik zolaqda hansısa tikintinin aparılması qadağan edilirdi.

«Sonradan bu rəqəmi 20-50 metr etdilər. Məntiqlə düşünsək, kimsə 20 metrlik zolaqda özünə villa ya da istirahət mərkəzi tikirsə, dəniz suyuna çatmaq üçün yol qoymalıdır. Bu villalar bir-birinə bitişik formada kilometrlərlə uzanırsa, deməli vətəndaşın Xəzər suyuna çatmaq imkanı sıfıra enir. Qanunda qeyd olunur ki, müvafiq İH orqanı icazəsi ilə dənizin sahilinə maneəsiz gediş-gəlişi məhdudlaşdırmamaq yolu ilə çimərlik hasara alına bilər. Amma çimərlikləri icarəyə götürənlər orada dənizə enməyə zolaq qoymurlar».

GİRİŞ ÜÇÜN 3-10 MANAT İSTƏYİRLƏR

Dənizə yol olmaması bir yana qalsın, bəzi çimərliklərdə giriş pullu olduğuna görə vətəndaşlar istədikləri yerdə dincələ bilmirlər. Məsələn, Şıx çimərliyində adambaşına giriş 3 manatdan 10 manata qədərdir.
Mərdəkan çimərliyi
Bu çimərlikdə istirahət edən Qurban Səmədov hesab edir ki, qiymət çox bahadır və bu da hər adamın cibinə uyğun gəlmir.

«Onsuz da çimərliyə gələnlər ordakı xidmətlərdən istifadəyə, yeyib-içməyə çoxlu pul xərcləyir. Belə olanda, çimərliyə girişin də pullu olması pulu olmayıb dənizdə çimmək istəyənlərin hüququnu pozur».

ÇİMƏRLİYƏ GİRİŞ PULLU OLA BİLMƏZ


Xəzər rayonunda Mənzil Kommunal Təsərrüfat İdarəsinin şöbə rəisi Gülbala Qurbanov isə deyir ki, çimərlik icra hakimiyyətinin balansında ola bilməz və hazırda onların rayonunda bir dənə də olsun dövlətə məxsus çimərlik qalmayıb:

«Çimərliklərin hamısı ayrı-ayrı sahibkarlara verilib. Onlar o vaxt Bakı şəhər İH-nin sərəncamı ilə yer götürüblər. Hamısı özəl çimərliklərdir. Dövlət çimərliyi hazırda mövcud deyil».

GİRİŞİN PULLU OLMASINDAN ŞİKAYƏT EDƏN YOXDUR

G.Qurbanovun dediyinə görə, heç bir çimərlikdə giriş pullu ola bilməz. Uzağı maşınların dayanacağı üçün haqq tətbiq oluna bilər.

«Hələ heç kim bizə belə şikayət etməyib ki, hardasa giriş üçün pul istəyirlər. Əgər vətəndaşlardan belə şikayət olsaydı həmin çimərlik rəhbərliyi haqqında ölçü götürülə bilərdi».

GÜNAH BİZDƏ DEYİL


Kimsə girişə görə pul alırsa, onda dövlətin qanununu kobud şəkildə pozur
Bakı şəhər ticarət və xidmət departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov isə çimərliklərə giriş üçün pul tələb olunmasının qanunsuz əməl adlandırır.

«Bakı şəhər İcra Hakimiyyəti başçısının sərəncamına əsasən şəhər ətrafında Xəzər dənizinə giriş pulsuzdur. Əgər bu gün kimsə girişə görə pul alırsa, onda dövlətin qanununu kobud şəkildə pozur. Amma bu gün o cəzalandırılmırsa, günahı bizdə deyil, müvafiq hüquq-mühafizə orqanlarındadır».

Ə. Bağırov deyir ki, departament çimərliklərdə qiymətin tənzimlənməsinə müdaxilə edə bilmir. Onun sözlərinə görə, duş kabinələri, sahil çarpayıları və s. kimi xidmətlərin pullu olması üçün sahibkarları qınamaq olmaz. Çünki sahibkarlar buna xərc çəkiblər.

NƏZARƏTİ KİM ETMƏLİDİR?

Vəkil Şəfa Camalzadə isə iddia edir ki, bu məsələlərə nəzarəti məhz İcra Hakimiyyəti, paralel olaraq Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti həyata keçirməlidir:

«Əliabbas Bağırov məmurdur. Amma deyir ki, hansısa sahibkarlar torpaqları götürüb girişi pullu edirlər. Bu torpaqlar dövlətin müstəsna xidmətindədirsə, ona dövlət orqanı nəzarət etməlidir».

CƏRİMƏ CƏMİ 100 MANATDIR

Hüquqşünas hesab edir ki, vətəndaşları təbii sərvətdən məhrum edənlərin cəzası çox yüngüldür. Belə ki, İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq İH icazəsi olmadan çimərliyə çıxışı hasara alma yolu ilə bağlayan, yolu məhdudlaşdıran fiziki şəxslər 15-25 AZN, hüquqi şəxslər isə 100-150 AZN cərimə ödəyirlər.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: Nene
12.08.2010 20:02
Ne yaxshi olardi, Xezer dashaydi,butun villalari hasarlari ile beraber yuyub aparaydi.Omrunde deniz gormeyen gormemishler,gelib Bakida adam olublar.

Kimdən: Anonim
12.08.2010 18:46
villanin saxibini carmalamak va daha yuharida oturanlari iwndan azat etmak lazimdi hara bahirlar azerbaycanda huguq deyilan bir wey galmiyib

Kimdən: hec kimden Haradan: Hec hardan
12.08.2010 14:08
Ele memurlarin ozlerinin de o cimerlikler de ne bilim butun obyektler de..
Hele bir sahil qesebesine gelib baxin gorun bir nece il erzinde memur deniz kenarioni zebt edib nece ozelleshdirib? Ozu de boyuk memur. Cimmeye azaciq yer qalib artiq ...

Kimdən: Fidan Haradan: Baki
12.08.2010 12:15
Guya memurlar her 2 chimerlikden birinde girishin pullu oldugunu bilmirler? Eger unah biz vetendashlardadirsa, gelin, shikayet edek. Kutlevi halda hemin o musahibeni veren adama, o departamente shikayet edek Neticesini de bura yazaq Gorek onda ne behaneleri olacaq?
Cavab

Kimdən: orand Haradan: burdan
12.08.2010 12:45
eger siz o quruma sikeyet edeceksinizse men de sizinle beraber sikayete qatila bilerem

Kimdən: syu
12.08.2010 11:38
Xəzəri bizə pulnan satırlar.Heç kəsin də heç nədən xəbəri yöxdur...Gülməlidir...

Kimdən: ordan Haradan: burdan
12.08.2010 11:09
Kasiblar neylesin, kasiblar olsun! beli olsun! onlara yer yoxdur buralarda...
Bulvarin reis muavinin musahibesini oxudum ki bes bulvarda satilan su ve diger seyler azca magazalardan bahadir, bu da tebiidir butun dunyada beledir, amma saticilarin ozbasina qiymet qaldirmasinin qarsisini almaq ucun biz ora qiymet yazib yapisdirmisiq tutaq ki, 20 qepiklik su 30 qepik, 30 qepiklik 40 qepik ola biler bundan yuxari yox. hemin axsam bulvara getdik sular 50 60 qepik idi, dedik ki bes sikayet edecik, falan filan, satici bozardi ki, bes kime sikayete edirsen et, elgerez zeng etdik idareye, geldiler meseleye baxdilar yaxinlasdilar hemin saticiya, nese dediler, halbuki telefonda demisdiler ki, mesele subuta yetirilse isden cixardacaqlar. neyse idare iscileri getdi saticiya yaxinlasdiq 30 qepiye suyu ala bildik, ozu de ancaq biz basgalari yene 50 60 qepiye alirdi...
ustunden bir nece gun kecdi yene getdik yene hemim sular, hemin baha qiymetler, butkanin qapisinda da mudriyyetin teyin etdiyi asagi giymetler
indi guya bundan qurumlarin xeberi yoxdur?
men bulvarda axsam vaxti ne geder dovlet adami gormusem, nazirlerden Misir Merdanovu ise defelerle gormusem, gacir geceler ki, ariqlasin, gunduzler yediyini hezm ede bilsin...

Kimdən: ....... Haradan: Baki
11.08.2010 20:55
Men Mingecevir cimerliyinde oldum bu yaxinlarda yalniz bir cimerliye girish pulsuz idi diger 3 cimerlikde yalniz cimmek ucun en azindan 3 manat odemelisen adam bashina.Hele Mesheleri Demirem Qebelede <Rus Meshesi> <Durca> deyilen istirahet bolgelerine girmek Pulludur.Guya Bundan Hec kesin xeberi yoxdurde.Bele oldugu halda Kasiblar neynesinler?
Cavab

Kimdən: duzdeyen Haradan: sumqayit
14.08.2010 01:50
merdekanda en az pul teleb eden qamisdan duzeldilmis domike 10azn adi gunlukle bir yerde olan stola 5 azn alirlar.guya bilmirsiniz tupoylar.adlarii da deyim.Gilan 1,Gilan 2, Gilan 3,Vanilla,Golden Bich ve s

Azərbaycanda dini tolerantlığı səviyyəsindən razısınızmı?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucovun fikrincə, "Azərbaycan dünyaya yalnız neft deyil, özünün milli-dini tolerantlıq nümunəsini ixrac edə bilər". Sən necə düşünürsən?

5 şərh

Anonim: heç hənanın yeridi? davamı